Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   41   42   43   44   45   46   47   48   49

Ağazeynal A.Qurhanzadə 
bəst fəaliyyətin həyata keçirilməsinə yönəlik tədbirlərin məcmusunu özündə 
birləşdirir.  Qloballaşma  beynəlxalq  aləmdə  məhsul  və  xidmətlərin, 
informasiyaların  qloballaşma,  azad  ticarət  və  alqı-satqı  aktlarının 
genişlənməsi  kimi  dəyərləndirilir.  Lakin  bütün  bunlarla  yanaşı  qloballaşma 
prosesinin  müdaxiləsiz  və  sürətli  inkişafı  dövlətlərin  suverenlik 
funksiyalarının  nəzərəçarpacaq  dərəcədə  məhdudlaşmasına  gətirib  çıxarır. 
Nəzərə  almaq  lazımdır  ki,  qloballaşma  prosesi  milli  dövlətlərin 
suverenliklərinin məhdudlaşdırılmasma, bir qütblü dünyanın formalaşmasına 
aparır.  Bu  prosesin  son  nəticədə  beynəlxalq  aləmdə  hazırda  mövcud  olan 
200-dən  çox  dünyəvi  dövlətlərin  yerində  istismar  edən  və  istimar  olunan 
ölkələr  qrupunun  yaranması  ilə  nəticələnəcəyi  proqnozlaşdırılır.  Məhz 
qloballaşma  prosesinin  ilkin  neqativ  simptomlarının  nəticəsidir  ki,  artıq 
dünyada  3  varlı  insanın  gəliri  48  zəif  ölkənin  ümumi  daxili  məhsuluna 
bərabərdir. Eləcə də, 225 varlı ölkənin 1 trilyon ABŞ dollarına çatan sərvəti 
225 mlrd, əhalinin illik gəlirilə demək olar ki, eynidir. 
Araşdırmalar  göstərir  ki,  qloballaşma  prosesinin  mənfi  təzahürləri 
əhalinin  sürətlə kasıblaşmasma  gəlirlərin səviyyəsi  arasında təbəqələşmənin 
dərinləşməsinə səbəb olur. Qloballaşma prosesinin mənfi təzahürlərinə daha 
çox  iqtisadiyyatın  aqrar  sektoru  məruz  qalır  və  bu  da  onun  tə-  bii-iqtisadi 
konyukturundan asılılığı, digər sahələrlə müqayisədə az gəlirli olması və ən 
nəhayət  xarici  rəqabətin  əlverişsiz  təsirlərinə  adekvat  reaksiya  göstərə 
bilməməsindən irəli gəlir.' 
Məlum  olduğu  kimi  XX  əsrin  sonuncu  onilliyindən  dünyada  baş  verən 
geosiyasi  dəyişikliklər  iqtisadiyyata  da  əhəmiyyətli  dərəcədə  təsir 
göstərmişdir. 
Son illər iqtisadi sistemin transformasiyası, digər obyektiv və subyektiv 
faktorların  təsiri  nəticəsində  ölkə  əhalisinin  ərzaq  məhsullarına  olan 
tələbatının  ödənilməsində,  eləcə  də  sənayenin  kənd  təsərrüfatı  xammalına 
olan  tələbatının  təmin  edilməsində  çoxsaylı  problemlər  yaranmışdır. 
Vəziyyəti mürəkkəbləşdirən cəhətlərində biri də ondan ibarətdir ki, bu proses 
iqtisadiyyatın  liberallaşması  və  dövlətin  iqtisadi  münasibətlər  sistemindən 
uzaqlaşması fonunda baş vermişdir. Həmin dövrdə bütövlükdə iqtisadiyyatda 
yaranmış  kritik  situasiyalar  ölkənin  ərzaq  məhsullarına  olan  tələbatının 
90-95%-ə  qədərinin  əcnəbi  əmtəə  istehsalçılarının  idxal  kanalları  hesabına 
ödənilməsinə,  ölkənin  ərzaq  təhlükəsizliyinin  və  bütövlükdə  milli  iqtisadi 
təhlükəsizliyin zərbə altına düşməsinə gətirib 
I65.X(ipaeıı Д.Ж. Современная экономическая теория. M., 2003. с. 174. 
-    . . . .   . . . . . . . . . .    . . . . . . . . .   =  
140
 
■   -  


İnsanŞünashq 
çıxarmışdır. Problemə bir qədər qlobal aspektdən yanaşdıqda keçid dövrünü 
yaşayan  ölkələrin  sosial-iqtisadi  həyatında  böhranlı  situasiyalarının 
yaranması,  istər  milli  iqtisadiyyatda  və  istərsə  də  beynəlxalq  iqtisadi 
münasibətlər sistemində mənfi tendensiyaların möcudluğu özünü göstərir. Bu 
tendensiyalara aşağıdakıları aid etmək olar: 
-
 
qloballaşmaqda  olan  dünyada  inkişaf  etmiş  dövlətlərə  inkişaf  etməkdə 
olan  dövlətlər  arasındakı  iqtisadi  differensiyallaşma  səviyyəsinin  kəskin 
şəkildə artması; 
-
 
milli iqtisadiyyatda orta təbəqənin surətlə aradan qalxması və mahiyyət 
etibarı ilə cəmiyyətin kəskin şəkildə varlılara və kasıblara bölünməsi. 
Bütün  bunlar  cəmiyyətdə  əhalinin  təbəqələşmənin  güclənməsinə  gətirib 
çıxaran hal kimi dəyərləndirilməlidir. Qloballaşmaqda olan dünyada ölkələrin 
iqtisadi inkişaf səviyyəsi arasındakı fərqlərin güclənməsi prinsip etibarı ilə bir 
qrup dövlətlərin iqtisadi sərvətlərinin, siyasi hakimiyyətlərinin və nüfuzlarının 
genişlənməsinə,  eyni  zamanda  ictimai  -siyasi  və  sosial-  iqtisadi  vassal 
ölkələrin  sayının  çoxalmasına  gətirib  çıxaracaqdır.  Analoji  situasiyanın 
suveren dövlətlərin milli iqtisadiyyatında da mənfi tendensiyalar yaradacağı 
artıq şübhə doğurmur. Belə ki, iqtisadiyyatın aqrar sektorunda mövcud olan 
böhranlı  tendensiyalar  ilk  növbədə  kənd  təsərrüfatı  əmtəə  istehsalçılarının 
maliyyə  təsərrüfat  fəaliyyətinin  zərərlə  başa  çatmasına  gətirib  çıxarır  və  bu 
istehsalçıların  növbəti  ildə  öz  geniş  təkrar  istehsalını  həyata  keçirmək 
imkanlarını məhdudlaşdırır. Məhz belə bir şəraitdə əcnəbi əmtəə istehsalçıları 
tərəfindən  daxili  ərzaq  bazarına  dempinq  siyasəti  daha  da  fəallaşır.  Bütün 
bunların  yekununda isə bazara məhsul çıxaran  yerli istehsalçılar bazarı tərk 
etməli  olurlar.  Ölkənin  daxili  bazarında  rəqabətsiz  bir  mühitlə  qarşılaşan 
əcnəbilər əslində özlərinin daxili bazarında inhisar qiymətlərinin diktə şansını 
qazanırlar. Belə olan halda isə milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək, 
yerli əmtəə istehsalçılarının maliyyə fəaliyyətinin gəlirliyini artırmaq, ölkənin 
ərzaq  və  iqtisadi  təhlükəsizliyini  təmin  etmək  məqsədilə  bütövlükdə  aqrar 
sferanın dövlət tənzimlənməsinə ehtiyacı özünü kəskin şəkildə büruzə verir. 
Yerli əmtəə istehsalçılarına və bütövlükdə aqrar sferada dövlət himayəçiliyi 
əslində  aqrar  sektorun  dövlət  tənzimlənməsinə  yönələn  tədbirlər  sistemi 
vasitəsilə reallaşdırılır. 
Aqrar iqtisadiyyatın tənzimlənməsinin ən mühüm funksiyalarından biri də 
əhalinin  ərzaq  məhsullarına  olan  tələbatının,  sənayenin  kənd  təsərrüfatı 
xammalına olan ehtiyacının ödənilməsinin dövlət tərəfindən 
  - - - - - - - - - - -   "  
 . . . . . . . . . .   =  
141
 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə