ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   2   3   4   5   6   7   8   9   ...   33

 

4

Sədrin müavini - Məmməd Həsən Hacınski (1875-1931) Bakı realni məktəbində  və Peterburq Yol 



Mühəndisləri  İnstitutunda təhsil almış, uzun müddət Bakı Dumasında tikinti işlərinə  rəhbərlik etmişdi.  Ə. M. 

Topçubaşovla birlikdə İcraiyyə Komitəsinin rəhbərlərindən idi. "Müsavat"ın I qurultayında partiyanın MK üzvü 

seçilmişdi. 1918-ci ildə Transqafqaz komissarlığında və Seymdə  rəhbər vəzifələr tutmuşdu. F. Xoyskinin 

qurduğu ilk hökumət kabinəsində xarici işlər, ikinci kabinədə isə maliyyə naziri vəzifələri ona həvalə edilmişdi. 

Azərbaycan Parlamentinin üzvü idi. 

Nümayəndə heyətinin üzvü - Əkbərağa Şeyxülislamov (1891-1961) İrəvan gimnaziyasını və Peterburq 

Yol Mühəndisləri  İnstitutunu bitirmişdi. Transqafqaz Seyminin üzvü, Transqafqaz hökumətində daxili işlər 

nazirinin müavini olmuşdu. Siyasi fəaliyyətini "Hümmət" (menşevik) partiyasında davam etdirirdi. Azərbaycan 

Cümhuriyyətinin qurulması haqqındakı  İstiqlal Bəyannaməsini - Misaqi-Millini imzalayanlar içərisində  Ə. 

Şeyxülislamov da vardı. O. F. Xoyskinin qurduğu ilk hökumətdə torpaq və  əmək naziri vəzifəsini tutmuşdu. 

Parlamentdə sosialist fraksiyasını təmsil edirdi. 

Nümayəndə heyətinin üzvü - Əhmədbəy Ağayev (Əhməd Ağaoğlu 1869-1939) tanınmış publisist və 

ictimai xadim idi. Parisdə ali hüquq təhsili almışdı. "Həyat", "İrşad", "Tərəqqi" kimi qəzetlərin redaktoru olmuş, 

XX  əsrdə Azərbaycanda ilk milli siyasi partiya sayılan "Difai"ni qurmuşdu. 1909-cu ildə  təqiblər üzündən 

Türkiyəyə mühacirət etdikdən sonra burada "Gənc türklər"lə yaxınlaşmış, "Türk Yurdu" və "Türk ocağı" 

təşkilatlarının qurucuları  sırasında Yer almış, Türkiyə parlamentinə deputat seçilmişdi. 1918-ci ilin iyununda 

Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Azərbaycana gəlmişdi. Azərbaycan Parlamentinin üzvü idi. 

Lakin "İttihad və  Tərəqqi" liderləri ilə yaxınlığına görə  təqib olunan Ə. Ağayevin Parisə getməsinə imkan 

verilməmişdi. O, ingilislər tərəfindən həbsə alınaraq Malta adasına sürgün olunmuşdu.  Ə. M. Topçubaşovun 

kömək cəhdləri boşa çıxmışdı. 

Nümayəndə heyətinin məsləhətçisi Ceyhunbəy Haçıbəyli (1891-1962) Sorbonna universitetində  və 

Paris Siyasi Biliklər Məktəbində  təhsil almışdı. Ehtiraslı publisist və gözəl musiqişünas idi. Azərbaycan 

Cümhuriyyəti qurulduqdan sonra hökumət ofisiozunun - rus dilində çıxan "Azərbaycan" qəzetinin baş redaktoru 

idi. Rusdilli Bakı və Qafqaz mətbuatında kəskin ictimai problemlərə, mədəniyyət və mənəviyyat məsələlərinə 

həsr edilmiş onlarla məqaləsi çap olunmuşdu. 

Nümayəndə heyətinin məsləhətçisi - Məhəmməd Məhərrəmov (1895-1992) İrəvan gimnaziyasını 

bitirmiş, gənc yaşlarından  İrəvan azərbaycanlılarının təmsilçilərindən biri kimi tanınmışdı. 1917-ci ilin 

noyabrında Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından nümayəndə seçilmişdi. Transqafqaz Seyminin 

üzvü olmuş, 1918-ci il mayın 28-də  İstiqlal Bəyannaməsini imzalayanlar içərisində yer almışdı. Azərbaycan 

parlamentində sosialist fraksiyasını təmsil edirdi. 

Nümayəndə heyətinin məsləhətçisi - Miryaqub Mirmehdiyev (?-?) ali təhsilli hüquqşünas idi. 

Parlamentdə "İttihad" fraksiyasında təmsil olunmuşdu. 

1919-cu ilin avqustunda Parlamentin sosialist fraksiyası Nümayəndə heyətinin tərkibindəki üzvləri 

barəsində rotasiya qərarı çıxarmış və M. Məhərrəmovu əvəz etmək üçün Abbasbəy Atamalıbəyovu (?-?) Parisə 

göndərmişdi. Lakin həmin dövrdə heyətin başqa bir üzvü - M. H. Hacınski artıq Azərbaycana qayıtdığından 

həm M. Məhərrəmovun, həm də A. Atamalıbəyovun Parisdə qalmaları məqbul sayılmışdı. Həyat və fəaliyyəti 

haqqında çox cüzi məlumat toplaya bildiyimiz A. Atamalıbəyov Nümayəndə heyətinin katibi vəzifəsini yerinə 

yetirirdi. 

Bundan başqa Nümayəndə heyətinin tərkibinə  əməkdaşlar - Əlibəy Hüseynzadə (1864-1940), V. 

Marçevski, katiblər - S. Məlikov və  Ələkbər bəy Topçubaşov, tərcüməçilər - A. Qafarov (fransız dili), Q. 

Qafarova (ingilis dili), H. Məmmədov (fransız və türk dilləri) daxil idilər. Rəşidbəy Topçubaşov sədrin  şəxsi 

katibi vəzifəsini yerinə yetirirdi. Ə. Ağaoğlu kimi Əlibəy Hüseynzadə  də  "İttihad və  Tərəqqi" partiyası ilə 

əməkdaşlıqda günahlandırılaraq "Antanta" dövlətləri tərəfindən Parisə buraxılmamışdı. Səfvət bəy Məlikov isə 

Nümayəndə heyəti Parisə yola düşərkən Azərbaycanın İstanbul təmsilçisi kimi Türkiyədə qalmışdı. 

Nümayəndə heyəti hələ  İstanbulda ikən ciddi təşkilatlanmış  və  dəqiq iş bölgüsü aparmışdı. heyətin 

tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və  məlumat bölmələri 

yaradılmış  və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun  şəkildə  həmin bölmələrdə  fəaliyyətə  cəlb 

olunmuşdular. 

Bununla bir sırada Nümayəndə heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağı 

sahə  də müəyyənləşdirilmişdi.  Ə. M. Topçubaşov siyasi məsələlər və memorandum hazırlanması üçün məsul 

idi. O, həm də heyətin təşkilati işlərinə və maliyyə vəsaitinin xərclənməsinə nəzarət edirdi. Sədr müavini M. H. 

Hacınski eyni zamanda həm də xəzinədar idi, o, iqtisadiyyat və maliyyə məsələlərinə rəhbərlik edir, Azərbaycan 

hökuməti adından  əcnəbi iş adamları  və  təşkilatlarla danışıqlar aparırdı.  Ə.  Şeyxülislamov daha çox sərhəd 

məsələləri ilə  məşğul olur, statistik göstəricilər, diaqramlar, xəritələr hazırlanması  işini təşkil edir, nəhayət, 

Nümayəndə heyətinin kitabxanasına baxırdı. M. Məhərrəmov xalq təsərrüfatı  və  əkinçilik sahələri üçün 

məsuliyyət daşıyır, həm də protokolların Azərbaycan türkcəsində yazılmasına nəzarət edirdi. Ticarət və sənaye 

ilə bağlı məsələlər üçün məsul olan M. Mehdiyevin vəzifələri sırasına maliyyə hesabatlarını yoxlamaq da daxil 

idi.  Ə. Ağaoğlu və C. Hacıbəyli isə daha çox informasiya və  təbliğat məsələləri ilə  məşğul olmalı, Fransa 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə