Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   77   78   79   80   81   82   83   84   ...   134

168 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
 
QORXMAZ HÜSEYNOV 
AMEA Naxçıvan Bölməsi 
qorxmazhuseynli@rambler.ru 
UOT: 544.01:546.05 
HİDROTERMAL METODLA AgSbS
2
 VƏ Ag
3
SbS
3
 BİRLƏŞMƏLƏRİNİN SİNTEZİ VƏ 
TERMODİNAMİK XASSƏLƏRİNİN TƏDQİQİ 
Açar  sözlər:  tiostibit,  hidrotermal  metod,  tioasetamid,  nanohissəcik,  mikroşəkil,  termodina-
mik parametrlər. 
Keywords:  tiostibite,  hydrothermal  method,  thioacetamide,  nanoparticle,  microphoto, 
thermodynamic parameters.  
Ключевые  слова:  тиостибит,  гидротермальный  метод,  тиоацетамид,  наночастица, 
микрофотографии, термодинамические параметры.  
Gümüşün  tiostibitləri  müasir  günəş  enerji  çevricilərində  istifadə  olunan  effektli  materiallar 
sırasına  daxildir.  Bu  materialların  alınmasında  molekulyar-şüa,  yüksəktemperaturlu  və  vakuum 
metodlarından geniş istifadə olunur 

1-14

.  
  AgSbS
2
  və  Ag
3
SbS
3
  birləşmələrinin  alınmasında  daha  perspektivli  metod  hidrotemal 
şəraitdə  (sulu  mühitdə)  kimyəvi  çökdürmədir.  Bu  metod  istifadə  olunan  qurğuların  sadəliyi  və 
sintez  şəraitinin  asan  nizamlanması  ilə  fərqlənir.  Sulu  məhluldan  kimyəvi  çökdürmə  zamanı  altlıq 
üzərində müxtəlif təbiətli və formalı təbəqələr alınır. Belə təbəqələrdə daha yaxşı xassələr müşahidə 
olunur. Sulu məhluldan kimyəvi çökdürmə metodu ilə bir çox ikili və üçlü sulfidlərin (Ag
2
S, İn
2
S
3

SnS
2
,  As
2
S
3
,  Cu
2
S,  AgAsS
2
,  Ag
3
AsS
3
,  CuAsS
2
,  Cu
3
AsS
3
  və  s.)  və  selenidlərin  (İn
2
Se
3
,  As
2
Se
3

Sb
2
Se
3
 və s.) nazik təbəqələrinin alınmasında tətbiq edilir 

2-8

.  
 
Bu  baxımdan,  bir  çox  mürəkkəb  sulfirlərin  sulu  məhluldan  hirotermal  metodla  alınması  və 
onların  xassələrinin  öyrənilməsi  ən  aktual  məsələlərdən  biridir.  Adətən,  sulu  məhluldan  kimyəvi 
çökdürmə ilə alınan nazik təbəqələrdə maddələrin nanoölçülü hissəcikləri formalaşır. Məlumdur ki, 
nanohissəciklərin bir çox fiziki-kimyəvi xassələri sıx materialların xassələrindən fərqlənir 

5-12

.  
 
İşdə  məqsəd  AgNO
3
,  KSbO(C
4
H
4
O
6
)
.
0,5H
2
O  və  CH
3

CS

NH

birləşmələrinin  sulu 
məhlullarından  istifadə  etməklə  AgSbS
2
  və  Ag
3
SbS
3
  birləşmələrinin  sintez  etmək  və  bu 
birləşmələrin termodinamik xassələrini tədqiq etmək olmuşdur.  
 
Məqalədə  RFA,  DTA,  skanedici  elektron  mikroskopik  (SEM)  analiz  metodları  vasitəsilə 
AgSbS
2
 və Ag
3
SbS
3
 birləşmələrinin sulu məhluldan hidrotermal metodla sintezinin və EHQ üsulu 
ilə termodinamik analizinin nəticələri verilmişdir.   
AgSbS
2
  və  Ag
3
SbS
3
  birləşmələrini  sintez  etmək  üçün  ilkin  komponent  olaraq  AgNO
3
  və 
KSbO(C
4
H
4
O
6
)
.
0,5H
2
O  birləşmələrinin  sulu  məhlullarından  istifadə  edilmişdir.  Birləşmələrin 
stexiometrik  tərkiblərinə  uyğun  olaraq  AgNO
3
:KSbO(C
4
H
4
O
6
)
.
0,5H
2
O=1:1  və  AgNO
3
:KsbO-
(C
4
H
4
O
6
)
.
0,5H
2
O=3:1  mmol  nisbətlərində  qarışdırılmış  və  hər  bir  qarışığın  üzərinə  stexiometrik 
miqdarda  tioasetamid  (CH
3

CS

NH
2
)  məhlulu  əlavə  edilmişdir.  Reaksiya  qarışığı  70
0
C-də  15 
dəqiqə  müddətində  qarışdırıldıqdan  sonra  həcmi  100  ml  olan  teflon  avtoklavlara  yerləşdirilmiş  və 
180
0
C-də  12  saat  müddətində  termiki  emal  edilmişdir.  Reaksiya  başa  çatdıqdan  sonra  alınmış 
çöküntülər şüşə  filtrdən  süzülmüş,  distillə suyu  ilə  yuyulduqdan sonra  80
0
C-də 1  saat müddətində 
vakuumda qurudulmuşdur.  
 
Alınmış birləşmələrin fərdiliyi RFA (2D PHASER “Bruker”, CuK

, 2

, 20-80 dər.) və DTA 
(pirometr НТР-70,  cihaz Термоскан-2, təsirsiz mühit)  metodları vasitəsilə  təsdiq  edilmişdir. RFA 
nəticələrinə əsasən, müəyyən edilmişdir ki, AgSbS
2
 birləşməsi monoklin (qəfəs par.: a=1,3219 nm, 
b=0,4389 nm, c=1,2867  nm), Ag
3
SbS

birləşməsi rombik (a=0,7811 nm, b=1,2453 nm,  c=0,8529 
nm)  sinqoniyada  kristallaşır.  Qəfəs  parametrlərinində  qismən  azalma  müşahidə  olunur.  Bunun 
səbəbini AgSbS
2
 və Ag
3
SbS
3
 birləşmələrinin nanohissəciklərindən ibarət olması və atomlar arasın-


169 
da  kompensasiya  olunmamış  rabitələrin  olması  ilə  izah  etmək  olar.  Məlumdur  ki,  maddələrin 
nanohissəciklərinin  bir  sıra  fiziki-kimyəvi  parametrləri  onların  monokristallarının  xassələrindən 
fərqlənir.  Buna  baxmayaraq,  rentgenoqramdaki  intensivlik  maksimumlarına  uyğun  gələn  piklər 
digər işlərin 

11, 12

 nəticələri ilə yaxşı uyğun gəlmişdir.  
 
AgSbS
2
  birləşməsinin  DTA  əyrisində  iki  endotermik  effekt  müşahidə  edilmişdir.  378 
0

temperaturdakı  endotermik  effekt  birləşmənin  polimorf  çevrilmə,  507 
0
C  temperaturdakı 
endotermik effekt isə  onun  ərimə temperaturuna  uyğundur. Ag
3
SbS
3
  birləşməsinin  DTA  əyricində 
195 
0
C-də  müşahidə  olunan  endotermik  effekt 

  polimorf  çevrilməsinə,  484,5 
0
C-dəki 
endotermik  effekt  isə  onun  ərimə  temperaturuna  uyğundur.  AgSbS
2
  və  Ag
3
SbS
3
  birləşmələrinin 
DTA  əyrilərində  müvafiq  olaraq  175  və  186,7 
0
C  temperaturlarda  kiçik  endotermik  effektli 
əyilmələr  müşahidə  edilmişdir.  Bunun  səbəbini  müvafiq  birləşmələrin  həmin  temperaturlarda 
yumşalması və ya nanohissəciklərin iri aqreqatlarının əmələ gəlməsi iləı izah etmək olar.  
AgSbS
2
  və  Ag
3
SbS

birləşmələriinin  stexiometrik  tərkiblərini  dəqiqləşdirmək  üçün  alınan 
çöküntülərin  tərkibinin  element  analizi  (Launch  Trion  XL  dilution  refrigerator 

  OXFORD 
cihazında)  aparılmışdır.  Alınan  nəticələrə  əsasən,  birləşmələrin  tərkibindəki  gümüş,  sürmə  və 
kükürdün kütlə və atom nisbətləri təyin edilmişdir (cədv. 1). 
Cədvəl 1 
Birləşmələrin element analizinin nəticələri 
Birləşmə 
Elementlərin miqdarı, % 
Ag 
Sb 

kütlə 
at. 
kütlə 
at. 
kütlə 
at. 
AgSbS
2
 
34,55 
23,48 
43,49 
26,16 
21,96 
50,36 
Ag
3
SbS
3
 
59,74 
41,84 
22,50 
14,41 
17,76 
43,75 
 
Cədvəldə  verilmiş  nəticələrə  əsasən,  müəyyən  edilmişdir  ki,  alınan  çöküntülərin  stexi-
ometrik  tərkibi  AgSbS
2
  və  Ag
3
SbS
3
  birləşmələrinə  uyğundur.  Məlum  olmuşdur  ki,  birləşmələrin 
sadə formullarında kükürdün miqdarı stexiometriyadan cüzi (0,05-0,09 kütlə%) kənara çıxır. Bunu 
onunla izah etmək olar ki, ilkin qarışığa tioasetamid məhlulu əlavə etdikdə mühit zəif turş (pH=4-5) 
olduğu  üçün  müəyyən  qədər  sərbəst  kükürd  ayrılır.  Bu  da  sintez  olunan  birləşmələrin  tərkibində 
özünü göstərir. 
Alınmış AgSbS
2
  və  Ag
3
SbS
3
  birləşmələrinin  mikromorfologiyası  HİTACHİ  TM3000  mar-
kalı  mikroskopla  tədqiq  edilmişdir.  Müəyyən  edilmişdir  ki,  180 
0
C-də  şüşə  altlıq  üzərinə 
çökdürülmüş  AgSbS
2
  və  Ag
3
SbS
3
  birləşmələri  aralarında  güclü  adgeziya  müşahidə  olunan  qeyri-
sferik  quruluşlu  nanohissəciklərdən  təşkil  olunub  (şək.  1).  Nanohissəciklərin  ölçüsü  20-100  nm 
aralığında olmuşdur. 
   
 
Şəkil 1. AgSbS
2
 (a) və Ag
3
SbS
3
 (b) birləşmələrinin mikroşəkilləri 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə