ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

 

30

əvvəl Erməni məlumat bürosu tərəfindən yayılmış teleqramı  əlavə edirəm. həmin teleqramlarda ermənilərin 



üzərində hücuma keçənlərin pul və silah aldıqları konkret yer kimi Bakı göstərilir (əlavə № 3). Xoşbəxtlikdən 

bu teleqram ciddi qəzetlərdə çap olunmayıb. 

Başqa nümayəndəliklərdən: 1. Gürcü Nümayəndə heyəti ilə siyasi və iqtisadi məsələlərlə bağlı hərtərəfli 

əlaqələrə malikik. Həmin məsələləri birgə iclaslarımızda müzakirə edirik. 

Dağlı Nümayəndə heyəti müvəqqəti olaraq öz-özünə dağılıb. İndi burada yalnız cənab Çermoev və Əziz 

bəy Mekker qalıblar. Ölkələrində yaranmış mövcud şərait özündən təəssüf ki, bu Nümayəndə heyəti fəaliyyət 

göstərmir. İstər heyət istərsə də əlaqələrimiz haqqında cənab Hacınski Sizə daha təfərrüatlı məlumat verəcək. 

İngilis-Fars müqaviləsi bağlandıqdan sonra Fars Nümayəndə heyəti buradakı  işlərdən tamamilə 

uzaqlaşdırılıb. Üzvlər dağılıb gediblər. Hazırda Londonda olan yeni xarici işlər naziri Nüsrəd-Dövlənin gəlişini 

gözləyirlər. Londonda İranın xarici işlər nazirinin şərəfinə verilən ziyafətdə lord Kerzon bu ölkənin ünvanına bir 

sıra xoş sözlər deyib. Digər Nümayəndə heyətləri ilə  də  əlaqələrimiz var. Yeri gəlmişkən, sentyabrın 24-də 

Polşa Nümayəndə heyətinin sədri cənab Dımovskinin və onu müşayiət edən  şəxslərin  şərəfinə  səhər yeməyi 

verdik. Tədbirdə gürcülər də iştirak edirdilər. 

Estoniya, Litva, Ukrayna, Latviya, Belorusiya Nümayəndə heyətləri ilə  zəif də olsa, əlaqələrimiz 

mövcuddur. 

Qafqaza yola düşən xarici missiyalarla burada görüşdük. Görüş barəsində onlar qabaqcadan xəbərdar 

edilmişdilər. Məsələn, Vudropun səfəri ilə bağlı nazir Balford məlumat vermişdi, general Harbordun missiyası 

ilə əlaqədar isə Amerika Nümayəndə heyətinin birinci təmsilçisi cənab Polk xəbər çatdırmışdı. Bizə qabaqcadan 

xəbərdarlıq edərək bildirirlər ki, bu missiyaların göndərilməsi hələ Azərbaycan Respublikasının  İngiltərə  və 

Amerika tərəfindən tanınması demək deyildir (Bax əlavə № № 4.5). 

Cənab Vudrop öz katibləri ilə birlikdə görüşümüzə gəldi. Onun katiblərindən cənab Vayt Təbrizdə və 

Odessada ingilis konsulu olub. Rusca və bizim dilimizdə yaxşı danışır. Cənab Vudrop da yaxşı təsir bağışlayır. 

O, özünün ölkələrimizə xeyirxah münasibəti barəsində danışdı  və bizdən Qafqazın bütün xalqlarının sülh 

şəraitində yaşamasına imkanımız çatan qədər təsir göstərməyimizi xahiş etdi. O, gürcülər (gürcü dilində danışa 

bilir) və ermənilərlə  də görüşdü. Elə  həmin gün də Qafqaza yola düşdü, General Harbord (Naqhoqo) da çox 

tələsirdi. Ona görə  də  məni qəbul etməyə vaxtı çatmadığını bildirməkdən ötəri zabitlərindən birini üzrxahlıq 

üçün yanıma göndərmişdi. Bunun əvəzində isə polkovnik Reylə bir neçə  dəfə görüşdüm. Çox ürəyəyatan 

adamdır. O, Azərbaycana gələcək missiyanın başçısıdır. Polkovniki bütün zəruri materiallarla təmin etdim, ona 

lazımi məlumatları çatdırdım. Aydın oldu ki, Konfrans, xüsusən də Şimali Amerika Birləşmiş Ştatları bizə və 

bütünlüklə Qafqaz məsələsinə münasibətini missiya öz işini başa çatdırandan sonra bildirəcək. Missiyanın 

Qafqazdakı fəaliyyəti üç ay çəkəcək. Polkovnik Reylə birlikdə mən və Hacınski bütün Amerika missiyalarının 

rəhbəri polkovnik Loqenin yanında olduq. O, bizə lazımi yardım göstərəcəyini bildirdi. Eyni zamanda 

nümayəndələrimizdən birinin missiyanın tərkibinə daxil olunması ilə bağlı müvafiq sərəncam verəcəyini də vəd 

etdi. Bu fürsətdən yararlanmaq lazımdır. 

Üstəlik də cənab Rey çox xeyirxah adamdır və Kanadanın Qırmızı Xaç Cəmiyyətinin bizə verdiyi 200 

yeşik xəstəxana camaşırını özü ilə aparmağı vəd etdi. Biz həmin camaşırları polkovnikin Parisdən Brestə getdiyi 

qatarla yola saldıq. Lakin işin tərsliyindən yolda vaqonu ayırmışlar və bizim yeşiklər də missiyanın müxəlləfatı 

ilə birlikdə amerikalılar hərbi gəmi ilə yola düşənə qədər Brestə gəlib çatmamışdır. İndi həmin yükü Toronto - 

Batumi xətti ilə yola salmaq qayğısı öz üzərimizə düşür. Hesablamalarımıza görə buna təxminən 5-6 min frank 

xərcimiz çıxacaq. Bu işi neçə sahmana salacağımız da bizə əlavə qayğı olub. Əlbəttə, yükləri göndərəcəyik. Biz 

Konstantinopoldan, yuxarıda adını  çəkdiyim polkovnik Reydən məktub almışıq. O, yükün ləngiməsi ilə bağlı 

təəssüfləndiyini bildirir. Eyni zamanda bizi sakitləşdirərək özündə olan dərmanların bir hissəsini hökumətimizə 

verəcəyini vəd edir. Əgər birdən bu vəd onun yadından çıxmış olsa, müvafiq təsadüf yaranan zaman 

xatırlatmağınız yerinə düşər. 

Fransız hökuməti də Qafqaza öz nümayəndəsini göndərmişdir. Bu şəxs qraf Loris-Melikovun qardaşı 

oğlu, doktor İv. Loris-Melikovdur. Biz onunla bir gimnaziyada oxumuşuq. O, yeddinci sinifdə gimnaziyadan 

xaric edilmişdi. həmin vaxtdan etibarən demək olar ki, həmişə Fransada yaşayıb. Burada tamamilə fransızlaşıb 

və indi özünü Fransa vətəndaşı sayır. İnqilab illərində (1905-1906) Peterburqda olub, mərhum Maksim Kovalski 

ilə birlikdə "Strana" qəzetində çalışıb. Klemansonun dostudur. O, iki dəfə mənə baş çəkib. Sonra mən Məmməd 

Həsən Haçınski ilə birlikdə onun görüşünə getmişik. Loris-Melikovun dediyinə görə başçılıq etdiyi missiyanın 

əsas vəzifəsi gələcəkdə bütün Qafqaz xalqlarından ibarət Qafqaz Federasiyasının qurulma imkanları ilə əlaqədar 

regionun siyasi vəziyyətini öyrənməkdir. O, hər  şeyə münasibətdə özünü əsl fransız kimi aparır. Qəlbən isə 

"vahid və bölünməz Rusiya" tərəfdarıdır. Öz etirafına görə millətçi deyil, bu baxımdan da erməni Nümayəndə 

heyətinin Parisdəki hərəkətlərini bəyənmir. Dediyinə görə hətta bu Nümayəndə heyəti ilə görüşmür. Bütövlükdə 

işgüzar siyasət adamı  təsiri bağışlamır. Lakin uğur qazanacağına inanır. Qafqaz respublikalarının müstəqil 

mövcudluq imkanlarına  şübhə ilə yanaşır. Daha dəqiq desəm, bunun tərəfdarı deyil. Yenidən böyük Rusiya 

yaratmaq, onun fikrincə, daha yaxşı olardı. Səfər marşrutunu müəyyənləşdirməkdə çətinlik çəkirdi. O, artıq bir 

həftə əvvəl Konstantinopola yola düşüb. Bu şəhərdə 10-12 gün qalmağı nəzərdə tutur. Oradan ya Batumi - Tiflis 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə