ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

 

25

Mən elə həmin gün adı çəkilən professorun görüşünə getdim. Bütün ingilislər kimi professor Simpsonun da çox 



üzügülər bir adam olduğu, həm də Qafqazı müəyyən qədər tanıdığı aşkara çıxdı. O, mənə ərazimiz, əhalimiz, 

hökumətimizin və Parlamentimizin tərkibi, habelə qonşulara, ilk növbədə isə ruslara və ermənilərə 

münasibətimiz barəsində ümumi xarakterli bir neçə sual verdi. Cavablarımın hamısını özü üçün qeyd edirdi. 

Məsələn, suallarından biri belə idi: "Sizin Şimali Qafqaz və Dağıstan əhalisi haqqında fikriniz nədir? Dağlılar öz 

dövlətlərini qura bilərlərmi?" Mən suala cavab verməyə imkan tapmamış Simpson özü dedi: "Məncə onlar (yəni 

dağlılar) dövlət qura bilməzlər, çünki hamısı eyni millətin nümayəndələri deyillər, çoxsaylı tayfalara 

parçalanıblar". "Bəs  İsveçrə?" - deyə  mən də öz növbəmdə soruşdum. "Doğrudur, lakin orada mövcud olan 

mədəniyyət dağlılarda yoxdur" - deyə Simpson cavab verdi, sonra isə əlavə etdi: "Əslinə baxanda bir də dağlılar 

özləri müstəqil dövlət qurmaq istəmirlər, ona görə  də  ərazilərinin Könüllü Ordu tərəfindən tutulmasına özləri 

kömək ediblər". Lakin "Dağıstan sizindir və Denikin sizin ölkəyə gəlməyəcək". "Bu məqsədlə də Vudroop ora 

göndərilir. O, Könüllü Ordu və bizim oradakı təmsilçilərimiz üçün müvafiq təlimat aparır". Bu zaman mən sözə 

qarışıb dedim: "Yeri gəlmişkən,  əldə olan məlumatlara görə Sizinkilər də Könüllü Orduya kömək edirlər..." 

"Bilirsinizmi, hərbçilər həmişə öz həmkarlarına xüsusi rəğbətlə yanaşırlar, həqiqətən də bizimkilər Könüllü 

Ordunun hərəkətlərinə bir az uyublar. Ancaq bundan sonra belə olmayacaq". 

Səkkiz nömrəli məlumatımda ümumi söhbətlər barəsində  xəbər vermişdim.  İndi isə öz qeydlərimdən 

ayrı-ayrı məqamları təfərrüatı ilə təqdim etməklə Müttəfiqlərin bizim üçün son dərəcə həyati əhəmiyyətə malik 

məsələlərə neçə yüngüllüklə yanaşdıqlarını  əyani  şəkildə göstərmək istəyirəm. Onlarla söhbətlərdən biz bir 

qayda olaraq qeyri-müəyyən təəssüratla ayrılırdıq: ümumi məsələlərin müzakirəsindən kənara çıxmırdılar, 

konkret xarakterli suallara isə (məsələn, Miryaqub Mehdiyevin iştirakı ilə Amerika nümayəndə heyətinin 

təmsilçisi Morqentuadan Müttəfiqlərin bizi tanıyıb-tanımayacaqlarını soruşdum) ya ümumi cavablar verir, ya da 

susurdular. Mənə elə gəlir ki, onlar artıq müəyyən qərara gəliblər. Lakin sadəcə olaraq nəzakətlilik xatirənə hələ 

həmin qərarı açıq şəkildə demirlər. Ancaq onu da düşünürəm ki, məsələ təkcə nəzakətlilikdə deyil, çünki siyasi 

vəziyyət elə mürəkkəb və qarmaqarışıq bir şəklə düşüb ki, indiki vaxtda Müttəfiqlərin özlərinin Rusiyanın və 

onun tərkibindən ayrılmış hissələrin gələcəyi ilə bağlı hər hansı qərarının olması ehtimalının özü məndə şübhə 

doğurur. Görünür, hər şey Kolçak, Denikin və Yudeniç ordularının uğurlarından asılı vəziyyətə düşüb. 

Digər tərəfdən, Müttəfiqlərin özlərinin də kifayət qədər işləri var. Versalda Almaniya ilə imzalanmış 

müqavilə artıq, necə deyərlər, çat verib, çünki həmin müqavilə "nifrət bəslənən" bu dövlətin yenidən 

güclənəcəyi fikrini təlqin etməkdədir. 

Beləliklə, Versal müqaviləsi yeni (alman) Avstriyası ilə Almaniyanın tez birləşmə imkanını diqqətdən 

yayındırmışdır. Almaniya isə öz növbəsində bundan istifadə etmiş və Konstitusiyasının 62-ci maddəsində belə 

bir ehtimalın mümkünlüyünü nəzərə almışdır. Həmin diqqətsizliyin "islah edilməsi" üçün bir ay vaxt tələb 

olundu. Bütün təzyiq vasitələrinə əl atıldı və belə bir şəraitdə Almaniya Konstitusiyasının yuxarıda xatırlatdığım 

62 - ci maddəsi ləğv olundu. Tanınmış mətbuat orqanları bir ağızdan və yorulmadan təkrar edirlər ki, Almaniya 

öz üzərinə götürdüyü təəhhüdləri yerinə yetirməyəcək, almanlar bolşeviklərlə,  İtaliya və Yaponiya ilə gizli 

siyasət aparırlar. Doğrudan da "EL, tempo" adlı italyan qəzetində Almaniya ilə Yaponiya arasında bağlanmış 

gizli müqavilənin mətni çap olunmuşdur. Yaponiya nümayəndələri hələlik belə bir sənədin mövcudluğu faktını 

inkar edirlər. Daha sonra diqqətinizə çatdırmalıyam ki, Amerikada Versal müqaviləsinin  əleyhinə böyük bir 

kampaniya başladılmışdır. Burada əvvəllər Almaniyanın müstəmləkələri olmuş Şan-Tunq və Kia-Çaunun indiki 

müqavilənin şərtlərinə görə Yaponiyaya verilməsinə kəskin etirazlar bildirilir. Amerika Senatı bu şərtlərlə razı 

deyil, həmin ərazilər Çinə qaytarılmalıdır. Senatda Vilson layihəsi ilə bağlı Millətlər Cəmiyyətinə qarşı güclü 

bir qruplaşma da fəaliyyət göstərməkdədir. Ola bilsin ki, yalnız Vilsonun nüfuzu nəticəsində həmin layihə qəbul 

ediləcəkdir. Lakin bu zaman sənədin bəzi dəyişikliklərə  uğrayacağı da istisna olunmur. Bütün hallarda kiçik 

xalqlar üçün yeni olan bu Müəssisə-Millətlər Cəmiyyəti hələlik ölü doğulmuş  uşağa oxşayır. Kimin və  nə 

zaman ona nəfəs verəcəyi bəlli deyil, Fransada, İtaliya və Almaniyada elə bil hətta bu Cəmiyyətin 

mövcudluğunu da unutmuşlar. Bu ölkələrin hər birinin daxili xarakterli ağrılı yerləri var - bunlar get-gedə artan 

bahalıq, pulun məzənnəsinin aşağı düşməsi, artıq böhran deyil, həqiqi yanacaq aclığı səviyyəsinə çatmış kömür 

qıtlığıdır. Bir çox yerlərdə nəinki fabrik və zavodlar dayandırılır, hətta hərəkətdə olan marşrutlardakı qatarlarda 

parovozların və vaqonların sayı azaldılır. 

Fransa və  İngiltərə seçkilər  ərəfəsindədir. Hər cür ümumi, daha çox isə partiya mövqeli və  şəxsi 

xarakterli mülahizələr hökumət idarəçilərini bir sıra hallarda mövcud kursu dəyişməyə  həm də daha çox 

tamamilə əks istiqamətə dəyişməyə məcbur edir. 

Məsələn, bu mülahizələrin təsiri və ictimai fikrin təzyiqi altında  İngilis hökuməti qəti  şəkildə 

Rusiyadakı antibolşevik təmayüllü qüvvələrə yardım göstərməyin əleyhinə çıxdı və indi öz hərbi qüvvələrini hər 

yerdən geri çağırır. Başqa sözlə desək, Sülh Konfransı  tərəfindən bəyənilmiş  hərəkətlər planı ilə kökündən 

fərqlənən bir addım atır. Sülh Konfransının özünə gəldikdə isə o, Müttəfiq Dövlətlərə deyil, yalnız "məğlublara" 

qarşı güclüdür. Macarıstanın üzərinə hücuma keçmiş "müttəfiq" Rumıniyanın nümunəsi dediklərimi bir daha 

təsdiq edir. Müttəfiq Dövlətlərin Konfransa münasibətini  şair Qabriel d'Annuntsio başda olmaqla italyan 

əsgərlərinin Fiume şəhərini zorla (sic!) ələ keçirmələri  əyani  şəkildə göstərir. Sülh Konfransı isə bu şəhəri 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə