Monitoriqnin gedişi zamanı toplanan infonnasiyalar icra edici və
qanunvericilik orqanına təqdim olunur. Burada əsas məqsəd ölkənin
müxtiəlif bölgələri və ərazilərində əhalinin, ekoloji təhlükəsizliyininin
təmin olunması, dövlətin ekoloji siyasətinin optimalllaşdırılması və
reilazasiyasından ibarətdir.
11.5.6.
Atmosfer havasının və uşaq əhalisinin
sağlamlığı haqqında gigiyenik monitorinq sistemi.
Ayn-ayn
regionlarda və ərazilərdə yerləşən şəhərlərdə və digər yaşayış
məntəqələrində texnogen tullantıların havaya, torpağa və su ehtiyatlarına
neqativ, zərərli təsirlərin arealının gündən-günə genişlənməsi və təhlükəli,
əlverişsiz məcra alması ətraf mühitdə baş verən ciddi dəyişikliklərin
müşahidə və müayinə edilməsi zərurətini gündəmə gətirir. Ərazilərində
texnogen çirkləndirici həddindən çox güclü olduğu böyük şəhərlərdə ətraf
mühit amillərində (su, hava, torpaq) ksenobiotiklərin (kənar
maddələrin-qnonnada ətraf mühitdə müşahidə edilməyən kimyəvi
birləşmələr, məsələn sintetik pestisidlər, kimyəvi çirkləndiriilər-
polyutantlar və s.) konsentrasiyasınm artması əhalinin sağlamlığı üçün
olduqca potensial zərərli təhlükə mənbəyi sayılır. Həmin şəhərlərdə ekoloji
böhran və təhlükələrin ekstremal situasiyalarında əhalinin həyatının və
sağlamlığının əlverişli, səmərəli müdafəsini təmin edən sistem çox vacib
sayılır. Bu funksiyanı yerinə yetirən ən başlıca alət isə gigiyenik
manitorinqin infomıasiya- analitik sistemindən ibarətdir. Bu sistem ətraf
mühitin insan sağlamlığına təsirlərini müşahidə edən, qiymətləndirən və
proqnozlandıran, ətraf mühitin idarə edilməsini optimallaşdıran və əhalinin
ekoloji təhlükəsizliyini təmin edən ən etibarlı bir sistemdir. Həmin
monitorinq sisteminə dünya üzrə ən qabaqcıl nümunə və təcrübə kimi
Sankt-Peterburq Dövlət Pediatrik Tibb Akademiyasında Çerepovtsa
şəhərinin, qara metallurgiya mərkəzi kollektivinin «Ekologiya və insan
sağlamlığı uğrunda gigiyenik monitorinqin vasitə və üsulları» adlı
hazırladığı monitoriq sistemini göstənnək olar. Bu monitorinq sistemi
atmosfer havasının və uşaqların sağlamlığının qorunub saxlanması və
mühafizəsi sahəsində olduqca mütərəqqi və səmərəli vasitə sayılır.
Gigiyenik monitorinq sistemi atmosfer havasının yerüstü təbəqəsinin və
uşaq əhalisinin vəziyyəti barədəki bütün infonnasiyaları toplayan müəssisə
və təşkilatları funksional olaraq birləşdirən iki əsas blokdan «Atmosfer
havası» və «Əhalinin sağlamlığı» - ibarətdir. Bunların analizi və
qiymətləndirilməsi məhz gigiyenik monitorinq mərkəzi tərəfindən
həyata keçirilir və idarə olunur. Bütün lazımi informasiyaların toplanması,
çatdırılması, riyazi işlənməsi və analizi
592
kompyüter texnikası və xüsusi tətbiqi proqramlar paketi vasitəsilə
avtomatlaşdırılmış rejimlə həyata keçirilir. Gigiyenik monitorinq mərkəzi
(GMM). Dövlət Sanitar Epidemioloji Nəzarət mərkəzində (DSENM)
yerləşir, xüsusi hazırlanan məlumat bazasından istifadə olunmaqla daxil
olan informasiyaların proqram üzrə analizini və qiymətləndirilməsini aparır
(şəkil 11.6).
Şəkil 11.6. Gigiyenik monitorinq sisteminin informasiya
axınının formalaşmasında iştirak edən müəssisə və təşkilatların
inzibati əlaqə sxemi (S.V.Alekseyev və b., 2002).
Həmin sistemin tətbiqi aşağıdakılara zəmin yaradır:
•
atmosfer havasına sənaye müəssisələri tərəfindən atılan
tullantıların çirkləndirici maddələrin zərərli təsirlərindən əhalinin,
xüsusilədə uşaqların mühafizə olunması istiqamətinə yönəldilən idarəedici
qərarların qəbul edilməsi;
•
nəzarət qruppu rayonunda (şəhərdə) uşaqların xəstələnməsi və
atmosfer havasının çirklənmə dərəcəsi arasındakı möscvd əlaqəni müəyyən
etmək məqsədilə təxirəsalınmaz, təcili və uzunmüddətli müşahidələrin
aparılması;
•
uşaq kollektivlərində profilaktika tədbirlərinin istiqamətinin
seçilməsində və müvafiq səmərəli, rasional müalicə işlərinin
593
aparılmasında mühüm əhmiyyətə malik olan uşaq əhalisinin sağlamlığına
ciddi (ümumitoksik, allergiki, hematoksik, genetik, metabolitik,
nevroloji, psixoloji, onkoloji, dermatoloji və s.) təsir göstərən antropogen
faktorların xaraktreinin düzgün və dəqiq qiymətləndirilməsi;
•
şəhərin müxtəlif rayonlarında atmosfer havasını çirkləndirən
başlıca antropogen mənbələrin kompleks qiymətləndirilməsi;
•
əlverişsiz və neqativ təsirlər göstərən meteoroloji şəraitin
qısamüddətli proqnozunun hazırlanması;
•
atmosfer havasının və uşaq kontigenrtləri sağlamlığının vəziyyəti
üzrə yüksək infonuasiyalar bazası məlumatlarının formalaşması.
Ekoloji siyasətin formalaşması, həyata keçirilməsi və özünü
doğrultması üçün sosial- gigiyenik monitorinqin düzgün, ardıcıl, mütəmadi
və məqsədyönlü istiqamətdə aparılması çox böyük əhəmiyyət kəsb edir və
ejcoloji idarəetmənin formaolaşdığmı sübut edir.
11.6 Təbii ətraf mühitin keyfiyyətinə nəzarət və
idarəetmə üsulları
11.6.1.
Təbii
mühitin
antropogen
çirklənməsinin
normalaşdırılmasma metodik yanaşmalar. Dünyanın bütün ölkələrində
hazırda mövcud olan ekoloji situasiya göstərir ki, ekoloji fəlakətlər və
kataklizmlər nəticəsində ayrı-ayrı dövlətlərə dəyən iqtisadi zərər və əhalinin
sağlamlığı üçün yaranan risksiz bu sahədə bütün planet üçün vahid, daimi
və heç bir ziddiyyət təşkil etməyən yanaşma üsullarından istifadə olunması
günün ən təxirəsalınmaz, müasir və ən ümdə tələbidir. 1996-cı ildə ABŞ-da
ekoloji problemlərin həlli üçün 190 mlrd, dollar pul xərclənib. Güman
edilir ki, XXI əsrin sonuna kimi hər ildə bu mbləğ, təxminən 7% artarılacaq.
Yer kürəsi ölkələrində ekoloji problemlərin həlli üçün sərf olunan məsrəf
ümumilikdə 400 mlrd, dollar təşkil edir. Lakin ətraf mühitin antropogen
çirklənməsinin qarşısının alınması üçün bu məbləğ heç də qənaətbəxş deyil.
Hazırda əhalinin sağlamlığı və həyat fəaliyyəti üçün riskin azaldılmasının
bir neçə yolları mövcuddur. 1970-ci ildən başlayaraq təbiəti mühafizə
siyasətinin bir növü kimi əhalininsağlamhğmın qorunması əsas problem
olaraq ön plana çəkilmişdir. Ehtimal olunurdu ki, bu müdafiə üsulu təbii
ətraf mühitin müxtəlif komponentlərlə çirklənməsinin (çirkləndirici
maddələrin xarakteri nəzərə alınmaq şərtilə) nonualaşdınlması hesabına
həyata keçirilməlidir. Sabiq SSRİ məkanında 1922-ci ildə ilk dəfə olaraq 3,
1925-ci ildə isə 10 əsas reqlamentləşdirilmiş gigiyenik normativ qəbul
edilib, 1940-cı ildə əvvəlcə atmosfer havası, sonralar isə təsərrüfat-içməli
su təchizatı, balıqçılıq su hövzələri, torpaqlar və
594