Əlixan Musayev



Yüklə 374,46 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix30.10.2018
ölçüsü374,46 Kb.
#75879
1   2   3   4   5   6   7   8

 

18 


Allah  onların  hər  birinə  özünəməxsus  şəriət  qanunları  təyin 

etmişdir. Bu fikri təsdiqləmək üçün Uca Allahın bu kəlamı yetər: 



«Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər 

Allah istəsəydi, sizi [eyni şəriətə tabe] vahid bir ümmət edərdi. 

Lakin  [bu  müxtəliflik]  Allahın  verdikləri  ilə  sizi  imtahan 

etməsi üçündür».

48

   


   İslam kəlməsinin mənasına gəlincə, bu tövhidlə

49

 Allaha təslim 



olmaq, itaətlə Ona tabe olmaq, şirkdən və şirk əhlindən uzaq 

olmaq deməkdir. Odur ki, Uca Allah buyurur: «Allah yanında 

[haqq olan] din, əlbəttə, islamdır».

50

 «Kim islamdan başqa bir 



din ardınca gedərsə, [o din] heç vaxt ondan qəbul olunmaz və 

o şəxs axirətdə zərər çəkənlərdən olar!»

51

  

   İslam  dininin  üç  mərhələsi  vardır:  islam,  iman  və  ehsan. 

Bunlardan hər birinin özünəməxsus əsasları vardır. Belə ki, islam 

beş əsasdan - şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, 

oruc  tutmaq  və  həccə  getməkdən  ibarətdir.  İbn  Ömərin  (r.a) 

rəvayət  etdiyi  hədisdə  Peyğəmbərimiz 

-  səllallahu  aleyhi  və  səlləm  -

  belə 


buyurur: «İslam beş (dayaq) üzərində qurulmuşdur: «Allahdan 

başqa (ibadətə layiq olan) ilahın olmamasına və Məhəmmədin 

Onun qulu və elçisi olduğuna şəhadət gətirmək, namazı yerinə 

yetirmək, zəkat vermək, evi (Kəbəni) ziyarət etmək və Ramazan 

orucunu  tutmaq!»

52

  Hədisdə  sadalanan  bu  beş  əsası  aşağıdakı 

ayələrlə  də  sübuta  yetirmək  olar.  Uca  Allah  buyurur:  «Allah 

Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər 

və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq O qüvvət 

                                                      

     

48

 «əl-Maidə» surəsi, 48. 



     

49

 Tövhid yalnız Allaha ibadət etmək deməkdir.    



     

50

 «Ali-İmran» surəsi, 19. 



     

51

 «Ali-İmran» surəsi, 85. 



     

52

 «Səhihul-Buxari», 8; «Səhih-Muslim», 16.  




 

19 


və  hikmət  sahibindən  başqa  ibadətə  layiq  heç  bir  varlıq 

olmadığına şəhadət verdilər»

53

 

   «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyil-

dir.  Lakin  o,  Allahın  Rəsulu  [elçisi]  və  peyğəmbərlərin 

sonuncusudur. Allah hər şeyi biləndir»

54

 

   «Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız  Ona 

məxsus  edərək,  digər  bütün  dinlərdən  islama  dönərək  – 

ibadət etsinlər, namaz qılıb, zəkat versinlər. Doğru-düzgün 

din budur»

55

 

   «Onun  yoluna  [ərzaq,  minik,  sağlamlıq  və  təhlükəsizlik 

baxımından]  gücü  çatan  hər  bir  kəsin  həccə  gedib  o  evi 

[müqəddəs Kəbəni] ziyarət etməsi insanların Allah qarşısında 



borcudur.  Kim  bunu  inkar  edərsə  [özünə  zülm  etmiş  olar]

Əlbəttə, Allah aləmlərə [heç kəsə] möhtac deyildir!»

56

 

   «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə 

vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, [bunun vasitəsilə] 

siz pis əməllərdən çəkinəsiniz»

57

 

   Yuxarıda  qeyd  olunanlardan  aydın  oldu  ki,  Allahın 



buyruqlarının ən əsası beşdir. Biz bütün bunlara diqqətlə nəzər 

salsaq  görərik  ki,  Uca  Allahın  vacib  buyurduğu  bu  beş  əsası 

yerinə  yetirmək  çətin  deyildir.  O  ki  qalsın  Onun  digər 

buyruqlarına…  

   -  hər  bir  insan  «Əşhədu  ən  lə  ilahə  illəllah  və  əşhədu  ənnə 

Muhəmmədən rasulullah»

58

 kəlməsini deməklə müsəlman olur. 



                                                      

     


53

 «Ali-İmran» surəsi, 18. 

     

54

 «əl-Əhzab» surəsi, 40. 



     

55

 «əl-Bəyyinə» surəsi, 5. 



     

56

 «Ali-İmran» surəsi, 97. 



     

57

 «əl-Bəqərə» surəsi, 183. 



     

58

 Tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud 



(ilah) yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun elçisidir.   


 

20 


   - hər bir müsəlman gün ərzində ixtiyarına verilmiş iyirmi dörd 

saatın  yalnız  bircə  saatını  beş  vaxt  namaz  qılmağa  sərf  edir. 

Qalan iyirmi üç saatını isə yeyir, yatır, işləyir və s. işlərlə məşğul 

olur.   


   - hər bir müsəlman il ərzində Allahın ona verdiyi bol ruzilərdən 

istədiyi qədər istifadə edir və yalnız ilin tamamında mövcud olan 

mal-dövlətinin, qızıl-gümüşünün qırxda bir hissəsini zəkat verir. 

Bu da yalnız imkanlı olan şəxslərə vacibdir. 

   - hər bir imkanlı müsəlmana ömrü boyu yalnız bircə dəfə həcc 

ziyarəti etmək vacibdir ki, bu da az bir vaxt aparır.    

   -  hər  bir  müsəlman  on  iki  ay  yeyib-içir  və  yalnız  bircə  ay 

Ramazan  ayı  oruc  tutur.  Bu  ayda  da  o  ancaq  gündüzlər  oruc 

tutur. Gecələr isə yenə yeyib-içməyinə davam edir. 

   Gördüyünüz kimi bütün bu sadaladıqlarım çox asanlıqla yerinə 

yetirilən əməllərdir. Bütün bunları bizim üçün asanlaşdıran Uca 

Allah belə buyurur: «Allah sizin üçün ağırlıq deyil yüngüllük 



istər…»

59

  

   Elə  isə  qoy  bu  qədər  asanlaşdırılan  bir  dinin  vacibatlarını 

yerinə  yetirməyən  insanlar  Rəbbinin  qarşısında  nə  cavab 

verəcəkləri barədə düşünsünlər. Qiyamət günü «məni başa salan 

olmayıb»,  «bunları  etməyə  mənim  vaxtım  olmayıb»,  «məni 

aldadıblar» və s. bu kimi bəhanələr qəbul olunmayacaq.   

   İslamın ikinci mərhələsi Allahın və peyğəmbərinin dediklərinə 

iman  gətirməkdir.  Ömərin  (r.a)  rəvayət  etdiyi  hədisdə 

Peyğəmbərimiz 



- səllallahu aleyhi və səlləm -

 iman barəsində ondan soruşan 

Cəbrailə  (a.s)

60

  belə  demişdir:  «Allaha,  Onun  mələklərinə, 



kitablarına,  elçilərinə,  Axirət  gününə  iman  gətirməlisən, 

(həmçinin)  xeyir  və  şərin  qədərinin  (Allah  tərəfindən)  təyin 

                                                      

     


59

 «əl-Bəqərə» surəsi, 185.  

     

60

 Cəbrail (a.s) peyğəmbərlərə vəhy gətirən mələkdir. 




Yüklə 374,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə