Əlixan Musayev



Yüklə 374,46 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix30.10.2018
ölçüsü374,46 Kb.
#75879
1   2   3   4   5   6   7   8

 

ki,  hər  bir  bəndəyə  sual  verirəm  –  bütün  məxluqatı  yoxdan 



yaradan  kimdir?  Yaxud  bərzəx  aləmində  veriləcək  ilkin  sual 

olaraq… 


 

Rəbbin kimdir? 

 

   Bu sualın yalnız bir cavabı var  «Allah!» Bu cavabı Onun Öz 



kəlamı  ilə  də  əsaslandırmaq  olar.  Uca  Allah  buyurur:  «And 

olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, 

mütləq: «Allah!» - deyə cavab verəcəklər! Elə isə [haqdan] 

necə dönürlər?»

17

 Bununla belə onu da qeyd etmək lazımdır ki, 

hər  kəs  «Rəbbim  Allahdır!»  deyib  Onun  buyruqlarını  yerinə 

yetirməsə,  öz  dediyini  təsdiq  etmiş  hesab  olunmur.  Təqribi 

müqayisə  etmək  üçün:  «ata-anam  filankəsdir,  mən  onları çox 

sevirəm» deyən və sonra da valideynlərinin qayğısına qalmayan 

şəxsə baxmaq kifayətdir. Belə ki, həqiqi mömin o şəxsdir ki, 

Rəbbini tanıdıqdan sonra Ona itaət etsin. Uca Allah belə şəxslər 

barəsində  buyurur:  «Şübhəsiz  ki:  «Rəbbimiz  Allahdır!»  - 

deyən, sonra da [sözündə] düz olan kəslərə [ölüm ayağında] 

mələklər  nazil  olub  [belə  deyəcəklər]:  «Qorxmayın  və 

kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!»»

18

 Ayə 

açıq-aydın göstərir ki, təkcə «Rəbbim Allahdır» demək kifayət 

deyil, mütləq olaraq qəbul edilən Rəbbin buyruqlarını da yerinə 

yetirmək lazımdır. Bu xüsusda Peyğəmbərin 



-  səllallahu  aleyhi  və  səlləm  -

 

əmisi  oğlu  Abdullah  İbn  Abbas  (r.a)  bu  ayəni  izah  edərkən 



demişdir: «Düz olan kəslər» Allahın vacib buyurduğu əməlləri 

yerinə yetirən şəxslərdir.

19

  

                                                      



     

17

 «əz-Zuxruf» surəsi, 87.  



     

18

 «Fussilət» surəsi, 30. 



     

19

 «Camiul-Bəyan», 24/115.  




 

10 


   Odur  ki,  Uca  Allah  insanlar  Onu  tanısınlar  deyə  hər  zaman 

onlara  peyğəmbərlər  göndərmişdir.  Bu  peyğəmbərlərin  hər 

birinin başlıca vəzifəsi insanları tək Allaha ibadət etməyə dəvət 

etmək və Ona şərik qoşmaqdan çəkindirmək olmuşdur. Təəssüf 

ki, insanların bir qismi Allaha və Onun elçilərinə itaət etməkdən 

boyun qaçırmış və beləliklə də haqq yolundan azmışlar. Onlar 

barəsində Uca Allah belə buyurur: «Biz hər ümmətə: «Allaha 

ibadət edin, Tağutdan [Allahdan qeyri ibadət olunan hər bir 

şeydən] çəkinin!» - deyə peyğəmbər göndərmişdik. Onların 



bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə [Allahın 

əzəli elmi ilə] haqq yoldan azmalı olmuşdur. [Ey müşriklər] 



Yer üzündə dolaşıb görün ki, [peyğəmbərləri] yalançı hesab 

edənlərin axırı necə oldu!»

20

  

   Ayədən  görünür  ki,  hər  bir  ümmətdən  peyğəmbərlərə  iman 

gətirən  və  gətirməyən  kəslər  olmuşdur.  Hətta  elə  peyğəmbər 

olmuşdur ki, ümmətindən heç bir kəs ona iman gətirməmişdir. 

İbn Abbasın (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər 



- səllallahu aleyhi və 

səlləm -

 demişdir: «Ümmətlər mənə göstərildi. Mən (on nəfərdən az) 

bir toplum ilə birgə olan peyğəmbər, bir və iki kişi ilə birgə olan 

peyğəmbər  və  yanında  bir  kəs  olmayan  peyğəmbər  gördüm. 

Birdən (uzaqda) çox sayda insan toplusu göründü və mən elə gü-

man etdim ki, bu mənim ümmətimdir. Mənə: «Bu, Musa 

- aleyhissəlam 

-

 və onun qövmüdür!» - deyildi. Mən nəzər salıb (başqa bir) çox 

sayda  insan  toplusu  gördükdə  mənə  deyildi:  «Bu  sənin 

ümmətindir!  Onlardan  yetmiş  mini  haqq-hesabsız  və  cəzasız 

Cənnətə daxil olacaq…»

21

  



   Haqq-hesab olunacaq və cəzalandırılacaq kəslərə gəlincə, onlar 

Allaha şərik qoşan və s. günahlar edən kəslərdir. Uca Allah bu 

günahkar  kəslərdən  istədiyini  bağışlayacaq  istədiyini  də 

                                                      

     

20

 «ən-Nəhl» surəsi, 36.  



     

21

 «Səhihul-Buxari», 5705, 5752; «Səhih Muslim», 526. 




 

11 


müvəqqəti olaraq cəzalandıracaqdır. Qaldı ki bilərəkdən Allaha 

şərik qoşan və tövbə etmədən ölüb gedən bəndələrə, Allah onları 

heç  vaxt  bağışlamayacaq  və  əbədi  Cəhənnəm  əzabına  düçar 

edəcəkdir.     



   «Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa 

olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan 

şəxs, şübhəsiz ki[haqq yoldan] çox azmışdır».

22

 

   «Şübhəsiz ki: «Allah Məryəm oğlu Məsihdir!» - deyənlər 



kafir oldular. Halbuki Məsih [İsa] belə demişdir: «Ey İsrail 

oğulları!  Mənim  də,  sizin  də  Rəbbiniz  olan  Allaha  ibadət 

edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram 

edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalimlərin heç bir 

köməkçisi yoxdur!»

23

 

   Muaz ibn Cəbəl (r.a) rəvayət edir ki, mən Peyğəmbərlə 



- səllallahu 

aleyhi  və  səlləm  -

 birgə onun uzunqulağının tərkində olarkən o mənə 

dedi:  «Ey  Muaz!  Bilirsənmi  Allahın  bəndələr  üzərində  və 

bəndələrin də Allah üzərində olan haqqı nədir?» Mən dedim: 

«Allah və rəsulu daha yaxşı bilir!» O dedi: «Allahın bəndələr 

üzərində  olan  haqqı  Ona  ibadət  edib  heç  bir  şeyi  Ona  şərik 

qoşmamaları, bəndələrin Allah üzərində olan haqqı isə Ona şərik 

qoşmayana əzab verməməsidir!» Mən dedim: «Ey Allahın elçisi, 

insanları bu şad xəbərlə müjdələyimmi?» O dedi: «Xəbər vermə 

ki, arxayınlaşmasınlar!»

24

 

   Yuxarıdakı ayə və hədislərdən aydın olur ki, hər bir bəndəyə 



Rəbbinə ibadət etmək və ona şərik qoşmamaq vacibdir. Odur ki, 

hər bir müsəlman, bütün peyğəmbərlərin məramı olan: «Allaha 



ibadət  edin,  Tağutdan  çəkinin!»  ifadəsinin  mənasını  dərk 

etməlidir. Belə ki, «Allahın sevdiyi və razı qaldığı, gizlində və 

                                                      

     


22

 «ən-Nisa» surəsi, 116. 

     

23

 «əl-Maidə» surəsi, 72. 



     

24

 «Səhihul-Buxari», 128; «Səhih Muslim», 30.  




Yüklə 374,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə