164
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
ƏHMƏD QARAYEV
NİGAR BABAYEVA
AMEA Naxçıvan Bölməsi TEİ
ahmedgaraev@mail.ru
UOT: 621.744
PARAĞAÇAY MOLİBDENİT FİLİZİNİN ZƏNGİNLƏŞDİRİLMƏSİ
ŞƏRAİTİNİN TƏDQİQİ
Açar sözlər: Parağaçay, molibdenit filizi, flotasiya, optimal şərait, molibdenit və mis konsentratı
Keywords: Paragachay, molybdenite, flotation, optimal concentrate, chemicals, speed, copper
Ключевые сдова: Парагачай, молибденитовая руда, флотация, оптимальное условие,
концентрат, молибденит, медь
Parağaçay molibdenit filizinin tərkibi kimyəvi analiz edilmiş və molibdenit filizinin
zənginləşdirilməsi üçün kollektiv flotasiya prosesinin optimal şəraiti çıxarılmışdır: nümunə 200 q, su 600
q, ag neft (kerosin) 100 − 150 q/t, əlif yağı 100 − 125 q/t, natrium sulfid − 5,5 kq/t, maye şüşə 0,4 kq/t,
natrium karbonatla pH 9,5 − 10,5, vaxt 5 − 7 dəqiqə və molibdenə görə qatılığı 3,8 - 4,0 %, çıxımı isə 70
% olan konsentrat alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, filizin seçici flotasiyası birbaşa
flotoreagentlərin təbiətindən və hissəciklərin ölçüsündən asılıdır. Molibdenit filizinin kollektiv flotasiya
məhsulu (konsentratı)
seçilmiş optimal şəraitdə seçici (pilləli, iki təmizləmədən sonra) flotasiya ilə
zənginləş
dirilərək 19 - 20 %-li molibden və təqribən 6.0 %- li mis konsentratı alınmışdır.
Müasir texnikada molibden metalının əhəmiyyəti çox böyükdür. Sənayedə alınan molibdenin
miqdarının 80%-i qara metallurgiyada istiyədavamlı, antikorrozion, instrumental, tezkəsən, konstruksion
poladların istehsalına sərf olunur. Molibdenin filizdə miqdarı 0,1-0,07 % olduqda sənaye əhəmiyyəti
daşıyır. Molibdenin ən geniş yayılmış mineralı molibdenitdir − MoS
2
.
Üsulda [8, 7, 3] 80 – 90
0
C temperaturda mis-molbden filizinin flotasiyasının yarımsənaye
qurğusunda sınağı keçirilmişdir. Flotasiya rejimi müəyyənləşdirilmişdir. İstifadə edilən filizin tərkibi:
0,48 % Cu, 0,017 % Mo, 1,94 % S olmuşdur. Alınan konsentrat 19,17 % Cu, çıxım 85,43 %, 13,17 %
Mo, çıxım 58,38 % və 46,6 % S, çıxım 43 % təşkil etmişdir. Porfirli mis-molibden sulfid filizlərinin
zənginləşdirilməsində əsas problemlərdən biri seçici flotasiya ilə piritdən ayrılması üçün toplayıcının
müəyyən edilməsidir. Piritin kənarlaşdırılması üçün seçici toplayıcı olaraq “Beraflot” işlədilmişdir [6, 5].
“Beraflot” və ksantogenatın hissəli və sistemli verilməsi flotasiya zamanı tullantıda mis və molibdenin
miqdarını azaldır. Molibdenitin flotasiyasında müxtəlif köpükəmələgətiricilər “Beraflot”la birlikdə
müxtəlif seçicilik qabiliyyəti yaradırlar. Belə ki, Beraflot- OPSB> şam yağı > T-80 > MIBK sırasında
molibdenitin flotasiyasının sürəti şam yağına nisbətən Beraflot- OPSB qarışığında 2 – 4 dəfə çoxdur.
"Beraflot"-etilksantogenat-OPSB sistemi molibdenitin yüksək çıxımla ayrılmasını təmin edir. Toplayıcı
Beraflot, köpükəmələgətirici OPSB və texniki kerosin molibdenin çıxımını 90 %-ə qədər artırır, digər
qeyri-polyar toplayıcılarla çıxım xeyli aşağı olur. Müəlliflər tərəfindən sintez edilən mis sulfid üçün
yüksək molekullu üzvi (depresor) ləngidici mis karboksometilselliloza duzu selektiv flotasiya zamanı
yüksək göstəriciyə malikdir. Piritin (depresor) ləngidicisi üçün sintez edilən dəmir karboksometilselliloza
da eyni xassə göstərir. Natrium sulfidin 250 – 500 q/t miqdarını əvəz edən ləngidicilərin uyğun olaraq
240, 241, 242, 5 q/t miqdarlarında uyğun olaraq qatılığı 50 % və çıxımı 80 % olan konsentrat alınır [1].
Molibden filizlərinin əsas zənginləşdirmə metodu flotasiyadır.
Parağaçaydan götürülmüş filizdən texnoloji nümunələr hazırlanmış və kimyəvi analiz edilmişdir.
Müəyyənləşdirilmişdir ki, filizdə 0,7 % Mo, 2,0 % CaO, 1,1 % MgO, 1,5 % BaSO
4
, 55,0 % SiO
2
, 10,2 %
Al
2
O
3
, 29,3 % Fe
2
O
3
, 0,3% Cu, 0,2 % Pb vardır. Filizin mineraloji tərkibi əsasən pirit, xalkopirit, molibdenit,
kvars, xalkozin, kovellin, hematit, kalsit, barit, azurit minerallarından ibarətdir.
Hazırlanmış texnoloji nümunələrdən istifadə edərək filizin kollektiv (əsas) flotasiya şəraiti
öyrənilmişdir. Təcrübələr narınlığı 0,15 − 0,25 mm ölçüsündə olan nümunələrlə, bir litirlik laboratoriya
flotomaşınında aparılmışdır. Hər təcrübə üçün 200 q filiz nümunəsi götürülmüşdür.
Birinci mərhələdə flotasiya prosesində mühitin pH-nın molibdenin çıxımına təsiri yoxlanılmış və
nəticələr şəkil 1 -də verilmişdir. Mühitin pH-nı dəyişmək üçün Na
2
CO
3
- dan istifadə edilmişdir.
165
Şəkil 1. Mühitin pH-nın molibdenin çıxımına təsiri
Şəkildən görünür ki, pH-ın 9,5 − 11 həddində çıxım yüksək olur. Bu da onunla bağlıdır ki,
köpükəmələgətirici pH-ın yuxarı qiymətlərində yaxşı köpüklənir və alınan köpüyün minerallaşma
dərəcəsi xeyli dərəcədə yuxarı olur.
Toplayıcı olaraq kerosin götürülmüş və onun miqdarının molibdenin çıxımına təsiri öyrənilmişdir.
Nəticələr cədvəl 1- də verilmişdir.
Cədvəl 1
Toplayıcının (kerosinin) miqdarının molibdenin çıxımına təsiri
Nümunə 200 q, pH - 9.0 – 11.0, vaxt 5 – 7 dəq.
Toplayıcının miq.,
q
Filizdə Mo-ın miq,
%
Konsentratda Mo-
ın miq., %
Konsent. kütləsi, q
Çıxım,%
0,001
0,7
2,8
27
54,11
0,002
“__”
3,5
25
62,52
0,003
“__”
3,8
25
70,57
0,004
“__”
3,7
26
68,87
0,005
“__”
3,0
28
60,31
Alınan rəqəmlərə əsasən toplayıcının miqdarının 100 − 150 q/t olduğu hesablanmışdır. İlk dəfə
olaraq köpükəmələgətirici kimi əlif yağından istifadə edilmiş, flotasiya prosesində molibdenin çıxımına
təsiri müəyyənləşdirilmişdir (cədvəl 2). Əlif yağı 1:1-ə nisbətində durulaşdırılmışdır.
Cədvəl 2
Əlif yağının (köpükəmələgətirici) molibdenin çıxımına təsiri
Nümunə 200 q, pH – 9.0-11.0, vaxt 5-7 dəq.
Köpükəmələgə-
tiricinin miq., q
Filizdə Mo-ın miq.,
%
Konsentratda Mo-
ın miq.,%
Konsent. kütləsi, q
Çıxım,%
0,017
0,7
2,5
23
41,07
0,034
“__”
3,5
26
59,44
0,051
“__”
4,0
25
71,42
0,068
“__”
3,5
27
67,75
Cədvəl 2-dən göründüyü kimi yağın miqdarı 125 q/t olduqda çıxım ~ 70% təşkil edir. Yağın
miqdarını artırdıqda konsentratda molibdenin qatılığı azalır. Optimal olaraq yağın miqdarını 100 − 125 q/t
həddində götürmək olar.
Filizdə olan boş süxur (kvars) və dəmir birləşmələrinin flotasiyasının qarşısını almaq üçün
ləngidici kimi maye şüşədən və natrium sulfiddən istifadə edilmişdir. Bir seriya təcrübələrlə maye şüşənin
miqdarının 0,3 − 0,5 kq/t, Na
2
S-in isə 5,2 − 6,5 kq/t olduğu müəyyənləşdirilmişdir. Eyni zamanda
flotasiya prosesi üçün önəmli olan B:M nisbətinin 1:3,0 − 3,5 və təcrübənin aparılma müddətinin 5 − 7
dəqiqə həddində olduğu aşkar edilmişdir.
Aparılan tədqiqat nəticəsində Prağaçay molibdenit filizinin kollektiv flotasiya prosesinin optimal
şəraiti çıxarılmışdır: nümunə 200 q, su 600 q, kerosin 100 − 150 q/t, əlif yağı 100 − 125 q/t, Na
2
S − 5,5
kq/t, maye şüşə 0,4 kq/t, Na
2
CO
3
pH 9,5 − 10,5, vaxt 5 − 7 dəqiqə.
Göstərilən flotasiya rejimində alınan konsentrat (kollektiv) makrokompo- nentlərə görə analiz
edilmiş [4] və nəticələr cədvəl 3-də verilmişdir.
Cədvəl 3
Dostları ilə paylaş: |