ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   2   3   4   5   6   7   8   9   ...   33

 

8

buna görə də o zaman xarici ölkələrlə əlaqəni öz inhisarı altına almış "Drujba" cəmiyyətinin xüsusi mükafatına 



layiq görülmüşdü. 70-ci illərdə mərhum alimimiz Abbas Zamanov vasitəsilə öz vətəni ilə də əlaqələr yaradan 

Məmməd Məhərrəmov Azərbaycanın kitab fondlarına da bir sıra kitablar hədiyyə etmişdi. M. Məhərrəmov 

1919-cu ilin aprelində İstanbuldan Parisə yola düşən Azərbaycan Nümayəndə Heyətinin həyatda qalan sonuncu 

üzvü idi. Tale ona hətta Azərbaycanın yenidən öz istiqlalına qovuşduğunu görmək xoşbəxtliyini də  nəsib 

etmişdi. Uzun illər Fransada yaşayan, YUNESKO-nun əməkdaşı olan, diplomat Ramiz Abutalıbovun verdiyi 

məlumata görə, Məmməd Məhərrəmov 1992-ci ildə Parisdə, 97 yaşında vəfat etmişdi. 

Abbasbəy Atamalıbəyov haqqında məlumatlarımız çox azdır. Onun siyasi arenadan uzaqlaşmadığı 

İkinci dünya müharibəsi illərindəki fəaliyyətindən aydın olur. 1942-ci ildə Almaniyada sovet hərbi əsirlərindən 

milli legionlar təşkil olunarkən A. Atamalıbəyov da bu işdə yaxından iştirak etmişdi. O, Ə. Fətəlibəyli-

Düdənkinski və Fuad Əmircanla birlikdə  Şərq Nazirliyinin yaratdığı  "Əlaqə heyəti"nin (milli legionlarla iş 

aparmaq üçün) tərkibinə daxil idi və burada SD birliklərindəki legionerləri təmsil edirdi. 20-30 - cu illərində 

Azərbaycan siyasi mühacirləri arasındakı mövqe mübarizələrində A. Atamalıbəyovun M. Ə. Rəsulzadəyə 

müxalifət mövqeyində dayandığı və mərkəz kimi Parisin seçilməsi ideyasına tərəfdar çıxdığı da məlumdur. SD 

birlikləri ilə əməkdaşlıq etdiyinə görə İkinci dünya müharibəsi başa çatdıqdan sonra A. Atamalıbəyov Avropada 

qalmaqdan ehtiyatlanmış və daha uzaqlara Çiliyə mühacirət etmişdi... 

Bütünlükdə isə, Nümayəndə Heyəti fəal siyasətlə məşğul olan son üzvünü itirənə qədər siyasi arenadan 

çəkilməmiş "Azərbaycan davasını" bacardığı qədər davam etdirmişdir. 

 

Nümayəndə heyətinin sənədlərdə 



yaşayan tarixi 

 

Nümayəndə heyətinin sədri  Ə. M. Topçübaşov  əvvəlcə  İstanbuldan, daha sonra isə Romadan və 



Parisdən öz hökumətinə heyətin fəaliyyəti – apardığı danışıqlar, keçirdiyi görüşlər, yeni yaranmış dövlətlərin 

təmsilçiləri ilə fikir mübadilələri və s. barəsində ardıcıl məlumat verirdi. Kommunikasiya çətinliklərinə  və 

diplomatik poçtun olmamağına baxmayaraq, o, 1919-cu ilin mart-noyabr ayları  ərzində Azərbaycan 

Cümhuriyyətinin Nazirlər Şurasına 11 məlumat göndərmişdi. 4-5 mart tarixli birinci, 17-19 mart tarixli ikinci və 

18 aprel tarixli üçüncü məlumatlar  İstanbuldan, 4 may tarixli dördüncü məlumat Romadan, 15 may tarixli 

beşinci, tarixi dəqiqləşdirilməyən altıncı, 8-10 iyun tarixli yeddinci, 8-9 iyul tarixli səkkizinci, 22-25 sentyabr 

tarixli doqquzuncu, 6-10 noyabr tarixli onuncu, 29 noyabr -2 dekabr tarixli on birinci məlumatlar isə Parisdən 

yola salınmışdır. Təəssüf ki, bu məlumatlardan yalnız yeddisi arxivlərdə mühafizə olunmuşdur. Sıra etibarilə 

ikinci, dördüncü, beşinci və altıncı məlumatlar ya itirilmiş ya da Moskvaya aparılmışdır. 

Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bu mühüm sənədlər ilk və sonuncu dəfə 1927-ci 

ildə Bakıda, bolşevik tarixçi A. Rayevski tərəfindən "Musavatskoe pravitelstvo Azerbaydjanskoy Respubliki na 

Versalskoy konferentsi" (mart-dekabr 1919 q.) adı altında ayrıca kitab şəklində çap edilmişdir. Tərtibçi mətnləri 

olduğu kimi vermiş, lakin kitaba yazdığı əhatəli müqəddimədə onları öz dövrünün bolşevik tarixçiliyi ruhunda 

təfsir etməyi də unutmamışdı. Başqa sözlə desək, bu gün bizim üçün dövlətçilik tariximizin mühüm sənədləri 

olan bu nadir materiallar A. Rayevsinin təsəvvürünə görə, Azərbaycanı ingilis imperializminə satmaq 

niyyətində olan bir ovuc müsavatçının intriqalarından başqa bir şey deyildi. Lakin siyasi mövqeyindən asılı 

olmayaraq, həmin nəşr üçün A. Rayevskiyə minnətdar olmaq lazımdır. ümumiyyətlə, 20-30 - cu illərdə 

Azərbaycan Cümhuriyyətinin tarixini təhrif etməklə onun liderlərinə, məqsəd və amallarına ləkə yaxmaq 

məqsədilə yazılmış əsərlər indi nə qədər qəribə görünsə də, tarixi gerçəkliyi dərk etməyə və qiymətləndirməyə 

yardım göstərir. Bu kitablar ən azı həmin sənədlərin həmişəlik itirilməsinin qarşısını almışdır. 

Məlumatların  əksəriyyətinin Parisdən göndərildiyini nəzərə alaraq, biz onların toplandığı bu kitabı 

"Paris məktubları" adlandırmağı daha məqbul hesab etdik. Ə. M. Topçubaşovun  İstanbuldan öz hökumətinə 

göndərdiyi diplomatik məlumatların bir neçə il bundan əvvəl H. Həsənov və H. Paşayev tərəfindən 

"Diplomatiçeskie besedı" adı altında ayrıca kitab şəklində çap olunduğunu yada salsaq, "Paris məktubları" ilə 

Azərbaycan Cümhuriyyətinin diplomatiya tarixinin mühüm səhifələrini əks etdirən özünə-məxsus tarixi sənədli 

dialogiyanın meydana çıxdığı aşkar olur. 

Azərbaycan hökumətinə göndərilən məlumatların hamısı üzərində "President de la delegation de paix de 

la Republique d'Azerbeidjan" ("Azərbaycan Respublikası Sülh nümayəndə heyətinin prezidenti") rəsmi ştampı 

olan blankda yazılmışdır. hər bir məlumatın  əvvəlində verilən qoşa tarixlər (məsələn, 17-19 mart) onun 

başladığı və başa çatdırıldığı tarixi bildirir. Məlumat mətnlərinin bir hissəsi müxtəlif xətlərlə əllə yazılmış, bir 

hissəsi isə makinada çap edilmişdir. Xətt müxtəlifliyinə baxmayaraq, məlumatların  əvvəldən axıra kimi bir 

nəfərin düşüncələrinin məhsulu olduğu şübhə doğurmur. Məlumat mətnləri ya bilavasitə Ə. M. Topçubaşovun 

özü tərəfindən, ya da onun diktəsi altında yazılmışdır. Bu məlumatların üslubundan, təhkiyə tərzindən, habelə 

birbaşa sədrin funksiyaları ilə bağlı məsələlərin ön plana çəkilməsindən də aydın seçilir. Ə. M. Topçubaşovun 

müəllifliyi bu diplomatik sənədlərin ilk nəşri A. Rayevskidə də heç bir şübhə doğurmamışdır. Nəhayət, hər bir 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə