Əlixan Musayev



Yüklə 374,46 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix30.10.2018
ölçüsü374,46 Kb.
#75879
1   2   3   4   5   6   7   8

 

21 


olmasına  da  iman  gətirməlisən!»

61

  Hədisdə  sadalanan  bu  altı 

əsası  aşağıdakı  ayələrlə  də  sübuta  yetirmək  olar.  Uca  Allah 

buyurur:  «Yaxşı  əməl  heç  də  [ibadət  vaxtı]  üzünüzü 



günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. 

Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, 

kitaba  [Allahın  nazil  etdiyi  bütün  ilahi  kitablara]  və 

peyğəmbərlərə inanandır»

62

 

   «Şübhəsiz  ki,  biz  hər  şeyi  müəyyən  ölçüdə  [lazım  olduğu 

qədər] yaratdıq»



63

 

   Qeyd  etmək  lazımdır  ki,  imanın  şöbələri  bu  altı  əsasla 



məhdudlaşmır. Belə ki, bunlar da daxil olmaqla onun altmışdan 

çox şöbəsi bizə məlumdur. 

   Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər 

- səllallahu 

aleyhi və səlləm - 

demişdir: «İman altmış və bir neçə şöbədən ibarətdir, 

həya da imanın şöbəsindəndir».

64

 Başqa bir hədisdə isə: «İman 



yetmiş  və  bir  neçə  şöbədən  ibarətdir…»

65

  ləfzi  ilə  rəvayət 



olunmuşdur.  Bu  hədisə  aydınlıq  gətirən  Əhməd  ibn  Həcər  əl-

Əsqəlani belə demişdir: «İmanın bu şöbələri üç qismə bölünür. 

Bunlardan bir qismi qəlb, bir qismi dil, bir qismi də bədən üzvləri 

ilə, icra edilən əməllərlə əlaqəlidir. Qəlb ilə icra edilən əməllərə 

etiqadları  və  niyyətləri  misal  çəkmək  olar  ki,  bunların  da  sayı 

iyirmi dörddür: 

   1  -  6  -  Allaha,  Onun  mələklərinə,  nazil  etdiyi  kitablara, 

göndərdiyi  elçilərə,  Axirət  gününə,  xeyir  və  şərin  qədərinin 

Allahdan olmasına iman gətirmək

   7  -  Allahı sevmək; 

   8  -  Allah xatirinə sevmək və qəzəblənmək

                                                      

     

61

 «Səhihul-Buxari», 8; «Səhih-Muslim», 16.  



     

62

 «əl-Bəqərə» surəsi, 177. 



     

63

 «əl-Qəmər» surəsi, 49. 



     

64

 «Səhihul-Buxari», 9.  



     

65

 «Səhih-Muslim», 151. 




 

22 


   9    -    Məhəmməd  Peyğəmbəri  (s.ə.s)  sevmək  və  onun  çox 

hörmətli olduğuna etiqad etmək

   10  -    İxlaslı  olmaq  (səmimi  qəlbdən  Allaha  ibadət  etmək, 

nifaqdan və riyakarlıqdan uzaq olmaq) ; 

   11 - Tövbə etmək; 

   12 - Qorxmaq (yəni yalnız Allahdan qorxmaq) ; 

   13 - (Allahın rəhmətinə) ümid etmək ; 

   14 - Şükür etmək; 

   15 - Vəfalı olmaq; 

   16 - Səbir etmək; 

   17 - Qəza və Qədərdən razı qalmaq; 

   18 - Təvəkkül etmək (yalnız Allaha arxayın olmaq) ; 

   19 - Rəhmli olmaq; 

   20 - Təvazökar olmaq; 

   21 - Təkəbbürlü və özündən razı olmamaq;  

   22 - Həsəd, paxıllıq etməmək; 

   23 - Kin saxlamamaq; 

   24 - Qəzəblənməmək. 

 

         - Dil ilə icra edilən əməllərə aid olan imanın şöbəsi isə 



yeddidir: 

 

   1  -  Tövhid  kəlməsini  «Lə  ilahə  illəllah  Muhəmmədən 

rəsulullah» tələffüz etmək; 

   2 -  Quran oxumaq; 

   3 -  Elm öyrənmək; 

   4 -  Elm öyrətmək; 

   5 -  Dua etmək; 

   6 -  Zikr etmək; 

   7 - Faydasız sözlərdən uzaq olmaq. 

 



 

23 


      -  Bədən  üzvləri  ilə  icra  edilən  əməllərə  aid  olan  imanın 

şöbəsi isə otuz səkkizdir: 

 

   1  -  Zahiri və daxili təmizlik; 



   2  -  Övrət yerini örtmək; 

   3  -  Fərz və nafilə 

66

 namazlarını qılmaq; 



   4  -  Fərz və nafilə  zəkatını vermək; 

   5  -  Qul azad etmək

   6  -  Yaxşılıq etmək, qonaqpərvər olmaq; 

   7  -  Fərz və nafilə orucunu tutmaq; 

   8  -  Həcc və Ümrə 

67

 ziyarəti etmək; 



   9  -  Kəbənin ətrafında təvaf etmək; 

   10  -  Etikaf  etmək  (Ramazan  ayının  axır  on  gününü  məsciddə 

qalmaq) ; 

   11 - Qədr gecəsini ibadətlə keçirmək; 

   12 - Hicrət (şirk, küfr olan yeri tərk) etmək; 

   13 - Nəzir etdikdə onu ödəmək; 

   14 - Allaha itaət edib, Ona asi olmayaraq imanı artırmaq; 

   15  -  Hər  hansı  bir  günaha  görə  müəyyən  cəriməni  (kəffarəni) 

ödəmək; 

   16 - Evlənmək və ya ərə getməklə zinadan qorunmaq; 

   17 - Ailəni dolandırmaq; 

   18 - Valideynlərin qayğısına qalmaq, onlara asi olmamaq

   19 - Uşaqları tərbiyə etmək; 

   20 - Qohumluq əlaqələrini möhkəmləndirmək; 

   21 - Ağaya itaət etmək, qul ilə mülayim rəftar etmək

   22 - Ədalətlə hökm vermək; 

   23 - Müsəlman camaatı ilə həmrəy olmaq; 

   24 - İxtiyar sahiblərinə (rəhbərlərə) itaət etmək; 

                                                      

     


66

 Vaciblərdən başqa Sünnədə varid olan əlavə ibadətlər.  

     

67

 Kiçik həcc ziyarəti. 




 

24 


   25 - İnsanlar arasında olan münasibətləri islah etmək;   

   26 - Yaxşılıq etməkdə əlbir olmaq; 

   27 - (İmkan daxilində) şəriət qanunlarını icra etmək; 

   28 - (Nəfslə, Şeytanla və s.) cihad etmək; 

   29 - Əmanətə xəyanət etməmək; 

   30 - Borc aldıqda onu qaytarmaq; 

   31 - Qonşuya yaxşılıq etmək; 

   32 - Əxlaqlı olmaq, gözəl rəftar etmək; 

   33 - Lazımi yerə pul xərcləmək, israf etməmək; 

   34 - Salamı almaq; 

   35  -  Asqırıb  «əlhəmdulillah»

68

  deyənə  «yərhəmukəllah»



69

demək; 



   36 - İnsanlara əziyyət verməmək; 

   37 - Faydasız əməllərdən çəkinmək; 

   38 - Əziyyət verən bir şeyi yoldan kənar etmək. 

70

 



 

   İslamın  sonuncu  mərhələsi  isə  ehsandır.  Ömərin  (r.a)  rəvayət 

etdiyi  hədisdə  Cəbrail  (a.s)  Peyğəmbərdən 

-  səllallahu  aleyhi  və  səlləm  -

 

ehsan barəsində soruşmuş və o belə cavab vermişdir: «Allaha elə 



ibadət et ki, sanki sən Onu görürsən, sən onu görməsən də O səni 

görür!»


71

  Hədisdə  qeyd  olunan  bu  əsası  aşağıdakı  ayələrlə  də 

sübuta  yetirmək  olar.  Uca  Allah  buyurur:  «Həqiqətən,  Allah 



Ondan  qorxub  pis  əməllərdən  çəkinənlər  və  yaxşı  işlər 

görənlərlədir».

72

  

                                                      

     

68

 Duanın tərcüməsi: Həmd olsun Allaha!  



     

69

 Duanın tərcüməsi: Allah sənə rəhm etsin! 



     

70

 «Fəthul-Bari», 1/68.  



     

71

 «Səhihul-Buxari», 8; «Səhih-Muslim», 16.  



     

72

 «ən-Nəhl» surəsi, 128.   




Yüklə 374,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə