Əlixan Musayev


«O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər



Yüklə 374,46 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix30.10.2018
ölçüsü374,46 Kb.
#75879
1   2   3   4   5   6   7   8

 

25 


   «O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər 

içində  dolananda  da. Həqiqətən,  [hər  şeyi]  eşidən və  bilən 

Odur»

73

 

   Bəşəriyyətə  belə  bir  din  göndərən  Allaha  şükürlər  olsun! 

Həqiqətən, O, insanları dünya və axirətdə nicat tapmağa çağırır. 

Təəssüf ki, insanların əksəriyyəti bundan bixəbərdirlər və buna 

görə də üzrlü hesab olunurlar. Odur ki, Allah Öz bəndələrinə 

rəhm edir və onlara bu din təbliğ olunana qədər möhlət verir. Bu 

həqiqətlər  onlara  bəyan  edildikdən  sonra  isə  hər  kəs  etdiyi 

günaha  görə  özü  məsuliyyət  daşıyır.  Elə  isə  bu  risaləni 

oxuduqdan  sonra  üzrlü  sayılıb-sayılmayacağınız,  sorğu-sual 

olunub-olunmayacağınız  barədə  düşünün!  «Doğru  yol  tutan 

yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər 

edər. Heç bir günahkar başqasının günahını daşımaz. [Hərə 

öz günahına cavabdehdir]. Biz, rəsul [elçi] göndərməmiş [heç 

bir ümmətə] əzab vermərik!»

74

  

   Artıq Rəbbimizin Allah və dinimizin islam olduğu sizə məlum 



oldu. İndi isə gəlin bu məlumatların necə əldə olunması barədə 

düşünək. Məgər bütün bu yazdıqlarım mənə yuxuda agah olub? 

Bəlkə  bütün  bunlar  əvvəlkilərin  uydurub  düzəltdikləri 

əfsanələrdir?! Xeyr! Bu nə yuxu, nə də əfsanədir. Əksinə, bir çox 

insanlar haqq olan bu dinin kim tərəfindən təbliğ olunduğundan 

xəbərsizdirlər. Nəzərə alsaq ki, bir çox insanlar haqq olan bu 

dinin  kim  tərəfindən  təbliğ  edildiyindən  xəbərsizdirlər  onda 

növbəti verəcəyim sual belədir – bu dini bəşəriyyətə çatdırmaq 

üçün Allahın seçdiyi elçi kimdir? Yaxud bərzəx aləmində verilə-

cək üçüncü sual olaraq…            

 

                                                      



     

73

 «əş-Şüəra» surəsi, 218-220.   



     

74

 «əl-İsra» surəsi, 15. 




 

26 


Peyğəmbərin kimdir? 

 

   Şübhəsiz  ki,  hər  bir  müsəlman  bu  suala:  «Məhəmməddir»- 

deyə  cavab  verəcək.  Lakin  biz  onlardan  bu  insanın  necə 

şəxsiyyət  olması  barədə  soruşsaq  bir  çoxlarının  məlumatsız 

olduğunu görəcəyik. Odur ki, belə bir şəxsiyyət barəsində az da 

olsa məlumatlı olmağımız gərəklidir.  

   Məhəmməd  peyğəmbər 



- səllallahu aleyhi və səlləm -

 miladi tarixi ilə 570-

ci ildə anadan olmuş və uşaq ikən yetim qalmışdır. Peyğəmbər 



səllallahu aleyhi və səlləm -

 hələ doğulmamışdan atası Abdullah, altı yaşında 

isə  anası  Əminə  vəfat  etmişdir.  Anası  vəfat  etdikdən  sonra 

peyğəmbərin 

- səllallahu aleyhi və səlləm -

 ata babası Əbdülmüttəlib onu öz 

himayəsinə götürmüşdür. Babasının vəfatından sonra isə əmisi 

Əbu  Talib  onun  hamisi  olmuşdur.  Qırx  yaşına  çatdıqda  Uca 

Allah  onu  seçib  təkcə  öz  qövmünə  deyil  bütün  insanlara 

Cənnətlə  müjdə  verən,  Cəhənnəm  əzabı  ilə  qorxudan  elçi 

göndərmişdir. Məhəmməd 



- səllallahu aleyhi və səlləm -

 islam dinini on üç il 

Məkkədə, on il də Mədinədə insanlara təbliğ etmiş və nəhayət 

altmış üç yaşında vəfat etmişdir. O, dini təbliğ edərkən bir çox 

çətinliklərlə üzləşmiş, kafirlərin əzab-əziyyətlərinə məruz qalmış, 

lakin bütün bunlara səbir etmişdir. Peyğəmbər 



- səllallahu aleyhi və səlləm -

 

təbliğatını tamamlayana qədər Uca Allah onu Şeytan və onun 



havadarlarının şərindən qorumuşdur. Rəbbimiz bu xüsusda belə 

buyurur: «Biz səndən əvvəl də elə bir elçi, elə bir peyğəmbər 



göndərmədik ki, o, bir iş görmək arzusunda olanda şeytan 

onun  arzusuna  xələl  qatmasın.  Lakin  Allah  şeytanın 

qatdığını pozar [onun vəsvəsəsini batil edər]. Sonra isə Allah 

Öz ayələrini möhkəmlədər. Allah [hər şeyi] biləndir, hikmət 

sahibidir!»

75

 Onun təbliğ etdiyi müqəddəs Quran on dörd əsrdir 

                                                      

     


75

 «əl-Həcc» surəsi, 52. 




 

27 


ki, olduğu kimi qalıb, qiyamətə qədər də belə qalacaqdır. Uca 

Allah bu xüsusda belə buyurur: «Şübhəsiz ki, Quranı Biz nazil 



etdik  və  sözsüz  ki,  Biz  də  onu  qoruyub  saxlayacağıq!»

76

 

«Batil  ona  nə  önündən,  nə    də  arxasından  yol  tapar.  O, 

hikmət  sahibi,  tərifəlayiq  [Allah]  tərəfindən  nazil 

edilmişdir».

77

                

   O 

- səllallahu aleyhi və səlləm -

 , peyğəmbərlərin sonuncusu olduğu üçün 

biz yalnız onun gətirdiyi şəriətə tabe oluruq. Lakin bu heç də o 

demək deyildir ki, biz ancaq Məhəmmədə 



- səllallahu aleyhi və səlləm -

 iman 


gətirir, digər peyğəmbərləri isə inkar edirik. Əksinə, Uca Allah 

bizə bütün peyğəmbərlərə iman gətirməyi əmr edir: «Allaha və 



Onun  peyğəmbərlərinə  iman  gətirin!  Əgər  iman  gətirib 

Allahdan qorxsanız, sizi böyük mükafat gözləyir!»

78

 «Pey-



ğəmbər Rəbbi tərəfindən ona nazil edilənə [Qurana] inanmış 

və möminlər də iman gətirmişlər. [Onların] hamısı Allaha, 

Onun  mələklərinə,  kitablarına  və  peyğəmbərlərinə  iman 

gətirərək dedilər: «Biz Onun peyğəmbərləri arasında fərq 

qoymuruq.  [Allahın  hökmlərini]  eşitdik  [anladıq]  və  itaət 

etdik.  Ey  Rəbbimiz,  bizi  bağışla,  [axırda]  Sənin  dərgahına 

[hüzuruna]  qayıdacağıq!»



79

  Odur  ki,  adları  Qurani Kərimdən 

bizə məlum olan və olmayan peyğəmbərlərin hər birinin Allah 

tərəfindən seçilib insanlara göndərildiyinə iman gətiririk. Onların 

etiqadları eyni, gətirdikləri şəriət qanunları isə fərqli olmuşdur. 

Buna görə də biz bu peyğəmbərlərdən hər birinin etiqad etdiyinə 

etiqad  edir  və  yalnız  sonuncusunun  şəriətinə  tabe  oluruq. 



«Peyğəmbər  sizə  nə  verirsə  onu  götürün;  nəyi  qadağan 

edirsə, ondan əl çəkin. Allahdan qorxun!»

80

 «De: «Əgər siz 

                                                      

     


76

 «əl-Hicr» surəsi, 9. 

     

77

 «Fussilət» surəsi, 42. 



     

78

 «Ali-İmran» surəsi, 179. 



     

79

 «əl-Bəqərə» surəsi, 285.  



     

80

 «əl-Həşr» surəsi, 7. 




 

28 


Allahı  sevirsinizsə,  mənim  ardımca  gəlin  ki,  Allah  da  sizi 

sevsin  və  günahlarınızı  bağışlasın.  Allah  bağışlayan  və 

mərhəmətlidir»

81

 Bu ayələrdən belə nəticə çıxır ki, Peyğəmbərin 



-  səllallahu  aleyhi  və  səlləm  -

  buyruqlarını  da  yerinə  yetirmək  lazımdır. 

Məhəmməd 

- səllallahu aleyhi və səlləm -

 insanlara yalnız Allah tərəfindən 

ona  nazil  olanı  -  Quran  və  onun  izahını  (Sünnəni

82

)  təbliğ 



etmişdir. Uca Allah bu xüsusda belə buyurur: «O kefi istəyəni 

[havadan] danışmır. Bu ancaq nazil olan bir vəhydir»



83

 «Sənə 

də Zikri [Quranı] nazil etdik ki, insanlara onlara göndəriləni 

izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!»

84

  

   Quranı izah edən Peyğəmbərin 



-  səllallahu  aleyhi  və  səlləm  -

 Sünnəsinə 

gəlincə, bəzi islam alimləri

85

 onu altı qismə bölmüşlər: 



   Birinci:  səbəblə  bağlı  olan  Sünnə.  Buna  asqırdıqdan  sonra 

«əlhəmdulillah» deməyi misal çəkmək olar. Belə ki, asqırmaq bu 

kəlməni  ifadə  etmək  üçün  səbəbdir.  Əgər  biz  bunu  səbəbsiz 

olaraq məsələn, əsnədikdə desək peyğəmbərin 



- səllallahu aleyhi və səlləm -

 

Sünnəsinə müxalif olmuş hesab olunuruq. 



   İkinci:  keyfiyyətlə  bağlı olan  Sünnə.  Buna  ruku  və  səcdəni 

misal  çəkmək  olar.  Belə  ki,  səcdəni  rukudan  sonra  etmək 

namazın  keyfiyyətlərindəndir.  Əgər  biz  əvvəl  səcdə  sonra  da 

ruku etsək şübhəsiz ki, peyğəmbərin 



- səllallahu aleyhi və səlləm -

 Sünnəsinə 

müxalif olmuş olarıq. 

   Üçüncü: miqdarla bağlı olan Sünnə. Buna gündəlik qılınan beş 

namazın rükətlərinin sayını misal çəkmək olar. Məsələn sübh 

                                                      

     

81

 «Ali İmran» surəsi, 31. 



     

82

 Bu kəlmə lüğətdə yol, adət və s. mənaları ifadə edir. İstilahi mənada (şəriətdə) isə 



peyğəmbərdən 

- səllallahu aleyhi və səlləm -

 varid olan hər bir kəlmə, hərəkət, (səhabələrinin hər 

hansı sözünü və ya hərəkətini) təsdiq etmə və sifət (fitri və ya əxlaqi dəyərlər)» Sünnə 

adlanır. 

     


83

 «ən-Nəcm» surəsi, 3-4. 

     

84

 «ən-Nəhl» surəsi, 44.  



     

85

 «əş-Şərhul-Mumti», 1/484. 




 

29 


namazını iki rükətdən artıq və ya əskik qılmaq Peyğəmbərin 



səllallahu aleyhi və səlləm -

 Sünnəsinə ziddir. 



   Dördüncü: cinslə bağlı olan Sünnə. Buna qurban bayramında 

(zil-hiccə  ayının  10-u,  11-i,  12-si  və  13-ü,  yəni  qurban 

günlərində) kəsilən qoç, öküz və dəvəni misal çəkmək olar. Belə 

ki, bu bayramda ətinin yeyilməsi halal olan başqa bir heyvan 

(dovşan, xoruz, qaz və s.) qurban kəsmək sünnəyə müxalifdir. 

   Beşinci: zamanla bağlı olan Sünnə. Buna hər hansı bir namazın 

vaxtını  misal  çəkmək  olar.  Məsələn  məğrib  namazını  gün 

batmamışdan əvvəl qılmaq Sünnəyə ziddir. 



   Altıncı:  məkanla  bağlı  olan  Sünnə.  Buna  etikafı  (Ramazan 

ayının  axır  on  gününü  məsciddə  keçirməyi)  misal  göstərmək 

olar. Odur ki, etikafı məsciddən başqa yerdə keçirmək Sünnəyə 

müxalifdir. 

   Deməli, hər bir müsəlman dini ayinləri yerinə yetirdikdə son 

dərəcədə  diqqətli  olmalı  və  Peyğəmbərin 



-  səllallahu  aleyhi  və  səlləm  -

 

əmrlərinə qarşı çıxmamalıdır. O yalnız dəlil-sübutla ibadət etməli 



və  dinə  əlavə  edilmiş  hər  bir  yenilikdən  uzaq  olmalıdır.  Uca 

Allah belələrini hədələyib demişdir: «Hər kəs özünə doğru yol 



aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlər-

dən [səhabələrdən] qeyrisinin yoluna uyarsa, onu istədiyi yola 

yönəldər  və  Cəhənnəmə  varid  edərik.  Ora  necə  də  pis 

yerdir».

86

 «Onun [Peyğəmbərin] əmrinə qarşı çıxanlar başla-

rına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir 

əzabdan həzər etsinlər».

87

  Peyğəmbərimiz 



-  səllallahu  aleyhi  və  səlləm  -

 

onların  əməllərinin  qəbul  olunmamağını  xəbər  verib  belə 



demişdir:  «Bizim  bu  işimizə  [dinimizə]  dindən  olmayan  bir 

yenilik gətirən kəsin bu əməli rədd olunur».

88

 

                                                      

     

86

 «ən-Nisa» surəsi, 115. 



     

87

 «ən-Nur» surəsi, 63. 



     

88

 «Səhih-Muslim», 4467. 




 

30 


   Təəssüf ki, bəzi insanlar iman gətirdiklərini dili ilə ifadə edir 

və: «Qəlbim təmizdir» - deməklə kifayətlənərək Allaha və Onun 

rəsuluna itaət etmirlər. Məgər ömrü boyu Allahın buyruqlarını 

yerinə yetirən peyğəmbərlərin, səhabələrin, imamların və dədə-

babalarımızın qəlbi təmiz deyildimi? Allahın əmrlərini yerinə 

yetirib qadağan etdiyi şeylərdən çəkinmək sənin qəlbinin daha 

təmiz  olmasına  gətirib  çıxarmazmı?  Bu  barədə  düşünməyə 

dəyər!   

   O zamanlar Məkkə müşrikləri peyğəmbərimizin gətirdiyi bu 

dini sehr, onun özünü isə sehrbaz, məcnun, kahin adlandırırdılar. 

Uca Allah onlar barəsində belə demişdir:  «Ayələrimiz onlara 

[müşriklərə] açıq-aşkar olaraq oxunduğu zaman: «Bu ancaq 

sizi atalarınızın ibadət etdiklərindən [bütlərdən] döndərmək 

istəyən  bir  adamdır!»  -  deyər,  [Quran  haqqında  isə:]  «Bu, 

uydurma  yalandan  başqa  bir  şey  deyildir!»  -  söyləyərlər. 

Kafir olanlara haqq [Quran] gəldikdə onun barəsində: «Bu 

yalnız açıq-aşkar bir sehrdir!» - deyərlər».

89

 «[Ya Rəsulum!] 

Əgər sənə kağız üzərində [yazılı] bir kitab nazil etsəydik və 

onlar əlləri ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: 

«Bu,  açıq-aydın  bir  sehrdir»,  -  deyərdilər».

90

  «Onlar  öz 

içərilərindən  özlərinə  [Allahın  əzabı  ilə]  qorxudan  bir 

peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: 

«Bu, yalançı bir sehrbazdır!»

91

 «Elə isə [ya Peyğəmbər! Sən 

müşriklərə]  öyüd-nəsihət  ver.  Sən  öz  Rəbbinin  neməti 



sayəsində nə kahinsən, nə də divanə!»

92

  

   «Onlara: «Allahdan başqa heç bir ilah yoxdur!» - deyildiyi 

zaman  təkəbbür  göstərirdilər.  Və:  «Biz  heç  divanə  bir 

                                                      

     

89

 «Səba» surəsi, 43.  



     

90

 «əl-Ənam» surəsi, 7.  



     

91

 «Sad» surəsi, 4. 



     

92

 «ət-Tur» surəsi, 29.  




 

31 


şairdən ötrü tanrılarımızı tərk edərikmi?!» - deyirdilər».

93

 

Bu ayələrdən də görünür ki, o 



- səllallahu aleyhi və səlləm -

 nə sehrbaz, nə də 

kahindir. Doğrusu Məhəmməd 

- səllallahu aleyhi və səlləm -

 Allahın qulu və 

elçisidir.  Burada  qul  deyildikdə  onun  ilahi  sifətlərə  malik 

olmadığı qəsd edilir. Yəni o, hamı kimi Allahın iradəsinə tabe 

olan bir insandır. Bu barədə Uca Allah belə buyurur: «De: «Mən 

Allahın  istədiyindən  başqa  özümə  nə  bir  xeyir,  nə  də  bir 

zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, [özüm 

üçün]  daha  çox  xeyir  tədarük  edərdim  və  mənə  pislik  də 



toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan 

və müjdələyənəm!»

94

  

   Ayədən göründüyü kimi hətta peyğəmbər 

- səllallahu aleyhi və səlləm -

 belə 


nə xeyir, nə də zərər vermək iqtidarında olmayıb. Elə isə nə üçün 

biz Allahdan qeyrisinin bizə xeyir və ya zərər verə biləcəyinə 

etiqad etməliyik? Məhəmmədin 

- səllallahu aleyhi və səlləm -

 elçi olması isə 

onun digər insanlardan üstünlüyünü bildirir. Belə ki, Uca Allah 

onu  bəzi  xüsusiyyətləri  ilə  bütün  insanlardan,  hətta  digər 

peyğəmbərlərdən belə üstün etmişdir. Bu xüsusiyyətlərdən:    

   - Peyğəmbərlərin sonuncusu olması; 

   «Lakin  o,  Allahın  elçisi  və  peyğəmbərlərin  sonuncusu-



dur».

95

  

   -  Bütün  bəşəriyyətə  (insanlara  və  cinlərə)  peyğəmbər  gön-

dərilməsi;  

   «De: «Ey insanlar! Mən Allahın sizin hamınız üçün göndə-

rilmiş elçisiyəm».

96

 «[Bir dəstə cin belə dedi] : «Doğrusu, biz 

hidayət yolunu göstərəni [Quranı] dinlədiyimiz zaman ona 

iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə əskilməsindən, 

                                                      

     

93

 «əs-Saffat» surəsi, 35,36. 



     

94

 «əl-Əraf» surəsi, 188.  



     

95

 «əl-Əhzab» surəsi, 40. 



     

96

 «əl-Əraf» surəsi, 158. 




 

32 


nə  də  haqsızlığa  məruz  qalmaqdan  qorxar.  Şübhəsiz  ki, 

aramızda [Allaha və Onun rəsulu Məhəmməd

 

səllallahu aleyhi 



və səlləmə iman gətirən] müsəlmanlar da var, [haqq yoldan] 

çıxanlar  da.  Müsəlman  olanlar  haqq  yolu  axtarıb 

tapanlardır».

97

 

   - Quranın məhz ona nazil olması; 

   «Çünki Allah sənə Quranı və hikməti [Sünnəni] nazil edə-



rək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!»

98

 

   - Qiyamət günü olacaq tərifəlayiq məqamda şəfaətçi olması; 

   «Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama 

[axirət günü ən böyük şəfaət məqamına] göndərsin!»

99

 

   - Hər bir ümmətə etdikləri əməllərinə görə öz peyğəmbərinin 

şahid gətiriləcəyi Qiyamət günü, Məhəmmədin 



- səllallahu aleyhi və səlləm -

 

onlardan fərqli olaraq həm öz ümmətinə, həm də peyğəmbərlərə 



şahid gətirilməsi;  

   «[Ya Məhəmməd!] Hər ümmətdən [peyğəmbərini] bir şahid 



gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman 

nə cür olacaq?»

100

 

   - Cənnətə daxil olan ilk şəxs olması; 

   Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər 



- səllallahu aleyhi və 

səlləm  -

  dedi:  «Qiyamət  günü  mən  Cənnətin  qapısına  yaxınlaşıb 

onun açılmasını dilədikdə gözətçi (mələk): «Sən kimsən?» - deyə 

soruşacaq.  Mən:  «Məhəmmədəm»  -  deyə  cavab  verdikdə  o 

deyəcəkdir: «Mənə əmr olundu ki, səndən öncə heç bir kimsə 

üçün qapını açmayım».

101

        



   - Beş xislətin ona verilməsi

                                                      

     

97

 «əl-Cinn» surəsi, 13,14.   



     

98

 «ən-Nisa» surəsi, 113.  



     

99

 «əl-İsra» surəsi, 79.  



     

100


 «ən-Nisa» surəsi, 41. 

     


101

 «Səhih-Muslim», 485. 




 

33 


   Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər 

- səllallahu aleyhi 

və səlləm -

 dedi: «Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəlki 

peyğəmbərlərə  verilməyib:  «Bir  ay  əvvəl  düşmənin  qəlbinə 

qorxu salaraq ona qalib gəlməyim, yer üzünün mənim üçün pak 

və  məscid

102


  olması  –  belə  ki,  ümmətimdən  olan  hər  bir  kəs 

istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır, qənimətlərin

103

 

mənə  halal  olması  –  belə  ki,  bu  məndən  qabaq  heç  bir 



peyğəmbərə halal olmayıb, Qiyamət günü (tərifəlayiq məqamda) 

şəfaət verməyim və bir də hər bir peyğəmbər yalnız öz qövmünə 

göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm».

104


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Son söz 

                                                      

     

102


 İbadət yeri. 

     


103

 Döyüşdə əldə edilən mal.  

     

104


 «Səhihul-Buxari», 335; «Səhih-Muslim», 1163.  


 

34 


 

   Uca Allahın köməyi sayəsində bu risaləni sona yetirə bildik. 

Buradakı  yazılardan  nə  dərəcədə  faydalanmaq  isə  sizin 

boynunuza  düşən  bir  məsuliyyətdir.  İstərdik  ki,  bu  risaləni 

oxuyan şəxs hər bir zaman ölə biləcəyini unutmasın. Bu heç də o 

demək  deyildir  ki,  insan  dünya  işlərini  tərk  edib,  yalnız  dini 

ayinlərin icrası ilə məşğul olub tərki dünya olsun. Əksinə, hər bir 

müsəlman  öz  dövlətinin  inkişafı  üçün  əlindən  gələni 

əsirgəməməlidir.  Axı  nə  üçün  dinimiz  bizi  elmə,  tərəqqiyə 

çağırdığı halda digər qövmlərdən geri qalaq? Məgər biz ixtiralar, 

kəşflər etməkdə acizik? Məlumatlı olanlar çox gözəl bilirlər ki

İslam  elm  üzərində  qurulan  bir  dindir.  İslam  insanları  azad 

fəaliyyətə,  inkişafa,  tərəqqiyə  və  maarifə  səsləyəndə  bir  çox 

qövmlər bu fəzilətlərdən xəbərsiz idilər. Odur ki, dinə və elmə 

eyni  dərəcədə  bağlı  olmağınızı  tövsiyə  edirik.  Çünki  elmsiz 

dinin, dinsiz isə elmin faydası olmaz!   

 

 

 



 

 

 

 

 

 

 



Yüklə 374,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə