Əlixan Musayev



Yüklə 374,46 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix30.10.2018
ölçüsü374,46 Kb.
#75879
1   2   3   4   5   6   7   8

 

12 


aşkarda olan sözləri və əməlləri əhatə edən hər bir şey ibadət 

adlanır».

25

  Göründüyü  kimi  ibadət  deyildikdə  yalnız  namaz 



qılmaq  nəzərdə  tutulmur.  Əksinə,  bu  kəlmə  Allahın 

buyruqlarının hamısına şamil edilir. Deməli, dua etmək, qurban 

kəsmək, nəzir vermək, təvəkkül etmək, ümid bəsləmək, kömək 

diləmək və s. bu kimi ibadətlər yalnız Allahın rizasını qazanmaq 

üçün yerinə yetirilməlidir. Uca Allah bu xüsusda bir çox ayələr 

nazil etmişdir: «Əgər siz onları çağırsanız [dua etsəniz], onlar 



sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər. 

Özləri də qiyamət günü sizin [onları Allaha] şərik qoşduğunu-

zu danacaqlar…»

26

  

   «Haqq dəvəti yalnız Onadır. Ondan başqa çağırdıqları isə 

heç bir şeylə onlara cavab vermirlər».

27

   

   «Şübhəsiz ki, [bütün] məscidlər Allaha məxsusdur. Allah-

dan başqa heç kəsə ibadət etməyin!»

28

  

   «Sizin  Allahdan  başqa  tapındıqlarınız  isə  nə  sizə,  nə  də 

özlərinə bir köməklik edə bilər!»

29

 

   «Biz  yalnız  Sənə  ibadət  edirik  və  yalnız  Səndən  kömək 

diləyirik!»

30

 

   «Rəbbin üçün namaz qıl və qurban kəs!»

31

 

   «Əgər möminsinizsə, Allaha təvəkkül edin!»

32

 

   «Kim Allaha təvəkkül etsə[Allah] ona kifayət edər…»

33

 

   Yuxarıdakı ayələrdən görünür ki, ibadətlər birbaşa Allah üçün 

olmalıdır. Burada ibadətin qəbul olunması üçün Allah ilə bəndə 

                                                      

     

25

 «Məcmuul-Fətavə», 10/149.   



     

26

 «Fatir» surəsi, 14. 



     

27

 «ər-Rəd» surəsi, 14. 



     

28

 «əl-Cinn» surəsi, 18. 



     

29

 «əl-Əraf» surəsi, 197. 



     

30

 «əl-Fatihə» surəsi, 5. 



     

31

 «əl-Kovsər » surəsi, 2. 



     

32

 «əl-Maidə» surəsi, 23. 



     

33

 «ət-Talaq» surəsi, 3. 




 

13 


arasında dəlil-sübutsuz vasitə tutmağın özü də şəriətə ziddir. Uca 

Allah buyurur: «Bil ki, xalis din [sırf ibadət, təmiz itaət] ancaq 



Allaha məxsusdur.  Allahı  qoyub  başqalarını  özlərinə  dost 

tutanlar: «Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün 

ibadət  edirik!»  [-  deyirlər].  Şübhəsiz  ki,  Allah ixtilafda  ol-

duqları məsələlər barəsində [Qiyamət günü] onların arasında 

hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru 

yola müvəffəq etməz!»

34

 

   «Həqiqətən,  Allahdan  savayı  çağırdıqlarınız  [tapındıq-



larınız]  sizin  kimi  bəndələrdir.  Əgər  haqlısınızsa,  haydı, 

çağırın onları, sizə cavab versinlər».

35

 

   Tağuta gəlincə, onun da özünəməxsus tərifi vardır: «Bəndənin 

ya ibadət etdiyində, ya ardınca getdiyində, ya da itaət etdiyində 

həddini aşdığı hər bir şey Tağut adlanır»

36

 Belə ki, Şeytan və 



onun  havadarları  Tağut  sayılır.  Onlar  bəndələri  Allahın  haqq 

yolundan uzaqlaşdıraraq özlərinə ibadət etməyə, onların ardınca 

getməyə və yalnız onlara itaət etməyə sövq edirlər. Uca Allah 

onlar  barəsində  belə  xəbər  verir:  «Onlar  Allahı  qoyub 



alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi [İsanı] özlərinə 

rəblər etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət 

etmək əmr olunmuşdur. Ondan başqa heç bir İlah yoxdur. 

Allah  müşriklərin  Ona  şərik  qoşduqları  şəriklərdən 

uzaqdır!»

37

 

   «Onlara:  «Allahın  nazil  etdiyinə  [Qurana]  tabe  olun!»  - 



deyildikdə, onlar: «Xeyr, biz atalarımızın getdiyi yola [ibadət 

etdiyi dinə] tabe olacağıq!» - deyə cavab verərlər. Bəs Şeytan 



onları cəhənnəm odunun əzabına çağırırsa necə? [Yenidəmi 

                                                      

     

34

 «əz-Zumər» surəsi, 3. 



     

35

 «əl-Əraf» surəsi, 194. 



     

36

 «İ'lamul-Müvəqqiin», 1/50. 



     

37

 «ət-Tövbə» surəsi, 31.  




 

14 


həmin yolla gedəcəklər?] Kim yaxşı əməl sahibi olub özünü 

[səmimi-qəlbdən] Allaha təslim edərsə, o artıq ən möhkəm 



ipdən [Qurandan, imandan] yapışmış olur. Bütün işlərin axırı 

Allaha gəlib çıxacaqdır!»

38

 

   «Musanın əhvalatı sənə gəlib çatdımı? O zaman ki, Rəbbi 

onu müqəddəs Tuva vadisində çağırıb demişdir: «Fironun 

yanına  get,  həqiqətən  o,  həddini  aşmışdır!  Və  de  ki: 

«[Günahlardan] təmizlənmək istəyirsənmi? Səni Rəbbinə tərəf 

[Ona ibadət etməyə] yönəldimmi ki, sən [Ondan] qorxasan?» 

[Musa  Allahın  dediklərini  Firona  çatdırdıqdan  sonra]  ona  ən 

böyük möcüzəni göstərdi. O isə [haqqı] təkzib edib asi oldu. 

Sonra  da  üz  çevirib  [fitnə-fəsad  törətməyə]  səy  göstərdi.  O 

[camaatı] toplayıb [onları] uca səslə çağırdı və dedi: «Sizin ən 



uca rəbbiniz mənəm!» Allah da onu axirət və dünya əzabına 

düçar  etdi.  Həqiqətən,  bunda  [Allahdan]  qorxan  bəndələr 

üçün ibrət vardır».

39

 

   Yuxarıda qeyd olunan ayədə nəsranilərin Məryəm oğlu İsanı 

özlərinə tanrı etmələri heç də onun Tağut olmasına dəlalət etmir. 

Belə ki, İsa 



- aleyhissəlam -

 Allaha şərik qoşmağın əleyhinə olmuş və 

qövmünü də bundan çəkindirmişdir. Odur ki, Uca Allah onun saf 

etiqadda  olduğunu  insanlara  izah  edib  demişdir:  «[Ya 

Məhəmməd!] Xatırla ki, o zaman [qiyamət günü] Allah belə 

buyuracaq: «Ya Məryəm oğlu İsa! Sənmi insanlara: «Allahla 

yanaşı məni və anamı da özünüzə ilah bilin!» - demişdin? İsa 

cavabında  deyəcək:  «Sən  pak  və  müqəddəssən!  Haqqım 

çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən bunu 

demiş  olsaydım,  Sən  onu  mütləq  bilərdin.  Sən  mənim 

ürəyimdə olan hər bir şeyi bilirsən, mən isə Sənin zatında 

olanı  bilmirəm.  Şübhəsiz  ki,  qeybləri  bilən  ancaq  Sənsən! 

                                                      

     

38

 «Loğman» surəsi, 21,22.  



     

39

 «ən-Naziat» surəsi, 15-26.  




Yüklə 374,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə