sistemlərinin, dəniz fıtoplariktonlanmn, torpaq eroziyalarının,
urbanizasiya ərazilərinin, su resuslärının paylanmasının vəziyyəti,
atmosferin çirklənməsi haqqında məlumatlar almağa imkan verir. Belə
tədqiqatlar zamanı planetin səthinin parlaqlığı ilə torpaqdakı humus və
şoranlıq arasında əlaqə müşahidə edilir. Kosmik çəkiliş geobotaniki
rayonlaşmaların tədqiqi üzrə geniş imkanlar verir. O, yaşayış sahələri
vasitəsilı əhalinin artımını,gece işıqlarının intensivliyi əsasında enerji
istehlakml, toz qatları və temperatur anomaliyaları əsasında radio-aktiv
parçalanmanı, sututarlarmdakı xlorofilin konsentrasiyasını, meşə
yanğınlarının episentrini izləməyə kömək edir. Hazırda beynəlxalq
təcrübədə ətraf mühitin monitorinqinin bir neçə sistemi mövcuddur. Ətraf
mühitin qlobal monitorinq sistemi (ƏMQMS)-1975-ci ildə yaradılmaqla
5 bir-biri ilə əlaqədar olan yarımsistemdən - iqlimin müayinəsi,
çirkləndirici maddələrin uzaq məsafəyə apardması, ətraf mühitin,
okean və qurunun bərpa olunan resurslarının gigiyenik
aspektləri-ibarətdir. Bunlardan başqa,
müasir təbiətdən istifadənin və
ətraf mühitin mühafizəsinin aktual məsələlərinin öyrənilməsinə
istiqamətlənmiş beynəlxalq və milli monitorinq sistemləri də vardır. Son
illər, ictimaiyyətin əsas diqqəti müxtəlif ölkələrin iqtisadi həyatının
təsirindən əhalinin sağlamlığının əlverişsiz dəyişikliklərə məruz qalmasına
yönəldilib. Onkoloji və allergik xəstəliklərin, anadangəlmə və irsi
patalogiyalarm arealının çox genişlənməsi elmi-tədqiqatlarda əsasən
sənaye toksikantları ilə
əlaqələndirilir. Alkoqolizm,
narkomaniya və sinir psixoloji səbəblərindən adamların özünə suiqəsd
etməsinin sayının get-gedə artması cəmi)^ətdə mürəkkəb sosial-iqtisadi və
siyasi problemlərlə əlaqədardır. Ekosistemdə insanın davamlılığını
artımıaq üçün idarəetmənin informasiyaya əsaslanan monitorinq
sisteminin həyata keçirilməsi lazımdır. Dünyanın regionlarında hazırda
mövcud olan mürəkkəb ekoloji və sosial-iqtisadi situasiya xarici mühit
amillərinin təsiri ilə əlaqədar olaraq əhalinin sağlamlığının vəziyyəti
barədə monitorinq sisteminin yaradılmasını tələb edir. Bu monitorinq
sosial-gigiyenik monitorinq (SGM) adlanmaqla Rusiyada 1994-cü ildən
tətbiq olunur. SGM sistemi müvafiq olaraq ierarxik struktura malik
olmaqla aşağıdakı başlıca subyektlərlə səciyyələnir;
-
regional səviyyədə-dövlət sanitar-epidemioloji müşahidələrin
aparılması;
-
yerli səviyyədə, dövlət sanitar-epidemioloji xidmətinin məsul
nümayəndəsinin iştirakı ilə monitorinqin aparılması.
Monitorinq apanlan zaman aşağıdakı aktual məsələlər həll edilir:
-
inforaıasiya fondunun yaradılması;
587
-
əhalinin sağlamlığı ilə əlaqədar olaraq xarici mühit amillərinin
təsirinin səbəblərinin aşkar olunması;
-
əhalinin sanitar-epidemioloji cəhətdən əlverişli mühitin
yaradılması üçün monitorinqin həyata keçirilməsi.
Beləliklə, SQGM-in təşkili və inkişaf hər bir ölkədə lokal, regional
və qlobal miqyasda əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsi
aspektində həyata keçirilən ən aktual problem sayılmalıdır. SQGM öz
fəaliyyəti üçün insanın və cəmiyyətin xarici ətraf mühitlə qarşılıqlı
əlaqəsinin müxtəlif aspektləri haqqında məlumatların toplanması və
qiymətləndirilməsi proseslərinə çox önəmli yer verir. Monitorinq
çərçivəsində aşağıdakı müşahidələrin nəticələrinə istinad olunur:
•
əhalinin sağlamlığı və insanın məskunlaşdığı ərazidə mühitin
vəziyyəti, həmçinin bioloji (virus, bakterial, parazitar), kimyəvi, fiziki
(səs-küy, vibrasiya, ultrasəs, istilik, ionlaşdırıcı və digər şüalanmalar),
sosial (qidalanma, sutəchizatı, məişət, əmək və istirahət şəraiti) və digər
amillər haqqında məlumatlar;
•
təbii ətraf mühitə, o cümlədən atmosfer havasına, yeraltı və
yerüstü sulara, torpaq ehtiyatları, antropogen təsirlərin mənbələri,
ümumilikdə isə təbiət-iqlim faktlarlarmm mövcud vəziyyəti haqqında
məlumatlar;
•
radiasiyanın vəziyyəti haqqında məlumatlar;
•
insanın sosial mühiti faktorlarının vəziyyəti barədə məlumatlar;
•
işçilərin əmək mühafizəsi və şəraiti haqqında məlumatlar;
•
qidalanmanın strukturu, keyfiyyəti və yeyinti məhsullarının
əhalinin sağlamlığı üçün təhlükəsizliyi barədə məlumatlar.
SGM sisteminin informasiya bloku:
Regional səviyyəli SGM sisteminin informasiya bloku:
Əhalinin sağlamlığı:
•
fiziki inkişafı və funksional vəziyyəti
•
xəstələnmə
•
əlillik
•
tibbi demoqrafiya
Əhalinin yaşayış şəraiti (mühiti):
•
ərazinin mühiti
•
qapalı mənzillərin mühiti
Sosial-iqtisadi şərait:
•
iqtisadi kompleks
•
sosial infrastruktura
Normativ-məlumat informasiyası:
•
məskulaşma məkanının xarakteristikası
588