ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

 

27

görə də yeni respublikalardan yalnız bolşeviklərə qarşı fəal mübarizə aparanı, yaxud bu işə ümumən fəal şəkildə 



yardım göstərəni rəğbət görə bilər. İndi Estoniya belə bir əlverişli vəziyyətdədir. Bu respublikanın təmsilçiləri 

bir müddət yuxarıda adını  çəkdiyim həmin Pişonun etimadını qazanmışdılar və nazir onlara başa salmışdı ki, 

buna görə (bolşeviklərə qarşı çıxmaq nəzərdə tutulur - tərc.) Estoniya Respublikası müstəqilliyinin tanınacağına 

ümid bəsləyə bilər. Yeri gəlmişkən, cənab Pişon deyəsən, yalnız adamları nəyəsə ümidləndirməkdə səxavətlidir. 

Məsələn, hələ biz bura gələnə  qədər o, N. S. Çxeidzeyə bildirmişdi ki, Gürcüstanın məsələsi çox aydın və 

sadədir. Lakin onun Gürcüstana və bizə münasibətini  əks etdirən fikirlərini oxuyun (əlavə  № 2). Müttəfiq 

Dövlətlərin (Alliees) xatırlatdığım ümumi planı onların  əsas nümayəndələrinin hələlik bizimlə birbaşa 

ünsiyyətdən çəkinmələrinin başlıca səbəbidir. Bu cür görüşlər keçirmək barəsində fikirlərimi ayrıca məktublarla 

cənab Pişona, Klemonsoya, Balfura və başqalarına çatdırmışam. Digər şəxslər də eyni məsələ ilə bağlı bir neçə 

dəfə onlara müraciət ediblər. Hətta Balfurdan (katibi vasitəsilə) məktub almışam ki, o həddindən artıq məşğul 

olduğuna görə hələlik məni qəbul edə bilmir və buna görə də üzrxahlığını bildirir. Yenə də həmin Balfur hər 

dəfə Nümayəndə heyətindən aldığı  məktublara, Sülh Konfransına müraciətlərimizin surətlərinə, habelə 

Konfransa təqdim etdiyimiz Memorandum mətnlərinin nüsxələrinə görə öz yazılı minnətdarlığını yetirir. Sülh 

Konfransının baş katibliyi də eyni ilə bu cür hərəkət edir. Bir sözlə, onlar hamısı nəyi isə gözləyirlər və hələlik 

müstəqillikləri tanınmayan kiçik xalqların təmsilçilərinin burada olmalarına dözürlər. 

Biz də dözürük və gözləyirik. Görünür, keçmiş Rusiya ərazisində yaranmış yeni respublikaların Sülh 

Nümayəndə heyətlərinin hamısının bizimlə eyni vəziyyətdə olması müəyyən təskinlik  əhali-ruhiyyəsi yaradır. 

Belə bir vəziyyətdə çıxış yolu, kömək və yardım aramaq olduqca təbiidir. Lakin harada və kimin timsalında? 

Bizim xalqın müstəqil mövcudluq hüququ şübhəsizdir! Biz bu barədə mümkün olan hər yerdə danışırıq və 

yazırıq. Lakin tək bizim söylədiklərimiz azdır. Çünki görürük ki, bizdən daha çox tanınan, daha mütəşəkkil 

olan, hətta müstəqil mövcudluq təcrübəsinə malik xalqlar da özlərinə yalnız müttəfiqlər deyil, himayədarlar, 

protektoratlar, mandat sahibləri axtarırlar və həmin mövqedən çıxış edərək bu və ya digər güclü dövlətə doğru 

istiqamət götürürlər. 

Bu istiqamət məsələsi növbəti vacib və həyati əhəmiyyətli bir məsələ kimi həmişə qüvvə və zəruriliyini 

saxlamışdır. Bizim Nümayəndə heyətimiz hələ Konstantinopolda olarkən həmin mövzunu dönə-dönə müzakirə 

etmişdir. Eyni məsələ ilə burada da ardıcıl məşğul oluruq. 

Kimə doğru istiqamət götürməli? 

Bir neçə iclas boyu davam edən müzakirələrdə İngiltərəyə və gələcək Rusiyaya doğru ehtimalı istiqamət 

məsələsini araşdırdıq. Yol verilə biləcək mənhus səhvin nə kimi saysız-hesabsız fəlakətlərə meydan açacağını 

nəzərə alaraq Nümayəndə heyəti belə qənaətə gəldi ki, biz Millətlər Cəmiyyətinə müraciət etməliyik və artıq o 

özü mandat alacaq ölkəni müəyyənləşdirməlidir. həm də bu zaman biz məsələnin müzakirəsini özümüzün və 

gürcü Nümayəndə heyətinin birgə  məclisinə  çıxarmaq təklifini zəruri saydıq. Gürcülər bu qərarımızla razı 

olduqlarını bildirdilər. 

Lakin müəyyən vaxt keçdikdən sonra Məmməd Həsən Hacınskinin təklifi ilə Nümayəndə heyəti 

yenidən eyni məsələnin üzərinə qayıtdı. Bu dəfə artıq müəyyən təkliflə  İngiltərəyə müraciət etmək və ondan 

məlum dövr ərzində Azərbaycanın idarəçiliyi mandatını öz üzərinə götürməsini xahiş etmək təklifi irəli 

sürülürdü. həm də təklifi irəli sürərkən Hacınski dərhal Londona getmək, orada birmənalı şəkildə bu qərarımızı 

ingilis hökumətinə çatdırmaq,  İngiltərənin razılığı alındıqdan sonra isə Millətlər Cəmiyyətinə müraciət etmək 

ideyası ilə çıxış etdi. Belə olan təqdirdə Cəmiyyətin də öz növbəsində mandatı İngiltərəyə verəcəyi təbii sayılır. 

Bu təklifi prinsipial şəkildə qəbul etməklə bərabər Nümayəndə heyəti həmin məsələ ilə bağlı əvvəlcə buradakı 

ingilis təmsilçiləri ilə danışıqlar aparmağı zəruri saydı. Yalnız bundan sonra Nümayəndə heyətinin üzvlərindən 

bir nəfər Londona ezam edilə bilər və əgər zərurət yaransa, daha sonra bizim təmsilçimiz (çox güman ki, "sədr" 

nəzərdə tutulur - tərç.) ora gedəcəkdir. 

Bu qətnamə gürcü Nümayəndə heyəti ilə keçirdiyimiz birgə iclasda nəzərdən keçirildi. Mandatla 

əlaqədar İngiltərəyə müraciətdən imtina edən gürcü nümayəndələri bu ölkə ilə daha sıx əlaqə saxlamaq və onun 

təmsilçiləri ilə daha tez-tez görüşmək məsələsində bizimlə  həmfikir olduqlarını bildirdilər. Nümayəndələrin 

Londona göndərilməsinin hələ vaxtı çatmamış  məsələ olduğu qənaətinə  gəlindi.  İngilis nümayəndə heyətinin 

tərkibində baş verən dəyişikliklər, habelə  cənab Balfurun və ser Malletin hələlik burada olmamaqları bizi 

ingilislərə müəyyən dərəcədə yaxınlaşmaq imkanından məhrum edir. Yeri gəlmişkən, Lloyd Çorc kabinetinin 

ehtimal olunan süqutu yeni sürprizlər doğura bilər. 

Bu günlərdə Gürcüstan nümayəndə heyətinin üzvü Qvardcaladze Londondan qayıdacaq. Onun gətirdiyi 

məlumatlara əsaslanaraq İngiltərə paytaxtına getmək zərurətini bir daha müzakirə edəcəyik. 

İngilislərin ölkəmizə necə münasibət bəslədikləri, onların təklif olunan mandatı götürüb-

götürməyəcəkləri məsələsi hələlik bizim üçün qaranlıq qalsa da, özlərinin gələcək Rusiyanın adından danışmaq 

və hərəkət etmək səlahiyyətinə malik olduqlarının, düşünənlərinin baxış və münasibətləri bizdə heç bir şübhə 

doğurmur. 

İndiyə qədər onlar özbaşına yaranmış "Rus məclisin"də "birləşmişdilər". Bu "Məclis"in tərkibi keçmiş 

nazirlərdən və  səfirlərdən ibarətdir. Lakin Müttəfiq Dövlətlər Kolçakı tanıdıqdan sonra burada "Rus 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə