Əliquliyev R. M. 1, Mahmudov R.Ş



Yüklə 224,65 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix20.09.2017
ölçüsü224,65 Kb.
#1080
1   2   3   4   5   6   7

İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18  

 

       www.jpis.az                                                                      7 



 

Amerika iqtisadçısı Frits Maxlup (1902-1983) 1962-ci ildə ABŞ iqtisadiyyatında ilk dəfə 

olaraq  “biliklərin  istehsalı  və  yayılması”  sektorunu  fərqləndirdi,  elmi  dövriyyəyə  “biliklər 

iqtisadiyyatı” terminini daxil etdi [15]. 

Alman  sosioloqu  Tom  Stounerə  (1927-1999)  görə,  informasiya  cəmiyyəti  bolluq  erası, 

burada  hər  kəs  zadəgan,  filosof  olacaq  [16].  Onun  fikrincə,  sənaye  cəmiyyətinin  sonunda 

insanların ərzaq narahatçılığına son qoyulduğu kimi, kommunikativ cəmiyyətin sonunda maddi 

ehtiyacların  ödənilməsi  ilə  bağlı  narahatçılığı  aradan  qalxacaq:  “Sənaye  cəmiyyəti  quldarlığı, 

aclığı, epidemiyaları aradan qaldırdığı kimi, informasiya cəmiyyəti də avtoritarizmi, müharibəni 

və  ədavəti  yox  edəcək.  Tarixdə  ilk  dəfə  olaraq  bizim  problemləri  həlletmə  sürətimiz  onların 

yaranma sürətini üstələyəcək”. T.Stouner hesab edir ki, informasiyanı da kapital kimi toplamaq və 

gələcəkdə  istifadə  üçün  saxlamaq  olar.  Onun  baxışlarına  görə,  informasiya  cəmiyyətində  milli 

informasiya  resursları  ən  böyük  potensial  sərvətə  çevriləcək  və  ona  görə  də,  ilk  növbədə, 

informasiya iqtisadiyyatının inkişafına diqqət ayrılmalıdır.  

Rus  alimi  Vladislav    İnozemtsev  (1968)  hesab  edir  ki,  informasiya  texnologiyaları  və 

resursları bizi “postiqtisadi cəmiyyətə” gətirib çıxarır ki, burada da iqtisadi cəhətdən motivasiya 

olunmuş əmək fəaliyyəti şəxsiyyətin özünüreallaşdırma vasitəsi olan yaradıcılıq fəaliyyəti ilə əvəz 

olunur [17]. 

Amerikalı  politoloq  Zbiqnev  Bjezinski  (1928)  “Texnotron  cəmiyyət”  konsepsiyasını  irəli 

sürmüşdür  [1].  O,  “İki  əsr  arasında.  Texnotron  əsrində  Amerikanın  rolu”  adlı  kitabında 

informasiya  cəmiyyətinin  texnotron  cəmiyyətə  çevriləcəyini  düşünür.  Hesab  edir  ki,  texnotron 

cəmiyyət – texnika və elektronikanın, xüsusən, kompüter və kommunikasiyalar sahəsində inkişaf 

nəticəsində yeni mədəni, psixoloji, sosial və iqtisadi münasibətlərin formalaşmasıdır. 

Kanadalı  alim  Marşall  Maklyuen  (1911-1979)  kütləvi  kommunikasiyalar  nəzəriyyəsi 

sahəsində  klassiklərdən  biri  sayılır.  O,  informasiya  texnologiyalarına  yeni  cəmiyyətin  sosial-

iqtisadi əsaslarının formalaşmasına təsir göstərən əsas amil kimi dəyər verirdi. M.Maklyuen hesab 

edirdi  ki,  telekommunikasiyaların,  mass-medianın  və  kompüterlərin  vasitəsilə  elektrik  enerjisi 

bütün  yer  kürəsini  qlobal  kəndə  çevirir.  Onun  fikrincə,  kütləvi  kommunikasiyalar  müasir 

cəmiyyətin bir hissəsinə çevrilir, eyni zamanda, onun üzərində müəyyən hakimiyyət əldə edir [18]. 

Amerikalı  sosioloq  Herbert  Şiller  (1919-2000)  hesab  edirdi  ki,  informasiya  sferasında 

korporativ  kapitalizmin  maraqları  dominantlıq  edir.  Onun  baxışlarına  görə,  informasiya 

proseslərinin  və  texnologiyalarının  inkişafı,  ilk  növbədə,  bötüvlükdə,  cəmiyyətin  deyil,  özəl 

biznesin maraqlarına xidmət edir. H.Şiller iddia edirdi ki, informasiya texnologiyaları üzərində, 

hər şeydən əvvəl, kooperativ kapitalın izləri var, istənilən digər maraqlar arxa plandadır [19]. 

Digər rus alimi Nikita Moiseyevin (1917-2000) informasiya cəmiyyətinə dair baxışları da 

mühüm  əhəmiyyət kəsb  edir [20]. Onun fikrincə, bütün  insanların informasiyaya sərbəst  çıxışı 

təmin  olunmadan  informasiya  cəmiyyəti  –  qlobal  miqyasda  kollektiv  intellekt  quruculuğundan 

danışmaq olmaz. O, hesab edirdi ki, informasiya cəmiyyəti quruculuğunun ikinci vacib şərti bütün 

insanların  öz  biliklərini  paylaşmaq  istəyində  olmasıdır.  N.Moiseyev  “Kollektiv  beyin” 

konsepsiyasını irəli sürmüşdür. O, “kollektiv beyin” dedikdə, insanları informasiya əlaqələri ilə 

birləşdirən  sistemi  başa  düşürdü.  Onun  baxışlarına  görə,  kollektiv  beyin    tək  informasiyanı 

toplamaq və ötürmək yox, eyni zamanda, analiz və nəticə çıxartmaq imkanlarına malik olan, fərdi 

intellektləri  xüsusi  bir  qaydada  birləşdirən  məxsusi  informasiya  sistemidir.  N.Moiseyev  hesab 

edirdi  ki,  kollektiv  beyin  bu  kimi  funksiyaları  yerinə  yetirmək  imkanlarına  malik  olduqda 

bəşəriyyət informasiya cəmiyyətinə qədəm qoyacaq.  

İngilis  sosioloqu  Entoni  Giddens  (1938)  “informasiya  cəmiyyəti”  konsepsiyasını  qəbul 

etmir.  Hesab  edir  ki,  cəmiyyət  müasir  dövrdə  yox,  elə  əvvəlcədən  informasiyalı  olub.  Onun 

fikrincə,  müasir  dövrdə  informasiyanın  dəyərinin  artması  yeni  cəmiyyətin  meydana  gəlməsini 

söyləməyə  əsas  vermir.  E.Giddensin  nəzəriyyəsinə  əsasən,  insanlar  KİV-dən  və  təhsil 

müəssisələrindən əldə etdikləri mücərrəd biliklər əsasında öz həyatlarının maddi və sosial şəraitini 

təmin  edirlər.  İstənilən  informasiyanın  əlyetərliliyi  şəraitində  insanlar  həyat  tərzini,  davranış 



İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18 

 

8                                                                  www.jpis.az 



 

modelini seçirlər. İnkişaf etmiş cəmiyyətdə isə seçim imkanları ərazi, ənənəvi və digər amillərdən 

asılı deyil [1].  

Postmodernizmin görkəmli nümayəndəsi, amerikalı filosof Mark Poster (1941) informasiya 

cəmiyyətində İnternetin roluna xüsusi əhəmiyyət verir [1]. O, hesab edir ki, İnternetin təsiri ilə baş 

verən  qloballaşma  prosesi  milli  dövlətləri  dağıdır,  İnternet  insana  vətəndaşlıqdan  daha  böyük 

azadlıqlar  verir,  İnternet  vətəndaşı  milli  dövlətin  zülmündən  qurtararaq  azad  insana  çevirir. 

M.Posterin  bu  baxışları  dövlət  maraqları  baxımından  təhlükəli  hesab  edilir.  Çünki  onun  bu 

fikirlərində vətəndaş itaətsizliyinə çağırışlar yer alır.  

İtaliyalı alim Canni Vattimo (1936) informasiya cəmiyyətini kulturoloji aspektdən tədqiq 

edir [21]. O, KİV-in sayının artması və əhatə dairəsinin genişlənməsini müasir cəmiyyətdə mühüm 

amil  kimi  qiymətləndirir.  Hesab  edir  ki,  efir  və  kabel  televiziyalarının  sayının  sürətlə  artması 

insanların  yeni  dövrün həqiqətlərinə və reallıqlarına inamını sarsıdır, KİV cəmiyyətə alternativ 

reallıqlar gətirir, mövcud reallıqları artırır, insanlar müxtəlif mədəniyyətlərin əhatəsində yaşamağa 

məcbur olurlar.  

Alman  alimi  Yurgen  Habermas  (1929)  informasiyanın  idarə  olunması  və  manipulyativ 

texnologiyalar  sahəsində  araşdırmalar  aparır  [22].  O,  “İctimai  sfera  (informasiya  sferası)” 

konsepsiyasını  irəli  sürmüşdür.  Müəllif  cəmiyyətdə  informasiyanın  əhəmiyyətinin  artması  ilə 

razılaşsa  da,  informasiya  cəmiyyətinin  yaranması  ideyasını  qəbul  etmir.Y.Habermas  ictimai 

informasiya sferasında böhranın aşağıdakı əlamətlərini göstərir: 

 

informasiya əmtəəyə çevrilir; 



 

informasiya zibili çoxalır; 



 

ictimai institutlar (kitabxana, muzey, qalereya və s.) kommersiyalaşır; 



 

siyasətdə və reklamda müzakirəyə yox, inandırmaya əsaslanma müşahidə edilir. 



İnformasiya  cəmiyyətinin  əsas  xüsusiyyətləri  kanadalı  alim  Don  Tapskottun  (1947) 

“Elektron-rəqəmsal cəmiyyət” adlı əsərində daha geniş şərh olunmuşdur [23]: 



Biliklərə  yönəlmə.  İntellektual  əmək  madd  dəyərlərin  yaradılmasının,  gəlirlərin  əldə 

edilməsinin  əsasına  çevrilir.  Bilik  məhsulun  tərkib  hissəsinə  çevrilir.  Biliklərə  yönələn  texniki 

vasitələr  yayılmağa  başlayır.  İnformasiya-idarəetmə  sistemi  biliklər  sisteminə  transformasiya 

olunur.  



Obyektlərin  rəqəmsal  təqdimetmə  forması.  Sənədlər  elektron-rəqəmsal  formaya  keçir. 

İnsanlar  arasında  ünsiyyət  vahidlər  və  sıfırlar  formasını  alır.  Analoq  texnikasından  elektron-

rəqəmsal texnikaya keçid baş verir (rabitə, faktların qeydə alınması sistemləri, nüsxələmə). 

Virtual xüsusiyyət. Fiziki predmetlər, təşkilatlar virtuallaşır. Virtual mağazalar, anbarlar, iş 

yerləri,  briqadalar  yaranır.  Verilənlərin  virtuallaşması  baş  verir,  “virtual  reallıq  sistemləri” 

formalaşır. 

Molekulyar  struktur.  İnzibati-komanda  iyerarxiyasının  sonu  çatır.  Ayrı-ayrı  işçilər  və 

briqadalar  fəaliyyət  sərbəstliyi  və  dəyər  yaratmaq  imkanı  qazanır.  Çoxfunksiyalı  və  dəfələrlə 

istifadəni nəzərdə tutan komponentlər yaranır.  

İnteqrasiya. Şəbəkələrarası qarşılıqlı əlaqə. Yeni tip müəssisə - şəbəkə elementidir. Vahid 

xidmət  və  istehsal  şəbəkəsini  təşkil  edən  müstəqil  modul  təşkilatları  meydana  gəlir.  Maddi 

dəyərlərin yaradılması, ticarət, ictimai həyat ümumi istifadədə olan qlobal infrastruktura əsaslanır.  

Vasitəçilərin aradan qalxması. Agentlərin, maklerlərin, topdansatış mərkəzlərinin təsərrüfat 

fəaliyyətindən kənarlaşdırılması nəticəsində istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlər 

yaranır.  

Konvergensiya.  İqtisadiyyatın  əsas  sahələrinin,  təşkilati  strukturların  konvergensiyası  baş 

verir.  



İnnovativ  mühit.  Yenilikçilik  iqtisadi  fəaliyyətin  və  müvəffəqiyyətin  hərəkətverici 

qüvvəsinə  çevrilir.  Dəyərlərin  əsas  mənbəyi  kimi  ənənəvi  uğur  amilləri  olan  xammala  çıxış, 

məhsuldarlıq, miqyas, işçi qüvvəsinin dəyəri deyil, insan təxəyyülü çıxış edir.  



Yüklə 224,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə