Əliquliyev R. M. 1, Mahmudov R.Ş



Yüklə 224,65 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix20.09.2017
ölçüsü224,65 Kb.
#1080
1   2   3   4   5   6   7

İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18  

 

       www.jpis.az                                                                      15 



 

elmi-tədqiqat işlərinin nəticələrini dərc edir. Jurnalda nəzəri, metodoloji və empirik tədqiqatların 

nəticələrinə üstünlük verilir [52].  

Springer-də nəşr olunan digər jurnal - “AI & SOCIETY” (“Süni intellekt və cəmiyyət”) də 

multidistiplinar  təyinatlıdır.  Jurnalda  yeni  texnologiyaların  tətbiqinin  idarəetmə,  təhlükəsizlik, 

mədəni, sosial, iqtisadi, etik, fəlsəfi və s. problemlərinə həsr olunan tədqiqatların nəticələri dərc 

olunur [53].  

Rusiyada  nəşr  olunan  “Информационное  общество”  (“İnformasiya  cəmiyyəti”)  jurnalı 

informasiya  cəmiyyətinin  inkişafının  kompleks  problemləri  üzrə  ixtisaslaşan  dövri  elmi  nəşrdir 

[54].  Bu  jurnalda  indiyə  qədər  dərc  edilən  məqalələrin  40%-i  elektron  dövlət,  20%-i  elektron 

təhsil, 8%-i elektron səhiyyə, 8%-i İnternetdən istifadə məsələlərinə həsr olunub.   

Böyük Britaniyada nəşr  olunan  “Journal of  Law and Policy for  the Information  Society” 

(“İnformasiya cəmiyyətində hüquq və siyasət jurnalı”) adlı dövri nəşr də informasiya cəmiyyətinin 

multidistiplinar  problemləri  üzrə  ixtisaslaşıb  [55].  Jurnalda  intellektual  mülkiyyətin  qorunması, 

elektron  demokratiya,  kibertəhlükəsizlik,  şəxsi  həyatın  toxunulmazlığı  kimi  rubrikalar 

mövcuddur. 

Böyük  Britaniyanın  “Journal  of  Information,  Communication  and  Ethics  in  Society” 

(“Cəmiyyətdə  informasiya,  kommunikasiya  və  etika  jurnalı”)  adlı  dövri  nəşri  də  informasiya 

cəmiyyətinin  multidissiplinar  problemləri  ilə  bağlı  tədqiqatların  nəticələrini  təqdim  edir  [56]. 

Jurnalda  yeni  kütləvi  informasiya  vasitələri  və  informasiya-kommunikasiya  texnologiyalarının 

planlaşdırılması, işlənməsi, tətbiqi və istifadəsi ilə bağlı sosial və etik problemlərin tədqiqi ilə bağlı 

məqalələrə  yer  verilir.  Nəşrin  auditoriyasını  antropologiya,  biznes,  informatika,  jurnalistika, 

fəlsəfə, politologiya, psixologiya və sosiologiya sahələrinin alimləri təşkil edir.  

Hindistanın  “International  Journal  of  Information  Library  and  Society”  (“Beynəlxalq 

kitabxana  və  informasiya  cəmiyyəti  jurnalı”)  adlı  elmi  nəşrində  informasiya  cəmiyyətində, 

vətəndaşların  informasiya  hüquqlarının  təmin  olunmasında  kitabxanaların  rolu,  elektron 

kitabxanaların aktual problemləri ilə bağlı məqalələr dərc olunur [57]. Dövri nəşrin əhatə etdiyi 

mövzular  çox  genişdir:  verilənlərin  mühafizəsi  və  müəllif  hüquqları,  elektron  kitabxanalar, 

elektron  sənədlərin  rəsmiləşdirilməsi,  elektron  resurslar,  yeni  texnologiyalar,  kitabxana  və 

cəmiyyət, kitabxana 2.0., elmi kitabxanalar, elektron kitabxanaların idarə edilməsi və s. 

Nəticə 

Müvafiq  elmi-nəzəri  konsepsiya  müəlliflərinin  yanaşmalarında  müəyyən  ziddiyyətlər 

mövcud olsa da, həmin tədqiqatçılar bir məsələdə həmrəydirlər ki, o da informasiya cəmiyyətinin 

bəşəriyyətin sürətli inkişafına xidmət edən radikal keyfiyyət dəyişiklikləri mərhələsinin olmasının 

etirafıdır. Bütün müvafiq tədqiqatlar da məhz bu mərhələdə yaranan yeni münasibətlərin, dəyərlər 

sisteminin  elmi  cəhətdən  dərk  edilməsinə  və  problemlərin  həlli  yollarını  axtarmağa  yönəlib. 

Beynəlxalq təşkilatların səyləri, çağırışları da əhəmiyyəti elmi cəhətdən təsdiqlənən informasiya 

cəmiyyəti  ideologiyasının  dünya  ölkələrində  bərqərar  olmasına  təşkilati-metodoloji  aspektdən 

dəstək verməyə xidmət edir.  

İnformasiya cəmiyyətinə dair məşhur elmi-nəzəri konsepsiyaların, beynəlxalq təşkilatların 

çağırışlarının, nüfuzlu elmi tədqiqat mərkəzlərinin və jurnalların fəaliyyət istiqamətlərinin analizi 

göstərir ki, doğrudan da, bu sahənin problemlərinin həlli kompleks yanaşma, multidistiplinar elmi 

metodologiya  tələb  edir.  Çünki  informasiya  cəmiyyəti  real  dünyanın  virtual  alternatividir. 

Virtuallaşma prosesi isə bir-biri ilə qarşılıqlı əlaqədə olan bütün sahələri əhatə edir.  

Müvafiq  analiz  əsasında  informasiya  cəmiyyətinin  formalaşmasının  elmi-nəzəri 

problemlərini aşağıdakı kimi qruplaşdırmaq olar:  



Texnoloji:  insan  fəaliyyətinin  bütün  sferalarında  İKT-nin  tətbiqi  və  yaratdığı  yeniliklər, 

üstünlüklər;  informasiya  cəmiyyəti  infrastrukturunun  formalaşması  (kritik  infrastruktur, 

genişzolaqlı  İnternetin  inkişafı,  yeni  nəsil  şəbəkələrinin  yaradılması  və  s.);  “smart”,  “yaşıl”  və 



İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18 

 

16                                                                  www.jpis.az 



 

digər  yeni  texnologiyaların,  data  analitikanın  inkişafının  stimullaşdırılması,  informasiya 

təhlükəsizliyinin təmin edilməsi, şəxsiyyətin etibarlı identifikasiya üsullarının işlənməsi;  

Hüquqi:  İKT-nin  hüquqi  aspektləri;  İKT  sahəsində  standartlaşdırma  və  sertifikatlaşdırma 

məsələləri;  vətəndaşların  informasiya  hüquqlarının  təmin  edilməsi;  İnternetin  hüquqi 

tənzimlənməsi; kibercinayətkarlıqla mübarizə; intellektual mülkiyyət və istehlakçı hüquqlarının 

qorunması; 



İqtisadi:  ənənəvi  iqtisadi  münasibətlərin  transformasiyası;  iqtisadiyyatın  qloballaşması; 

iqtisadiyyatda  və  istehsalda  informasiya  amilinin  rolunun  artması;  informasiya  və  biliklər 

iqtisadiyyatının formalaşması; yeni iqtisadiyyatda innovativliyin, kreativliyin stimullaşdırılması; 

elektron  kommersiyanın  inkişafı;  əməyin  xarakterinin  dəyişməsi,  yeni  peşə  formalarının 

yaranması; 

Siyasi:  yeni  cəmiyyətin idarə olunması  konsepsiyaları; informasiya  cəmiyyəti quruculuğu 

konsepsiyaları  və  modelləri;  informasiya  siyasəti;  elektron  dövlət  konsepsiyası;  informasiya 

cəmiyyətində  dövlət-biznes-vətəndaş  cəmiyyəti  əməkdaşlığı;  rəqəmsal  demokratiya;  insan 

hüquqlarının  təmin  olunmasında  və  siyasi  proseslərdə  söz  azadlığının  rolu;  informasiya 

manipulyasiyası; informasiya cəmiyyəti quruculuğu sahəsində beynəlxalq əməkdaşlıq; 

Sosial:  insanın  və  cəmiyyətin  yeni  dəyərlər  sisteminin  formalaşması;  yeni  cəmiyyətin 

strukturu,  xüsusiyyətləri,  inkişaf  qanunauyğunluqları  və  fəlsəfi  dərki;  həyat  səviyyəsinin 

dəyişməsinin mühüm stimullaşdırıcısı kimi çıxış edən proseslər; virtual reallığın xüsusiyyətləri; 

sosial şəbəkələr və sosial media; rəqəmsal bərabərsizlik; sosial kapitalın əhəmiyyəti; informasiya 

cəmiyyətində mariginal qrupların maraqlarının təmin edilməsi; 

Məkan(sal):  informasiya-kommunikasiya  şəbəkələrinin  yayılması    nəticəsində  baş  verən 

qloballaşma prosesləri, onun müsbət və mənfi tərəfləri; 



Psixoloji: İKT-nin təsiri ilə ictimai və fərdi şüurda, hisslərdə, əhval-ruhiyyələrdə baş verən 

dəyişikliklər, informasiya asılılığı; 



Kulturoloji:  informasiyanın  kulturoloji  dəyəri;  müasir  mədəni  sferanın  informativliyinin 

artması;  KİV-in  müasir  cəmiyyətdə  rolunun,  təsir  imkanlarının  genişlənməsi;  informasiya 

mədəniyyəti; mədəni və dil müxtəlifliyinin qorunması. 

 

Ədəbiyyat: 

1.

 



Webster F. Theories of the Information Society, Routledge, 2007, 312 p. 

2.

 



Манакова  И.Ю.  Методологические  аспекты  исследования  постиндустриального 

общества // Вестник Воронежского государственного университета. Серия: Философия, 

2011, № 1, с. 74-87. 

3.

 



Kumar K. From Post-Industrial to Post-Modern Society: New Theories of the Contemporary 

World, John Wiley & Sons, 2009, 304 p. 

4.

 

Bell D. The Coming of Post-industrial Society: A Venture in Social Forecasting, Basic Books, 



1976, 507 p. 

5.

 



Белл  Д.  Социальные  рамки  информационного  общества  //  Новая  технократическая 

волна на Западе, М., Прогресс, 1986, с. 330-342. 

6.

 

Литвак Н.В. К вопросу о классификации концепции информационного    общества // 



Социологические исследования, 2010, № 8 c. 3-12. 

7.

 



Винер И. Кибернетика, или управление и связь в животном и машине,               М., 

Советское радио, 1968, 328 с. 

8.

 

Masuda Y. The Information Society as Post-industrial Society, Washington, 1981,     286 p. 



9.

 

Toffler A., Toffler Н. Creating a New Civilization: The Politics of The Third Wave, Atlanta, 



Turner Publishing, 1995, 112 p. 

10.


 

Тоффлер Э. Шок будущего, АСТ, 2008, 558 с. 

11.

 

Тоффлер Э. Метаморфозы власти: знание, богатство и сила на пороге XXI века, АСТ, 



2009, 668 с. 


İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18  

 

       www.jpis.az                                                                      17 



 

12.


 

Castells M. The Rise of The Network Society: The Information Age: Economy, Society and 

Culture, Wiley, 2000, 624 c. 

13.


 

Clark J., Diani M. Alain Touraine, Psychology Press, 1996, 381 p. 

14.

 

Drucker P. Post-Capitalist Society, Routledge, 2012, 212 p. 



15.

 

Махлуп Ф. Производство и распространение знаний в США, М., Прогресс, 1966, 462 с. 



16.

 

Stonier  T.  The  Wealth  of  Information:  A  Profile  of  the  Post-industrial  Economy,  Thames 



Methuen, 1983, 224 p. 

17.


 

Gordon W. T. Marshall McLuhan - Escape Into Understanding: A Biography, Gingko Press, 

Incorporated, 2004, 465 p.  

18.


 

Иноземцев  В.Л.  За  пределами  экономического  общества:  Постиндустр.  теории  и 

постэкон. тенденции в соврем. Мире, М., Academia : Наука, 1998, 639 с. 

19.


 

Salvaggio J.L. The Information Society: Economic, Social, and Structural Issues, Routledge, 

2013, 152 p. 

20.


 

Моисеев Н.Н. Судьба цивилизации. Путь разума, М. 2000, 224 c.  

21.

 

Ваттимо Дж. Прозрачное общество, М., Логос, 2002, 128 с. 



22.

 

Habermas J. The Structural Transformation of the Public Sphere: An Inquiry Into a Category 



of Bourgeois Society, MIT Press, 1991, 301 p. 

23.


 

Тэпскотт Д. Электронно-цифровое общество, М., Рефл-бук, 1999, 432 с. 

24.

 

http://www.publicadministration.un.org/wsis10 



25.

 

Чернов  А.А.  Становление  глобального  информационного  общества:  проблемы  и 



перспективы, М., “Дашков и К”, 2003, 232 с. 

26.


 

ITU, Outcome WSIS+10, Ceneva, 2014, 50 p. 

27.

 

http://www.sdnp.undp.org/it4dev  



28.

 

http://en.unesco.org/themes/building-knowledge-societies 



29.

 

http://www.itu.int/en/Pages/default.aspx 



30.

 

http://unctad.org/en/Pages/Home.aspx 



31.

 

http://www.oecd.org 



32.

 

www.witsa.org 



33.

 

http://ec.europa.eu/index_en.htm 



34.

 

http://www.enir.org 



35.

 

 http://www.cost.eu 



36.

 

http://www.eurekanetwork.org 



37.

 

http://www.fidis.net 



38.

 

http://www.ucd.ie/ics/research/informationandsociety 



39.

 

https://www.law.yale.edu 



40.

 

http://www.hiig.de/en 



41.

 

https://cyber.law.harvard.edu 



42.

 

https://cippic.ca 



43.

 

http://cis-india.org 



44.

 

http://cyberlaw.stanford.edu 



45.

 

https://nexa.polito.it/noc 



46.

 

http://www.oii.ox.ac.uk 



47.

 

http://web.iii.org.tw 



48.

 

http://www1.icsi.berkeley.edu/BCIS 



49.

 

https://www.kentlaw.iit.edu/institutes-centers/center-for-information-society-and-policy 



50.

 

http://kisdi.re.kr/kisdi/jsp/fp/eng/about/KE_31000.jsp 



51.

 

http://www.indiana.edu/~tisj/index.htm 



52.

 

http://www.springer.com/computer/hci/journal/10209 



53.

 

http://www.springer.com/computer/ai/journal/146 



54.

 

http://www.infosoc.iis.ru 




İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18 

 

18                                                                  www.jpis.az 



 

55.


 

http://www.is-journal.org 

56.

 

http://www.emeraldinsight.com/journal/jices 



57.

 

http://www.publishingindia.com/ijils



 

 

УДК 004:330.47:330.88 



Алгулиев Расим М.

1

, Махмудов Расим Ш.

1,2


Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

1

secretary@iit.ab.az, 



2

rasimmahmudov@gmail.com 



Мультидисциплинарные 

научно-теоретические 

проблемы 

формирования 

информационного общества 

В статье исследуются и классифицируются научно-теоретические проблемы формирования 

информационного  общества.  Анализируются  различные  взгляды,  подходы,  концепции, 

связанные  с  теорией  информационного  общества.  Комментируются  действия,  призывы 

международных  организаций,  связанные  с  построением  информационного  общества. 

Указываются  направления  действий  влиятельных  научно-исследовательских  центров  и 

журналов,  занимающихся  мультидисциплинарными  проблемами  информационного 

общества.  



Ключевые  слова:  информационное  общество,  постиндустриальное  общество, 

мультидисциплинарный 

подход, 

информационная 

политика, 

информационное 

производство, инновационное действие, интеллектуальная собственность. 

 

Rasim M. Alguliyev

1

, Rasim Sh. Mahmudov

1,2


Institute of Information Technology of ANAS, Baku, Azerbaijan 

1

secretary@iit.ab.az, 



2

rasimmahmudov@gmail.com 



Multidisciplinary scientific and theoretical problems of information society 

Abstarct-The  article  investigates  and  classifies  the  scientific  and  theoretical  problems  of  the 

information  society.  The  various  views,  approaches,  concepts  related  to  the  theory  of  the 

information society are analyzed. Activity fields, appeals of international organizations related to 

the  Information  Society  are  explained.  The  activity  fields  of  influential  research  centers  and 

journals dealing with multidisiplinary challenges of the information society is investigated.  



Keywords: information society, post-industrial society, multidisciplinary approach, information 

policy, information production, innovative action, intellectual property. 

 

Yüklə 224,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə