Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   41   42   43   44   45   46   47   48   49

Ağazeynal A.Qui’hanzads 
subsidiyalaşdınimasının dayandırılmasını nəzərdə tutur. Məlum həqiqətdir ki, 
xüsusilə keçid iqtisadiyyatım yaşayan ölkələr yerli istehsalın dirçəlməsi, eləcə 
də yeni yaradılan istehsal sahələrinin stimullaşdırılması və ən nəhayət daxili 
bazarın xarici rəqabətin əlverişsiz təsirlərindən müdafiə edilməsi baxımından 
subsidiyalar əvəzsiz rola malikdir. 
Məlum  olduğu  kimi  dünya  iqtisadiyyatı  bir-birilə  qarşılıqlı  əlaqəyə  və 
asılılığa  malik  milli  təsərrüfatların  inteqrasiya  kimi  xarakterizə  edilir. 
Beynəlxalq iqtisadi münasibətlər bütövlükdə milli iqtisadiyyatların toplumu 
kimi şərh edilsə də, lakin hər bir sferanın özünəməxsus fərqli cəhətləri vardır. 
Belə ki, əgər milli iqtisadiyyatda əmtəə və xidmətlərin sərbəst və müdaxiləsi 
hərəkətli  ölkənin  bütün  ərazilərində  qeyri-şərtsiz  təmin  edilirsə,  beynəlxalq 
iqtisadi  münasibətlər  sistemində  bu  fəaliyyət  heç  də  bütün  hallarda 
müvəffəqiyyət  reallaşdırılmır.  Bu  isə  hər  bir  suveren  ölkənin  milli 
qanunvericilik sisteminin tarif və qeyri-tarif məhdudiyyətlərinin mövcudluğu 
ilə şərtlənir. 
Beynəlxalq  ərzaq  təhlükəsizlik  konsepsiyasına  əsaslanan,  Azərbaycan 
Respublikasının təbii potensialı daxili məhsul istehsalını artırmaq və əhalinin 
ərzaq məhsulları ilə təmin olunmasına nail olmaq siyasətini həyata keçirməyə 
şərait  yarada  bilər.  Ərzaq  məhsulları  arasında  insanların  enerji  ehtiyacını 
ödəmək  baxımından  taxıl  (xüsusən  buğda)  ən  başlıca  mənbə  hesab  olunur. 
Ərzaq təhlükəsizlik parametrlərindən biri də respublikada orta ailənin ərzaq 
istehlakmm  göstəriciləridir  .  Adam  başına  düşən  istehlak  göstəriciləri  ailə 
istehlakı  tədqiqatları  əsasında,  Dövlət  Statistika  Komitəsi  tərəfindən 
hesablanmışdır.  Cədvəldən  göründüyü  kimi  Azərbaycandakı  orta  ailənin 
ərzaqla  təmininin  tərkibi  çoxnövlüdür,  lakin,  başlıca  olaraq  taxıl  mənşəli 
qidalar üstünlüyə malikdir. Hesablanmışdır ki, respublikada orta ailədə hər bir 
nəfər (2003-ci ildə) orta hesabla un ekvivalentində 160 kq taxıl məhsulları, 
135 kq tərəvəz, 21 kq ət (4,5 kq toyuq əti də daxil olmaqla) istehlak etmişdir. 
Bu  göstəricilər  süd  ekvivalentində,  1  nəfər  üçün  cəmi  42,3  kq-dır. 
Ümumilikdə zülal əsaslı ərzağın istehlakı beynəlxalq standartlardan aşağıdır. 
Aqrar təhlükəsizlik problemlərin tədqiqi və təhlili göstərir ki, əhalinin ərzaq 
məhsullarının  təminatı  ilə  onun  istehsalı  arasında  ziddiyyətlərin  olması 
faktları  mövcuddur.  Bu  uyğunsuzluqların  həll  olunması  əhalinin  də  bu 
problemlərin  doğurduğu  çətinliklərdən,  təzadlardan  qurtarmasına  imkan 
yarada  bilər.  Müasir  dövrdə  fermer  təsərrüfatları  da  ərzaq  məhsullarının 
istehsalı və onun təhlükəsizliyini təmin edilməsi başlıca iqtisadi effektlərdən 
sayılır. Kəndli-fermer iqtisadiyyatın digər sahə- 
^  
146
 
=  


İnsanŞiinaslıq 
ləri  ilə  yanaşı  ümumi  daxili  məhsulun  yaranmasının  və  milli  gəlirin 
formalaşmasının əsas mənbələrindəndir. Milli bazarın yaranmasında və onun 
təhlükəsizliyini  təmin  edilməsində  kəndli-fermer  təsərrüfatı  məhsulları 
istehsalının xüsusi rolu vardır. 
FAO və WHO (Ümumdünya Səhiyyə Təşkilatı) bir adam üçün gündəlik 
kalori miqdarının 2400-2500 arasında olmasını məsləhət bilir. Bu rəqəm 1800 
kaloridən  aşağı  düşərsə  bu  ərzağın  çatışmamasmm  göstəricisi  kimi  qəbul 
edilir.  Deməli,  istehlak  edilən  gündəlik  ərzağın  kalori  ekvivalenti  FAO-nun 
müəyyən  etdiyi  normalar  daxildir.  Lakin  bəzi  mütəxəssislər  1  adam  üçün 
gündəlik  kalori  qəbulunun  səviyyəsinin  2700-2800  olmasını  məsləhət 
görürlər. 
Azərbaycanda qida məhsulları istehlakı (2003 il)^^^ 
Ərzaq növü
 
1 kq-a düşən 
kalori
 
1 nəfərə düşən 
illik istehlak 
(kq).
 
Cəmi
 
kalori
 
Ümumi istehlak 
(min. ton).
 
Taxıl məhsulları (buğda unu 
ekvivalenti)
 
3410
 
160,0
 
545600
 
1292,9
 
Kartof
 
790
 
55,0
 
43450
 
444,4
 
Tərəvəz-bostan
 
265
 
135,0
 
35775
 
1090,9
 
Üzüm və meyvə
 
466
 
62,0
 
28892
 
501,0
 
Mal-qoyun əti
 
1253
 
16,5
 
20675
 
133,3
 
Quş əti
 
1253
 
4,5
 
5639
 
36,3
 
Balıq və balıq məmulatı
 
820
 
4,5
 
3690
 
36,3
 
Süd və süd məhsulları
 
610
 
42,3
 
25803
 
341,8
 
Yumurta
 
1580
 
5,3
 
8319
 
42,5
 
Bitki yağı
 
8840
 
5,8
 
51272
 
46,8
 
İllik ümumi kalori qəbulu
 
 
 
896460
 
 
Bir nəfərə gündəlik kalori qəbulu
 
 
 
2456
 
 
Qeyd:  Ümumi  istehlak  göstəvicihri  adamha.^ı/m  düşən  istehlak  göstəricisi 
əhalinin sayına vurmaqla alınmışdır. 
Respublika  üzrə  ərzaq  məhsullarının  dinamikası  göstərir  ki,  ərzaq 
növlərinin  çoxu  üzrə  1  nəfər  üçün  2003-cü  ildəki  istehlak  1990-cı  ilin 
səviyyəsindən yüksəkdir. Bu istehlak göstəriciləri tələbatın gerçəkləşdiril- 
166.
 
Azərbaycanda ərzaq təhlükəsizliyi - illik statistik məcmuə ADSK-nm Web səhifəsini, 
www.azstat.org
. 
167.
 
"Azərbaycanın statistik məcmuəsi". 2004-ci il. 
147
 

 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə