ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

 

13

 



II 

№ 3 

18 aprel 1919-cu il 

 

AZƏRBAYCAN RESPUBLİKASI 



NAZİRLƏR ŞURASININ 

CƏNAB SƏDRİNƏ 

 

Sabah  Ələkbər bəy Topçubaşov buradan ingilis gəmisində yola düşür. O, hökumətin və Azərbaycan 



Respublikasının Sülh Konfransındakı Nümayəndə heyətinin kuryeri kimi Bakıya geri qayıdır. Sülh Nümayəndə 

heyətinin buraya - Konstantinopola gəlişindən bəri sayca üçüncü olan rəsmi məlumatı onunla göndərirəm. 

Birinci məlumat bu il martın 4-5 - də  Əlibala  Əliyev vasitəsilə  həm Nümayəndə heyətinin gördüyü 

işlərə, həm də xüsusən Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Naziri kimi mənim fəaliyyətimə 

dair çoxsaylı  sənədlərin və aktların surətləri ilə birlikdə yola salınmışdı. Məlumata, həmçinin fransız və türk 

dillərində kitab və broşüralar, yenə də həmin dillərdə qəzet komplektləri də əlavə edilmişdi. Göndərilən bütün 

sənədlərin bölmələr üzrə təsviri hazırlanmış və bunlar da cənab Əliyevlə yola salınmışdır. 

Nümayəndə heyətinin Parisə getməsi ilə bağlı  məsələlərə  həsr olunan və martın 6-dan 29-a qədərki 

vaxtı əhatə edən ikinci məlumat da 17-29 mart tarixli məktub və müvafiq əlavələrlə birlikdə Tuqanov vasitəsilə 

göndərilmişdir. 

Təəssüf ki, indiyə qədər əlavələrlə birlikdə bu iki məlumatın Sizin tərəfinizdən alınması barəsində heç 

bir xəbər yoxdur. Xüsusən də  cənab  Əliyevlə göndərilən məlumatın alınıb-alınmamağı narahatçılıq doğurur. 

Çünki yaxın günlərdə buraya gələn R. Hadızadə Batumda cənab Əliyevin xoşagəlməz hadisələrlə qarşılaşdığını 

və  nəticədə göndərdiyimiz məlumatları tam şəkildə  və  ağzı bağlı halda izə çatdırmaq imkanından məhrum 

olduğunu söyləmişdi. 

Bizi son dərəcə pərt vəziyyətə salan bu məsələ təəssüf ki, indiyə qədər aydınlaşdırılmamış və bizə heç 

bir xəbər çatdırılmamışdır. 

Həmin bu müddət  ərzində Bakıdan buraya bir sıra  şəxslər (R. Hadızadə, L. Əmircanov, droqomanlar 

Dubrovski və Bosyaqanski, Xalq Təminatı Nazirliyinin kontrakentləri Valter Zelenski və Dyakonov) gəlmişlər, 

lakin onların heç biri cənab Əliyevin və cənab Tuqanovun sağ-salamat qayıtmaları barəsində heç bir məlumat 

gətirməmişdir. Yalnız R. Y. Hadızadə özü ilə bir neçə şəxsi məktub və bəzi qəzetlər gətirmişdir. 

Yenə  həmin R. Hadızadə Batumdan Mahmud bəy  Əfəndiyevdən mənim adıma bir neçə  zərf gətirib. 

Onların içərisindən Sizin 18 fevral tarixli şifrəli məktubunuz da vardır: Nəhayət, Adilxan Ziyadxanovun 

göndərdiyi 27 fevral tarixli şirələnmiş başqa bir məktub, habelə onun məruzəsinin fransız və rus dillərində olan 

mətnini Əbdüləli bəy Əmircanov gətirib. 

Onların kabinetin süqutu (yaxud tərkibində qismən dəyişikliklər edilməsi) barəsində verdikləri xəbərlər 

dolayısı ilə bu günlərdə Batum qəzetlərində  də müəyyən dərəcədə  təsdiq olunmaqdadır. Lakin həqiqətən də

yeni kabinet formalaşıbsa, təəssüf ki, onun tərkibi bu günə qədər bizə bəlli deyil. 

Beləliklə, fevralın sonundan başlayaraq biz yenə dəy Azərbaycandakı vəziyyətdən tam xəbərsizik. Eyni 

zamanda Fətəli xan Xoyskinin məktubunda vəd olunmuş maddi vəsait və əlavə köməkçi qüvvələrdən də heç bir 

səs-soraq yoxdur. Yalnız aprelin 6-da mən ingilis komandanlığı vasitəsilə Fətəli xan Xoyskinin 30 mart tarixli 

teleqramını aldım. Həmin teleqramda o, işlərimizin vəziyyəti ilə maraqlanır və Nümayəndə heyətinin Parisə 

yola düşmə vaxtını soruşurdu, Ertəsi gün (aprelin 7-də) Nümayəndə heyətinin üzvləri ilə  məsləhətləşdikdən 

sonra mən eyni komandanlıq vasitəsilə aşağıdakı məzmunda cavab teleqramı göndərdim: 

"Bakı. Azərbaycan Respublikasının Nazirlər  Şurasının sədri Fətəli xan Xoyskiyə. Nümayəndə heyəti 

yola düşə bilmir. Parisə getmək üçün Hacınskiyə, Çeyhun bəyə  və  Məhərrəmova icazə verilir. Mən burada 

qalmağa məcburam. Digər üzvlər Londona getmək üçün çalışırlar. Yeni adamlar göndərsəniz, onların Parisə 

getmək icazələrini yerində - Bakıda alınmasına nail olun. Nümayəndə heyətinin sədri Topçubaşov". 

Bu teleqram Nümayəndə heyətinin indiki vaxt üçün müəyyənləşmiş vəziyyətini əks etdirirdi. Siz artıq 

cənab Tuqanov vasitəsilə göndərilən məlumatdan fransız Ali Komissarının mənim səfərimin dayandığını 

bilirsiniz (əlavə  №1). Yenə  də  həmin komissar özünün 29 mart tarixli məktubu ilə bizə bildirmişdir ki, 

Fransanın Xarici İşlər Nazirliyi Nümayəndə heyətinin tərkibindən heç kimin Parisə getməsinə icazə vermir. 

Lakin hələ bu xəbər alınmamışdan  əvvəl Nümayəndə heyəti Parisə, Sülh Konfransı  Sədrinin adına, habelə 

Fransanın,  İngiltərənin, Amerikanın və  İtaliyanın dövlət başçılarının adına yaranmış  vəziyyətlə  əlaqədar qısa 

məlumat göndərməyi qərara almışdı. Bu məktub martın 21-də hazırlanmış və artıq yola salınmışdır (əlavə №2). 

General Franşe de Esperonun 29 mart tarixli göstərişinə  əsasən mən martın 31-də onun məktubu ilə 

Fransanın diplomatik nümayəndəsi Diraçın yanında oldum. 



 

14

Aydın oldu ki, üç nəfərə Parisə getmək üçün icazə veriləcəkdir. Fransız Nümayəndəsinin tələbi ilə 



Nümayəndə heyətinin siyahısı istənilən tərkibdə üçüncü dəfə ona təqdim olundu. Bir neçə gündən sonra adını 

çəkdiyim fransız Nümayəndəsinin dəftərxanasından  şifahi  şəkildə bildirdilər ki, Məmməd Həsən Hacınski, 

Məhəmməd Məhərrəmov və Ceyhunbəy Haçıbəyli Parisə gedə bilərlər. 

Bununla  əlaqədar Nümayəndə heyəti Parisə gedəcək üzvlərin tərkibini bizim özümüz tərəfindən 

müəyyənləşdirilməməsinin qətiyyən məqsədəuyğun olmadığını Fransa Nümayəndəsinin nəzərinə çatdırmağı 

zəruri saydı. Müvafiq məzmunlu məktub mənim imzamla aprelin 8-də göndərilmişdir (əlavə № 4). 

Eyni zamanda Parisə, Sülh Konfransı  Sədrinin adına, habelə Fransa, İngiltərə, Amerika və  İtaliya 

hökumətlərinin Baş nazirlərinin adına teleqram göndərilməsi qərara alında və bu qərar aprelin 8-9 - da həyata 

keçirildi (əlavə №5). 

Bizim 8 aprel tarixli məktubumuzla  əlaqədar (əlavə  № 4) aprelin 12-də fransız Nümayəndəsinin 

məlumatı alınmışdır. Həmin məlumatda yuxarıda adlarını çəkdiyim üç nəfərin Parisə gedə biləcəkləri göstərilir 

(əlavə №6), Lakin bütövlükdə, mahiyyət etibarı ilə məktubumuz cavabsız qoyulmuşdur. 

İngilis Nümayəndəsi qarşısında da müvafiq tələblər qaldırılmışdır. O da mənim Londona getməyimin 

mümkün olmadığını bildirmişdir. Şeyxülislamov və Mirmehdiyevlə əlaqədar isə Londona xəbər verəcəyini vəd 

etmiş və 3-5 günə cavab çatdıracağını bildirmişdir. Lakin indiyə qədər heç bir cavab almamışıq. 

Bizim 7 aprel tarixli cavab teleqramımızın (bax-yuxarıda) məzmunu da hadisələrin üzərində qısa şəkildə 

dayandığım bu gedişi ilə şərh edilir. Sonra necə oldusa  

adlarını yuxarıda çəkdiyim nümayəndələrlə bütün danışıqlar öz-özünə kəsildi. Nümayəndə heyətimiz yaranmış 

vəziyyət müzakirə edərək məcburiyyət qarşısında bir neçə yer ayrılmaq qərarı  qəbul  etdi. Üç nəfərdən – 

Hacınski, Məhərəmov, Hacıbəylidən-ibarət birinci hissə Parisə, iki nəfərdən - Şeyxülislamov və 

Mirmehdiyevdən ibarət ikinci hissə Londona gedəcək, mən isə Konstantinopolda fəaliyyət göstərəcəyəm. 

Qüvvələrin bu şəkildə bölündüyü şəraitdə, aydın məsələdir ki, artıq tam bir Nümayəndə heyətindən danışmağa 

lüzum qalmır. Ona görə də qərara alındı ki, həmin adamlar daha Nümayəndə heyəti kimi və Nümayəndə heyəti 

adından deyil, onun ayrı-ayrı üzvləri kimi danışsınlar və hərəkət etsinlər. O da qərara alındı ki, Parisə gedənlər 

bütün qüvvələrini hər şeydən öncə Nümayəndə heyətinin qalan üzvlərinin də Fransa paytaxtına gəlmələri üçün 

icazə almağa sərf etməlidirlər. 

Lakin sonra vəziyyət dəyişildi və indi bizim hamımızın pasportlarımızda, əvvəla, Romaya getmək üçün 

italyan vizası vardır, bundan əlavə Mirmehdiyev və  Şeyxülislamov Marseldən və Parisdən keçmək və bu 

şəhərlərin hər ikisində dayanmaq hüququ ilə Londona getmək üçün ingilis vizası alıblar. 

İndi biz hamımız Parisə gedirik, sonra necə hərəkət edəcəyimiz isə orada aydınlaşacaq. Aprelin 21-də, 

bazar ertəsi Marselə yola düşəcək ingilis gəmisində artıq bizə yer vəd edilib. Güman edirəm ki, bu dəfə 

doğrudan da yola çıxacağıq və aprelin sonunda artıq Parisdə olacağıq.  Əkər mümkün olsa, buradan yola 

düşdüyümüz günün dəqiq tarixi barəsində Sizə teleqram göndərəcəyəm. İşlərin gedişini gözlənilmədən dəyişən 

şərait haqqında indidən yazmağa ehtiyac yoxdur. 

Məlumatı Nümayəndə heyətinin maliyyə baxımından təmin etmək üçün tez və qəti tədbirlər görülməsi 

vacibliyini bir daha xatırlatmaqla başa çatdırıram. Nümayəndə heyətinin sərəncamında olan maddi vəsait 

qurtarmaq üzrədir və o, Paris səfərimizi maliyyələşdirməyə  çətin ki, çatsın. Doğrudur, Parisdə  hələ yanvar 

ayında göndərilmiş pul köçürməsi var. Lakin Parisdə qalmaq müddətimizin tam qeyri-müəyyənliyi, Nümayəndə 

heyəti üzvlərinin hissə-hissə müxtəlif yerlərə getmək zərurəti, görünməmiş bahalıq və pulların, xüsusən də rus 

rublunun dəyərinin (Konstantinopolda bu pulun tədavüldə  işlənməsinə ümumiyyətlə icazə verilmir) hədsiz 

dərəcədə  aşağı düşməsi bütün bunlar dərhal Nümayəndə heyətinin sərəncamına müvafiq maddi vəsait 

verilməsini tələb edir. Həmin vəsait artıq Parisə göndərilmiş pul köçürülməsi də daxil olmaqla, Nümayəndə 

heyətinə Bakıda ayrılan məbləğdən az olmamalıdır. 

Pulların hansı yolla göndərilməsinə  gəldikdə isə Siz yenə  də Bakıdakı ingilis komandanlığının 

yardımından istifadə etməli olacaqsınız. Aydın məsələdir ki, əgər pulu xüsusi adamla göndərmək mümkün 

olmasa, bu yolu seçməlisiniz. 

Ümumiyyətlə, yaxşı olardı ki, Nümayəndə heyətinin Paris səfərinə icazə alınması ilə bağlı bütün 

məsələlər barəsində  həmin komandanlığa məlumat verilsin. Kiminsə Parisə göndərilməsi zərurəti ortaya 

çıxanda, onun gəlişinin də komandanlıq vasitəsilə təmin edilməsi yerinə düşərdi. 

Sonda bir daha bildirmək istəyirəm ki, mən yalnız işin faktiki tərəfi haqqında yazmağa məcburam. 

Məruz qaldığımız bütün hər şeyi meydana çıxaran və izah edən mülahizələrə, səbəblərə və motivlərə toxunmaq 

istəmirəm... 

 

 

 



 

 

III 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə