Əliquliyev R. M. 1, Mahmudov R.Ş



Yüklə 224,65 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix20.09.2017
ölçüsü224,65 Kb.
#1080
1   2   3   4   5   6   7

İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18  

 

       www.jpis.az                                                                      11 



 

(şəxsi  həyatın  toxunulmazlığı,  rəqəmsal  identifikasiya  problemləri,  spamın  yayılması); 

innovasiyaların stimullaşdırılması; informasiya cəmiyyətinin infrastrukturu (kritik infrastruktur, 

genişzolaqlı  texnologiyalar,  yeni  nəsil  texnologiyaları);  “təmiz”  texnologiyalar  və  “ağıllı” 

proqram  təminatı;  rəqəmsal  kontent  (o  cümlədən  piratçılıq  problemləri);  rəsmi  informasiyanın 

əlyetərliliyinin  artırılması  və  ondan  effektiv  istifadə;  informasiya  iqtisadiyyatı  (İnternet 

iqtisadiyyatı, telekommunikasiya sahəsində rəqabət, istehlakçıların müdafiəsi, dəstəklənməsi və 

öyrədilməsi); elektron dövlət (istifadəçiyə yönəlmiş xidmətlər); elektron kommersiya; informasiya 

sənayesi  (o  cümlədən  İKT  sahəsində  məşğulluq);  kütləvi  informasiya  vasitələri  mövzularında 

tədqiqatlar aparılmış və hesabatlar qəbul edilmişdir. 

Ümumdünya İnformasiya Texnologiyaları və Xidmətləri Alyansı (The World Information 

Technology and Services Alliance, WITSA) İKT sahəsində 46 milli assosiasiyanı özündə birləşdirir 

[32]. Alyans üzvləri dünya İKT bazarının 90%-ni təşkil edirlər. Bu qurumun əsas missiyası İKT 

sahəsində  beynəlxalq  rəqabəti  gücləndirmək,  intellektual  mülkiyyət  hüquqlarını  qorumaq, 

informasiya  təhlükəsizliyini  təmin  etmək  məqsədi  ilə  ölkələrin  səylərini  birləşdirmək,  ölkələr 

arasında İKT üzrə təhsil və ixtisas səviyyəsində fərqləri aradan qaldırmaq, İnternetin və elektron 

kommersiyanın davamlı inkişafını təmin etməkdən ibarətdir.  

2010-cu  ildə  Avropa  Komissiyası  tərəfindən  “Avropa  üçün  rəqəmsal  gündəlik”  (“Digital 

diary for Europe”) adlı sənəd qəbul edilmişdir [33]. Bu sənəddə tədqiqatlara və innovasiyalara 

həsr olunmuş xüsusi bölmə vardır. İKT-nin ümumavropa bazarına əmtəə və xidmətlər qismində 

innovativ təsirinin gücləndirilməsi üçün Avropa Komissiyası 2020-ci ilədək müvafiq tədqiqatların 

və innovasiyaların inkişaf strategiyasını hazırlamışdır. Həmin strategiyanın məqsəd və vəzifələri 

həyat səviyyəsinin yüksəldilməsinə və sosial ehtiyacların ödənilməsinə yönəlib. Strategiyanın əsas 

müddəaları  normativ-hüquqi  (sertifikatlaşdırma,  standartlaşdırma  və  s.)  və  təşkilati  (texnoloji 

sahədə birgə “yol xəritələri” hazırlamaq üçün dövlət-özəl sektor tərəfdaşlığı, biliklərin transferinin 

təşkili, o cümlədən büdcə vəsaitləri hesabına yaradılan elmi informasiya və nəşrlərə açıq girişin 

təmin olunması və s.) məsələlərə aiddir.   



İnformasiya cəmiyyətinin multidistiplinar problemləri ilə məşğul olan nüfuzlu elmi tədqiqat 

mərkəzləri 

İnformasiya cəmiyyətinin multidistiplinar elmi problemləri hazırda dünya elminin prioritet 

sahələrindən biridir. Dünyanın bir çox ölkələrində bu istiqamətdə tədqiqat aparmaq üçün ayrıca 

elmi mərkəzlər fəaliyyət göstərir. Həmin mərkəzlərin bəziləri beynəlxalq və  ya regional statusa 

malikdir.  Yəni  bu  mərkəzlərdə  müxtəlif  ölkələri  əhatə  edən  elmi  layihələr  həyata  keçirilir, 

tədqiqatlara ayrı-ayrı ölkələrin alim və mütəxəssisləri cəlb edilir.  

Belə elmi mərkəzlərdən biri olan İnformasiya cəmiyyəti sahəsində tədqiqatlar üzrə Avropa 

Şəbəkəsinin (European  Network for  Information Society Research, ENIR)  əməkdaşları mühüm 

işlər görürlər [34]. Bu Şəbəkə Avropa ölkələrindən, eləcə də, Braziliya, Çin, Meksika, ABŞ, Tunis, 

İsveçrə  və  Yaponiyadan  olan  100-dən  çox  təşkilatı  özündə  birləşdirir.  Şəbəkənin  fəaliyyətinin 

nəticələrinin  əsas  istifadəçiləri  Avropa  cəmiyyətləri  Komissiyası,  milli  və  regional  idarəetmə 

orqanları,  müxtəlif  biznes  assosiasiyalarıdır.  Tədqiqat  aparılan  əsas  mövzular  arasında  sosial 

əhəmiyyət  daşıyan  sahələrdə  -  səhiyyədə,  biznesdə,  dövlət  idarəçiliyində,  məşğulluğun, 

vətəndaşların  ictimai  həyatda  fəal  iştirakının  təmin  olunmasında,  əlillərə  və  ahıllara  xidmət 

sahəsində, təhsildə İKT-nin tətbiqi məsələləri xüsusi yer tututr. İştirakçıların tədqiqatları həmçinin 

indikatorların  işlənməsi,  bazarın  öyrənilməsi,  onlayın  dövlət  xidmətlərinin  göstərilməsində 

vətəndaşlara  yönəlmə,  yuxarı  yaşlı  insanlar  üçün  məşğulluq  modeli,  İKT-nin  müxtəlif  tətbiq 

sahələrinə  təsirinin,  strateji  və  proqram  sənədlərinin  qiymətləndirilməsi,  qabaqcıl  təcrübənin 

axtarılması və analizi kimi sahələri əhatə edir.  

Elm  və  Texnologiya  sahəsində  Avropa  Əməkdaşlıq  Şəbəkəsi  (European  Cooperation  in 



Science and Technology,COST) də İKT-nin inkişafı və tətbiqi sahəsində fəal tədqiqatlar        aparır 

[35].  Bu  qurum  dövlətlərarası  struktur  kimi  bir  sıra  Avropa  ölkələrində  dövlət  tərəfindən 




İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18 

 

12                                                                  www.jpis.az 



 

maliyyələşdirilən  müvafiq  işləri  koordinasiya  edir.  Həmçinin  Avropanın  müvafiq  milli  elmi 

tədqiqat institutları, universitetləri və biznes  qurumlarının beynəlxalq  əməkdaşlığını  təmin edir. 

COST-un əsas elmi tədqiqat istiqamətləri aşağıdakılardır: 

 



biotibb və molekulyar biologiya

 



ərzaq və kənd təsərrüfatı; 

 



meşə təsərrüfatı (məhsul və xidmətlər); 

 



materialşünaslıq, fizika və nanotexnologiyalar

 



kimya, malekulyar tədqiqat və texnologiyalar

 



yer və ətraf mühitin idarə edilməsi elmləri

 



informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat və şəhərlərin inkişafı; 

 



vətəndaşlar, cəmiyyət, mədəniyyət və sağlamlıq. 

Tədqiqatların  Koordinasiyası  üzrə  Avropa  Şəbəkəsi  (European  Research  Coordination 



Agency,  EUREKA)  hazırda  39  ölkəni  əhatə  edir  [36].  EUREKA-nın  yaradılmasında  məqsəd 

Avropanın elmi-texniki sahədə ABŞ və Yaponiyadan geriliyini aradan qaldırmaqdır. Bu şəbəkə 

kiçik,  orta  və  iri  biznes  müəssisələrinə,  universitetlərə  və  elmi  tədqiqat  institutlarına  müvafiq 

dəstək  göstərməklə  beynəlxalq  bazaryönümlü  tədqiqatların  və  innovasiyaların  inkişafına  töhfə 

verir. Şəbəkə iştirakçıları uzunmüddətli əsaslarla və “dövlət-biznes tərəfdaşlığı” prinsipləri üzrə 

işləməklə  klasterlərdə  birləşirlər.  EUREKA  şəbəkəsi  vasitəsi  ilə  bazara  Avropanın  iqtisadi 

cəhətdən  güclənməsinə  və  sosial  inkişafına  təkan  verən  yeni  məhsul  və  xidmətlər  çıxarılır. 

Müvafiq  tədqiqat  layihələrinin  nəticələri  GSM  texnologiyalarının,  mobil  rabitənin,  naviqasiya 

sistemlərinin,  mobil  və  elektron  kommersiyanı  dəstəkləyən  smart-kartların,  kino  sənayesinin 

proqram təminatı, ətraf mühitin çirklənməsinin monitorinqi üçün xüsusi qurğu və texnologiyaların 

yaradılmasında istifadə edilmişdir.  

Avropada  həmçinin  informasiya  cəmiyyətində  identiklik  probleminin  tədqiqi  sahəsində 

ixtisaslaşan akademik müəssisə və şirkətlərin şəbəkəsi – İnformasiya Cəmiyyətində İdentikliyin 

Gələcəyi  (Future  of  Identity  in  the  Information  Society,  FIDIS)  adlı  tədqiqat  qurumu  fəaliyyət 

göstərir [37]. Bu şəbəkə şəxsiyyətin müxtəlif identifikasiya üsulları, anonimlik və psevdonimlik 

problemləri,  çoxsaylı  identiklik  və  onun  tətbiqinin  məqsədləri,  profilləşdirmə,  yüksəktexnoloji 

identifikatorlar, identifikatorların uyğunluğu, şəxsi həyatın toxunulmazlığı və onun pozulmasının 

fəsadları və s. daxil olmaqla, fərdi məlumatların elektron formada təqdim edilməsi problemlərini 

öyrənir.  

Dublin  Universitet  Kollecinin  İnformasiya  və  kitabxana  tədqiqatları  məktəbi  nəzdində 

informasiya cəmiyyəti  problemləri üzrə tədqiqat qrupunun (Information Society Research Group, 

School  of  Information  &  Library  Studies,  University  College  Dublin)  fəaliyyəti  də  çox 

məhsuldardır  [38].  Tədqiqat  qrupunun  maraqlarına  informasiya  siyasəti,  elektron  idarəetmə, 

texnologiyaların, o cümlədən İnternetin ictimai münasibətlərə və mədəniyyət modellərinə təsiri,  

informasiya  cəmiyyətinin  sosial  kapitalı,  informasiya  və  kommunikasiyanın  fəlsəfi  aspektləri, 

təşkilatların  və  informasiya  sistemlərinin  fəaliyyətinin  etnoqrafik  aspektləri,  cəmiyyətlərin 

informasiya tələbatları kimi sahələr daxildir. 

ABŞ-ın  Yel  Universitetinin  hüquq  məktəbi  də  informasiya  cəmiyyəti  problemlərinin 

öyrənilməsi ilə məşğul olur. Bu məktəbin müvafiq tədqiqat layihəsi belə adllanır: “İnformasiya 

cəmiyyəti:  memlər  (mem  -  mədəni  informasiya  vahididir),  genlər  və  bitlər”  (“The  Information 

Society Project: Memes, Genes and Bits at Yale Law School”) [39]. Həmin layihə çərçivəsində 

biliklərin  əldə  edilməsi,  onlayn  vətəndaş  azadlıqları,  elektron  təhsil,  intellektual  mülkiyyət  və 

innovasiyalar  sahəsində  islahatlar  və  s.  istiqamətlər  üzrə  tədqiqatlara  dəstək  verilir,  dərslər 

keçirilir, ideyalar formalaşdırılır və yayılır. 

Berlin Universitetinin nəzdində yaradılan A.Humbolt adına İnternet və Cəmiyyət İnstitutu 

(The  Alexander  von  Humboldt  Institute  for  Internet  and  Society,  HIIG)  İnternet  və  cəmiyyət 

arasındakı  dinamik  münasibətləri  tədqiq  edir  [40].  Məqsəd  rəqəmsallaşma  prosesində  sosial-

mədəni, hüquqi, iqtisadi və texniki normaların qarşılıqlı əlaqələrini öyrənməkdir. İnstitut milli və 




Yüklə 224,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə