ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

 

26

Yuqoslaviyaya verməyi nəzərdə tuturdu. Zahirən bu d'Annuntsionun "macərası" təsiri bağışlayır, lakin hamı bir 



nəfər kimi heç bir şübhəyə yer qoymadan bildirir ki, d'Annuntsionun bu "macərası" italyan xalqı  və  İtaliya 

hökuməti tərəfindən bəyənilir. Hər halda, şair-fatehin partizanlarının sayı günbəgün artır, onların sırasında artıq 

krala qohumluğu çatan şahzadə də var. Yeri gəlmişkən, indi həmin şahzadə polkovnik Qabbanın hərbi missiyası 

ilə birlikdə Bakıya gəlmişdir. Bu da Sizə xalqların Sülh Konfransı! Qeyd edim ki, get-gedə Konfrans özü də 

tədricən arxa plana keçməyə başlayır. Yanvarda onun açılış prosesində fəaliyyət göstərən hökumət başçılarından 

hələlik yalnız Klemanso öz yerində möhkəm oturub. Digər Müttəfiq Dövlətlərin təmsilçiləri (Lloyd Corc, 

Tittoni, Lansinq və Makino) artıq çıxıb getmiş və ikinci dərəcəli adamlarla əvəz olunmuşlar. Bütün bunlar azmış 

kimi bu günlərdə  qəzetlərdə Konfransın orqanının - Beşlər  Şurasının (up sonseil sereme) tərkibdə  dəyişilmə, 

hətta ləğv olunma ehtimalı barəsində yazmışdılar. Qeyd edilir ki, Beşlər Şurası daha iki həftə - yəni oktyabrın 

ortalarına qədər öz iclaslarını keçirəcəkdir. Bundan sonra Şuranın Müttəfiq Dövlətlərin Parisdəki səfirlərinin 

Məclisi ilə  əvəz olunacağı gözlənilir. həmin məclis "ad hoc", yəni qeyri-müntəzəm  şəkildə toplaşacaqdır. 

Məclisin toplaşma yeri kimi London göstərilir. 

Bütün bunlar, ola bilsin ki, yalnız layihədir. Lakin Avropanın xarici siyasətinin istiqamətində dönüş 

olacağı  şübhəsizdir. Kabinə  dəyişiklikləri çox ehtimal ki, uzun müddət gözləməyə  məcbur etməyəcəkdir. 

İngiltərənin Nazirlər Kabineti ilə bağlı artıq bu istiqamətdə müəyyən rəy mövcuddur. Həm də Balfurun yerinə 

Lord Kerzonun xarici işlər naziri olacağı söylənilir. 

Əlbəttə, düşünmək olar ki, yeni şəxslərin gəlişi ilə bizim üçün başqa, bəlkə indikindən daha münasib bir 

şərait yaranacaqdır. Lakin hələlik vəziyyətimiz o qədər də ürəkaçan deyildir. İngilis Komandanlığının 

nümayəndələri Erivan quberniyasında və Kars vilayətində yerli müsəlman əhaliyə qarşı ədalətsiz hərəkətlərəgöz 

yumurlarsa, tədbir görmək bir yana qalsın, açıq-aşkar şəkildə yanlışlığa yuvarlanaraq hər şeydə müsəlmanları 

günahlandırırlarsa, burada da kiçik xalqlara münasibətdə də eyni ehtiyatlı, gözləmə münasibəti, eyni cahillik və 

xəbərsizlik şəraiti hökm sürür. 

Ölkəmizlə bağlı siyasət nəinki bizim iştirakımızla yürüdülür, əksinə, bir sıra hallarda həmin siyasətin 

təzahürləri çox çətin anlaşılan  şəkildə meydana çıxır. Məsələn, Azərbaycanda ingilis hərbi qüvvələrinin 

italyanlarla  əvəz olunması haqqındakı  xəbər bu qəbildən idi. Bu barədə Sizə özümün səkkiz nömrəli 

məlumatımda yazmışdım. Göstərmişdim ki, italyanları belə bir addıma sövq edən səbəb qətiyyən bizi Könüllü 

Ordunun, yaxud bolşeviklərin təcavüzkar hərəkətlərindən qorumaq deyil, ölkəmizdən gözlənilən iqtisadi 

mənfəətdir. Bu, tamamilə aydın bir məsələ idi və iyunun 18-də, səhər yeməyinə çağırdığımız cənab Valeri bir 

daha təsdiq etdi ki, italyanlıların təşəbbüsü uğursuzluqla nəticələnib, çünki onlar Qafqazda hərbi qüvvələr 

saxlamaq iqtidarında deyillər. Bütün bunlardan sonra, ehtimal ki, italyanlara ölkəmizə  gəlməyi təklif edən 

ingilislərin hansı məqsədləri güddükləri bizim özümüz üçün də qaranlıq qalır. 

Bütün bunlara baxmayaraq bizdə belə bir fikir yaranmışdı ki, ingilis hərbi qüvvələri ölkəmizdə 

qalmaqda davam edəcəklər. Lakin sonradan məlum olduğu kimi, bu qənaətimizdə yanıldığımız aşkara çıxdı. 

Təkcə biz yox, digər Zaqafqaziya Respublikalarının - Gürcüstanın və Ermənistanın təmsilçiləri də gümanlarında 

aldanmışdılar.  İngilis Nümayəndə heyətinin üzvləri ilə  şəxsi görüşlərimizdə  də heç bir şey aydınlaşdıra 

bilmədik. Yalnız bir məsələni öyrənə bildik ki, hərbi qüvvələrin çağırılması barəsində artıq ingilis hökuməti 

qərar qəbul edib. Onda biz, gürcülər və ermənilər bir yerə toplaşdıq, müzakirələr apardıq, Sülh Konfransına və 

Müttəfiq Dövlətlərin hər birinə ayrılıqda müraciət etmək və respublikalarımızın taleyi həll olunana qədər 

müttəfiq hərbi qüvvələrinin Konfrans tərəfindən ölkələrimizdə saxlanılması barəsində xahiş etmək qərarına 

gəldik. Hər üç Nümayəndə heyəti sədrlərinin imzası ilə belə bir müxtəsər xahiş  ərizəsi avqustun 28-də 

hazırlanaraq təqdim edildi. Lakin indiyə qədər heç bir cavab almamışıq. 

Hazırkı məlumatın bu hissəsini başa çatdırmaq üçün Fransanın Xarici İşlər Naziri Pişonun Parlamentin 

deputatı cənab Monzinin sorğusuna verdiyi cavaba əsaslanmaq və onu da yazdıqlarıma əlavə etmək istəyirəm. 

Cənab Monzi Xarici İşlər Nazirinə sorğusunda Fransanın Qafqaz respublikalarına, xüsusən də Azərbaycana və 

Gürcüstana münasibəti ilə maraqlanmışdır. Pişon adını  çəkdiyim deputatın sorğusunun bütün bəndlərinə çox 

tezliklə cavab vermişdir. Yeri gəlmişkən, deputat de Monzi Fransa Dəniz Liqasının (Liğui Navale Franağaise) 

tərkibində yaranmış xüsusi Fransa-Qafqaz Komitəsinə rəhbərlik edir. Bu Komitənin fəaliyyətində bizim (cənab 

Məhərrəmov, cənab Mirmehdiyev və  cənab Hacıbəyov) və gürcülərin (cənab Qobeçia, knyaz Sumbatov və 

knyaz Avalov) nümayəndələri iştirak edirlər. Hazırda adlarını  çəkdiyim  şəxslərin iştirakı ilə Fransa-Qafqaz 

Komitəsində nazir Pişonun cavabı (həmin cavab 

"Le temps" qəzetindən götürülərək çap edilmişdir və bu məlumata  əlavə olunur. (Əlavə  № 2) münasibəti ilə 

Parlamentdəki çıxışının proqramı üzərində  iş gedir. Artıq faktiki mövcudluğumuza baxmayaraq Fransa 

hökuməti bizi nə faktiki, nə də hüquqi cəhətdən tanıyır. Baxmayaraq ki, onlar bizə rəğbətlə yanaşırlar, bizimlə 

ticarət aparmaq, ümumiyyətlə, iqtisadi əlaqələr qurmaq istəyirlər... 

Başqaları da bizə eyni şəkildə yanaşırlar. Lakin öz fikirlərini bildirmirlər. Daha dəqiq desəm onların 

cənab Pişon kimi öz rəylərini ifadə etmək imkanı olmayıb. Düşünməyə  əsas var ki, bu münasibət Rusiyada 

vəziyyət aydınlaşana, daha doğrusu, bolşeviklərin müqaviməti qırılana qədər həyata keçirilməsi nəzərdə tutulan 

hərəkət planının (mən onu ümumi qərar adlandırmağa çətinlik çəkirəm) nəticəsi kimi meydana çıxmışdır. Ona 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə