ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

 

21

Görünür, yuxarıda xatırlatdığım söhbət öz xalqı  və parlamenti qarşısında atdığı addıma bəraət 



qazandırmaq üçün italyan hökumətinə lazımdır. Lakin ən mühüm olanı budur ki, İtaliya bizim istiqlaliyyət 

məsələmizin müsbət həll edilməsi baxımından öz üzərinə heç bir təəhhüd götürmür, hətta müstəqilliyə qarşı 

Denikinin ehtimal olunan çıxışlarının qarşısını almaq üçün də heç bir iş görmək istəmir,  Əlbəttə, belə bir 

vəziyyətdə Valeri hansı bir qəti cavab almağa ümid bəsləmirdi. Digər tərəfdən, biz birbaşa ingilislərin özləri ilə 

danışıb dəqiqləşdirməliyik: onlar doğrudanmı Qafqazı tərk edirlər? 

Mən bu mülahizələrlə ingilis Sülh Nümayəndə heyətinin təmsilçisi Ser Malletin yanında oldum. O, 

Qafqazı tərk etmək qərarına gəldiklərini, lakin yerlərinin italyanların tutacaqlarını bildirdi. həmin dəyişikliklərin 

səbəbləri barəsində isə heç bir şey demədi. Mallet əlavə etdi ki, hazırda Qafqazda olan hərbi qüvvələr onlara 

başqa yerdə lazımdır. Onu da bildirdi ki, italyanların gəlişi vəziyyətdə heç bir şey dəyişdirməyəcəkdir, çünki 

onlar ingilislərin başladıqları və gördükləri işləri davam etdirəcəklər. Mənim Denikinin təcavüzkar hərəkətləri 

ilə bağlı əndişəmin müqabilində Mallet* dedi ki, Denikin Azərbaycana və Gürcüstana hücum etməyəcəkdir, bu 

barədə o, İngiltərənin səlahiyyətli nümayəndəsi Vudro tərəfindən müvafiq xəbərdarlıq alıb, Vudro özü isə bu 

günlərdə Qafqaza yola düşür. 

Bütün bunları  İngiltərənin digər nümayəndəsi, professor Simpson da təsdiq etdi. Keçmiş Rusiya ilə 

bağlı bütün məsələlər indi ona həvalə olunub. Cənab Simpson özü məni söhbətə  dəvət etmişdi. Denikin 

barəsində bildirdi ki, o, artıq səlahiyyət həddini aşıb və bu məsələdə təəssüf ki, xaricdəki bir sıra silah yoldaşları 

ona müəyyən mülayimliklə yanaşırlar. Müstəqil Dağlı dövləti qurulmasının mümkünlüyü ehtimalları ilə bağlı 

isə cənab Simpson bu məsələnin reallığına şübhə ilə yanaşdığını söylədi. 

İngilis nümayəndələrinin öz silahlı qüvvələrinin Qafqazdan çıxması ilə bağlı yuxarıda xatırlatdığım 

bəyanatları aydın məsələdir ki, diqqətimizi italyanlarla yaxınlaşma yolları axtarmağa yönəltdi. 

Digər oxşar təsadüflərdə olduğu kimi bu məsələdə  də qarşımızı  kəsən Sizdən heç bir xəbər 

almamağımız idi. Mən yalnız qəzetlərdən bəzi yarımçıq məlumatlarla tanış ola bilmişdim. 

Tahirovun gəlişini gözləyirdik. O, hələ ayın 7-də Konstantinopoldan çıxacağını bildirmişdi. Lakin 

indiyə qədər bir xəbər yoxdur. Onun yerinə Xovenov kəlib Tahirovun verdiyi məktub və qəzetləri gətirib. 

Yuxarıda göstərdiklərimdən başqa italyanlarla münasibətlərimizin qurulmasına  İtaliya hökumət 

kabinəsinin süqutu və Sülh Konfransına yeni italyan Nümayəndə heyətinin təyin edilməsi də mane oldu. İyunun 

28-də  mənim yanımda olan Valeri də  İtaliya hökumətinin Qafqaza qüvvələr köndərməsi ilə bağlı keçirdiyi 

tərəddüdlərdən bəhs edərkən öz fikirlərini şəraitin qeyri-müəyyənliyi ilə əsaslandırırdı. 

Əgər bu gəliş baş tutsa, onda əsas motiv, heç şübhəsiz güdülən iqtisadi maraqlardır. Bu güzəşt İtaliyaya 

çox güman ki, heç bir şey ala bilmədiyi Fium və digər yerlərin əvəzinə kompensasiya kimi verilir. Bütün bunlar 

hələlik ehtimallardır. Lakin indiki halda həmin məsələlərdə iqtisadi maraqların birinci yerdə durduğuna biz 

iyulun 7-də dağlıların təşkil etdikləri naharda bir daha inandıq.  İtaliyanın Parisdəki səfirliyinin attaşesi qraf 

Sadino və gürcü nümayəndələri də nahara dəvət olunmuşdular. Fikir mübadiləsindən aydın oldu ki: 

1. İtaliya Qafqazda siyasi deyil, yalnız iqtisadi maraqlar güdür. 

2.  İtaliya Millətlər Cəmiyyətindən Qafqazın idarə olunması üçün mandat alacaq, lakin o, özünün bu 

hüquqdan yalnız region əhalisinin razılığı ilə istifadə etmək istəyir. 

3. İtaliya Qafqazda üç-beş ildən çox qalmayacaq. 

4. Bu müddət ərzində Qafqaz respublikaları öz konfederasiyalarını yaradarlar, daha da güclənərlər və o 

zaman talelərini özləri həll edərlər. 

Həm də  əgər bu müddət  ərzində Rusiya Federativ Respublikası yaranarsa, Qafqaz Konfederasiyası 

Rusiya Federasiyanın tərkibinə daxil ola bilər və onda İtaliya da Qafqazdan gedər. 

5. İtaliya nə Denikinlə, nə başqa heç kəslə vuruşmayacaq. 

6. Qafqaz öz ordusunu saxlaya bilər. Bu işdə İtaliya da öz tərəfindən ona yardım göstərə bilər. 

Bizim Nümayəndə heyəti üzvlərinin apardıqları ümumi söhbətlərdən bu və buna bənzər nəticələrə 

gəlmək mümkündür. Şübhəsiz, həmin söhbətlər  şəxsi xarakter daşıyırdı. Lakin deyilənlər  İtaliya 

diplomatlarından birinin fikri kimi maraq doğurur.  İngilis təmsilçisinin cavabı ilə  əlaqədar qraf Sadinonun 

(mətndə  səhv olaraq "Sabina" şəklində getmişdir - tərc.) və Valerinin fikirləri arasındakı yaxınlığı qeyd 

etməliyəm.  İndi biz italyanlara doğru addım atmalıyıq. Həmin addımları üç Nümayəndə heyəti - gürcülər, 

dağlılar və biz həmişə birlikdə olmasa da, hər halda ümumi razılıq əsasında atacağıq. 

 

Beləliklə, istəməsək də,  şərait yeni istiqamət götürməyə  məcbur edir. Buna görə ardıcıl  əlaqə 

saxlamağımız və biri-birimizi məlumatlandırmağımız son dərəcə vacibdir. Mən  əvvəllər də bu mühüm şərtin 

zəruriliyini dönə-dönə vurğulamağı özümə borc bilirdim - sine qua non - həmin  şərt atılan addımların 

qətiliyində və yerlərdəki həqiqi şəraitə uyğunluğunda özünü göstərir. İndi bu zərurət daha kəskin şəkildə hiss 

olunur. Güman edirəm ki, bundan ötəri vəsaitə qızırqalanmaq lazım deyil. 

Sizin  əlinizin altında adamlar var. Onların içərisindən iki həftədə bir dəfə kuryer göndərmək olardı. 

Həmin kuryerə  gəlmək və geri qayıtmaq üçün Müttəfiq Dövlətlərin təmsilçilərindən müvafiq icazə almaq 



 

22

mümkündür. Burada bizim münasib adamlarımız yoxdur. Ona görə də indiki təsadüfdə olduğu kimi, təsadüfən 



ələ düşən imkanlardan yararlanmalı oluruq. Bundan əlavə və burada ölkədən çıxış icazəsi almaq həddindən artıq 

çətindir. Bizim millətdən olan adamlar üçün isə həmin çətinlik qat-qat artıqdır. 

Başqalarına etibar etmək də təhlükəlidir. Yeganə münasib adam yəqin ki, baron Xovenovdur. Bəlkə də, 

onun xidmətindən istifadə edəcəyik (lakin bunun da öz "amma" sı var...). 

 

VI 

Biz, təbii ki, iyunun 27-də baron Xovenov tərəfindən gətirilən materiallarla tanış 

olduq. Onların içərisində  M.  Y.  Cəfərovun (xarici işlər naziri - tərç.) "məxfi" qrifi ilə M. Hacınskinin adına 

göndərdiyi üç zərf də vardır. hər üç zərfdə sonradan da aydın olduğu kimi, yalnız Nümayəndə heyəti ilə bağlı 

məktublar və sənədlər toplamışdı. Biz onları nümayəndəliyin sənədlərinə əlavə etdik. 

Şifrəli teleqramın məzmunu, eləcə də Şimali Qafqazda, Dağıstanda, Qarabağda, İrəvan quberniyasında, 

Qars vilayətində və Axalsıx qəzasında baş verən hadisələrlə bağlı hökumətin rəsmi sənədləri həmin hadisələrlə 

bağlı əvvəllər də qəzetlərdən bəzi məlumatlar əldə etməyimizə baxmayaraq, bizi çox həyəcanlandırdı. 

Əlbəttə, müvafiq şəraitdə biz bütün bu məlumatlardan istifadə edəcəyik. Lakin yeni kursun şərtlərinin 

meydana çıxdığı indiki vaxtda ingilislərin Qarsın və digər  əyalətlərin daxili işlərinə  və maliyyə  məsələlərinə 

qarışmaları ilə əlaqədar çıxışlar etmək son dərəcə riskli bir addım olardı. 

Əlbəttə, hər dəfə belə çıxışlara çox diqqətlə yanaşmaq lazımdır və  əlbəttə, yenə  də mümkün olan hər 

şeyi etmək bizim borcumuzdur. 

 

VII



 

Böyük təəssüf hissi ilə deməliyəm ki, göndərilən materiallar arasında Qafqaz Konfederasiyası ilə bağlı 

məlumata təsadüf etdik. Doğrudur, Azərbaycan nümayəndələrinin konfransla (1919-cu ilin iyununda 

Transqafqaz respublikaları nümayəndələrinin iştirakı ilə Tiflisdə keçirilən konfrans nəzərdə tutulur - V. Q.) 

bağlı protokollarını böyük maraqla oxuduq. Lakin nümayəndə, heyətimizin təklifinə necə yanaşıldığı, 

Konfransın özünün nə işlər gördüyü bizə məlum olmadı. Bu konfrans artıq başa çatıbmı və s. və i. a. Qarşılıqlı 

münasibətlərimiz baxımından burada bütün bu məlumatlar bizim üçün son dərəcə lazımlıdır. Bu mənada yaxşı 

məlumat-indi hər  şey deməkdir. Misal olaraq, ermənilər ardıcıl  şəkildə belə  məlumatlar alırlar və  həmişə baş 

verən hadisələrdən xəbərdardırlar. 

Əgər bizə bu qədər inamsızlıqla yanaşmasaydılar, onların məlumatlarından istifadə etmək olardı. 

Məsələn, dörd gün bundan əvvəl (6 iyul) Kaçaznuni və Papacanov (erməni Nümayəndə heyətinin 

üzvləri - tərç.) yanımızda idilər. Sonuncu xəbər verdi ki, iyunun 17-də Şuşada bizimkilərlə ermənilər arasında 

qanlı toqquşmalar olub. Həqiqətən də olubmu - bilmirəm. Ümumiyyətlə, Qarabağ barəsində heç bir 

məlumatımız yoxdur. Həmin məsələni isə burada erməni nümayəndələri çox kəskin  şəkildə qoyublar və 

Müttəfiq Dövlətlərin təmsilçilərinin də  vəziyyətdən xəbərləri var. Bu gün öyrəndik ki, amerikalıların 

binagüzarlığı ilə bütün Ermənistan üçün ali komissar təyin olunur. Yeri gəlmişkən, indicə Bammatov (dağlı 

Nümayəndə heyətinin sədri - tərç.) yanımda idi. Onunla Sülh Konfransı qarşısında bütün Qafqaza vahid ali 

komissiya göndərilməsi məsələsini qaldırmaq barəsində fikir mübadiləsi etdik. Bu məsələ  həm bizim 

Nümayəndə heyətində, həm də qalan üç Nümayəndə heyəti ilə birlikdə müzakirə olunacaq. 

 

VIII 

Siyasi xarakterli məsələlərdən başqa iyunun 19-da biz Azərbaycan üçün əsasən amerikanlardan, ola 

bilsin həm də fransızlardan müxtəlif malların alınması ilə bağlı praktik istiqamətli ciddi addımlar da atmışıq. Bu 

məsələdə bizə kömək edən şəxslər vardır. İndiyə qədər danışıqları Nümayəndə heyətinin adından M. Hacınski 

aparıb. Onun xahişi ilə iqtisadi məsələlərlə məşğul olmaq üçün komissiya ayrılıb. Ümid edirik ki, bütün zəruri 

malları (manufaktura, ayaqqabı və s.) çox ucuz qiymətə alıb Sizə göndərə biləcəyik. 

Bununla  əlaqədar Azərbaycana, iqtisadi, ola bilsin ki, həm də siyasi məsələlərlə maraqlanan xüsusi 

komissiya gələcək. 

Amerika yəhudiləri ilə müəyyən  əlaqələr var. Onlar ermənilərin apardıqları  səs-küylü təbliğatın 

qarşısını almaq, ilk növbədə isə guya sentyabr ayında baş vermiş kütləvi erməni qırğınları ilə  əlaqədar 

əleyhimizə söylənən ittihamların doğurduğu xoşagəlməz təəssüratı dağıtmaq üçün Amerikaya bir neçə adam 

göndərməyimizi təkidlə  məsləhət görürlər. Ümid edirəm ki, tezliklə Amerika mətbuatında bizim haqqımızda 

daha səhih məlumatlar yayılacaqdır. 

 

IX

 

Bir neçə birgə iclas keçirdiyimiz gürcü və dağlı Nümayəndə heyətlərindən başqa biz fars Nümayəndə 

heyəti ilə  də iki dəfə görüşmüşük. 7 nömrəli məlumatda da xəbər verdiyim kimi, bu Nümayəndə heyəti öz 

Memorandumunda bütün keçmiş Azərbaycan xanlıqları ilə bağlı  ərazi iddiası irəli sürmüşdür. Onlar öz 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə