ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   2   3   4   5   6   7   8   9   ...   33

 

5

mətbuatı  və ictimaiyyəti ilə  əlaqələr yaranmasına kömək etməli idilər. Onların hər ikisinin Fransada təhsil 



alması və bir müddət bu ölkədə yaşaması üzərinə qoyulan vəzifəni uğurla həyata keçirmələrinə imkan yarada 

bilərdi. Nəhayət,  Ə. Hüseynzadə daha çox tarixi-etnoqrafik və  ədəbi materialların seçilməsi və  təbliğatda 

onlardan istifadə edilməsi üçün məşğul idi. Lakin yuxarıda da qeyd etdiyim kimi, Nümayəndə heyəti Parisə tam 

tərkibdə gedə bilmədiyindən təbii ki, İstanbulda müəyyənləşdirilmiş bu iş bölgüsü dəyişikliklərə  uğradı. 

Bütövlükdə isə lazım gəldiyi təqdirdə Nümayəndə heyətinin hər bir üzvü gərəkli bilinən və tapşırılan hər bir işi 

yerinə yetirməyə hazır idi. 

 

Nümayəndə heyəti nəyə nail oldu? 

 

Paris sülh konfransı Azərbaycan Nümayəndə heyəti hələ İstanbulda olarkən - 1919-cu il yanvarın 18-də 

açılmışdı. Azərbaycanlılar Müttəfiq Dövlətlərin təmsilçiləri ilə uzun və üzücü yazışmalardan sonra yalnız 

aprelin 22-də Fransa paytaxtına yola düşmək imkanı qazanmış  və mayın 7-də Parisə  gəlib çıxa bilmişdilər. 

Lakin buna baxmayaraq Nümayəndə heyəti öz üzərinə qoyulan vəzifələrin icrasına hələ İstanbulda başlamışdı. 

Burada bir tərəfdən çar Rusiyasının süqutundan sonra yaranan yeni, müstəqil dövlətlərin - Gürcüstanın, 

Ukraynanın,  Şimali Qafqazın və  s,  o  biri  tərəfdən isə  Qərb dövlətlərinin - ABŞ-ın,  İngiltərənin, Fransanın, 

Almaniyanın və s. təmsilçiləri ilə danışıqlar aparılmış, Azərbaycan Cümhuriyyətinin müstəqil dövlət kimi 

beynəlxalq miqyasda tanıdılmasına təşəbbüslər göstərilmişdi. 

Parisdə Nümayəndə heyəti bir neçə istiqamətdə  fəaliyyət göstərirdi.  İstər heyətin sədri  Ə. M. 

Topçubaşov, istərsə  də ayrı-ayrı üzvlər siyasi danışıqlar aparır, öz ölkələrinin iqtisadi maraqlarını  təmin edir, 

dövrün mürəkkəb beynəlxalq münasibətlərində Azərbaycanın layiqincə  təmsil olunmasına çalışırdılar. 

Azərbaycanın istiqlaliyyətinin birinci ildönümü günündə Nümayəndə heyəti ABŞ prezidenti, sülh konfransının 

keçirilməsi üçün məşhur prinsiplərin müəllifi V. Vilson tərəfindən qəbul olunmuşdu. həmin görüşdə Vilson 

Azərbaycanın və Rusiya əsarətindən qurtararaq öz milli dövlətlərini qurmuş digər xalqların gələcəyi ilə bağlı öz 

üzərinə heç bir təəhhüd götürməsə də, bütövlükdə bu görüş Nümayəndə heyətinin dünya siyasəti meydanındakı 

fəaliyyətinin uğurlu başlanğıcı kimi diqqəti cəlb edir. 

Yenicə qurulmuş dövlətlərini Avropa miqyasında təmsil etmək məsuliyyətini öz üzərinə götürmüş 

diplomatlarımız, ilk növbədə isə heyətin sədri  Ə. M. Topçubaşov tezliklə özlərini proseslərdən yaxşı baş 

çıxaran,  şəraitə uyğun  şəkildə  hərəkət etməyi və düzgün qərarlar çıxarmağı bacaran siyasətçilər kimi göstərə 

bildilər. Təsadüfi deyil ki, Ə. M. Topçubaşov Bakıya, Azərbaycan Cümhuriyyəti Nazirlər  Şurasının sədrinə 

göndərdiyi məlumatlarda təkcə Nümayəndə heyətinin fəaliyyətindən bəhs etmir, həm də ölkəsində ideya və 

əməl dostlarına dövlət quruculuğu, xarici siyasət, idarəçilik, beynəlxalq münasibətlər və s. bağlı bir sıra qiymətli 

məsləhətlər verirdi. Paris mühitindən və Sülh konfransının təcrübəsindən yalnız Azərbaycanın dövlət 

müstəqilliyinə nail olmaq üçün yox, həm də ölkədə demokratik, sivil, sözün yaxşı 

mənasında Qərb standartlarına cavab verən bir dövlət qurmaq üçün istifadə olunurdu. 

Azərbaycan nümayəndələri öz ölkələrinin siyasi və iqtisadi maraqlarından çıxış edərək fəal və 

mütəhərrik siyasət yürüdürdülər. Bu siyasətin  əsas guşə daşını isə Azərbaycanın müstəqilliyi ideyası  təşkil 

edirdi. Paris sülh konfransına hazırlıq mərhələsində Nümayəndə heyətinin səyləri nəticəsində Azərbaycanın 

ABŞ, Böyük Britaniya, Fransa, İtaliya,  İran və s. ölkələrlə qarşılıqlı münasibətlərinin qurulması  və inkişaf 

etdirilməsi sahəsində bir sıra işlər görülmüşdü. 

Öz ölkəsinin müstəqilliyinə  zəmanətin yalnız Avropada deyil, daha çox okeanın o tayında olduğunu 

başa düşən Ə. M. Topçubaşov qısa müddət ərzində amerikanlarla işgüzar münasibətlər yaratmağa nail olmuşdu. 

Vəkil V. Çandler və M. Robinovla müqavilə bağlanmış, onlara ABŞ  və Kanadada Azərbaycanın maraqlarını 

təmsil etmək həvalə olunmuşdu. Azərbaycanı tanıtmaq məqsədi ilə Parisdə ingilis və fransız dillərində çap 

edilən kitab və broşüraların mühüm bir qismi hələ 1919-cu ildə bu ölkələrə yola salınmışdı. Ə. M. Topçubaşov 

uzaqgörən bir siyasətçi kimi ABŞ  və Avropada Azərbaycan lobbilərinin yaranmasını öz ölkəsinin dünya 

miqyasına çıxmasının və geniş tanınmasının, habelə onun maraqlarının daha Etibarlı şəkildə müdafiəsinin əsas 

qarantı sayırdı. Nümayəndə heyətinin səyi nəticəsində hələ 1919-1920 - ci illərdə Azərbaycanın tarixi keçmişi, 

ölkənin zəngin təbii sərvətləri, Azərbaycanda rus istilasının xarakteri və miqyası, Qafqazdakı qonşularla 

münasibət, erməni-azərbaycanlı qarşıdurmasını meydana çıxaran amillər, azərbaycanlılara qarşı erməni zülmü, 

1918-ci ilin dəhşətli mart soyqırımı və s. barəsində Avropa ölkələrində müəyyən məlumatlar yaymaq mümkün 

olmuşdu. Bütün bunlar isə öz növbəsində həm Azərbaycanın nisbətən geniş tanınmasına imkan yaratmış, həm 

də ölkəmiz və xalqımız barəsində daha çox qərəzkar rus-erməni mənbələrinin təsiri altında formalaşmış yanlış 

təsəvvürlərin tədricən dağılmasına, onun inamlı və obyektiv münasibətlərlə əvəz olunmasına kömək etmişdi. 

Azərbaycan Nümayəndə heyəti yalnız öz ölkəsinin deyil, bütün Qafqazın müstəqilliyi və siyasi-mənəvi 

birliyi uğrunda mübarizə aparırdı.  İstər  İstanbulda, istərsə  də Parisdə  məhz azərbaycanlılar bu gün geniş 

yayılmış ifadə ilə desək, "Qafqaz evi" yaratmağın qızğın tərəfdarları kimi çıxış edirdilər. Nümayəndə heyəti 

mühüm sənədlərin qəbulu  ərəfəsində Ümumqafqaz maraqlarını  əsas götürərək Gürcüstanın və Dağlı 

Respublikasının təmsilçiləri ilə əlbir fəaliyyət göstərirdi. Təəssüf ki, bizim günlərdə olduğu kimi həmin dövrdə 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə