ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   2   3   4   5   6   7   8   9   ...   33

 

6

də ermənilər "Qafqaz evi" ideyasına münasibətdə destruktiv mövqe tutduqlarına görə, bu nəcib məqsədin 



reallığa çevrilməsi istiqamətində irəliləyiş əldə edilməmişdi. 

Nümayəndə heyətinin Parisdəki səkkiz aylıq gərkin fəaliyyəti öz bəhrəsini verdi - 1920-ci il yanvarın 

12-də Versal konfransının Ali Şurası Azərbaycanın və Gürcüstanın de-fakto tanınması barəsində  qərar qəbul 

etdi. Həmin tarixi hadisənin iştirakçılarından biri olan Miryaqub Mirmehdiyev yazırdı: "Bu iki ölkənin 

nümayəndəsi xarici işlər nazirliyinə  dəvət olundu, orada müsyö Kambon konfrans adından onlara hörmət 

əlaməti olaraq öz minnətdarlığını bildirdi. Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan 

respublikaları rəsmi olaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə müstəqil dövlətlər kimi tanınmışlar. Bu 

andan başlayaraq hər iki ölkə  rəsmi  şəkildə Ali Şura ilə  əlaqəyə girə bilər, öz ehtiyaclarını, qeydiyyata 

alınmalarını, konfransın iclaslarında qanuni haqlarını, bərabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan 

başqa Kambon bildirdi ki, bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda onların Rusiyadan 

ayrılmalarının tanınması ilə müşayiət olunmalıdır. Buradan çıxış edərək demək olar ki, Azərbaycan və 

Gürcüstan respublikaları bu gündən etibarən suveren dövlətlər hesab ediləcək". 

Bir həftə sonra - yanvarın 19-da Ali Şuranın hökumət başçılarının iştirakı ilə keçirilən iclasında bu qərar 

bir daha təsdiqləndi. Həmin iclasda çıxış edən Azərbaycan Nümayəndə heyətinin başçısı Ə. M. Topçubaşov və 

nümayəndəliyin müşaviri M. Məhərrəmov Avropanın müəyyən hərbi və iqtisadi yardım göstərəcəyi təqdirdə 

Azərbaycan Cümhuriyyətinin öz müstəqilliyini qoruyub saxlamağa qadir olduğunu bildirdilər. Tarixçi professor 

C. Həsənlinin belə bir fikri ilə razılaşmaq lazımdır ki, "1920-ci ilin yanvarında Paris sülh konfransında 

Azərbaycan Respublikasının siyasi cəhətdən tanınması  Ə. M. Topçubaşov başda olmaqla Azərbaycan 

nümayəndələrinin uğurlu diplomatik fəaliyyəti hesab olunmalıdır". 

 

Nümayəndə heyətinin taleyi 



 

Nümayəndə heyətinin bütün səylərinə baxmayaraq, Azərbaycan xalqının yüz illik rus əsarətindən sonra 

nəhayət ki, müstəqil yaşayacağına, öz dövlətini quracağına, öz torpağının və taleyinin sahibi olacağına bəslənən 

ümidlər doğrulmadı. "Vahid və bölünməz Rusiya" qayəsində  ağqvardiyaçılarla bir mövqedə dayanan 

bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər. Bir ildən artıq Parisdə Azərbaycan davası aparan 

Nümayəndə heyətinin vətənə gedən yolları  həmişəlik bağlandı. Lakin 1920-ci il mayın ortalarında Parisdə 

aldıqları acı xəbər onları müstəqillik qayəsindən çəkindirmədi, mübarizə əzmindən döndərmədi. 

Artıq sentyabr ayında  Ə. M. Topçubaşov Cenevrədə, Millətlər Cəmiyyətinə  təqdim etdiyi 

memorandumda öz müstəqilliyini elan etmiş  və bir sıra dünya dövlətləri tərəfindən de-fakto tanınmış 

Azərbaycan Cümhuriyyətinin bolşevik rus qüvvələri tərəfindən işğalı faktına diqqəti cəlb edir və Cəmiyyətin bu 

məsələyə öz münasibətini bildirməsini zəruri sayırdı. həmin ilin noyabrında o, Cenevrədə Millətlər 

Cəmiyyətinin yığıncağında çıxış edərək yenidən Azərbaycanın istilası  məsələsinə toxunmuşdu.  Ə. M. 

Topçubaşovun 1922-ci ildə Genuya və Lozanna, 1923-cü ildə London konfranslarında hərbi təcavüzə uğramış 

Azərbaycan dövlətinin təmsilçisi kimi etiraz çıxışları  nəticəsiz qalmamışdı. Məsələn, Genuya konfransı 

bolşeviklərin Azərbaycan adından danışmağa heç bir səlahiyyətlərinin olmadığını bəyan etmişdi. 

20-ci illərdə Fransada keçmiş Rusiya imperiyasından olan siyasi mühacirlərin liderlərindən biri kimi 

tanınan  Ə. M. Topçubaşov bir tərəfdən dünya ictimaiyyətinin diqqətini Azərbaycanın tapdalanmış haqlarına 

cəlb etməyə çalışır, o biri tərəfdən isə  hər vasitə ilə siyasi mühacirətin, ilk növbədə  də keçmiş Qafqaz 

respublikaları təmsilçilərinin iş birliyini qurmağa səy göstərirdi. Onun təşəbbüsü və rəhbərliyi ilə artıq 1921-ci 

ilin iyununda Azərbaycanın, Gürcüstanın və Ermənistanın səlahiyyətli nümayəndələri öz aralarında siyasi və 

iqtisadi ittifaq yaratmağın zəruriliyi qərarına gəlmişdilər. 

Bu illərdə Azərbaycan siyasi mühacirəti arasında birliyin və  həmrəyliyin  əldə olunmasında da Ə. M. 

Topçubaşov mühüm rol oynamışdı. O, Avropadakı azərbaycanlı siyasi mühacirlərlə Türkiyədəki Azərbaycan 

Milli Mərkəzi arasında yaranmış ixtilafın aradan qaldırılmasına hər vasitə ilə çalışmış, 1928-ci ildə Parisə gələn 

M. Ə. Rəsulzadə ilə danışıqlardan sonra rəhbərlikdəki paralelliyə son qoya bilmiş, mühacirətin vahid mərkəzdə 

birləşməsi ideyasına tərəfdar çıxmışdı. Ə. M. Topçubaşov Azərbaycanın müstəqilliyini görə bilməsə də, 1905-ci 

ildən etibarən uğrunda ardıcıl və dönmədən mübarizə apardığı ideyaların birinin gerçəkləşməsinin  şahidi 

olmuşdu -1934-cü ilin iyununda onun da iştirakı ilə mühacirətdəki azərbaycanlı, erməni, gürcü, dağlı və başqa 

Qafqaz xalqlarının təmsilçiləri Qafqaz Konfederasiyası Paktının yaradılması barəsində saziş imzalamışdılar. 

1934-cü il noyabrın 5-də Parisdə dünyaya gözlərini yuman Ə.M. Topçubaşovun ölümü milli mənsubluğundan 

asılı olmayaraq bütün mühacirət dairələrini eyni dərəcədə kədərləndirmişdi. Siyasi mühacirətin müştərək orqanı 

olan "Prometey" jurnalı onun ölümünə ayrıca nömrə həsr etmişdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 1993-

cü ilin dekabrında Fransada rəsmi səfərdə olan Azərbaycan Prezidenti Heydər  Əliyev bu görkəmli dövlət 

xadiminin və Cümhuriyyətin qurucularından birinin Parisin Sen - Klu məzarlığındakı qəbrini ziyarət etmişdir. 

1919-cu ilin avqustunda iki aylıq ezamiyyətlə Bakıya gələn Nümayəndə Heyəti sədrinin müavini M. H. 

Hacınski bir daha geriyə - Parisə dönməmişdi.  Ə. M. Topçubaşov Nazirlər  Şurası  sədrinin adına göndərdiyi 

məktubda Bakıda onun üzərinə heç bir funksiya və  vəzifə qoyulmamağını, iki aydan sonra geriyə 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə