Elm dunyasi 7 mehi++2++++ Layout 1


Tağıyev Dilqəm Bəbir oğlu



Yüklə 23,26 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix08.11.2018
ölçüsü23,26 Mb.
#79426
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

Tağıyev Dilqəm Bəbir oğlu 
6 yanvar 1950‐ci ildə anadan olub. Azər ‐
baycan Dövlət  Univer sitetini (indiki BDU) kim ‐
yaçı ixtisası üzrə bitirmişdir. Kimya üzrə elmlər
doktoru, professordur. 
2007‐ci ildə “neft kimyası” ixtisası üzrə
AMEA‐nın müxbir üzvü seçilmişdir.
Elmi əsərlərinin sayı  500, xaricdə çap olunan
əsərlərinin sayı 320‐dir.
30 iyun 2014‐cü ildə “kimyəvi kinetika və
kataliz” ixtisası üzrə AMEA‐nın həqiqi üzvü
seçilmişdir.
Əsas elmi əsərlərinin siyahısı: 
1. D.B.Tagiyev, Kh.M.Minachev. Catalytic pro ‐
perties of zeolites towards Oxidation Reactions.
Puss. Chem. Rev. 1981, v. 50, p. 1009‐1025
2. D.B.Tağıyev. Heterogen kataliz neft kimya ‐
sın da. “Elm», 1992, 248 s.
3. D.B.Tagiyev, S.M.Zulfugarova et al. Oligo ‐
merization of higher olefins in the presense of
some heteropolycompounds. Stud. Surf. Sci. and
Catal., 2000, v. 130, p. 1703‐1708
4. S.I.Abasov, D.B.Tagiyev et al. Low
temperature catalytic alkylation of benzene by
propane. Appl. Catal. A:, 2003, v. 251, p. 267‐274
5. D.B.Tagiyev, G.O.Gasimov, M.I.Rustamov.
Carbon deposits on the surface of CaO/SiO2 as
active catalysts for the oxidative dehid 

rogenation of ethylbenzene. Catalysis Today,
2005, v. 158B, p. 1685‐1692
6. D.B.Tagiyev, R.V.Starikov, M.I.Rustamov.
Development of modified mordenite zirconia
catalysts active at low temperature n‐butane
isomerization. Stud. Surf. Sci. and Catal., 2008, v.
174, p. 1223‐1226
7. D.B.Tagiyev, F.A.Kuliyev, S.S.Fatullayeva.
Brief course in biophysical and bioorganic
chemistry. B:, 2011, ‐300 p.
8. Д.Б.Тагиев, А.Г.Азизов, Р.В.Стариков. Со‐
временное состояние применения цеолитов
в нефтяной и нефтехимической промышлен‐
ности. Процессы нефтехимии и неф 
те 
пе 

реработки, 2012, №3, с. 283‐309
9. D.B.Tagiyev, S.B.Agayeva et al. Conjugate
conversion of metanol and n‐butane on zinc‐zir‐
conia catalysts. Russ. J. Appl. Chem., 2013, v. 86,
p. 733‐738
10. G.A.Bagirzade, D.B.Tagiyev, M.R.Manafov.
Synthesis of 4‐phenylftalonitrile by apor‐phase
catalytic ammoxidation of intermediate 4‐
phenyl‐o‐toluonitrile: reaction kinetics. Modern
Research in Catalysis, 2014, v. 3, p. 6‐11
Əsas nəticələri:
Tərkibində heç bir keçid elementi və ya
metallar saxlamayan seolitlərin (oksidləşmə‐
reduksiya tipli reaksiyalar üçün qeyri‐ənənəvi
katalizatorların)  hidrogenləşmə,  hidro izo mer ‐
ləşmə və oksidehidrogenləşmə reaksiyalarında
yüksək aktivliyini ilk dəfə göstərmiş və bununla
da hidrogenləşdirici katalizatorların yeni nəslinin
yaradılmasının əsası qoyulmuşdur. Alkil naften
karbohidrogenlərin seolit katalizatorları üzərində
əvvəllər məlum olmayan çevrilmələrini aşkar
etmiş, onları oksidehidrodisproporsionallaşma
və oksidehidroizomerləşmə reaksiyaları adlan ‐
dırmışdır. Seolitə bənzər dəmir, sink və qallium
fosfatların ilk dəfə hidrotermal sintezini aparmış,
onların quruluşunu və katalitik xassələrini tədqiq
etmişdir. Mikroməsaməli katalizatorlarda müx ‐
təlif reaksiyaların kinetikasının öyrənil məsində
vacib parametr olan diffuziya əmsalını hesab ‐
lamaq üçün ekspress üsul təklif etmişdir. Kiçik və
orta molekul kütləli olefinlərin di‐ və oligo 

26
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014


27
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
merləşmə reaksiyaları üçün metal komplekslər
və heteropoliturşular əsasında selektiv kata 

lizatorlar sintez və tədqiq etmişdir. Metal
kompleks katalizatorların heterogenləşdirilməsi
üçün onların qeyri‐üzvi daşıyıcı səthində kimyəvi
yolla “bərkidilməsi” üsulunu işləyib hazırlamışdır.
Nikel tiopirazolaldiminat komplekslərinin stereo ‐
kimyəvi sərtliyi və katalitik aktivliyi arasında
əlaqənin mövcudluğunu aşkar etmişdir. Alkil ‐
ləşmə reaksiyası ilə krezolların və ksilenolların
müxtəlif izomerlərinin selektiv sintezi üçün seolit
katalizatorlarının seçilmə prinsiplərini müəyyən
etmişdir. Parafinlərin aşağı temperaturlu izomer ‐
ləşmə prosesi üçün tərkibində bahalı və nəcib
metallar olmayan mordenit‐sirkonium əsaslı yeni
katalizator işləyib hazırlamışdır. Benzolu para ‐
finlərlə aşağı temperaturda alkilləşdirmək üçün
yeni katalizator təklif etmişdir. Praktiki əhə 

miyyət kəsb edən bir neçə proses üçün işlənib
hazırlanmış katalizatorların effektivliyi pilot
qurğularında uzun müddət aparılan sınaqlar
nəticəsində təsdiq edilmişdir.
Müəlliflik şəhadətnaməsi və patentlərinin
sayı: 41
Kadr hazırlığı:
elmlər doktorlarının sayı: 5;
fəlsəfə doktorlarının sayı: 12
Elmi‐pedaqoji fəaliyyəti: Azərbaycan Tibb
Universitetinin professoru
Təltif və mükafatları:
1. SSRİ Lenin komsomolu mükafatı;  
2. “Əməkdə fərqləndiyinə görə” medal; 
3. Azərbaycan Respublikasının Əməkdar
müəllimi;                   
4. “Tərəqqi” medalı.
Əmək fəaliyyəti haqqında qısa məlumat:
İşlədiyi illər
Təşkilatın adı
Vəzifəsi
1971–1991
Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya
İnstitutu
Aspirant, kiçik və böyük elmi işçi,
elmi işlər üzrə direktor müavini
1991-dən
Azərbaycan Tibb Universiteti
Professor, kafedra müdiri
1999–2012
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu
Laboratoriya müdiri
2013–hal-
hazırda 
AMEA-nın Rəyasət Heyəti, Kimya Elmləri
Bölməsi 
Akademik-katib vəzifəsini icra
edən
2014–hal-
hazırda 
AMEA-nın akademik M.Nağıyev adına
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Direktor


Yüklə 23,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə