ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   2   3   4   5   6   7   8   9   ...   33

 

7

göndərilməsini israrla xahiş edirdi. Görünür, M. H. Hacınskini kifayət qədər yaxşı tanıyan  Əlimərdanbəy bu 



zaman müəyyən motivlərə  əsaslanırdı. Məsələ buradadır ki, Bakıya qayıdan Hacınski Azərbaycanın dövlət 

müstəqilliyini erkən itirməsində mənhus rollardan birini oynamışdı. Əlbəttə, Bakı neftinə can atan və Bakının 

işğalını Rusiya üçün həyati əhəmiyyətli məsələ sayan bolşevik Rusiyası M. H. Hacınski olmasa da, gec-tez öz 

niyyətinə çatacaqdı. Lakin sonuncu, ikiüzlü siyasəti ilə bu prosesi daha da sürətləndirmişdi. 

N. Yusifbəylinin başçılıq etdiyi hökumətdə (24 dekabr 1919-30 mart 1920) daxili işlər naziri vəzifəsini 

tutan M. H. Hacınski bolşevik oriyentasiyası tərəfdarı idi və bu səbəbdən bir sıra hökumət üzvləri, ilk növbədə 

isə Fətəli Xan Xoyski ona qarşı kəskin müxalifətdə dayanırdı. Nəticədə, fevralın 18-də Hacınskini Daxili İşlər 

Nazirliyindən uzaqlaşdırmaq mümkün oldu, lakin o, ticarət, sənaye və ərzaq naziri kimi hökumətin tərkibində 

qaldı və öz dağıdıcı əməllərini davam etdirməyə başladı. 

M. H. Hacınskinin tərəfdarları martın 30-da Dağlıq Qarabağda başlanan erməni qiyamının 

yatırılmasında kifayət qədər  əzmkarlıq göstərmədiyi bəhanəsi ilə N. Yusifbəyli kabinəsinin istefaya 

göndərilməsinə nail oldular. Bundan sonra yeni hökumətin təşkili Hacınskiyə tapşırıldı. O, aprelin 20 - nə qədər 

müxtəlif partiyalarla açıq, bolşeviklərin təmsilçilərlə isə gizli danışıqlar apardı  və bolşevik işğalına beş gün 

qalmış hökumət qurmaq üçün parlamentdən aldığı  səlahiyyətlərdən imtina etdiyini bildirdi. Beləliklə, M. H. 

Hacınskinin xəyanəti nəticəsində işğal qabağı bir ay ərzində Azərbaycanda kəskin hökumət böhranı yaşandı və 

bu böhran da öz növbəsində işğalın reallaşmasına imkan verdi. 

Bolşeviklərin gəlişindən bir neçə gün əvvəl rəsmi  şəkildə Müsavat Partiyasından çıxdığını  və 

Azərbaycan K(b)P-na daxil olduğunu bildirən Hacınski sovet hakimiyyəti illərində müxtəlif sovet və təsərrüfat 

vəzifələrində çalışmışdı. Lakin bütün bu xidmətləri də bir sıra həmfikirləri  kimi  M.  H.  Hacınskini sovet cəza 

maşınının dişlərindən xilas edə bilməmişdi. 1930-cu ildə o, Zaqafqaziya diyar komitəsinin birinci katibi L. 

Beriyanın göstərişi ilə  həbs olunmuş  və 1931-ci il martın 8-də Tiflis həbsxanasında, istintaq başa çatmamış 

vəhşicəsinə öldürülmüşdü. 

Ə.  Şeyxülislamov öz siyasi fəaliyyətini  əvvəlcə Fransada, İkinci dünya müharibəsi illərindən və 

müharibədən sonra isə bir müddət Almaniyada davam etdirmişdi. 20-ci illərin sonunda onun Ə. M. 

Topçubaşovla münasibətləri korlanmışdı.  Ə.  Şeyxülislamov yalnız Parisdəki Nümayəndə heyəti üzvlərini 

Azərbaycan hökuməti adından danışmağa səlahiyyətli sayır və M. Ə. Rəsulzadənin rəhbərliyi altında İstanbulda 

fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinə qarşı  kəskin müxalifətdə dayanırdı. O, Azərbaycan siyasi 

müxalifətinin vahid mərkəzdə birləşməsinin tərəfdarı kimi çıxış edən və kompromisi zəruri sayan Ə M. 

Topçubaşovu M.Ə. Rəsulzadəyə təslim olmaqda günahlandırırdı. 1943-cü ildə o, könüllü şəkildə almanlara əsir 

düşmüş sovet ordusunun mayoru Ə, Fətəlibəyli-Düdənkinskinin yaratdığı siyasi təşkilatın - Azərbaycan Milli 

Birlik Məclisinin (AMBM) rəhbərliyinə seçilmiş, 1951-ci ildə Rusiya Millətlərinin Qurtuluş  Şurasının 

yaradılması haqqındakı Zisbaden Bəyannaməsini Azərbaycan tərəfindən (C. Hacıbəyli və  İ.  Əkbərlə) birlikdə 

imzalamışdı. Həyatının sonuna qədər (o, 1961-ci il martın 2-də Parisdə demək olar ki, dilənçi vəziyyətində vəfat 

etmişdi) Azərbaycanın azadlığı və müstəqilliyi Əkbərağa Şeyxülislamovun başlıca həyat idealı olmuşdu. 

Çeyhunbəy Hacıbəyli siyasi baxışlarına görə Ə. Şeyxülislamovla eyni mövqedə dayanırdı. 1943-cü ildə 

o AMBM-nin başqanlıq divanına seçilmiş, 1952-ci ildə isə bu qurumun Münhendə  nəşr etdiyi "Azərbaycan" 

jurnalının redaktoru olmuşdu. Ç. Hacıbəyli mühacirətdə həm siyasi publisist, həm də tədqiqatçı kimi fəaliyyətini 

davam etdirirdi. O, Fransanın məşhur "Journale Asiatique" məcmuəsində Azərbaycan tarixinə, dilinə  və 

ədəbiyyatına dair çap olunmuş bir sıra məqalələrin müəllifidir. Qardaşı Üzeyir Hacıbəylinin məşhur "Arşın mal 

alan" komediyasının mətnini ingilis və fransız dillərinə çevirərək Parisdə  nəşr etdirmişdi. O, çoxcəhətli elmi 

fəaliyyətinə görə Fransa Şərqşünaslıq Akademiyasının - "Societe Asiatique"nin üzvü seçilmişdi. Həyatının 

sonuna qədər Münhenin SSRİ-ni Öyrənmə  İnstitutunun fəal  əməkdaşlarından biri olan C. Hacıbəyli bu 

institutun nəşrlərindən sovet cəmiyyətinin əsl simasını üzə çıxaran bir sıra maraqlı tədqiqatlar çap etdirmişdi. 

Miryaqub Mirmehdiyev (mühacirətdə o, daha çox Mir Yaqub adı altında tanınırdı) Nümayəndə 

Heyətinin üzvləri içərisində  Ə. M. Topçubaşova hörmət və  sədaqətini sona qədər qoruyub saxlayan yeganə 

mübarizə yoldaşı sayıla bilər. O da mühacirət illərində siyasi fəaliyyətdən çəkilməmiş, rus dilində çap olunan 

"Kavkaz" jurnalı ilə əməkdaşlıq etmişdi.  1933-cü ildə Parisdə Mir Yaqubun "Qafqaz problemləri" kitabı "Şərq-

Amerika kitabxanası" seriyasından fransız dilində çap olunmuşdu. Bu kitabda müəllif Qafqazın Rusiya 

tərəfindən işğalından tutmuş 1920-ci ilə  qədərki hadisə  və prosesləri xronoloji ardıcıllıqla izləmiş, yeni işğal 

faktının - sovetləşdirmənin mahiyyətini və xarakterini açmışdır. Kitabda ümumən Transqafqaz və Şimali Qafqaz 

respublikaları haqqında söhbət getsə  də, təbii ki, əsas diqqət müəllifin doğma vətəninə - Azərbaycana 

yönəldilmişdir. Mir Yaqub həm də Nümayəndə heyətinin fəaliyyətini obyektiv şəkildə işıqlandıran ilk tarixçi-

politoloq hesab oluna bilər.  İkinci dünya müharibəsi  ərəfəsində Parisdən  İrana köçən M. Mehdiyevin sonrakı 

həyatı və taleyi barəsində heç bir məlumat yoxdur. 

Məmməd Məhərrəmov hələ 20-ci illərin əvvəllərində siyasi fəaliyyətdən uzaqlaşmış və kiçik də olsa, öz 

biznesini yaratmağa çalışmışdı. Sonralar o, daha çox bibliofil və antikvariat mütəxəssisi kimi tanınmağa 

başlamışdı. Hətta Gertsenin Londonda çap etdiyi "Kolokol," jurnalının nadir komplektini və eyni müəllifin 

İsveçrədə işıq üzü görən nadir külliyyatını 60-cı illərdə Moskvadakı keçmiş Lenin kitabxanasına bağışlamış və 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə