Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə32/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

İnsanŞiinaslıq 
*
  Bazar  iqtisadiyyatı  şəraitində  sosial-iqtisadi  və  elmi-texniki  potensial 
strukturlarının optimallığını müəyyən edilməsi. 
(O)"DÜŞÜNƏN BEYİN" RESURSLARININ MİQRASİYASI ^ ^ VƏ 
MİLLƏTİN GENETİK EONDU GERÇƏKLİYİ 
İ
 
nsan resursları- "düşünən beyin"- əhalinin fiziki və mənəvi qabiliy- 
yəti hərtərəfli dünyagörüşü və "məhsuldar" zəkaya malik olan his- 
səsi kimi qəbul edilir. Qloballaşan dünyanın mərkəzi problemlərindən 
sayılan insan resursların (düşünən beyin) miqrasiyası və millətin gene- 
tik fonduna təsiri elm mərkəzlərində tədqiqat obyektinə çevrilmişdir. 
Dünyada baş verən evolyusiyon dəyişikliklər dövrlərindən başlayaraq 
bu günki dövrə qədər insan miqrasiyası (yer dəyişmə hərəkəti) baş ver- 
mişdir. Bəşəriyyətin bütün sivilizasiyası mərhələsini keçirmiş ölkə- 
lərdə insan miqrasiyası daha çox optimalhğı ilə seçilmişdir. Faktiki ola- 
raq, ABŞ dövlətinin ilk yaranma mərhələsində (sonrakı mərhələlərində 
də) Avropa və digər ölkələrin insan resurslarının miqrasiyasının nəticə- 
sində inkişaf etmiş və amerikan genetik fondunun formalaşmasına səbəb 
olmuşdur. 
Beynəlxalq münasibətlər sistemində baş verən qlobal inkişaf ilk 
növbədə insan resurslarının xarakterinə, dinamikasına, istifadə edilməsi 
mexanizminə təsir edir. XIX əsrin axırı və XX əsrin əvvəllərindən başla- 
yaraq iri miqyaslı sənaye strukturlarının əmələ gəlməsi şəraitində inkişaf 
etmiş ölkələr qrupu yarandığı dövrlərdə "kapital", "düşünən beyin" miq- 
rasiyası intensiv xarakter daşı- 
mışdır. "Kapital" və "düşünən 
beyin" axınları dünya iqtisa- 
diyyatının "ağırlıq qüvvəsi"nə 
çevrilərək müəyyən istiqamət- 
lərdə hər bir ölkənin genetik 
fondunun dayanıqlı modelini 
yaratmışdır. 
Kapital resurslarının hərə- 
kəti ilə insan resurslarının hə- 
rəkəti arasında baş verən "ağır- 
lıq qüvvəsi" tarazlığının təsiri 
altında dayanıqlı sosial-iqtisa- 
di münasibətlərin optimalhq 
Miqrasiyanın "ağırlıq qüvvəsi" 
"Kapital" 
axını 
sosial- 
iqtisadi 
inkişafı 
"Düşünən 
beyin" 
axını 
"insan"  vd  "kapital"  rcsurslavın 
miqyasiyasuun dayanıqlı modeli 
103 


Ağazeynal A.Qurbanzada 
səviyyəsinə  çatmasına  səbəb  olur.  BMT-nin  miqrasiya  probleminə  dair 
ekspertlərinin məlumatına görə müasir dövrdə baş verən insan potensialının 
miqrasiyası  ilk  növbədə  iki  mühüm  amilə  söykənir:  ictimai  quruluşa  və 
sosial-iqtisadi şəraitə. 
Dünya  ölkələrinin  inkişaf  səviyyəsinə  uyğun  əhali  miqrasiyasının 
özünəməxsus  qanunauyğunluqları  mövcuddur.  Başqa  ifadə  ilə  desək, 
miqrasiya - ölkənin ümumi dinamik inkişafının mühüm strateji parametrinin 
bir tərəfidir. Sosial-iqtisadi şəraitin miqrasiya ilə uzlaşma nəticəsində tərəqqi 
çərçivəsi  formalaşır.  Ümumiyyətlə,  miqrasiya  bəşəriyyətin  təkamül 
hərəkətidir. Bu təkamül hərəkət zamanı baş verən "bəşəri-qlobal" dəyişikliklər 
zəmanəmizin obyektiv dayanıqlı tələbidir. 
Müasir  zəmanəmiz  qloballaşan  elmi-texnoloji  tərəqqisi  bilavasitə  insan 
potensialı  miqrasiyasına  əsaslanır.  Bu  da  ölkə  daxilindən  çıxaraq  bəşəri 
miqyas  mühitinə  çevrilmişdir.  Nəticədə  isə  "miqrasiya-  qlobal  inkişaf' 
hərəkətverici mexanizmi ilə vəhdətləşir. 
Beynəlxalq  insan  miqrasiyası  sosial-iqtisadi  kateqoriya  olub,  çox 
funksionalhğı  ilə  fərqlənir^.  Beynəlxalq  miqrasiyanın  əsas  ideyası  ondan 
ibarətdir ki, hər hansı bir ölkədə iqtisadi artım tempinə öz təsir funksiyasını 
göstərir.  Bununla  əlaqədar  olaraq  "beyin  axmf'na  görə  vergi  ödənilməsi 
müzakirə  obyektinə  çevrilmiş,  ondan  gələn  gəliri  BMT-nin  nəzarəti  altında 
ölkənin inkişafı üçün lazım olan sahəyə sərf etmək lazımdır. 
Klassik  iqtisad  nəzəriyyəçiləri  insan  miqrasiyasını  təhlil  edərkən  ilk 
növbədə  belə  bir  fikir  irəli  sürmüşdülər  ki,  hər  bir  insan  öz  əməyinə  görə 
məhsul alır və qəbul edir. Onlar insan miqrasiya sistemini insanların mühüm 
ünsiyyət  tərəfdarları  cəmiyyətin  inkişaf  prosesində,  təbii  sərvətlərin 
mənimsənilməsi  və  istifadə  edilməsi  mənbəyini  insan  miqrasiyasının 
inkişafında axtarırdılar. 
Miqrasiya nəzəriyyəsi dünyanın müxtəlif cəmiyyətşünashq elm 
məktəblərində (B.Britaniya, Fransa, ABŞ və s.) , xüsusilə BMT-nin ictimai, 
sosial-iqtisadi qurumlarında konseptual tədqiqat predmetinə çevrilmişdir. 
Asılı inkişaf nəzəriyyəsi və dünya sistemi nəzəriyyəsinə (S.KastI, Q.Kosak və 
s.), "Səmərəli seçim" konsepsiyasına (M.Todor), "Səmərəli 
(x)- I.İi'çi qüvvəsinin miqrasiyası: əmək qabiliyyətli əhalinin hərəkəti 
l.Immiqrasiya: əmək tutumlu əhalinin ölkəyə kənardan gəlməsi 
S.Emiqrasiya: əmək tutumlu əhalinin ölkədən kənara getməsi 
4.
 
MIqrasiya saldosu: ölkədə immiqrasiyamn mixtəlifliyi və ölkədə emiqrasiya. 
5.
 
"Beyin axını": yüksək ixtisaslı zəka sahiblərinin miqrasiyası. 
b.Reemiqrasiya: emiqrantların daima yaladığı ölkəyə qayıtması. 
 - - -   =  
104
    . . . .    


İnsanŞünaslıq 
lik  funksiyası"  nəzəriyyəsinə  (O.Stark),  "Strukturlanma"  nəzəriyyəsinə 
(E.Giddelns)  və  sair  istiqamətlərə  əsaslanmaqla  qloballaşan  zəmanə  üçün 
insan potensialı miqrasiyası konsepsiyasını təhlil etmək mümkündür. 
Ümumiyyətlə, miqrasiya proseslərinin əsasında istehsalın, iqtisadiyyatın 
inkişaf etdirilməsi tələbatı ilə şərtlənən qanunauyğunluq durur. Dünyada baş 
verən sosial-iqtisadi və siyasi sistemin mahiyyətindən doğan problemlər insan 
potensialın  miqrasiyasına  da  təsir  göstərir.  İşçi  qüvvələrinin  beynəlxalq 
miqrasiyasının  iqtisadi  səbəblərini  təhlil  etmək  üçün  beynəlxalq  kapital 
hərəkətinin metodlarından istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.'*^*^ 
Əhalinin hərəkəti prosesində işçi qüvvəsinin istehsala təsir etmələrində özünü 
göstərir. 
İnsan resurslarının miqrasiyası-  coğrafi məkanda  əhalinin  yerdəyişməsi, 
təbii  sərvətlərdən  kompleks  istifadə  etməklə  ərazi-istehsal  komplekslərinin 
təşkilində, etnik qrupların formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. 
İnsan  resurslarının  miqrasiyası  həm  də  elmi  təlimdir,  dünyaya  fəlsəfi 
baxışlarının  tərkib  hissəsidir.  Bu  səbəbdən  miqrasiya  milli  tərkibə,  onun 
genetik fonduna təsir edir. 
Son  onilliklərdə  inkişaf  etməkdə  olan  ölkədən,  xüsusi  ilə  MDB 
ölkələrindən  Amerika  və  Avropa  dövlətlərinə  yüksək  səviyyəli  insanların 
("düşünən beyinlər") miqrasiyası artmışdır. Miqrasiya olunmuş dövlətlər heç 
bir maneə qoymadan onların fəaliyyətləri üçün səlahiyyətli şərait yaradırlar. 
Buna səbəb: 
*
 
Həmin  ölkələr  əlavə  kapital  qoymadan  hazırlıqlı,  işgüzar  və  praktiki 
cəhətdən yüksək ixtisasa malik olan insanlara malik olurlar; 
*
 
"Düşünən  beyin"lər  öz  ixtira,  elmi  nəzəriyyələri  ilə  həmin  ölkələrə 
milyonlarla kapital əldə etməyə şərait yaradırlar. 
*
 
Miqrasiya həyat tərzini keçirən "düşünən beyin" sahibləri həmin ölkənin 
intellektual genetik fondunun yaranmasında fəal iştirak edir. 
*
 
Elmi-texniki  potensialını  artırır  və  səmərəliliyinin  yüksəldilməsində 
fəallıq göstərir. 
Nəticə etibarı ilə qeyd etməliyik ki, sivilizasiyalı cəmiyyətin təkamülündə 
başlıca meyar insan zəkasının məhsulu sayılan texnoloji tərəqqi və 
105.
 
Кастельс М. Информационна}! эпоха;экономика, общество и культура. М., 2000. 
cm. 104. 
106.
 
Hansen в.L. Work Sampling; For Modem Mana}>ement, Englewood Cliffs N.J. 1998. 
'■
 
105
 
 . . . . . .    
 
^  


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə