Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   37   38   39   40   41   42   43   44   ...   127

85 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
PƏRVİZ FƏTULLAYEV 
AMEA Naxçıvan Bölməsi 
E-mail: p_fatullaev@mail.ru 
UOT: 632.51 
PAYIZLIQ BUĞDALARIN ƏSAS ALAQ BİTKİLƏRİ VƏ  
ONLARA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ 
Açar sözlər: Alaq otları, aqrotexniki və kimyəvi metodlar, herbisid, payızlıq buğda, məhsuldarlıq 
elementləri, məhsuldarlıq 
Keywords: weeds, agronomic and chemical methods, herbicide, winter wheat, yield components, 
productivity 
Ключевые слова: сорные растения, агротехнические и химические методы, гербицид, озимая 
пшеница, элементы урожайности, урожайность  
Muxtar  respublikamızda  əhalinin  taxıla  olan  tələbatının  daxili  imkanlar  hesabına  ödənilməsi 
məqsədilə  ardıcıl  tədbirlər  görülür.  “2014-2018-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasının  sosial-
iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası taxılçılıq sahəsində də məhsul istehsalının artmasına səbəb 
olmuş,  ötən  dövrdə  muxtar  respublikada  məhsuldarlığın  intensiv  amillər  hesabına  artırılması  diqqət 
mərkəzində  saxlanılmışdır.  Son  illər  muxtar  respublikanın  iqlim  şəraitinə  uyğun  taxıl  sortlarının 
müəyyənləşdirilməsi,  torpaq  mülkiyyətçiləri  arasında  maarifləndirmə  işlərinin  aparılması,  mütərəqqi 
əkin və suvarma metodlarının tətbiqi bol məhsul istehsalına imkan verir.  
Alaqlarla mübarizə də məhsuldarlığı 10-11% artırır. Bu amil son dərəcə mühüm əhəmiyyət kəsb 
edir, çünki məlumdur ki, alaqlar bəzi hallarda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 25-50% aşağı 
salır. Ümumiyyətlə məhsuldarlığın aşağı düşməsi mədəni bitkilərin şəraitinin pisləşməsi ilə izah olunur. 
Belə ki, bir çox alaqlar əlverişli şəraitdə mədəni bitkilərdən daha sürətlə inkişaf edərək onları kölgədə 
saxlayırlar  ki,  nəticədə  taxıllarda  fotosintez  prosesi  zəifləyir,  aşağı  buğum  araları  uzanır  və  bitkilərin 
yatmaya  davamlılığı  zəifləyir.  Bu  da  öz  növbəsində  məhsul  yığımını  çətinləşdirir,  toxumun 
təmizlənməsinə, saxlanılmasına əlavə xərclər tələb edir [4, s. 462-463]. 
Alaq  otları  mədəni  bitkilərə  həyati  əhəmiyyəti  olan  qida,  su  və  işıq  uğrunda  daim  mübarizə 
aparırlar. Bu mübarizədə kənardan insanın müdaxiləsi olmadıqda mədəni bitkilər məhv olurlar. Alaqlar 
kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığını  və  keyfiyyətini  aşağı  salaraq  fermer  və  kəndli 
təsərrüfatlarına  güclü  ziyan  vururlar.  Alaqlardan  təmiz  sahələrdə  məhsuldarlıq,  alaq  basmış  sahələrə 
nisbətən 2-3 dəfə çox olur. Buğda sahəsində alaqlar çox olduqda onların dəni zəif, zülalı isə aşağı olur. 
Toxumları  tam  yetişməyən  alaq  bitkiləri  buğdanın  saxlanmasını  və  təmizlənməsini  çətinləşdirir. 
Hesablamalara əsasən 1 hektar sahə (1000 m3 normasında) suvarılarkən su ilə həmən sahələrə 3-6 mln 
müxtəlif alaq bitkilərinin toxumları gəlir [5, s. 27-32].  
Demək olar ki, bütün alaq bitkiləri çoxlu toxum verir və bu toxumlar öz cücərmə qabiliyyətlərini 
uzun  müddət  saxlayırlar.  Bəzi  alaq  bitkilərinin  toxumları  buğda  ilə  eyni  vaxtda  yetişərək  məhsul 
yığımını  çətinləşdirir,  məhsulda  olan  alaq  toxumlarının  təmizlənməsinə  əlavə  vəsait  tələb  olunur. 
Bəziləri isə buğdadan tez yetişərək (bu cur alaqlara qarşı mübarizədə provakasiya metodundan istifadə 
edirlər) sahəni tuturlar. Alaq bitkilərinin kökləri daha sürətlə inkişaf edir. Belə ki, yulafcanın kökü 2 m, 
xəşəmbülün  kökü  5,5  m,  qanqalın  kökü  isə  7  m  və  daha  çox  dərinliyə  işləyə  bilir.  Alaqlar  mədəni 
bitkilərə nisbətən torpaqdan daha çox qida elementləri, su (mədəni bitkilərə nisbətən 2-3 dəfə çox su 
alırlar ki, bu da quraqlıq və su ilə az təmin olunmuş bölgələrdə daha çox məhsul itkisinə  səbəb olur) 
mənimsəyərək torpağın və bitkilərin məhsuldarlığını aşağı salırlar.  
Bəzi  alaq  bitkilərinin  zəhərli  xüsusiyyətləri,  xoşagəlməz  dadı  və  qoxusu  vardır.  Belə 
alaqların  toxumları  buğda  ilə  qarışdıqda  onun  keyfiyyətini  aşağı  salır,  bəzən  isə  unu  qida  kimi 
tamamilə  yararsız  hala  salırlar.  Belə  alaqlardan  Lolium  temullentum  L.-  Məstedici  quramit, 


86 
 
Agrostemma  githago  D.  –  Əkin  aqrostemması,  Hyoscyamus  niger  L.-  Qara  batbat,    Acroptilon 
repens (L.) DC. – Sürünən kəkrə və başqalarını göstərmək olar. 
Alaqlar  qidalanma  xüsusiyyətlərinə  görə-  parazitlərə  (buraya  daxil  olan  bitkilər  öz 
fotosintez qabiliyyətlərini itirmişlər, onlar özlərinə lazım olan qida maddələrini hazır şəkildə əsas 
sahiblərindən alırlar); 
-  Yarımparazitlərə  (bu  bitkilər  fotosintez  qabliyyətinə  malikdirlər,  lakin  onlar  özlərinə 
lazım olan suyu və suda həll olmuş mineral maddələri əsas sahiblərindən alırlar);  
-  Avtotroflar  (bu  çür  bitkilər  fotosintez  qabiliyyətinə  malik  olub  özləri  üçün  lazı m  olan 
qida  maddələrini  torpaqdan  alırlar).  Avtotroflar  öz  növbəsində  -  çoxilliklərə  (vegetativ  yolla 
çoxalmayanlar  və  ya  az  çoxalanlar,  vegetativ  yolla  güclü  çoxalanlar),  bir  və  ikiilliklərə  (belə 
alaqlar toxumla çoxalır və həyat sikilləri 2 ildən artıq olmur) bölunürlər.  
Alaq  bitkiləri  ilə  mübarizə  əsasən  4  istiqamətdə  aparılır:  aqrotexniki,  kimyəvi,  proflaktiki  və 
bioloji.  
Alaqlara qarşı aqrotexniki mübarizə tədbirləri: toxumların alaq otlarından təmizlənməsi və 
çeşidlənməsi.  Bu  məqsədlə  toxumtəmizləyən  qurğularla  buğda  toxumları  alaq  otları 
toxumlarından  təmizlənir;  səpinin  optimal  müddətdə    aparılması;  səpin  üsulunun  düzgün 
seçilməsi;  səpin  üçün  toxumluq  materialın  seçilməsi,  toxumların  elit  və  yaxud  I  reproduksiyalı 
məhsul  olması;  torpağın  becərilməsi  tədbirləri:  dərin  şum,  kultivasiya,  malalama  və  üzləmə 
tədbirlərinin vaxtında aparılmasıdır. 
Alaqlara  qarşı  kimyəvi  mübarizə  tədbirlər:  Aqrotexniki  tədbirlərlə  yanaşı  kimyəvi 
tədbirlərin  həyata  keçirilməsi  iqtisadi  cəhətdən  səmərəli  və  effektlidir.  Bunun  üçün  xüsusi 
herbisidlərdən (alaq bitkilərini  məhv etmək üçün tətbiq olunan kimyəvi maddə Herbo- ot, bitki; 
Sido – öldürürəm) istifadə edirlər. 
Herbisidlər öz kimyəvi tərkibinə görə iki qrupa bölünürlər: üzvi və qeyri üzvi. Herbisidlər 
alaqlara  təsirinə  görə  aşağıdakılara  bölünürlər:  Bütün  bitkilərə    təsir  edənlər-  bu  cür  herbisidlər 
(DNOK, Nitrafen, Reqlon və b.) bütün bitkiləri, istər mədəni, istərsə də alaqları məhv edirlər. Ona 
görə də bu cür herbisidlərdən sahədə mədəni bitkilər olmadıqda istifadə edilir; Seçici qabiliyyətli- 
bu cür herbisidlər mədəni bitkilərə heç bir təsir etmədən alaqları məhv edirlər.  
Təsir  xarakterlərinə  görə:  Təmas  təsirli-  bu  cür  herbisidlər  (DNOK,  Nitrafen  və  b.) 
alaqların yerüstü hissəsini, toxunduqları orqan və toxumaları məhv edirlər; Sistem təsirli- bu cür 
herbisidlər  (2,4-D,  2M-4X,  2M-4XP,  Betanol,  Hektafermin  və  b.)  bitkilərin  sorucu  sisteminə 
keçərək  onları  tamamilə  məhv  edirlər.  Herbisidlər  tətbiq  edilərkən  buğdanın  məhsuldarlığı 
nəzarətə nisbətən 0,2-0,22 t/ ha artır. 
Alaqlara qarşı proflaktiki tədbirlər: Bu tədbirlər sisteminə əkin materialının alaq toxumlarından 
diqqətlə  təmizlənməsi,  üzvi  gübrələrdən  vaxtında  və  düzgün  istifadə  olunması,  alaqlar  toxumlayana 
qədər onları yolların, arxların, əkin sahələrinin kənarlarından biçilməsi və s. daxildir.  
Alaqlara  qarşı  bioloji  mübarizə  tədbirləri:  Alaqlara  qarşı  bioloji  mübarizə  metodundan 
ilk  dəfə  1902-ci  ildə  Havay  adalarının  fermerləri  istifadə  etmişlər.  Adaya  təsadüfən  düşən 
Orthezia  insignis  Douglas  Həşaratı  tikanlı  kol  olan  lantananı  (Lantana  camara)  məhv  etməyə 
başlamışdır. Nəticədə hektarlarla otlaq sahələrini tutan bu alaq məhv olmuşdur.  
Ümumiyyətlə,  mütəxəssislər  hesab  edirlər  ki,  alaqlara  qarşı  bioloji  mübarizə  metodu 
aşağıdakı  qaydalara  əməl  olunarsa  müvəffəqiyyətlə  nəticələnə  bilər.  1.  Alaq  otu  əraziyə  digər 
rayonlardan introduksiya olunmuş və bu proses nəticəsində özünün adi təbii düşmənlərindən azad 
olmalıdırlar. 2. Gətirilən fitofaqlar öz təbii düşmənlərindən maneəsiz çoxalmaq və alaqları məhv 
etmək üçün azad olmalıdırlar. 
Bu tədbirlər o halda yerinə yetirilə bilər ki, alaq bitkilərinin təbii bitmə rayonlarında onları 
müvəffəqiyyətlə  məhv  edə  bilən  fitofaqlar  movcud  olsun.  Gətirilmiş  fitofaqlar  yeni  yerlərində 
yaxşı inkişaf etsin, təbii düşmənləri olmasın və mədəni bitkiləri məhv etməsinlər [3, s. 28-49].   
Naxçıvan  MR  florasında  874  cinsə  axil  olan  2835  növ  ali  sporlu,  çılpaqtoxumlu  və 
örtülütoxumlu bitki  yayılmışdır.  Bu bitkilər içərisində əsas  alaq bitkiləri  84 növlə təmsil olunur 
[2;  6,  s.  187-195].  Payızlıq  buğda  əkinlərini  ən  çox  zibilləyən  alaqlar  efemerlərə  və  uzun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə