Əliquliyev R. M. 1, Mahmudov R.Ş



Yüklə 224,65 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix20.09.2017
ölçüsü224,65 Kb.
#1080
1   2   3   4   5   6   7

İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18  

 

       www.jpis.az                                                                      9 



 

“İstehsalçı-istehlakçı”  münasibətlərinin  transformasiyası.  İstehsalçı  ilə  istehlakçı 

arasındakı  sərhədlər  silinir.  İstehlakçının  bilikləri,  informasiyası  məhsulun  yaradılmasında,  o 

cümlədən informasiya sistemlərinin, proqram məhsullarının işlənməsində istifadə edilir. İstehlakçı 

onun istəyinə uyğun olan məhsulun yaradılmasını izləyə, ona düzəliş edə bilər.  



Dinamizm. Yeni cəmiyyət real zaman rejimində fəaliyyət göstərir. Ticarət elektron formaya 

keçir,  kommunikasiya  ani  olaraq  həyata  keçirilir,  birbaşa  nəzarət  və  idarəetmə  prosesin  bütün 

zəruri parametrləri ilə həqiqi mənzərəsinin əldə edilməsini təmin edir.  

Qlobal  miqyas.  Biliklər  sərhədlərə  sığmır.  İqtisadiyyat  qloballaşır.  Qarşılıqlı  fəaliyyətin, 

əməkdaşlığın təşkili zaman və məkanla məhdudlaşmır. İşi istənilən yerdə, o cümlədən evdə yerinə 

yetirmək mümkün olur. Ölkələrin qarşılıqlı asılılığı artır.  

Ziddiyyətlərin  mövcudluğu.  Çalışan  və  bilikləri  lazım  olmayan,  işdən  azad  olunan  işçilər, 

biliklillər və biliksizlər, informasiya magistrallarına çıxışı olanlar və olmayanlar arasında kütləvi 

sosial qarşıdurma yaranır.  

İnformasiya cəmiyyətinin multidistiplinar problemləri ilə məşğul olan beynəlxalq təşkilatlar 

İKT-nin  sürətli  inkişafı  və  insan  fəaliyyətinin  bütün  sahələrinə  nüfuz  etməsi  nəticəsində 

sivilizasiya tarixində baş verən ən radikal dəyişikliklərin dərindən dərk edilməsi və yaranan yeni 

situasiyada  gələcəyə  yönələn  düzgün  qərarların  verilməsi  zərurəti  bu  sahədə  bir  sıra  mötəbər 

beynəlxalq  və  regional  təşkilatların  yaradılmasına  səbəb  oldu.  Həmin  təşkilatların  informasiya 

cəmiyyətinin problemlərinin həllinə dair yanaşmalarında da multidstiplinarlıq (kompleks baxış) 

özünü göstərir. 

 2003  (Cenevrədə)  və  2005-ci  (Tunisdə)  illərdə  ikimərhələli  İnformasiya  Cəmiyyəti  üzrə 

Ümumdünya Sammitinin (World Summit on the Information Society, WSIS) keçirilməsi ideyasının 

irəli sürülməsinin səbəbi də məhz bu göstərilən zərurət idi. [24, 25].  

Cenevrə Sammitində qəbul edilmiş “Prinsiplər Bəyannaməsi” informasiya cəmiyyətinə dair 

müxtəlif  konseptual  təsəvvürləri  və  müxtəlif  ölkələrin  siyasi  səylərinin  ümumi  istiqamətini 

müəyyənləşdirir.  Sənəddə  həmçinin  informasiya  cəmiyyəti  haqqında  fəlsəfi,  sosial,  siyasi, 

kulturoloji və texnoloji təsəvvürlərin məcmusunu əks etdirir.  

Tunis  Sammitində  qəbul  edilmiş  “Tunis  Öhdəliyi”ndə  isə  informasiya  cəmiyyəti 

quruculuğunun insanların maraqlarına, BMT Nizamnaməsinin prinsiplərinə, Ümumdünya İnsan 

Hüquqları Bəyannaməsinə əsasən həyata keçirilməsi bəyan edilir, söz və informasiya azadlığının, 

ideya  və  biliklərin  informasiya  cəmiyyəti  üçün  mühüm  əhəmiyyət  daşıdığı  təsdiq  olunur. 

Həmçinin  müəssisələrdə  İKT-nin  tətbiqinin  iqtisadi  inkişaf  üçün  əsas  rol  oynadığı  qeyd  edilir, 

İKT-nin  tətbiqi  nəticəsində  yaranan  təhlükələrə  qarşı  effektli  mübarizə  aparmağın  zəruriliyi 

vurğulanır. Eləcə də, informasiya cəmiyyətinin inkişaf səviyyəsini öyrənmək, rəqəmsal fərqliliyi 

aradan  qaldırmaq  üçün  müvafiq  monitorinq  və  qiymətləndirmənin  həyata  keçirilməsinə  dair 

öhdəlik götürülürdü.  

“İnformasiya Cəmiyyəti üçün Tunis Proqramında” rəqəmsal fərqliliyin aradan qaldırılması 

üçün maliyyə mexanizmlərini müəyyənləşdirmək, İnternetin tənzimlənməsi məsələlərinə diqqəti 

artırmaq kimi məsələlər öz əksini tapmışdı.  

2014-cü ildə Cenevrədə 2003-2005-ci illərdə keçirilmiş ikimərhələli İnformasiya Cəmiyyəti 

məsələləri üzrə Ümumdünya Sammitinin qərarlarının yerinə  yetirilməsi üzrə fəaliyyətin analizi 

üçün “WSIS+10” Sammiti keçirildi [26]. Sammitdə “WSIS+10”-un 2015-ci ildən sonrakı dövr 

üçün  fəaliyyət  konsepsiyası  təsdiq  olundu.  Konsepsiyada  iştirakçı  dövlətlərə  aşağıdakı 

istiqamətlər üzrə fəaliyyətin gücləndirilməsi tövsiyə olunur: 

 



İKT-nin inkişaf məqsədi ilə tətbiqi üçün dövlət hakimiyyəti orqanlarının və bütün maraqlı 

tərəflərin rolu; 

 

informasiya və kommunikasiya infrastrukturu; 



 

informasiya və biliklərin əlyetərliliyi; 



 

potensialın yaradılması; 




İnformasiya cəmiyyəti problemləri, 2016, №2, 3–18 

 

10                                                                  www.jpis.az 



 

 



İKT-dən istifadə zamanı etimad və təhlükəsizliyin möhkəmləndirilməsi; 

 



əlverişli mühit; 

 



İKT tətbiqləri: həyatın bütün aspektləri üzrə üstünlüklər (elektron dövlət, elektron biznes; 

elektron  təhsil,  elektron  səhiyyə,  elektron  məşğulluq,  elektron  ekologiya,  elektron  kənd 

təsərrüfatı, elektron elm); 

 



mədəni müxtəliflik və mədəni özünəməxsusluq, dil müxtəlifliyi və yerli kontent

 



KİV; 

 



informasiya cəmiyyətinin etik aspektləri; 

 



beynəlxalq və regional əməkdaşlıq. 

BMT-nin  İnkişaf  Proqramı  (United  Nations  Development  Programme,  UNDP)  inkişaf 

etməkdə olan ölkələrdə İKT-nin inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində fəaliyyət 

göstərir [27]. Bu qurum xüsusi fond vasitəsi ilə İKT-nin inkişafı üzrə yerli, regional və beynəlxalq 

proqramları  maliyyələşdirir;  İKT  sahəsində  fəaliyyət  göstərən  təşkilatların  beynəlxalq  hüquqi 

müdafiəsi ilə məşğul olur; İKT sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə səy göstərir; 

İKT üzrə proqramların həyata keçirilməsi üçün strategiyalar, tövsiyələr hazırlayır.   

BMT-nin elm, təhsil və mədəniyyət məsələləri üzrə ixtisaslaşdırılmış qurumu olan UNESCO 

informasiya cəmiyyətinin inkişaf problemləri üzrə öz tövsiyələri ilə çıxış edir [25, 28]. Bu qurum 

informasiya cəmiyyəti deyil, biliklər cəmiyyəti konsepsiyası ilə çıxış edir. UNESCO hesab edir ki, 

ədalətli informasiya cəmiyyəti qurmaq üçün, ilk növbədə, aşağıdakı problemləri tədqiq etmək və 

onların həllinə səy göstərmək lazımdır: 

1.

 

İKT və gender problemləri; 



2.

 

Mədəniyyət və dil müxtəlifliyi



3.

 

Mətbuat və ifadə azadlığı; 



4.

 

İKT və məhdud imkanlı şəxslərin problemləri; 



5.

 

İnformasiya etikası və bilik və informasiyanın hamı üçün əlyetərliliyi problemləri. 



BMT-nin digər ixtisaslaşdırılmış qurumu  – Beynəlxalq Telekommunikasiya  İttifaqı  (BTİ) 

isə  informasiya  cəmiyyəti  infrastrukturunun  formalaşdırılması  ilə  bağlı  aşağıdakı  problemlərlə 

məşğul olur [29]: 

 



İKT-yə bərabərhüquqlu çıxış imkanı; 

 



sosial-iqtisadi  inkişaf  məsələlərinin  həlli  üçün  genişzolaqlı  İnternet  şəbəkəsinin 

yaradılması; 

 

iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaq üçün İKT-dən istifadə



 

kibercinayətkarlıq  və  spamların  yayılması  problemləri  də  daxil  olmaqla,  kiberməkanda 



təhlükəsizliyin təmin edilməsi

 



İKT-dən istifadə ilə bağlı etimadın təmin edilməsi; 

 



informasiya bərabərsizliyinin aradan qaldırılması; 

 



həyat təhlükəsizliyinin təmin edilməsi üçün İKT-dən istifadə; 

 



yeni nəsil şəbəkələrinin yaradılması.  

BTİ-nin tədqiqat işləri üç sektorun fəaliyyət çərçivəsində həyata keçirilir: standartlaşdırma 

sektoru,  telekommunikasiya  sektoru  və  inkişaf  sektoru.  Hər  bir  sektor  müvafiq  problem  üzrə 

spesifik məsələlərin öyrənilməsi ilə məşğul olan bir neçə tədqiqat qrupuna malikdir.  Bütövlükdə, 

BTİ-nin  dəstəyi  ilə  aparılan  tədqiqatlar,  əsasən,  tətbiqi  xarakter  daşıyır  və  başlıca  olaraq, 

infrastrukturun inkişafı məsələlərinə yönəlib.  

BMT-nin  Ticarət  və  İnkişaf  üzrə  Konfransı  (United  Nations  Conference  on  Trade  and 

Development,  UNCTAD)  öz  mandatı  çərçivəsində  İKT-dən  istifadənin  müxtəlif  aspektləri  üzrə 

silsilə məqalələr dərc edir [30].  

İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı  (Organisation  for  Economic  Cooperation  and 

Development, OECD) öz fəaliyyət istiqamətləri çərçivəsində inkişaf məqsədi ilə İKT-dən istifadə 

problemləri  ilə  məşğul  olur  [31].  Son  vaxtlar  bu  təşkilat  tərəfindən  informasiya  təhlükəsizliyi 




Yüklə 224,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə