Əlixan Musayev



Yüklə 374,46 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix30.10.2018
ölçüsü374,46 Kb.
#75879
1   2   3   4   5   6   7   8

 

15 


Mən  onlara  yalnız  Sənin  mənə  etdiyin  əmri  çatdırıb  belə 

demişəm: «Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət 

edin! Nə qədər ki, onların arasında idim, onlara şahid mən 

idim [onları belə nalayiq hərəkətlər etməyə qoymurdum]. Sən 

ömrümü  tamam  etdikdən  [və  Öz  dərgahına  qaldırdıqdan] 

sonra  onlara  nəzarətçi  Özün  oldun.  Yalnız  Sən  hər  şeyə 

şahidsən!»

40

 

   Artıq bizə məlum oldu ki, Rəbbimiz hər şeyi yaradan və idarə 



edən, qüdrət və qüvvət sahibi olan, heç nəyə və heç kəsə möhtac 

olmayan, pak və müqəddəs olan Uca Allahdır. Şübhəsiz ki, O, 

hər  bir  məxluqu  Öz  hikməti ilə  yaratmış  və  bundan  sonra  da 

yaradacaqdır. Elə isə gəlin ilk əvvəl yaradılışımızın hikməti barə-

də düşünək. Heç ola bilərmi ki, bu həyatda yaşamağın məqsədi 

ancaq yemək-içmək, yatmaq və şəhvəti ödəmək olsun, xeyirxah 

insanlar mükafatsız, zalim insanlar da cəzasız qalsın? Bilin ki, 

Uca Allah bizi əbəs yerə yaratmayıb və şübhəsiz ki, hamımız 

Onun 

hüzuruna 



qaytarılacağıq. 

Allahın 


hüzuruna 

qaytarılacaqlarına  inanmayan  günahkar  kəslərə  isə  belə 

deyiləcəkdir: «Yoxsa sizi əbəs yerə yaratdığımızı və [qiyamət 

günü 


dirilib 

haqq-hesab 

üçün] 

hüzurumuza 

qaytarılmayacağınızı güman edirdiniz?»

41

   


   Bu  cür  qınanılan  aqibətə  məruz  qalan  kəslərdən  olmamağı 

arzulayan hər bir kəs indidən yaxşı-yaxşı düşünməli və Allahın 

məhəbbətini qazanmaq üçün əlindən gələni əsirgəməməlidir. Vay 

o kəslərin halına ki, onlar Allahı, Allah da onları unutmuşdur. 

Elə isə Allahı xatırlayın ki, O da sizi yada salsın! Allahı yalnız 

müsibət gəldikdə xatırlayan kəslərdən olmayın. Onlar barəsində 

Uca  Allah  belə  buyurur:  «Sizə  dənizdə  bir  çətinlik  [batmaq 

təhlükəsi] üz verdiyi zaman [Allahdan] qeyri ibadət etdiyiniz 

                                                      

     


40

 «əl-Maidə» surəsi, 116,117. 

     

41

 «əl-Muminun» sürəsi, 115.  




 

16 


bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda 

[itaətindən]  üz  döndərirsiniz.  İnsan  nankordur!  Məgər 

[Allahın] quruda sizi yerə batırmayacağına, yaxud [göydən] 

başınıza daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi 

qoruyan  da  tapılmaz.  Yoxsa  [Allahın]  bir  də  sizi  dənizə 

qaytarmayacağına,  şiddətli  bir  fırtına  göndərib  sizi 

batırmayacağına  arxayınsınız?  Sonra  sizdən  ötrü  Bizdən 

intiqam alacaq bir kəs də tapa bilməzsiniz».

42

 Ayədən görünür 

ki, müsibət baş verdikdə insanlar ibadət etdikləri Tağutlardan üz 

döndərib  yalnız  Allaha  sığınırlar,  Ondan  kömək  diləyirlər. 

Təhlükə sovuşduqdan sonra isə onlarla bərabər həmin təhlükəyə 

məruz  qalmış  Tağutlara  qurban,  nəzir  və  s.  verirlər.  Əgər  bu 

Tağutlar ilahi qüvvəyə malikdirlərsə onda nə üçün hər hansı bir 

müsibətə  düçar  olmalı  və  hamı  kimi  Allahın  iradəsi  altında 

qalmalıdırlar? Baxın görün Allah onların aciz olduğuna dair necə 

gözəl misal çəkir: «Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq 

asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç 

bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir 

yerə  yığışsa  belə!  Əgər  milçək  onlardan  [bütlərin  üstündə 

olanlardan] bir şey götürüb aparsa, onu milçəkdən geri ala 



bilməzlər. İstəyən də aciz, istənilən də! [Bütlər də aciz, milçək 

də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!]»



43

 

   Uca Allah bütün günahları insanlara başa salmaq, haqqı onlara 



bildirmək  üçün  vahid  olan  bir  din  göndərmişdir.  O  din  ki, 

insanları tək olan Allaha ibadət etməyə və Tağutdan çəkinməyə 

çağırır. Odur ki, belə bir din haqda məlumatı olmayan hər kəsə 

bərzəx həyatından fərqli olaraq istədiyi cavabı verə biləcək bir 

məkanda və zamanda sual verirəm… 

 

                                                      



     

42

 «əl-İsra» surəsi, 67-69. 



     

43

 «əl-Həcc» surəsi, 73.  




 

17 


Dinin nədir? 

 

   Təbii ki, biz bu suala müxtəlif cür cavablar ala bilərik, lakin 



onlardan doğru olanı yalnız Allahın buyurduğudur. Uca Allah 

hər  zaman  insanlara  elçilər  göndərmişdir  ki,  onları  təhrif 

olunmuş «dinlərdən» Onun haqq olan dininə qaytarsın. Elə isə 

gəlin baxaq görək Rəbbimiz ən hörmətli elçiləri barəsində nə 

deyir: 

   «[Bir zamanlar Nuh 

-  aleyhissəlam  -

 belə demişdir]: Mənə müsəl-

manlardan olmaq əmr edilmişdir!»

44

 

   «Rəbbi  İbrahimə:  «[Əmrimə]  təslim  ol!»  -  dedikdə,  o: 

«Aləmlərin Rəbbinə təslim oldum [müsəlman oldum]!» - deyə 

cavab  vermişdi.  İbrahim  və  [sonra  da]  Yəqub  bunu 

[müsəlman olmağı] öz oğlanlarına vəsiyyət edib [hər biri dedi]



«Ey  oğlanlarım,  həqiqətən,  Allah  sizin  üçün  [belə  bir]  din 

[islam  dini]  seçdi,  siz  də  ancaq  müsəlman  olaraq  ölməli-



siniz!»».

45

 

   «Musa  dedi:  «Ey  qövmüm! Əgər  Allaha  iman  gətirmisi-

nizsə və müsəlman olmusunuzsa, Ona təvəkkül edin!»

46

 

   «Xatırla ki, o zaman həvarilərə [İsanın 

- aleyhissəlam -

 on iki əs-

habəsinə] : «Mənə və peyğəmbərimə iman gətirin!»  - deyə 



təlqin etdim. Onlar isə: «Biz iman gətirdik və şahid ol ki, biz 

müsəlmanlardanıq» - dedilər».

47

 

   Bu ayələrdə xüsusi şəkildə qeyd olunan müsəlman kəlməsinin 

həmin elçilərin şəriət qayda-qanunlarına heç bir aidiyyatı yoxdur. 

Bütün peyğəmbərlərin etiqadlarının eyni olmasına baxmayaraq, 

                                                      

     

44

 «Yunus» surəsi, 72. 



     

45

 «əl-Bəqərə» surəsi, 131,132.  



     

46

 «Yunus» surəsi, 84. 



     

47

 «əl-Maidə» surəsi, 111. 




Yüklə 374,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə