Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə31/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

 
Bəşəriyyətin qlobal problemlərindən sayılan insan resurslarının idarəetmə 
funksiyaları  ən  mühüm  və  strateji  vəzifəsi  bu  resurslardan  cəmiyyətin 
dayanıqlığı baxımından istifadə etməkdən ibarətdir. 
Burada məqsəd əhalinin peşə ixtisas səviyyəsinin yüksəldilməsi, əməyin 
motivləşdirilməsinin  gücləndirilməsi,  milli  iqtisadiyyatın  kadr  (peşə) 
potensialının keyfiyyətinin artırılması və s. təmin etməkdən ibarətdir. 
Dünyanın  qabaqcıl  ölkələrinin  iqtisadiyyatında  intellektual  kadr 
potensialının  formalaşması  və  ondan  effektli  istifadə  edilməsi  problemi  ön 
cərgədədir.  Ölkənin  idarəedilməsinin  strategiyasında  insan  potensialın 
mahiyyəti məntiqi mənada iqtisadi fəaliyyət mexanizmdə insanların həyatı ilə 
bağlı sosial strukturların idarə edilməsinə çevrilir və onu tamamlayır. 
İnsan 
resurslarının 
intellektual 
model 
çərçivəsi 
Azərbaycan 
Respublikasının  müstəqilliyi  dövründə  baş  verən  radikal  strateji 
dəyişikliklərin tərkib hissəsi kimi fəaliyyət göstərir. Dövlət siyasəti daxilində 
aparılan  islahatlar  fonunda  ardıcıl  olaraq  insanların  keyfiyyətcə  yeni 
münasibətləri formalaşır, sosial dayanıqlığı və təhlükəsizliyi ön plana çəkilir. 
Azərbaycanın gələcək strateji istiqamətlərinə uyğun olaraq insan potensialın 
fəaliyyət  mexanizmi  və  perspektivlərinə  dayanıqlı  təhlükəsizlik  nöqteyi- 
nəzərdən kompleks siyasət yeridilir. Azərbaycanda aparılan intelektual 
101.
 
Muradov Ş.M. Göstərilən əsəri səh. 474-475. 
 
 
 ..  — 
100
 =
 


İnsanŞünaslıq 
idarəetmə siyasəti nəticəsində insan potensialın inkişaf çərçivəsi yeni vü- 
sat almışdır. İqtisadi fəal əhalinin peşə yönümlüyü, peşə miqrantlarmın 
tərkibi, təhsilin yenidən qurulması sosial-iqtisadi sahələrinin texnologi- 
yasının təkmilləşdirilməsi və yenidən qurma proseslər ölkəmizin ümumi 
potensial gücünün artmasına səbəb olur. 
Respublikamızın ümumi potensial gücünün artırılmasında hökumə- 
tin dövlət büdcəsindən elmə çəkilən xərclərin dinamikasını da müəyyən 
etmək mümkündür. Ölkədə elmi-texniki kadr potensialının yaradılması, 
sosial iqtisadi dayanıqlı inkişafının təmin edilməsində elmin rolunun ar- 
tırılması dövlət səviyyəsində proqnozlaşdırılır. 
Dahi alim A.X.Mirzə- 
canzadə "elm azad insan 
zəkasının ən böyük nailiy- 
yəti, narahat ağlın məhsu- 
lu, bəşər sivilizasiyasının 
məhək daşı" adlandırmış- 
d ı r . A . X . M i r z ə c a n z a d ə -  
nin ideyası bu gün cəmiy- 
yətimizdə gedən inkişaf 
prosesində, ölkənin ümumi 
tərəqqisində intellektual el- 
mi biliklərin mühüm rol 
oynadığını göstərir. 
illər 
mln.man. 
2006 /  \ 32.0 
2005 / 
\ 28.8 
2004 / 
\ 20,0 
2003 / 
\ 16,6 
2002 / 
\ 11,4 
2000 / 
\ 9,3 
1995/ 
\ 3,5 
 
Azerbaycanın dövlət büdcəsindən elmə
 
çəkilən xərclər
 
Son  dövrlərdə  Azərbaycan  dövlət  quruculuğunda  strateji  məqsəd  kimi 
dünya bazarına elm tutumlu məhsulların çıxarılmasına, fundamental və tətbiqi 
elmin  ətraf  aləmə  təsiri  istiqamətlərinə  xüsusi  diqqət  yetirilir.  Artıq 
Azərbaycan  Respublikasında  "bilik  iqtisadiyyatı"  və  ya  "innovasi-  yalara 
("innovasiya"  yeniləşmə  deməkdir)  əsaslanan  iqtisadi  inkişaf'  kimi 
münasibətlər 
formalaşmaqdadır. 
"İnnovasiya" 
yeni 
ideyaların, 
elmi-tədqiqatların praktika ilə uzlaşması prosesidir. Bu nöqteyi-nəzərdən elmi 
düşüncə tərzinin məhsulu olan innovasiyaların yaradılması üçün intellektual 
bilik tələb olunur. Nəticədə isə intellektual bilik əməyə çevrilir. 
"Elmi  potensial",  "elmi-texnki  potensial"  ifadələri  elmi  dövriyyəyə  XX 
əsrin 60-cı illərində Kiyev elmşünashq məktəbinin nümayəndələri tərəfindən 
gətirilmişdir.  Həmin  vaxtadək  sosial-iqtisadi  mənbələrində  "intellektual 
potensial", "yaradıcı potensial" ifadələrindən istifadə olunurdu. 
102.
 
MirzDcanzadə A.X. İxtisasa giriş. Bakı, 1990. səh. 18. 
........  ..........
101
 === 


Ağazeynal A.Qurbanzach 
təhsil 
intellektual 
idarəetmə 
iqtisadi 
"Elmi-texnki potensial" cəmiyyətdə elmi-texniki, sosial-iqtisadi inki- 
şafa nail olmaq proseslərdə iştirak etdiyi üçün daha çox aktuallıq təşkil 
edir. Çünki, "elmi-texnki potensial" istehsalın texnoloji əsaslarla idarə 
edilməsi prosesində dayanıqlı inkişaf yaradır. 
Bir çox tədqiqatçılar "elmi-tex- | ---------- Elmi-texniki potensial 
niki potensial" anlayışına kon- 
 ---------------------------  
struktiv olaraq elmi-texniki yeni- 
liklər, ixtiralar, elmi tədqiqatların 
aparılması üçün vacib olan re- 
sursların vəhdəti kimi baxırlar. 
Hər bir ölkənin optimal inkişaf 
səviyyəsi ilk növbədə təhsil sisteminin yüksək olması, elmi tədqiqatların 
bilavasitə praktika ilə əlaqələndirilməsini tələb edir. Bu baxımdan Azər- 
baycan müasir tələblərə cavab verən elmi-texniki kadr potensialına ma- 
likdir. Artıq Azərbaycan elmi dünya sivilizasiya elminə inteqrasiya olu- 
nur. 
Ş.M.Muradovun fikrinə görə, ölkəmizdə elmi fəaliyyətin nəticələri ə- 
sasmda təbiətdə və cəmiyyətdəki inkişafın qanunauyğunluqları aşkar 
edilərək, onlardan istifadə imkanları təkmilləşdirilməklə elmi biliklərə 
nail olmaq olar. 
Müasir dünyamızın inkişaf etmiş ölkələri'®^ 
02
 iqtisadi-siyasi siyasə- 
tini elmi əsaslara istinad etməklə sivilizasiyalı dövlət yaratmışlar. 
Ölkəmiz dünyada baş verən qloballaşma proseslərinə qoşulmuş və 
fəallıq dərəcəsinə görə ön sıralarda gedir. İnsan potensialında baş verən 
dəyişikliklər və qloballaşma siyasəti yaxın gələcəkdə elmi-texniki poten- 
sialın qarşısında bir sıra idarəetmə prinsipləri durur: 
*
 
Qloballaşma və iqtisadi təhlükəsizlik şərifində milli iqtisadi- sosial 
inkişafa nail olmaq siyasətini proqnozlaşdırılması; 
*
 
Elmi-texniki inkişaf strategiyasının çərçivəsində sosial-iqtisadi inki- 
şafın dayanıqlılığının yaradılması; 
*
 
İnsan potensialın inkişaf modelinə uyğun konseptual əsaslarının ha- 
zırlanması; 
*
 
Sosial- demoqrafik fonunda intellektual insan, əmək və kadr poten- 
sialının qiymətləndirilməsi. 
103.
 
Иванов В,В., Тевой В.К., Монастырская Г.В. Анализ, оценка и стимулирова- нне 
эффективности научного потенциала АН УССР. Киев, 1990. с.5. 
104.
 
Ş.M.Muradov. Göstdrihn əsəri, səh.507. 
102 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə