ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

 

23

iddialarını tarixi dəlillərlə əsaslandırmağa çalışırlar. Lakin bu çox zəif motivdir. Görünür, Nümayəndə heyətinin 



özü də tələblərinin yerinə yetiriləcəyinə inanmır. Əlbəttə, burada başqa bir motiv də var. Həmin motiv Qafqaz 

Konfederasiyası yaradılmasının qeyri-mümkünlüyüdür. Farslar deyirlər ki, belə olduqda biz onlarla 

birləşməliyik. Onlar bunu çox istəyirlər. Xüsusilə də özləri bizdəki kimi, ziyalıların olmadığını etiraf edirlər. 

Eləcə də Estoniya, Latviya, Belorusiya və Ukrayna nümayəndələri ilə münasibətlər qurmuşuq. 

Polşa Nümayəndə heyətinin başçısı  cənab Dımovski bizi səhər yeməyinə  dəvət etmişdi. Səhər 

yeməyində Polşa Nazirlər Şurasının sədri cənab Paderevski də iştirak edirdi. Onunla da qarşılıqlı görüşlərimiz 

oldu. 

İyunun 18-də Fransa Xarici İşlər Nazirliyi Şərq şöbəsinin işçisi cənab Qu ilə görüşdük. 



Nümayəndə heyətimizin İngiltərə və İtaliyanın baş nazirləri ilə görüşü hələ baş tutmayıb. Çünki bütün 

iyun ayı ərzində Beşlər Soveti Almaniya ilə sülh müqaviləsi məsələləri ilə məşğul olub. 

 

Nümayəndə heyətinin iqtisadi addımlarına (məlumatın VIII paraqrafı) qayıdaraq bizim Ticarət və 

Sənaye Nazirliyinin bu və ya dikər malların alınması üçün müxtəlif adamlara son dərəcə asanlıqla, hətta mən 

deyərdim, məsələnin fərqinə varmamaq səviyyəsində bir yüngülbeyinliklə icazə verməsinə diqqəti cəlb etmək 

istərdim. Bu məsələlərlə əlaqədar ən azı Nümayəndə heyətinə xəbər vermək lazım idi. 

Məsələn, indi cənab Tahirov haqqında danışırlar. O, bura hansı  səlahiyyətlə  gəlir? Heç bir xəbərimiz 

yoxdur. O özü Konstantinopoldan yazmışdı ki, hökumətimizin ticarət məsələləri ilə  əlaqədar Romaya gedir. 

Eyni bir məsələ ilə  əlaqədar müxtəlif tərəflərdən addımlar atılması çox böyük narahatçılıq doğurur, çünki bu 

anlaşılmazlıq yaradır, lüzumsuz və artıq hərəkətlərin meydana çıxmasına səbəb olur. 

 

XI 

Bizim Konstantinopoldakı  təmsilçiliyimizlə bağlı bu yaxınlarda Səfvət bəy Məlikovdan məktub 

almışam. Bildirir ki, Siz onun sorğularına cavab vermirsiniz. Əgər Səfvət bəyə ehtiyac yoxdursa, bu barədə 

onun özünə  məlumat vermək lazımdır.  Əgər həmin yerə başqa  şəxsin təyin olunması  nəzərdə tutulubsa, onu 

dərhal göndərmək lazımdır. Mən Konstantinopoldan çıxarkən Səfvət bəyi təmsilçiliyə müvəqqəti təyin 

etmişdim və ona yalnız üç aylıq vəsait vermişdim. İyulun 22-də həmin vaxt başa çatır. O, maddi cəhətdən çox 

böyük ehtiyac içində olduğunu yazır,  ən başlıcası isə Bakıdan-Sizdən hər hansı bir xəbər alacağına ümid 

bəsləmir. Məsələnin aydınlaşdırılması hər cəhətdən faydalı olardı. Bu işlə məşğul olmağınızı xahiş edirəm. 

Eyni zamanda imkanınız daxilində Nümayəndə heyəti üzvlərinin öz ailələri ilə  əlaqə saxlaması 

məsələsinə daha artıq qayğı və diqqətlə yanaşmağınızı xahiş edirəm. 

Bizə nadir hallarda rəsmi sənədlər göndərilən zaman belə, güman ki, Nümayəndə heyəti üzvlərinin 

ailələrinə bu barədə  xəbər verilmir. Bu səbəbdən hətta gecikmiş  məktubları da heyət üzvlərinin hamısı ala 

bilmir. Bu isə öz növbəsində haqlı narazılıq və giley-güzar doğurur. 

Güman edirəm ki, rəsmi xarakterli məktub və  sənədlərin göndərilmə tarixi barəsində ailələrə  xəbər 

vermək o qədər də  çətin iş deyildir. Bu halda əlaqə saxlamaq baxımından çıxılmaz vəziyyətdə qalan və 

yaxınlarından heç bir xəbər tuta bilməyən ailələrin gətirdikləri məktubları da rəsmi poçta əlavə etmək olardı. 

Yeddi nömrəli məlumatda  şərh etdiyim beş maddədən ibarət xahişlərin hamısı yenə  də öz qüvvəsini 

saxlayır. 

1. İngilis komandanlığı, yaxud hər hansı bir Müttəfiq ölkə komandanlığı vasitəsilə 75 (yetmiş beş) min 

funt sterlinqdən az olmayan məbləğin dərhal göndərilməsi zərurəti. 

2. Lazımi məlumatlarla təmin edilmiş kuryerin təxirəsalınmaz surətdə yola salınması. 

3. Mühüm aktların və müqavilələrin (tranzit və s. haqqında) surətlərinin, habelə qəzetlərin göndərilməsi. 

4. Gediş-gəliş üçün icazə və pasport vizalarının alınması. 

5. Bakıdan və Parisdən Konstantinopolla əlaqə yaradılması. 

6. Tiflisdəki Konfransın qətnamə və protokollarının bizə göndərilməsi. 

7. Lazım olan malların siyahısı, qiymətlər, ümumən həm ölkəmizin, həm də qonşularımızın iqtisadi 

vəziyyəti haqqında təfərrüatlı məlumatın göndərilməsi. 

 

 

 



 

 

 

 

 

 

 


 

24

 





№ 9 

22-25 sentyabr 1919-cu il 

 

AZƏRBAYCAN RESPUBLİKASI 

NAZİRLƏR ŞURASININ 

CƏNAB SƏDRİNƏ 

 

Cənab Sədr, Sizə çatdırmağı özümə  şərəf bilirəm ki, cənab Berlin vasitəsilə bu il sentyabrın 14-də 

Qafqaz, xüsusən də Azərbaycanın daxili və xarici həyatı ilə bağlı məlumatları özündə əks etdirən, Xarici İşlər 

Nazirliyinin blankında yazılmış 21 avqust tarixli 2896 saylı məktubu almışıq. 

Verilən məlumatların mühüm qisminin artıq müxtəlif qaynaqlardan bizə bəlli olmasına baxmayaraq, bu 

Nümayəndə heyətinin ölkədə baş verən hadisələrlə bağlı öz hökumətindən aldığı ilk, təfərrüatlı bilgidir; ən 

başlıcası isə göndərdiyi məlumatlara aldığı ilk cavabdır. Lakin çox təəssüf ki, haqqında söhbət gedən sənədlər 

və  qəzetlər  əlavə edilməmişdir. Cənab Sübhanverdixanov onları  cənab Atamalıbəyovun  şəxsən gətirəcəyini 

yazır. 

Sənədlər və  qəzetlər  əlimizdə olsaydı onlar haqqında məlumat verilən bir sıra faktların təsdiqi kimi 



burada yaymaq imkanı  əldə edərdik. Həm də  məlumat Xarici İşlər Nazirliyinin blankında yazılmasına 

baxmayaraq, təəssüf ki, möhürlənməyib və imzalanmayıb. Yalnız sondakı qeydin altında Sübhanverdixanovun 

imzası vardır. Bu baxımdan göndərilən bütün sənədlərin, məlumatların həqiqətən də dövlət sənədlərinə  və 

vəsiqələrinə çevrilmələri üçün, onların lazımi  şəkildə  tərtib edilmələri arzu olunan, hətta mən deyərdim ki, 

zəruridir. 

Göndərilən məlumatların məzmunu üzərində dayanaraq qeyd etməliyəm ki,1. Müttəfiqlər. 2. Könüllü 

Ordu. 3. Qonşularımız-ermənilər tərəfindən indiyə qədər bizə bəslənilən və bəslənməkdə olan münasibət burada 

gördüyümüz və şahidi olduğumuz münasibətlə üst-üstə düşür. 

Müttəfiqlər bizim müstəqilliyimizlə bağlı məsələni nəinki müzakirəyə çıxarmaq, hər şeydən göründüyü 

kimi, heç bunu etmək belə istəmirlər. Doğrudur, onların nümayəndələri ilə görüşlər və söhbətlər zamanı ayrı-

ayrılıqda hər biri bu məsələyə xeyirxahlıqla yanaşdığını nümayiş etdirir, müstəqilliyimizə nail olmaq yolunda 

atdığımız addımları  təqdir edir və  rəğbətlərini bildirirlər. Eyni sözləri, həm də daha artıq dərəcədə  mətbuat 

nümayəndələrindən, deputatlardan, iqtisadi və digər təşkilatlardan eşitməli oluruq. Lakin problemimizin uğurlu 

həlli istiqamətində  ən kiçik irəliləyiş baxımından belə  vəziyyət iyunda və iyulda (№ 7-8) Sizə göndərdiyim 

məlumatlarda təsvir olunan şəkildə qalmaqda davam edir. 

Daha dəqiq desəm, leytmotiv yenə  əvvəlkidir - yəni ümumrusiya məsələsi həll edilənə  qədər. Biz bu 

sözləri çox adamlardan, həm də çox tez-tez eşitməli oluruq. Heç şübhə yoxdur ki, cavablarda Müttəfiqlərin 

fikirləri, arzuları, planları, qarşılarına qoyduqları tapşırıqlar və s. öz əksini tapıb. Onların bir qismi (İtaliya, 

Fransa) həqiqətən də vahid Rusiyanın bərpa edilməsini istəyirlər digər bir qismi isə (İngiltərə, Amerika) özlərini 

sanki bunu istəyirmiş kimi qələmə verirlər. Omskda öz hökumətini quran Kolçakın Rusiyanın Ali hakimiyyəti 

kimi tanınması haqqında beş dövlət başçısının iyunun 30-da imzaladıqları və artıq Sizə də məlum olan sənəddən 

sonra bizim mövqeyimiz daha da zəifləyib, məsələnin həlli isə xeyli geriyə atılıb. Səkkiz nömrəli məlumatda da 

Sizə yazdığım kimi, Nümayəndə heyətimiz əvvəlcə ayrılıqda, sonra isə keçmiş Rusiya ərazisində formalaşmış 

dikər yeni dövlətlərin Nümayəndə heyətləri ilə birlikdə Kolçakın tanınmasına öz etirazını bildirmişdir. (Həmin 

məlumata əlavə edilmiş nota surətləri artıq Sizə göndərilmişdir). 

Nə Konfrans, nə də Müttəfiq nümayəndələrindən heç biri bizim bu etirazlarımıza cavab verdi. Həm də 

bütün bunlarla eyni vaxtda Kolçak hökumətinin və Könüllü Ordunun bütün formalarla və bütün vasitələrlə 

güclü müdafiəsi davam etdirilirdi. Bolşeviklər üzərində növbəti "qələbələr" qazanıldıqca, Müttəfiqlər arasında 

Rusiyanın bərpasına bəslənən inamlar da artırdı. Həm də qarşıya qoyulan məqsədə çatmaq yolunda kiçik 

xalqların azadlıq və istiqlaliyyətinin qurban verilməsinə heç bir diqqət yetirilmirdi. Həmin xalqların hüquq və 

mənafelərini qorumağı isə, güman edirəm ki, böyük dövlətlər öz öhdələrinə götürüblər. Müttəfiqlərin Dağlı 

Respublikasının süqutuna necə laqeydliklə yanaşdıqlarını göstərmək kifayətdir. Bu süqut bizim ürəyimizi dərin 

kədər hissi ilə doldurdu, eyni zamanda öz gələcəyimiz barəsində həyəcanlı fikirlərə yol açdı. Mən bu məsələ ilə 

əlaqədar ingilis Nümayəndə heyətinin başçısı ser Malletin yanında olanda və ona Könüllü Ordunun 

Müttəfiqlərdən aldığı silahla bolşeviklərə qarşı mübarizə aparmaq əvəzinə həmin silahı bizə dinc yerli əhaliyə 

qarşı çevirdiyini söyləyəndə,  Şimali Qafqaz respublikasının  ərazisini işğal edəndən sonra Könüllü Ordunun 

bizim üzərimizə hücuma keçəcəyini bildirəndə, o cavabında dedi ki, Denikin Müttəfiqlər tərəfindən 

müəyyənləşdirilmiş  xətti keçə bilməz. Odur ki, bizim və Gürcüstanın təhlükəsizliyinə  təminat verilir. Dağlı 

Respublikasının darmadağın edilməsinə  gəldikdə isə o, gülümsündü və  mənə  Şərqin, xüsusən də Qafqazın 

bilicisi kimi ingilis Nümayəndə heyətinin tərkibinə daxil edilmiş professor Simpsonla görüşməyi təklif etdi. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə