Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə31/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   27   28   29   30   31   32   33   34   ...   298

insanın  ontogenez  yolla  qərarlaşması  başa  çatdıqdan  sonra  o,  nəticəsi  öz 

təcəssümünü maddi mədəniyyətdə və irsiyyətin sosial proqramında tapan 

ictimai-iqtisadi  fəaliyyəti  vasitəsilə  sosial  şəxsiyyət  kimi  fonnalaşmağa 

başlamışdır.  İctimai  münasibətlərin  inkişafı,  insan  və  onun  səlis  nitqinin 

yaranması  adamların  davranışının  mövcud  ictimai  münasibətlərə  cavab 

verən  əxlaqi  prinsiplərinin  formalaşmasına  gətirib  çıxarmışdır.  Heyvan 

davranışı  ilə  insan  davranışı  arasında  yeni  keyfiyyətli  varislik  dururdu. 

Heyvanların  davranışının  əsasən  genlərlə,  insanlarmkmm  isə  təfəkkürlə, 

hisslərlə ifadə, təbiət və cəmiyyət qanunlarının dərk olunma səviyyəsi ilə, 

özünü  dərkin  və  özünü  qiymət-  ləndiraıəsinin  dərəcəsi  ilə  şərtlənir. 

İnsanların  məqsədyönlü  fəaliyyəti  nəticəsində  əhəmiyyətli  dərəcədə 

modifıkasiyaya  uğrayan  bioloji  amilin  sosial  amilin  təsiri  ilə  bir  növ 

«insanlaşaraq»  heyvanların  bioloji  amili  ilə  müqayisədə  çox-çox 

yüksəkliyə  qalxmışdır.  Doğrudan  da,  insan  orqanizminin  struktur  və 

funksiyalarının  ali  heyvanlarmkı  ilə  müqayisədə  bir  sıra  ümumi  cəhətlər 

olsa da, onlarda insanların əmək fəaliyyəti ilə şərtlənən bəzi yeniliklər də 

vardır. Heyvan qarşısında insanın üstünlüyü bundadır ki, onun bütün həyat 

fəaliyyəti,  davranışı  və  hərəkətləri  özünün  şüur  və  iradəsinin  nəzarəti 

altındadır.  İnsan  yalnız  özünün  deyil,  həm  də  başqalarının  həyat 

tələbatlarını  ödəmək  üçün  istehsal  edir.  İnsanın  istehsal  etdiyi  sərvətlər 

ictimai  əhəmiyyətə  malikdir.  Onun  hissiyyat  və  tələbatı  isə  istehsal 

prosesində  getdikcə  daha  çox  inkişaf  edir.  Buna  görə  də  bioloji  aspekt 

insanın  onu  həm  heyvan  əcdadına  yaxınlaşdıran,  həm  də  onu  heyvanlar 

aləmindən  fərqləndirən  tamamilə  yeni  cəhətidir.  İnsanı  unikal  varlığa 

çevirən  cəhət  odur  ki,  onda  genetik  proqrama  malik  olmaqla  yanaşı,  öz 

zəngin empirik və intellektual təcrübəsini şüurlu surətdə gələcək nəsillərə 

ötünnək qabiliyyəti də vardır. İnsan ontogenezində bi- oloji-sosial amillərin 

nisbətini araşdırarkən onun fərdi inkişafından em- brional və postembrional 

dövrləri fərqləndirmək lazımdır. Biriısd dövr - uşağın ana bətnində əsasının 

qoyulduğu  andan  onun  doğulduğu  ana  qədərki  dövrü,  başqa  sözlə, 

embrionun ana bətnində inkişafını əhatə edir. A.P.Dubinin bu dövrü belə 

səciyyələndirir:  «Embrional  dövrdə  orqanizmin  inkişafı  möhkəmlənmiş 



genetik  proqram  əsasında  ətraf  flziki  və  sosial  mühitin  nisbətən  zəif 

təsiri  altında  baş  verir».  Embrionun  inkişafının  ilk  dövründən  etibarən 

valideynlərdən  əxz  olunaraq  xromosomların  DNT-də  möhkəmləndirilmiş 

genetik  proqram  fəaliyyətə  başlayır.  İnkişafın  erkən  çağlarında  insan 

embrionunun  inkişafı  digər  onurğalılann  inkişafına  çox  oxşayır.  Bu 

baxımdan insan və meymun embrionlarmm uzun müddət saxlanan oxşarlığı 

onların fılogenez qohumluğuna dəlalət edir. Hər bir insan genetik baxımdan 

nadir 

68 



varlıqdır. Digər canlı varlıqlar kimi insanın da bir çox cəhətdən genotiplər 

tərəfindən determinə olunan əlamətlərinin nəsillərdən nəsillərə ötürülməsi 

irsiyyət qanunları əsasında baş verir. Bir çox alimlər insanın əqidə apardığı 

hesablama qabiliyyətinin, onun bu və ya digər elmə olan meylinin də irsən 

keçdiyini  söyləyirlər.  Bu  gün  elmdə  mövcud  olan  nöqteyi-nəzərə  görə, 

valideynlərdən uşaqlara qabiliyyətlərin özləri deyil, onların şəraitdən asılı 

olaraq  az  və  ya  çox  təzahür  edən  nişanələri,  əlamətləri  keçir.  Digər 

məməlilərdə  olduğu  kimi,  insanlarda  da  genetik  material  onların 

xromosomlarında  yerləşən  nuklein  turşularıdır.  İnsan  ontogenezində 

irsiyyət  və  mühitin  rolunun  başa  düşülməsində  «genotip»  və  «fenotlp» 

anlayışlarının da mühüm əhəmiyyəti vardır. Genotip - orqanizmin irsiyyət 

əsası  olub,  onun  xromosomlarında  lokallaşan  genlərin  məcmusudur. 

Fenotip isə - orqanizmin fərdi inkişafı prosesində formalaşan bütün xassə və 

əlamətlərin  məcmusudur.  Orqanizmin  mühitlə  qarşılıqlı  təsirilə  şərtlənən 

fenotip  genotipdən  fərqli  olaraq,  orqanizmin  bütün  həyatı  boyu  həmişə 

dəyişilir. Eyni genotiplər mövcud olduqları şəraitdən asılı olaraq müxtəlif 

fenotiplər yaradırlar. Bütün təsir amillərini nəzərə alaraq insan fenotipinin 

aşağıdakı  elementlərini  qeyd  etmək  olar:  genlərdə  kodlaşan  bioloji 

rüşeymiər;  sosial  və  təbii  mühit;  fərdin  fəaliyyəti;  əql  (şüur,  təfəkkür). 

İnsanın irsiyyəti bütün həyatı boyu onun yaşadığı mühitlə qarşılıqlı təsirdə 

olur.  Bu  təsir  orqanizmin  inkişafından  qırmızı  xətlə  keçərək  onun 

embrional, südəmər uşaqlıq, yeniyetmə və gənclik dövrlərində xüsusilə 

güclü olur. Orqanizmin intensiv inkişafı və şəxsiyyətin formalaşması məhz 

bu dövrə təsadüf edir. İrsiyyət orqanizmin necə ola biləcəyini göstərsə də, 

insanın inkişafı hər iki amilin - irsiyyət və mühitin təsiri ilə baş verir. Bu 

gün hamıhqla qəbul edilmişdir ki, insanın mühitə adaptasiyası eyni vaxtda 

irsiyyətin hər iki proqramının - bioloji və sosial proqramının təsiri altında 

həyata keçirilir. Fərdin əlamətləri onun mühitlə qarşılıqlı təsirindən yaranır. 

Buna görə də insan eyni zamanda həm təbiətin bir hissəsi, həm də ictimai 



inkişafın məhsuludur. Alimlərin böyük əksəriyyəti hazırda bu mövqe ilə 

razıdır. Fikir ayrılığı isə ancaq insanın əqli fəaliyyətində irsiyyət və mühitin 

rolunun  nisbəti  məsələsi  ətrafında  yaranır.  A.P.Dubinin  amerikan 

alimlərinin tədqiqatlarına istinad edərək yazır: «Alimlər əqli qabiliyyətin 



irsən  keçməsini  göstərməyə  çalışdılar  və  ziddiyyətli  nəticələrə  gəlib 

çıxdılar. İki fikir mövcuddur: birincisi, əqli qabiliyyət genetik olaraq 

keçir  və  ikincisi,  əqli  qabiliyyətin  inkişafı  sosial  mühitin  təsirilə 

şərtlənir».  Tədqiqatlar  göstərir  ki,  valideynlərdən  biri  və  ya  hər  ikisi 

kəmağıl  olduqda  doğulan  uşaqların  da  kəmağıllılıq  faizi  artır.  Eyni  bir 

ailəyə mənsub olan kəmağıl uşaqların öyrənilməsi isə göstərir ki. 

69 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə