ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   2   3   4   5   6   7   8   9   10   ...   33

 

9

məlumat Nümayəndə heyətinin sədri, yəni Ə. M. Topçubaşov tərəfindən imzalanmış və onun şəxsi möhürü ilə 



möhürlənmişdir. Bütün bunlar Parisdən göndərilən sənədlərin əsli ilə tanış olduğumuza şübhə yeri qoymur. 

Mətnin altından qırmızı  və göy karandaşlarla çəkilmiş  xətlər, onun kənarındakı müxtəlif işarələr və 

qeydlər  Ə. M. Topçubaşovun Parisdən göndərdiyi materialların Bakıda, Azərbaycan Cümhuriyyətinin 

rəhbərləri, ilk növbədə isə baş nazir Nəsibbəy Yusifbəyli və xarici işlər naziri Məmməd Yusif Cəfərov 

tərəfindən diqqətlə öyrənildiyini, buradakı  işgüzar məsləhət və göstərişlərdən gənc dövlətin fəaliyyətinin 

Avropa standartlarına və demokratiya prinsiplərinə uyğun şəkildə qurulmasında istifadə edildiyini göstərir. 

1919-cu ilin noyabrında Azərbaycan dövlətçiliyi ideyasının müəlliflərindən biri olan Əlimərdanbəy 

Topçubaşov özünün və Nümayəndə heyətinin digər üzvlərinin vətənlə, onun gələcəyi ilə bağlı fikirlərini ifadə 

edərək Parisdən yazırdı: 

"Doğrudur bizi hələ  dövlət kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə hamıya artıq il yarımdan çox 

dövlət kimi faktiki mövcud olduğumuzu bildirir, öz Parlamenti, hökuməti, inzibati sistemi, məhkəməsi, 

məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu Azərbaycan bolşeviklərlə amansız 

mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar siyasi həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil 

dövlətini qura bilərlər. Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu 

özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi müstəqil ictimai-siyasi həyata 

qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün. 

İnanırıq ki, buna gücümüz çatacaq. Çünki xalqımız, doğrudan da, qabiliyyətlidir, ölkəmiz isə  təbii 

sərvətlərlə  zəngindir. Lakin bizdə indiyə  qədər  əxlaqi başlanğıca  əsaslanan siyasi məktəb olmadığından geniş 

xalq kütlələrinin öz gənc dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki 

sınaq anının bütün ciddiyyətini dərk etməsi çox zəruridir. Paytaxt və rəhbər xadimlər - bax, Azərbaycana bütün 

varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə onlar göstərməlidirlər. Ümumi borc - xalqı səfərbər 

etmək və onu müstəqil mövcudluq ideyası ətrafında sıx birləşdirməkdir. Çünki biz artıq şüurlarda geriyə dönüş 

üçün yer olmadığına və ola bilməyəcəyinə  əminik. Qarşımızda yalnız bir yol var - bu da Azərbaycanın 

müstəqilliyinə aparan yoldur". 

Həmin yolun ilk yolçuları, ilk bələdçiləri sırasında Əlimərdanbəy Topçubaşovun rəhbərliyi ilə Parisdə, 

Versal sülh konfransında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Nümayəndə heyətinin 

üzvləri də vardır. Obyektiv tarixi səbəblər üzündən 1920-ci ildə xalqımız həmin müstəqillik yolu ilə sona qədər 

gedə bilmədi. "Yoxdan yaradılmış bir ideal rəmzi" olan üçrəngli müqəddəs bayraq "qırmızı bir bezə 

dəyişdirildi". Lakin M.Ə. Rəsulzadənin də yazdığı kimi, "yüzillik əsarət dərsi ilə ikiillik hürriyyət davası" xalqı 

öz-özünü tanıtmışdı. Və təbii ki, həmin tanıtma, özünə qayıdış prosesində Ə.M. Topçubaşov, M.Ə. Rəsulzadə, 

F. Xan-Xoyski və Azərbaycanın istiqlal yolunda son nəfəslərinə  qədər çalışmış digər milli ruhlu, vətənsevər 

ziyalıların və ictimai-siyasi xadimlərin böyük rolu olmuşdu. 

Azərbaycan bu gün yenidən müstəqillik yolundadır. Bu gün keçmişin səhv və yanlışlıqlarından nəticə 

çıxararaq öz sınanmış liderinin - prezident Heydər  Əliyevin rəhbərliyi altında müstəqillik yolu ilə irəliləyən 

Azərbaycan xalqı eyni zamanda həm də Müsəlman Şərqində ilk demokratik respublika olan cümhuriyyətimizin 

dövlətçilik ənənələrini daha dərindən öyrənməlidir. 

Təqdim olunan kitab həmin nəcib məqsədin gerçəkləşməsinə azacıq da olsa, kömək etmək məqsədilə 

hazırlanmışdır. 

 

Vilayət QULİYEV 

 filologiya elmləri doktoru, professor 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 


 

10

 





№1 

4-5 mart 1919-cu il 

 

AZƏRBAYCAN RESPUBLİKASI 

NAZİRLƏR ŞURASININ 

CƏNAB SƏDRİNƏ 

 

Vaxt və yaşadığımız dövrün fövqəladə  şəraiti Parisə, xalqlar konfransına yola düşmək üçün buraya 

göndərilmiş Azərbaycan Sülh Nümayəndə heyətinin təşkili zamanı, fikrimcə yol verilmiş çatışmazlıqlar 

üzərində geniş-dayanmağa imkan vermir. 

Ona görə  də müxtəsər olacağam və yalnız Nümayəndə heyətinin düşdüyü və indinin özündə  də  çıxış 

yolu tapa bilmədiyi şəraitə toxunacağam. 

Nümayəndə heyətimiz Konstantinopola yanvarın 20-də,  Şimali Qafqazın və Gürcüstanın Nümayəndə 

heyətləri ilə eyni vaxtda gəlmişdir. Heyətini tam şəkildə müəyyənləşdirəndən, tərkibinə bir neçə yeni əməkdaş, 

tərcüməçi və xidmətçi dəvət edəndən, iş bölgüsü aparandan və təşkilat daxili vəzifələri aydınlaşdırandan (bax: 

əlavə  №1-4) sonra Nümayəndə heyəti buradan Parisə yola düşmək üçün imkanlar axtarmaq məqsədi ilə 

fəaliyyətə başlamışdır.  Əvvəlcə bu, bizə çox asan bir iş görünürdü, ortaya çıxan çətinliklərin yalnız texniki 

xarakter daşıyacağı güman olunurdu. Başqa sözlə, işin bizə çətin görünən tərəfi buradan son dərəcə qeyri-ardıcıl 

şəkildə, Marseldən keçməklə Parisə yollanan az saylı gəmilərin birində yer almaq sayılırdı. 

Lakin mənim ingilis və fransız nümayəndələrinin hər biri ilə iki görüşümdən, Nümayəndə heyətinin 

bəzi üzvlərinin ingilislərin Baş  qərargahında olmasından, tərcüməçilərimizin ora göndərilməsindən, nəhayət 

özümün Baş  qərargaha,  şəxsən gedişimdən sonra nəhayət aydın oldu ki, Parisə getmək məsələsi texniki 

çətinliklərdən daha çox digər səbəblərlə  əlaqədardır, bu səfərə istisnasız olaraq siyasi xarakterli mülahizələrə 

görə maneçilik törədilir. 

Digər Nümayəndə heyətləri də bu qənaətə  gəlmişlər. Bizim bütün müraciətlərimizə, xahişlərimizə, 

xatırlatmalarımıza, dəlillərimizə bir qayda olaraq eyni stereotip cavab verilirdi: "Sizin xatirənizə özümüzdən 

asılı olan hər şeyi etməyə hazırıq. Səfəriniz barəsində Parisə və Londona teleqramla məlumat çatdırmışıq. İndi 

cavab gözləyirik. Ümid edirik ki, üç gündən sonra müsbət cavab alınacaq və Siz yola düşəcəksiniz. Aldığımız 

cavab haqqında Sizə məlumat verəcəyik". 

Ancaq biz belə bir məlumat almadıq və hələ bu günə qədər də almamışıq. Mənə elə gəlir ki, ingilis və 

fransız nümayəndəliklərini tələblərimizin haqlı olduğunu və Parisə mümkün qədər tez getməyimizin zəruriliyinə 

inandırmaq üçün gətirdiyimiz əsaslar və dəlillər artıq tükənib... Ancaq təşəbbüslərimiz heç bir səmərə verməyib. 

Onlar (ingilislər və fransızlar nəzərdə tutulur   -  tərc.) da öz tərəflərindən fəaliyyətimizdə qüsur 

saydıqları bu və ya digər cəhətləri dərhal diqqətimizə çatdırmaq imkanını əldən buraxmırlar. 

Belə  cəhətlərdən biri kimi ingilislər və fransızlar Nümayəndə heyətimizin tərkibində  Əhmədbəy 

Ağayevin olmasını irad tuturlar. Məsələ buradadır ki, az qala Nümayəndə heyətinin gəlişinin ertəsi günü yerli 

mətbuatın  əsasən fransız dilində  çıxan bir qismi, xüsusən də "Renaissence" adlı fransızdilli erməni qəzeti 

Əhmədbəy Ağayevin əleyhinə amansız kampaniya başladı. Qəzet onu ittihadçıların (İttihad və Tərəqqi partiyası 

nəzərdə tutulur. - tərc.) lideri, türk Parlamentində  və  mətbuatında ittihadçıların qızğın təmsilçisi və  fəal 

nümayəndəsi, müttəfiq dövlətləri əleyhdarı kimi qələmə verir. İttihad və Tərəqqi partiyasının, xüsusən də Tələt-

Ənvar kabinəsinin bütün günahları Əhmədbəyin ayağına yazılır. 

Onun haqqında təhqiqat başlanıb.  İki dəfə  məni də sorğu-suala tutdular. Nəhayət elan etdilər ki

Azərbaycan Nümayəndə heyəti Əhmədbəy Ağayevi özü ilə aparmamalıdır. "Bu bizim məsləhətimizdir. O, türk 

jurnalisti və türk Parlamentinin üzvü kimi, bizim əleyhimizə danışan və yazan bir adam kimi arzuolunmaz 

şəxsdir". Mənim onun əslən Qarabağdan olması, Azərbaycan Parlamentinə üzv seçilməsi, Nümayəndə heyəti 

üçün son dərəcə zəruri adam hesab edilməsi ilə bağlı bəyanatlarım şübhələri dağıda bilmədi. General Tomson 

tərəfindən Əhmədbəy Ağayevə verilən zəmanət məktubu da heç bir rol oynamadı. 

"Renaissence" qəzeti isə bizim Nümayəndə heyətini "1ndiserabIe" ("miskin" - tərc.) adlandırmışdır. 

Yeri gəlmişkən, gürcü Nümayəndə heyətinin adı belə arzuolunmaz heyətləri sırasında çəkilmişdir. Bu 

Nümayəndə heyətinin  əsas təmsilçiləri olan Çxeidze və Sereteli ""Renaissence" qəzetinin fikrincə "Soviet"in 

(Petroqraddakı  Fəhlə,  Əsgər və  Kəndli Deputatları Soveti) başçıları kimi indi də Parisə yollanırlar ki, orada 

bolşevizm ruhlu sosializmi inkişaf etdirsinlər". 

Əlbəttə, bunlar hamısı yersiz iradlardır, çünki siyasi xarakterli ən əsas mülahizə (bunun belə olduğuna 

qətiyyən  şübhə yeri yoxdur) Mütəffiqlərin Konfransda yalnız ümumi bir Rusiya məsələsini gündəliyə  çıxarıb 

həll etmək arzusudur. Onlar yeni yaranmış hökumətlərin təmsilçilərini Konfransa buraxmaq istəmirlər, 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə