Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə32/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   28   29   30   31   32   33   34   35   ...   298

onların valideynləri normal adamlar olduqda belə psixi xəstəlik onların əmi 

və ya xalalannda müşahidə olunur. Müasir elmi ədəbiyyatda insanın fərdi 

inkişafında  və  onun  ontogenezində  bioloji  və  sosial  amillərin  nisbəti 

probleminin  həllinə  iki  yanaşma  üsulu  mövcuddur.  Bu  üsullardan 



birincisi  bioloji  amilin  rolunu  mütləqləşdirərək  insanın  fərdi  inkişafını 

ancaq  genlərlə  bağlayır.  Bu  istiqamət  panbiologizm  adlanır.  İkinci 

nöqteyi- nəzər isə təsdiq edir ki, insanlar anadan eyni genetik qabiliyyətlər 

ilə  doğulsalar  da,  onların  inkişafında  başlıca  rol  tərbiyə  və  təhsilə 

məxsusdur.  Bu  konsepsiya  isə  pansosiologizm  adını  almışdır.  Sosial 

hadisələrin  bioloji  interpretasiyasına  göstərilən  marağın  bir  əsrdən  artıq 

tarixi  vardır.  Hələ  keçən  əsrin  60-cı  illərində  alman  filosofu  F.A.Lange 

sosial  hadisələrin  bioloji  şərhi  ilə  çıxış  etmişdi.  O,  cəmiyyətin  tarixini 

Darvinin  «yaşayış  uğrunda  mübarizə»  qanununa  yerləşdirərək  onu  Mal- 

tusun «əhali artımı» nəzəriyyəsi ilə birləşdirmişdi. Darvinizmi təsdiqləmək 

üçün çox iş görmüş alman bioloqu E.Hekkel də belə güman edirdi ki, insan 

və cəmiyyət əsasən bioloji amillər ilə mübarizə və təbii seçmə qanunları ilə 

tənzimlənir. P.Popento və R.Conson «Tətbiqi evge- nika» kitabında təsdiq 

edirdilər ki, insanlar arasında irqi ədavət bioloji mexanizmdən irəli gəlir. 

Bu müəlliflərin fikrinin son nəticəsi bundan ibarətdir ki, zəncilər ağlardan 

keyfiyyətsiz  irqdir.  Bir  sıra  tədqiqat  əsərlərini  irqçiliyin  və  aparteidin 

əsaslandırılmasına  həsr  etmiş  görkəmli  ingilis  genetiki  K.Darlinqtonun 

nöqteyi-nəzərincə,  insanlann  mənəvi  keyfiyyətləri,  onların  ölməzliyə 

inamı, davranış motivləri, iradə azadlığı və digər xüsusiyyətləri  «genetik 

determinasiya  olunduğundan»  onlar  öz  davranış  və  mülahizələrində 

genlərinin çağırışı ilə hərəkət etmirlər. Darlinqtona görə, sosial tərəqqi son 

nəticədə  insanların  «genetik  yaxşılaşma  imkanlarından»  asılıdır. 

Panbiologizm  ideyalan  H.Markuze  tərəfindən  də  intensiv  inkişaf 

etdirilmişdir. Özünün panseksualist nəzəriyyəsində o, hətta Z.Freyddən də 

irəli  gedərək  müasir  sivilizasiyanın  bütün  bəlalarının  insan  bədəninin 



«deseksualizasiyasmdan»  törədiyini  təklif  edir  və  bu  «bioloji  bazis» 

üzərində  özünün  «hu  manist  sosializm»  variantını  yaratmağa  çalışırdı. 

Qərbdə  sosial  hadisələrin  biolo-  giyalaşdırılması  meyli  müasir 

ekologiyanın  bir  çox  nümayəndələrinin  də  işlərində  aydın  ifadə  olunur. 

Ekologiyaya  münasibətdə  problemin  iki  tərəfini  fərqləndirmək  vacibdir. 

Əvvəla, etiraf etmək lazımdır ki, ekologiya heyvanlann biologiyasının və 

psixologiyasının mühüm qanunauyğunluqlarının dərk olunmasına mühüm 

töhfələr  vermişdir.  İkincisi,  bir  çox  etioloqlann  heyvanların 

öyrənilməsindən  əldə  etdikləri  nəticələrin  qeyri-qanini  olaraq  insanlara 

şamil  edilməsindən  çıxardıqlan  sosial-  fəlsəfi  ümumiləşdirmələrdən 

qətiyyətlə imtina etmək lazımdır. Amerikan 



70 


psixoloqları  A.Kaplan  və  S.Nelson  1970-ci  ildə  ABŞ-da  zəncilərin 

vəziyyətinə  həsr  olunmuş  çox  böyük  sayda  tədqiqatların  təhlili  əsasında 

belə nəticəyə gəlmişlər ki, müəlliflərin 82%-ndə qara amerikanların sosial 

çətinliklərini,  onlann  məşəqqətli  həyatını  şəxsi  qüsurları,  yalnız  16%-i 

sosial sistemin özü ilə izah edir. Lakin müasir dünyada mütərəqqi mövqedə 

duran, bioloji konsepsiyalardan çıxarılan mürtəce nəticələri qətiyyətlə rədd 

edən alimlərin sırası da get-gedə artmaqdadır. Məsələn, genetika sahəsində 

görkəmli mütəxəssis sayılan Nobel mükafatı laureatı 

C.

 

Lederberq  Qərbin  bioloji  və  sosial  tədqiqatlarında  insana 



münasibətdə yol verilən hər iki ifrat hala - onun biologiyalaşdırılması və 

sosiallaşdınlması  əleyhinə  çıxaraq  yazır:  «İnsanın  fərdi  inkişafının 

mürəkkəb aləminə və onun fərdiliyinə sosial amilin təsirinə dərindən nüfuz 

etmədən ona yalnız üzvi təkamülün məhsulu kimi baxmaq, sözsüz ki, mənfi 

siyasi  nəticələrə  aparıb  çıxaran  yaxşı  olmayan  biologiyanın  əlamətidir». 

Differensial  psixologiya  sahəsində  görkəmli  mütəxəssis  sayılan  müasir 

fransız  psixoloqu  Moris  Reşlen  də  insan  haqqında  elmlərdə  primitiv 

biologiyalaşdırma ideyası əleyhinə çıxaraq başlıca vəzifəni bioloji və sosial 

amillərin  qarşılıqlı  formalarının  sistemli  öyrənilməsində  görür.  Bütün  bu 

müddəaların  insanların  müxtəlif  birlik  formalarının  bioloji  əlamətlərinin 

spesifikliyindən  istifadə  etməyə  çalışan  irqçiliyin  tutarlı  tənqidi  üçün 

müstəsna  əhəmiyyəti  vardır.  Bu  münasibətdə  Qərbin  bir  çox  görkəmli 

alimləri  kifayət  qədər  mütərəqqi  və  elmi  cəhətdən  əsaslandmlmış  mövqe 

tuturlar. Məsələn, amerikan alimi Metrees bu münasibətlə yazır; «Yüksək 



və aşağı irq ideyası bioloji amillərdən deyil, sosial-mədəni proseslərin 

məhsuludur. Bütövlükdə heç bir irq digəri ilə müqayisədə yüksək və ya 

daha çox inkişaf etmiş hesab oluna bilməz».  Üzvi aləmin təkamülündə 

insan orqanizmi materiya təşkilinin bioloji səviyyəsinin ən  yüksək pilləsi 

olub,  canlı  təbiətin  digər  bioloji  obyektlərindən  özünün  daha  çox  inkişaf 

etmiş  struktum,  yeni  keyfiyyətli  sosial  əlaqələri  qəbul  etməsilə  fərqlənir. 

Dünyanın  inkişafında  insanın  və  onun  əmək  fəaliyyətinin  meydana 

gəlməsilə əlaqədar olaraq tamamilə yeni  keyfiyyətli varlıq  - sosial həyat 

yaranmışdır. 

K.Marks yazırdı; «İnsanın mahiyyəti ayrıca fərdə məxsus abstrakt bir 



şey deyildir. İnsan mahiyyətcə öz gerçəkliyində ictimai münasibətlərin 

məcmusudur». Cəmiyyət və insan - obyektiv aləmin tamamilə yeni inkişaf 

formasıdır.  İnsanın  biologiyalaşdırılması  təsəvvürlərinə  rəğmən  onda 

bioloji qanunlar ilə əvəz oluna bilməyən ictimai qanunlar fəaliyyət göstərir. 

İnsanın  tarixən  bioloji  qanunauyğunluqlar  əsasında  meydana  gəlib 

formalaşmış sosial tərəfi maddi istehsalın və ictimai münasibətlərin təsiri 

ilə onun mövcudluğunun və inkişafının müəyyənedici 



71 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə