Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   75   76   77   78   79   80   81   82   ...   134

164 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
ƏHMƏD QARAYEV 
NİGAR BABAYEVA 
AMEA Naxçıvan Bölməsi TEİ 
ahmedgaraev@mail.ru
 
UOT: 621.744 
PARAĞAÇAY MOLİBDENİT FİLİZİNİN ZƏNGİNLƏŞDİRİLMƏSİ  
ŞƏRAİTİNİN TƏDQİQİ 
Açar sözlər: Parağaçay, molibdenit filizi, flotasiya, optimal şərait, molibdenit və mis konsentratı 
Keywords: Paragachay, molybdenite, flotation, optimal concentrate, chemicals, speed, copper 
Ключевые  сдова:  Парагачай,  молибденитовая  руда,  флотация,  оптимальное  условие, 
концентрат, молибденит, медь 
Parağaçay  molibdenit  filizinin  tərkibi  kimyəvi  analiz  edilmiş  və  molibdenit  filizinin 
zənginləşdirilməsi üçün kollektiv flotasiya prosesinin optimal şəraiti çıxarılmışdır: nümunə 200 q, su 600 
q, ag neft (kerosin) 100 − 150 q/t, əlif yağı 100 − 125 q/t, natrium sulfid − 5,5 kq/t, maye şüşə 0,4 kq/t, 
natrium karbonatla pH 9,5 − 10,5, vaxt 5 − 7 dəqiqə və molibdenə görə qatılığı 3,8 - 4,0 %, çıxımı isə 70 
%  olan  konsentrat  alınmışdır.  Həmçinin  müəyyən  edilmişdir  ki,  filizin  seçici  flotasiyası  birbaşa 
flotoreagentlərin  təbiətindən  və hissəciklərin  ölçüsündən  asılıdır. Molibdenit filizinin kollektiv flotasiya 
məhsulu  (konsentratı)
  seçilmiş  optimal  şəraitdə  seçici  (pilləli,  iki  təmizləmədən  sonra)  flotasiya  ilə 
zənginləş
dirilərək 19 - 20 %-li molibden  və təqribən 6.0 %- li mis konsentratı alınmışdır. 
 
Müasir  texnikada  molibden  metalının  əhəmiyyəti  çox  böyükdür.  Sənayedə  alınan  molibdenin 
miqdarının 80%-i qara metallurgiyada istiyədavamlı, antikorrozion, instrumental, tezkəsən, konstruksion 
poladların  istehsalına  sərf  olunur.  Molibdenin  filizdə  miqdarı  0,1-0,07  %  olduqda  sənaye  əhəmiyyəti 
daşıyır. Molibdenin ən geniş yayılmış mineralı molibdenitdir − MoS
2

 
Üsulda  [8,  7,  3]  80  –  90 
0
C  temperaturda  mis-molbden  filizinin  flotasiyasının  yarımsənaye 
qurğusunda  sınağı  keçirilmişdir.  Flotasiya  rejimi  müəyyənləşdirilmişdir.  İstifadə  edilən  filizin  tərkibi: 
0,48 % Cu, 0,017 % Mo, 1,94 % S olmuşdur. Alınan konsentrat 19,17 % Cu, çıxım 85,43 %, 13,17 % 
Mo,  çıxım  58,38  %  və  46,6  %  S,  çıxım  43  %  təşkil  etmişdir.  Porfirli  mis-molibden  sulfid  filizlərinin 
zənginləşdirilməsində  əsas  problemlərdən  biri  seçici  flotasiya  ilə  piritdən  ayrılması  üçün  toplayıcının 
müəyyən edilməsidir. Piritin kənarlaşdırılması üçün seçici toplayıcı olaraq “Beraflot” işlədilmişdir [6, 5]. 
“Beraflot”  və  ksantogenatın  hissəli  və  sistemli  verilməsi  flotasiya  zamanı  tullantıda  mis  və  molibdenin 
miqdarını  azaldır.  Molibdenitin  flotasiyasında  müxtəlif  köpükəmələgətiricilər  “Beraflot”la  birlikdə 
müxtəlif  seçicilik  qabiliyyəti  yaradırlar.  Belə  ki,  Beraflot-  OPSB>  şam  yağı  >  T-80  >  MIBK  sırasında 
molibdenitin  flotasiyasının  sürəti  şam  yağına  nisbətən  Beraflot-  OPSB  qarışığında  2  –  4  dəfə  çoxdur. 
"Beraflot"-etilksantogenat-OPSB  sistemi  molibdenitin  yüksək  çıxımla  ayrılmasını  təmin  edir.  Toplayıcı 
Beraflot,  köpükəmələgətirici  OPSB  və  texniki  kerosin  molibdenin  çıxımını  90  %-ə  qədər  artırır,  digər 
qeyri-polyar  toplayıcılarla  çıxım  xeyli  aşağı  olur.  Müəlliflər  tərəfindən  sintez  edilən  mis  sulfid  üçün 
yüksək  molekullu  üzvi  (depresor)  ləngidici  mis  karboksometilselliloza  duzu  selektiv  flotasiya  zamanı 
yüksək göstəriciyə malikdir. Piritin (depresor) ləngidicisi üçün sintez edilən dəmir karboksometilselliloza 
da  eyni  xassə  göstərir.  Natrium  sulfidin  250  –  500  q/t  miqdarını  əvəz  edən  ləngidicilərin  uyğun  olaraq 
240, 241, 242, 5 q/t miqdarlarında uyğun olaraq qatılığı 50 % və çıxımı 80 % olan konsentrat alınır [1]. 
Molibden filizlərinin əsas zənginləşdirmə metodu flotasiyadır.  
Parağaçaydan  götürülmüş  filizdən  texnoloji  nümunələr  hazırlanmış  və  kimyəvi  analiz  edilmişdir. 
Müəyyənləşdirilmişdir  ki,  filizdə  0,7  %  Mo,  2,0  %  CaO,  1,1  %  MgO,  1,5  %  BaSO
4
,  55,0  %  SiO
2
,  10,2  % 
Al
2
O
3
, 29,3 % Fe
2
O
3
, 0,3% Cu, 0,2 % Pb vardır. Filizin mineraloji tərkibi əsasən pirit, xalkopirit, molibdenit, 
kvars, xalkozin, kovellin, hematit, kalsit, barit, azurit minerallarından ibarətdir. 
Hazırlanmış  texnoloji  nümunələrdən  istifadə  edərək  filizin  kollektiv  (əsas)  flotasiya  şəraiti 
öyrənilmişdir. Təcrübələr narınlığı  0,15  −  0,25 mm  ölçüsündə  olan  nümunələrlə,  bir  litirlik  laboratoriya 
flotomaşınında aparılmışdır. Hər təcrübə üçün 200 q filiz nümunəsi götürülmüşdür. 
Birinci  mərhələdə  flotasiya  prosesində  mühitin  pH-nın  molibdenin  çıxımına  təsiri  yoxlanılmış  və 
nəticələr şəkil 1 -də verilmişdir. Mühitin pH-nı dəyişmək üçün Na
2
CO
3
- dan istifadə edilmişdir. 


165 
 
Şəkil 1. Mühitin pH-nın molibdenin çıxımına təsiri 
Şəkildən  görünür  ki,  pH-ın  9,5  −  11  həddində  çıxım  yüksək  olur.  Bu  da  onunla  bağlıdır  ki, 
köpükəmələgətirici  pH-ın  yuxarı  qiymətlərində  yaxşı  köpüklənir  və  alınan  köpüyün  minerallaşma 
dərəcəsi xeyli dərəcədə yuxarı olur.  
Toplayıcı olaraq kerosin götürülmüş və onun miqdarının molibdenin çıxımına təsiri öyrənilmişdir. 
Nəticələr cədvəl 1- də verilmişdir. 
Cədvəl 1 
Toplayıcının (kerosinin) miqdarının molibdenin çıxımına təsiri 
Nümunə 200 q, pH - 9.0 – 11.0, vaxt 5 – 7 dəq. 
Toplayıcının miq., 

Filizdə Mo-ın miq, 

Konsentratda Mo-
ın miq., % 
Konsent. kütləsi, q 
Çıxım,% 
0,001 
0,7 
2,8 
27 
54,11 
0,002 
“__” 
3,5 
25 
62,52 
0,003 
“__” 
3,8 
25 
70,57 
0,004 
“__” 
3,7 
26 
68,87 
0,005 
“__” 
3,0 
28 
60,31 
 
Alınan  rəqəmlərə  əsasən toplayıcının  miqdarının  100  −  150  q/t  olduğu  hesablanmışdır.  İlk  dəfə 
olaraq  köpükəmələgətirici  kimi  əlif  yağından  istifadə  edilmiş,  flotasiya  prosesində  molibdenin  çıxımına 
təsiri müəyyənləşdirilmişdir (cədvəl 2). Əlif yağı 1:1-ə nisbətində durulaşdırılmışdır. 
Cədvəl 2  
Əlif yağının (köpükəmələgətirici) molibdenin çıxımına təsiri   
Nümunə 200 q, pH – 9.0-11.0, vaxt 5-7 dəq. 
Köpükəmələgə-
tiricinin miq., q
 
Filizdə Mo-ın miq., 

Konsentratda Mo-
ın miq.,% 
Konsent. kütləsi, q 
Çıxım,% 
0,017 
0,7 
2,5 
23 
41,07 
0,034 
“__” 
3,5 
26 
59,44 
0,051 
“__” 
4,0 
25 
71,42 
0,068 
“__” 
3,5 
27 
67,75 
 
Cədvəl  2-dən  göründüyü  kimi  yağın  miqdarı  125  q/t  olduqda  çıxım  ~  70%  təşkil  edir.  Yağın 
miqdarını artırdıqda konsentratda molibdenin qatılığı azalır. Optimal olaraq yağın miqdarını 100 − 125 q/t 
həddində götürmək olar. 
Filizdə  olan  boş  süxur  (kvars)  və  dəmir  birləşmələrinin  flotasiyasının  qarşısını  almaq  üçün 
ləngidici kimi maye şüşədən və natrium sulfiddən istifadə edilmişdir. Bir seriya təcrübələrlə maye şüşənin 
miqdarının  0,3  −  0,5  kq/t,  Na
2
S-in  isə  5,2  −  6,5  kq/t  olduğu  müəyyənləşdirilmişdir.  Eyni  zamanda 
flotasiya prosesi üçün önəmli olan B:M nisbətinin 1:3,0 − 3,5 və təcrübənin aparılma müddətinin 5 − 7 
dəqiqə həddində olduğu aşkar edilmişdir. 
Aparılan tədqiqat nəticəsində Prağaçay molibdenit filizinin kollektiv flotasiya prosesinin optimal 
şəraiti çıxarılmışdır: nümunə 200 q, su 600 q, kerosin 100 − 150 q/t, əlif yağı 100 − 125 q/t, Na
2
S − 5,5 
kq/t, maye şüşə 0,4 kq/t, Na
2
CO
3
 pH 9,5 − 10,5, vaxt 5 − 7 dəqiqə. 
Göstərilən  flotasiya  rejimində  alınan  konsentrat  (kollektiv)    makrokompo-  nentlərə  görə  analiz 
edilmiş [4] və nəticələr cədvəl 3-də verilmişdir. 
Cədvəl 3 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə