Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

Ağazeynal A.Qurhanzadə 
(py 
AZƏRBAYCAN RESPUBLİKASININ 
"İQTİSADİ İNSAN" TƏHLÜKƏSİZLİK SİYASƏTİNİN 
PRİORİTET KONTURLARI 
Ö
 
lkənin siyasi, sosial-iqtisadi inkişafının təmin edilməsinin zəruri 
şərtlərindən biri "iqtisadi insan" təhlükəsizliyin indikatorlarının 
müəyyən edilməsindən ibarətdir. Təhlükəsizliyin indikatorları mahiyyət 
etibarı ilə müxtəlif sferalarında təhlükəsiz və təhlükəli çərçivənin sərhəd- 
lərinin müəyyənləşməsini xaraketerizə edir. 
Azərbaycan Respublikası dünya ölkələrinin təcrübəsindən səmərəli 
stifadə edərək milli təhlükəsizliyin strateji qanunvericilik aktları hazır- 
lanmış və parlament tərəfindən qə- 
bul edilmişdir. 
Təhlükəsizliyin təmin edilməsinə 
yönəlmiş dövlət siyasətinin priori- 
tet müddəalarına aşağıdakılar şamil 
edilir; 
* Ölkənin siyasi suverenliyini, 
ərazi bütövlüyünü müdafiə etmək 
"iqtisadi iman " modeli bazar iqtisadiyyatı 
sistemində bütün sahibkarlar, bankirlər və 
s. daxil edilir. A.Smit "iqtisadi insan" 
(Iwmo - ekonomieus) modelində iki ideya- 
nı səciyyələndirir. (1) əmək bölgüsü nəti- 
cəsində insanların mübadiləyə girişmələri; 
(2) şəxsi mənafeləri, öz rifahlarını daim 
yaxşılaşdrılması cəhdləri. 
İmkanı; 
*
 
Cəmiyyətdə sosial-siyasi stabilliyi təmin etməyə imkan verən əhalinin 
həyat səviyyəsi
*
 
Maliyyə sisteminin stabilliyi; 
*
 
Cəmiyyətin  kriminallaşdırılmasmm  aradan  qaldırmağa  imkan  verən 
zəruri iqtisadi və hüquqi şəraitin yaradılması; 
*
 
İstər adi və istərsə də ekstremal şəraitdə bazar iqtisadiyyatının normal 
fəaliyyətinə imkan verən iqtisadi proseslərin dövlət tənzimlənməsinin təmin 
edilməsi. 
Aparılan tədqiqatlar və inkişaf etmiş dünya ölkələrinin təcrübəsinə əsasən 
"iqtisadi insan" təhlükəsizliyin indikatorlarının kəmiyyət göstəricisi kimi: 
*
 
Ölkə  üzrə  ümumi  daxili  məhsulun  (ÜDM)  həmçinin  "Böyük  7-lik" 
ölkələrinin istehsal üzrə orta göstəricisində 75% səviyyəsində olması; 
*
 
Əhalinin  hər  nəfərinə  düşən  ÜDM-un  "Böyük  7-lik"  ölkələrindəki 
müvafiq  orta  göstəricisinin  50%  səviyyəsində  və  orta  dünya  göstəricisində 
100% xüsusi çəkidə olması əsas götürülür. 
Müasir şəraitdə respublikamızda yuxarıda adları çəkilən göstəricilə 
126 


InsanŞünaslıq 
rin  faktiki  "iqtisadi  insan"  çərçivəsinin  səviyyəsi  indikatorların  beynəlxalq 
göstəricilərdən nəzərə çarpacaq dərəcədə aşağıdır. Respublikamızda ÜDM-un 
həcmi "Böyük 7-lik" ölkələrinin orta göstəricisinin 20-27%- ni, əhalinin orta 
göstəricisinin  25-30%-ni,  orta  dünya  göstəricisinin  isə  30-35%-ni  təşkil 
edir.^'^^ 
Respublikamız adambaşına enerji istehsalına görə bir sıra MDB ölkələrini 
(Gürcüstan,  Moldova,  Qırğızıstan,  Tacikistan  və  s.),  Çin  və  Rumıniyanı 
qabaqlayır,  ABŞ-dan  71,4%,  Böyük  Britaniyadan  59,9%,  Almaniyadan 
62,1%, Fransadan 71,0%, Yaponiyadan 66,5% geri qalır. 
Qloballaşan  bazar  iqtisadiyyatı  şəraitində  respublikanın  milli  maraqları 
daha çox istehsalın həcmi ilə sıx əlaqədardır. İqtisadi siyasətin əsas məqsədi 
texnoloji  metodlarla  istehsalın  həcmini  və  keyfiyyətini  artırmadan  ibarətdir. 
Faktik materiallar göstərir ki, Azərbaycanda ÜDM 1995- ci illə müqayisədə 
2005-ci  ildə  5,6  dəfə  artmasına  baxmayaraq,  ölkə  iqtisadiyyatının  dayanıqlı 
inkişafı təmin  edilməmişdir. Hazırki dövrdə respublikanın  təsərrüfat  sistemi 
beynəlxalq  iqtisadi  əlaqələr  sisteminə  inteqrasiyası  yaranmışdır.  Məhz  bu 
prizmadan  yanaşdıqda  daxili  istehsalın  həcmi  idxal  kanallardan  istifadə 
edilməsi zərurəti yaranmışdır. 
İqtisadi  araşdırmalar  göstərir  ki,  istehlakm  idxal  kanalları  hesabına 
ödənilməsi  zamanı  ölkənin  xarici  təsirlərdən  iqtisadi  asılılığının  qarşısının 
alınması, ən pis halda bu asılılığın neytrallaşdırılması təmin olunmalıdır. ^ 44 
Son  dövrlərdə  Azərbaycanın  iqtisadçısı  və  siyasətçisi  alimləri 
təhlükəsizlik  "iqtisadi  insan"  modelinin  konturlarını  müasir  reallıqlar 
şəraitində ətraflı şərh etmişlər. 
Göstərmək  lazımdır  ki,  milli  təhlükəsizliklə  bağlı  dövlət  strategiyasının 
əsasını "iqtisadi insan'hn inkişafı ideologiyası təşkil edir. Bununla yanaşı həm 
də  sosioloji,  fəlsəfi,  informatika,  hüquq,  siyasətşünashq  və  geo-  politika  da 
daxil olmaqla elmi baxışların sistemi də daxildir. 
"İqtisadi  insan"nm  inkişaf  ideoloji  təminatı  olmadan  iqtisadi 
təhlükəsizliyin  mühüm  aspektlərini;  əhali  məşğulluğunu,  insan  potensialı 
səviyyəsini  təmin  etmək,  əhalinin  sosial-  müdafiəsini  idarə  etmək  və 
tənzimlənmə səviyyəsini təmin etmək mümkün deyildir.^45 
143.
 
A.F.Abbasov. Ərzaq təhliikosizliyi. Bakı, 2007. səh.107. 
144.
 
И.Караев, 3.Наврузова. Цепа и экономическое регулирование рынка. Баку, 
2006. с. 17. 
145.
 
A.A.Qurbanzadə, Ə.Ə.Həmzəyev. Təbiətşünaslıq. Bakı, 2006. səh.342-343. 
127
 
- ■  


Ağazeynal A.Quvbanzadə 
Azərbaycan Respublikasının hazırki iqtisadi inkişaf strategiyası və onun 
təhlükəsizlik sistemi ilk növbədə vergi siyasəti üçün normal şərait yaratmalı, 
bu mexanizmləri vergilərin köməyi ilə tənzimlənməlidird^^ 
Dövlətin 
"iqtisadi 
insan" 
siyasətinin 
nəticəsində 
respublika 
iqtisadiyyatında  yeni  şəraitə  uyğun  fəaliyyət  göstərən  sənaye,  maliyyə  və 
bank  strukturları  formalaşmışdır.  Bu  strukturlar  ölkəmizin  sosial-iqtisadi 
sahələrinə kapital axınına əlverişli şərait yaratmışdır. 
Səmərəli  və  elmi  əsaslandırılmış  "iqtisadi  insan"  siyasəti  dövlətin 
aşağıdakı prioritet sosial-iqtisadi təhlükəsizlik maraqlarına xidmət edir: 
*
 
Əhali təbəqələrinin sosial mənafelərinin qorunması; 
*
 
Ölkənin  iqtisadi,  texnoloji  və  insan  potensiallarının  təhlükəsizliyini 
təmin edilməsi
*
 
İnsan cəmiyyətində azad rəqabət mühitinin formalaşdırılması; 
*
 
Bazar iqtisadiyyatına uyğun sahibkarlıq strukturlarının idarə edilməsi. 
Müasir  iqtisadi  inkişaf  çərçivəsində  Azərbaycanda  aparılan  iqtisadi 
siyasət monetar meyilli açıq liberal-demokratik konsepsiyaya əsaslanır. Onun 
xarakterik  xüsusiyyətləri  daxili  və  xarici  iqtisadi  siyasətin  liberal- 
laşdırılması,  iqtisadi  idarəetmədə  əsasən  bazar  metodlarından  istifadə 
olunmasıdır. 
"İqtisadi  insan"  təhlükəsizliyi  mexanizminin  başlıca  konturlarından  biri 
də  bank  sisteminin  etibarhğınm  yüksəldilməsidir.  Ölkənin  iqtisadi 
təhlükəsizliyinin  təmin  edilməsi  baxımından  yanaşdıqda  pul-kredit  siyasəti 
bank sisteminin etibarhğma xidmət edir. 
Respublikanın  “iqtisadi  insan”  təhlükəsizliyinin  təmin  edilməsində 
dövlətin  investisiya  siyasəti  əhəmiyyətli  rola  malikdir.  İnvestisiya  siyasəti 
fiziki  və  hüquqi  şəxslər  tərəfindən  istehsal  sahələrinin  ayrı-ayrı  sahələrinə 
dövlətin yaratdığı qarantiya sistemi kimi səciyyələnir. 
146.
 
A.F.Musayev. Vergi siyasətinin iqtisadi problemləri. Bakı, 2004. səh.31. 
147.
 
A.Nadirov. Müstəqil Azərbaycan iqtisadiyyatın inkişaf məsələləri. Bakı,2001. s.l78. 
 - - - - -    - -   ^  
128
 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə