Elm dunyasi 7 mehi++2++++ Layout 1



Yüklə 23,26 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix08.11.2018
ölçüsü23,26 Mb.
#79426
1   2   3   4   5   6   7   8   9   10   ...   53

17
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
verən xüsusi intellektual şəbəkənin sintezi üçün
arxitektur prinsiplər və metodlar təklif olun 

muşdur.
İnternet şəbəkəsi platformasında paylanmış
hesablama mühitlərinin (cloud servislər) sintezi
və CDN texnologiyasının köməyi ilə dinamiki
formalaşan intellektual kontent serverlər şə 

bəkəsinin layihəsi üçün model və alqoritmlər
işlənilmişdir.
Mətn tipli verilənlərin, həmçinin ifrat böyük
tutumlu məlumatların (Big Data) intellektual
analizi, referatlaşdırılması, təsnifatı və klas teri ‐
zasiyası (Data Mining) problemlərinin həlli
məqsədilə bir sıra modellər, metodlar və al 

qoritmlər işlənmişdir.
Online mühitdə müxtəlif əlamətlərə görə so ‐
sial şəbəkələrin aşkarlanması və analizi üçün bir
sıra yanaşmalar və modellər təklif olun muşdur.
Ad hoc və sensor şəbəkələrinin səmərəlilik
göstəricilərinin yaxşılaşdırılması üçün modellər
və alqoritmlər təklif olunmuşdur.
Virtual məkanda informasiya müharibəsi
əlamətlərinin (təzahürlərinin) aşkarlanması üçün
bir sıra metodlar və alqoritmlər işlənmişdir.
Müəlliflik şəhadətnaməsi və patentlərinin
sayı: 4
Kadr hazırlığı:
elmlər doktorlarının sayı:  2;
fəlsəfə doktorlarının sayı:  20
Elmi‐pedaqoji fəaliyyəti: Hazırda 7 elmlər
doktoru, 22 fəlsəfə doktoru hazırlığı üzrə dok‐
torant və dissertantların elmi rəhbəri və məs ‐
ləhətçisidir.
Təltif və mükafatları: “Tərəqqi” medalı
(2009‐cu il)
Əmək fəaliyyəti haqqında qısa məlumat:
İşlədiyi illər
Təşkilatın adı
Vəzifəsi
1979–1986
AEA-nın Kibernetika İnstitutu
Mühəndis, böyük mühəndis, kom-
somol katibi, aspirant
1986–1991
AEA-nın Avtomatlaşdırılmış
İdarəetmə Sistemləri Şöbəsi
Böyük mühəndis, aparıcı
mühəndis 
1991–2001
AEA-nın İnformasiya-Telekommu-
nikasiya Elmi Mərkəzi
Baş mühəndis – direktor müavini
2002 – hal-
hazırda
AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutu 
Direktor
2013 – hal-
hazırda
AMEA-nın Rəyasət Heyəti
AMEA-nın akademik-katibi


Abbasov Vaqif Məhərrəm oğlu
5 oktyabr 1952‐ci ildə anadan olub.
V.İ.Lenin adına ADPU‐nun (indiki ADPU)
“kimya” fakültəsini bitirib. Kimya elmləri doktoru
pro fessordur. 2001‐ci ildə “neft kimyası” ixtisası
üzrə AMEA‐nın müxbir üzvü seçilib.
Elmi əsərlərinin sayı  693, xaricdə çap olunan
əsərlərinin sayı 175‐dir.
30 iyun 2014‐cü ildə kimya ixtisası üzrə
AMEA‐nın həqiqi üzvü seçilmişdir.
Əsas elmi əsərlərinin siyahısı: 
1. В.М.Аббасов, А.Н.Гасанов, Д.Н.Мамедов и
др. Отличительные особенности лечебной нафта‐
ланской нефти от некоторых промышленных неф‐
тей Азербайджана. Процессы Неф 
 
техимии и
нефтепереработки. 2005, 3(22), с.32‐34.
2. Vagif M. Abbasov, Hany M. Abd El‐Lateef et
al. Inhibitive Effect of Some Natural Naphthenates
as Corrosion Inhibitors on the Corrosive Perform‐
ance of Carbon Steel in CO2 ‐Saturated Brine. // In‐
ternational Journal of Scientific Research in
Environmental Sciences (IJSRES), Volume 1, 2013,
p.166‐178.
3. V.M.Abbasov, Hany.M.Abd. EL‐Lateef, L.İ.Ali ‐
yeva, et al. Evaluation of New complex surfactants
based on vegetable oils as corrosion inhibitors for
Mild Steel in CO2‐Saturated 1/0% Nall Solutions //
Journal of Materials Physics and Chemistry (USA).
2013.Vol.1. N.2. P.19‐26.
4. Аббасов В.М., Самедов А.М., Алиева Л.И.,
Самедов М.А. Антикоррозионные свойства
солей нефтяныхкислот в условиях морской неф‐
тедобычи. Практика противокоррозионной за‐
щиты, №1 (51), 2009,с.10‐14.
5. Аббасов В.М., Шаи‐Минг Пенг, Р.Г.Исмаи‐
лов, Л.М.Эфендиева, Зейналов Э.Б., Агамалиев
З.З. Получение нафтеновых кислот при катали‐
тическом участии пятиядерного комплекса.
Процессы нефтехимии и нефтепереработки, 10,
3‐4 (39‐40), 2009, С.252‐254.
6. Аббасов В.М., Зейналов Э.Б., Агамалиев
З.З. и др. Оптимизация получения СНК окисле‐
нием дизельной фракции смеси бакинских неф‐
тей. Москва, Нефтепереработка и нефтехимия,
2010, №11, С.42‐46.
7. Н.Р.Абдуллаева, Т.А.Исмаилов, Р.С.Магер‐
рамов, Т.А.Мамедова, Х.Р.Велиев, В.М.Аббасов.
Синтез и исследование антистатических приса‐
док к дизельным топливам на основе нефтяных
кислот. Нефтехимия. Москва. 2011. №5. С.88‐94.
8. M.Hany Abd‐El‐Lateef, V.M.Abbasov, L.I.Aliye ‐
va. “Novel corrosion inhibitors for protection from
CO2 corrosion”. LAP Lambert Academic Publishing.
‐ Germany. 2012. 228 P. Kitab
9. Hany M. Abd.El‐Lateef, V.M.Abbasov, L.I.Ali ‐
yeva, A.A.Qasimov, I.T.Ismayilov. “Inhibition of car‐
bon steel corrosion in CO 2 ‐saturated brine us‐ 58
ing some newly surfactants based on palm oil: Ex‐
perimental and theoretical in‐ vestigations”.// Jour‐
nal of Material Chemistry and Physics.‐ 29 July
2013.‐P 1‐ 10.
10. В.М.Аббасов, Р.П.Джафаров, Е.Ш.Абдул‐
лаев, Е.Дж.Агазаде, Э.К.Гасанов. “Оптимизация
18
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
KİMYA
ELMLӘRİ BÖLMӘSİ


19
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
процесса создания консервационных жидко‐
стей на основе амидоаминов и нитропродук‐
тов». // Мир нефте‐продуктов, № 8, 2013,
С.17‐20.
Əsas nəticələri:
1982‐ci ildə onun rəhbərliyi ilə çoxfunksiyalı
VFİKS‐82 adlı korroziya inhibitoru yaradılmış və
SSRİ‐nin neft mədənlərində istifadə olunmağa
başlanmışdır, 1986‐cı ildə bu inhibitorun qış
modifikasiyası Azəri yaradılıb və istifadəyə verilib.
1983–1997‐ci illərdə 21389 ton VFİKS‐82, 1989–
1997‐ci illərdə 6600 ton Azəri inhibitoru istehsal
olunaraq Rusiya Federasiyasında, Ukraynada,
Azərbaycanda və Qazaxıstanda istifadə olun 

muşdur. 1990‐cı ildə SSRİ Elm və Texnika Komitəsi
onun xarici ölkələrə satılması üçün lisenziya
vermişdir. 1984‐cü ildə AP‐L34‐1 antistatik aşqarı
yaradılmış, Perm Aviasiya Mühərrikləri zavo dun da
və Tbilisi Aviasiya zavodunda sənayedə istifadəyə
qəbul olunmuşdur. V.M.Abbasov əməkdaşları ilə
birlikdə 1986‐cı ildə “Kaspi” adlı hidrogensulfid
korroziyası inhibitoru yaratmış, indiki Heydər Əliyev
adına Neft Emalı Zavodunda katalitik riforminq
qurğusunda tətbiqini həyata keçirmişdir. Bu
inhibitor zavodda benzinin sta billəşmə kalonunun
müdafiəsi üçün istifadə olunur. 1990‐cı ildə
“Kaspi‐2” adlı yeni korroziya inhibitoru yaradılıb,
Qazaxıstanın Tengiz yata ğında sənaye sınağından
keçib və həmin yataq üçün nəzərdə tutulmuş
texniki tələblərdən də yüksək nəticə alınıb.
1995‐ci ildə dünyada analoqu olmayan “Kaspi‐X”
inhibitoru yaradılıb və indiki H.Ə.Əliyev adına neft
emalı zavodunda həmin ildən tətbiqinə başlanıb.
1995–2013‐cü illərdə 18530 ton “Kaspi‐X” istehsal
olunmuş və istifadə edilmişdir. Hazırda inhibitorun
istifadəsi davam edir. “Kaspi‐X” inhibitoru 2010‐cu
ildən eyni zamanda Azərneftyağ Neft Emalı Za ‐
vodunda da istifadə olunur. 1998‐ci ildə “Xəzər”
deemulqatoru yaradılıb və indiki H.Ə.Əliyev adına
Neft Emalı Zavodunda neftin duzsuzlaşdırılması və
susuzlaşdırılması üçün istifadəsinə başlanılıb.
1998–2013‐cü illərdə bu reagent 2748 ton istehsal
olunub və istifadə edilib. Bu deemulqator hazırda
da istifadə olunur. 2003‐cü ildə müalicəvi Naftalan
neftinin təmizlənmə texnologiyası işlənib ha 

zırlanıb, “Ağ Naftalan yağı”nın istehsalı təşkil olu ‐
nub, bu yağ Azərbaycan Respublikasında və
Ukraynada dərman preparatı kimi qeydiyyatdan
keçib. 2009‐cu ildə “NKPİ‐34‐2” yanğından müha ‐
fizə üçün köpükəmələgətiricisi yaradılıb, istehsalı
təşkil olunub. Azərbaycan Respublikasının Föv 

qəladə Hallar Nazirliyi bu reagentin istehsalı və
istifadəsi üçün lisenziya verib. 2003‐cü ildən “Bakı”
ərphəlledicisi yaradılıb, neft emalı zavodlarında
qapalı soyutma konturlarını ərpdən təmizləmək
üçün istifadəyə qəbul olunub. Hazırda H.Ə.Əliyev
adına Neft Emalı Zavodunda və “Azərneftyağ” Neft
Emalı Zavodunda istifadə olunur. 2009‐cu ildə
“Kaspi‐X(M)” inhibitoru yaradılıb, H.Ə.Əliyev adına
Neft Emalı Zavodunda kimyəvi təmizlənmiş suyun
nəqli sistemində korroziyadan müdafiə üçün
tətbiqinə başlanılıb. 2009–2013‐cü illərdə 286 ton
“Kaspi‐X(M)” istehsal olunub və istifadə edilib.
2011‐ci ildə Xəzər‐24 deemulqator‐inhibitoru
yaradılıb, “Azərneftyağ” İstehsalat Birliyində Al‐
maniyadan alınan “Disolvan” deemulqatoru ilə
müqayisəli olaraq sənaye sınağından keçib və
tətbiq üçün daha əlverişli olduğu müəyyən edilib.
2011‐ci ilin noyabr‐dekabr aylarında bu deemulqa‐
tor Abşeron Neft‐Qaz Çıxarma idarəsində sənaye
sınağından keçirilib və yüksək nəticə əldə olunub.
2000–2013‐cü illərdə aparılan elmi‐tədqiqat
işləri nəticəsində yüksək keyfiyyətli konservasiya
mayelərinin və sürtkülərinin yaradılmasının nəzəri
əsasları işlənib hazırlanıb. Təbii neft turşuları və sin‐
tetik neft turşuları əsasında yüksək müdafiə
qabiliyyətli konservasiya mayelərinin yara dıl ma ‐
sının mümkünlüyü aşkar olunub. Yüksək müdafiə
qabiliyyətini təmin edən sinergetik kompozisiyalar
yaradılıb. 1998–2013‐cü illərdə aparılan tədqiqatlar
nəticəsində CO
2
korroziyasını ləngidən yüksək
səmərəlilikli inhibitorlar yaradılıb və onların CO
2
korroziyasının kinetikasına təsiri öyrənilib. İn hibi ‐
tor ların qatılığından, quruluşundan, həlledicinin
təbiətindən asılı olaraq inhibitor effektinin dəyişmə
xarakteri öyrənilib.
Müəlliflik şəhadətnaməsi və patentlərinin
sayı: 48
Kadr hazırlığı:
elmlər doktorlarının sayı: 9;
fəlsəfə doktorlarının sayı: 29
Təltif və mükafatları:
1. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
gümüş medalı;
2. "SSRİ‐nin qabaqcıl ixtiraçısı" döş nişanı;


Yüklə 23,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə