Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə49/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   41   42   43   44   45   46   47   48   49

İnsanŞünashq 
Cədvəlin  müqayisəli  təhlilindən  aydın  olur  ki,  ölkədə  ərzaq 
təhlükəsizliyinin  balansı  müsbət  saldoda  dəyişməyə  başlamışdır.  Əhalinin 
kartofa (605 min ton) və bostan məhsullarına (290,9 min ton) və meyvə (407,5 
min  ton)  olan  illik  tələbatının  artırılması  ilə  ödənilir.  Ərzaq  balansında 
mühüm yer tutan tütünə, şəkərə, ətə, o cümlədən quş ətinə, südə və yumurtaya 
tələbatın müəyyən hissəsi idxal hesabına ödənilir. 
Bu onu göstərir ki, tələbat həcminin idxal hesabına təşkili heç də daxili 
tələbatın normal ödənilməsi üçün normal yolu deyildir. 
.  Bazar  qiymətinə  görə  (2003  il),  bir  il  dövründə  1  nəfərə  düşən  ərzaq 
istehlakmm dəyəri 990,4 min manat (220,8 $) təşkil etmişdir. 
Araşdırmalar göstərir ki, ölkədə kənd təsərüfatı bitkilərinin məhsuldarlığı 
xarici  ölkələrdə  (Rusiya,  Almaniya  və  s.  Avropa  ölkələri)  müqayisədə  çox 
aşağıdır. Bütün bunlar onun nəticəsidir ki; (1) daxili ərzaq bazarı lazımınca 
qorunmaması;  (2)  istehsalçıların  beynəlxalq  bazar  informasiyalarının 
olmaması. 
Beləliklə, milli aqrar-ərzaq təhlükəsizliyini təmin etmək digər metodlarla 
yanaşı iqtisadi-coğrafi metodların fəaliyyət çərçivəsində istifadə olunmalıdır. 
Ölkənin  təbii-  coğrafi  kompleksinin  potensialından  istifadə  etməklə  aqrar 
strukturların optimal variantlarının yaradılması,' elm tutumlu məhsul istehsal 
konsepsiyasına nail olmaqdan ibarətdir. 
151 


 
Ağazeynal A.Qurbanzach 
 
ƏRZAQ BAZAR TƏHLKƏSİZLİYİN QLOBAL 
ASPEKTLƏRİ 
M
 
üasir dövrün ərzaq-bazar sistemi beynəlxalq təsərrüfat 
əlaqələrinin qloballaşması funksiyaları ilə optimallaşır. 
Beləliklə, qloballaşma ilk növbədə aqrar milli iqtisadiyyatın for- 
malaşmasını xarakterizə edən sistem çərçivəsinə çevrilir. Odur ki, 
qloballaşma prosesinə bir çox tədqiqatçılar’^^ birmənalı forma- 
da baxışları müxtəlifdir. Beynəlxalq praktikada qloballaşma pro- 
sesinə daha çox milli dövlətlərin siyasi və iqtisadi suverenlərinin 
məhdudlaşdırılması kimi tədqiq edirlər. 
Fikrimizcə, qloballaşma prosesinin mənfi təzahürlərinə əsasən 
təbii-iqtisadi konyukturdan asılı olan ərzaq struktur məruz qalır. 
Bu baxımdan bazar iqtisadiyyatının keçid mərhələsini keçirən 
ölkələrdə iqtisadiyyatın ərzaq sektoru dünya bazarında baş verən 
dəyişikliklərə qloballaşma sisteminin elementlərə adekvat reaksi- 
ya göstərə bilmir. 
Elmi konseptual araşdırmalar göstərir ki, qloballaşma yalnız 
iqtisadi, fəlsəfi və s. kateqoriya deyil, həm də coğrafi məkan çər- 
çivəsində qlobal ərzaq bazar 
strukturlar formalaşır və idarə 
olunur. Başqa sözlə desək, mə- 
kan informasiya fəaliyyətində 
baş verən ərzaq dəyişikliklərin 
vəhdəti kimi uzlaşdırılır və hər bir milli iqtisadiyyatın regional 
(ərazi) çərçivəsində öz inkişafının konturlarını sistemləşdirməli- 
dir. 
Qlobal  ərzaq  təhlükəsizlik  problemlər  əhəmiyyətinə,  mahiyyətinə  görə 
aqrar sistemin ərazi təşkili məzmuna malik olub, insan üçün həlli, vacib və 
zəruri olan iqtisadi və sosial prosesləri əhatə edir. 
169.
 
H. A.Xəlilov. Milli ərzaq təhlükəsizliyi: hazar transformasiyaları və iqtisadi qloballaşma 
amilləri. Bakı, 2001. 
= - - ■
 
152
 
   .    
Qloballaşma-inteqrasiya  olunmuş  mühitdə 
heynəl.xalq  ticarətin  və  digər  mübadilə 
proseslərinin  miqrasiyası-nın  hədsiz  dərəcədə 
genişlənməsi kimi xarakterizə edilməsidir. 
M.D.Iutrilikeyter,ABŞ iqtisadçı almi 


InsanŞiinaslıq 
Cəmiyyət  yeni  eraya  (XXI  əsrə)  qədəm  qoyulduğu  bir  vaxtda 
coğrafi-ekoloji  mühitə,  insanların  mənafeyinə  və  bütövlükdə  ərazi-istehsal 
strukturların planetar inkişafına diqqətlə  yanaşmaq, elmi  əsaslarda təşkilinə 
nail olmaqdan ibarətdir. Elə buna görə də müasir elmi-texniki revolyusiya və 
onun  optimal  nəticələrindən  ərzaq  strukturların  səmərəli  və  məqsədyönlü 
istifadə yollarını müəyyən etmək problemi qarşıya çıxır. Müasir dövrdə ərzaq 
təhlükəsizlik  problemlər  ərazi  təşkili  məzmununa  görə,  əhalinin  qida 
məhsulları  ilə  təmininə  görə  bəşəriyyəti  narahat  edir.  Ümumilikdə 
planetimizin  ərzaq  siyasəti  qlobal  iqtisadi-sosial  problemlərin  intellektual 
idarə edilməsi dərəcəsindən çox asılıdır. 
Müasir  dövrün  planetar  qanunauyğunluqlarından  biri  də  insanla  ərzaq 
mühitin  qarşılıqlı  əlaqəsi  pozulmaq  təhlükəsi  qarşısındadır.  Buna  görə  də 
ərzaq  strukturların  müasir  ərazi  təşkili  qlobal  idarəetmə  problemlərin 
öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ətraf mühitin ekoloji tənzimlənməsi, 
təbii  komponentlərin  məhsuldarlığından  səmərəli  istifadənin  qlobal  strateji 
metodlarını müəyyən etmək zəruriyyəti meydana çıxmışdır. 
BMT-nin  elmi-ekspertiza  institutları  aqrar  sistemlərin  iqtisadi,  coğrafi, 
sosial  problemlərin  nəzəri-metodoloji  əsasını  işləyib  hazırlamaqla,  onların 
ərazi təşkili və idarə edilməsi aspektdə la- hiyə, proqramlar həyata keçirirlər. 
Ərzaq  strukturların  bazar  iqtisadi  sistemə  uyğunlaşdıniması,  ərzaq  qlobal 
problemlərin  planetar  kompleks  elmi  istiqamətlər  meydana  gəlmişdir. 
Elmi-texniki  tərəqqinin  maksimal  istifadə  edilməsində  beynəlxalq  ərzaq 
siyasət  dairədə  əməkdaşlıq,  coğrafi  mühit  resurslarından  istifadə  olunması, 
aqrar-sənaye strukturların tənzimlənməsi və s. qlobal parametrlər xüsusi yer 
tutur. 
Dünyanın  əhali  artımı  və  təbii  resurslardan  kənd  təsərrüfatında  istifadə 
dərəcəsi  qloballıq  xarakter  almışdır.  Kənd  təsərrüfatı  areallarında  intensiv 
urbanizasiya  prosesləri  gedir.  Bütün  bu  proseslər  qlobal  aqrar  problemləri 
mahiyyətcə "insan - ətraf mühit - istehsal" dalğavari münasibətləri funksional 
strukturların  "kəmiyyət-keyfiyyət"  göstəricilərini  intensivləşdirir.  Nəticədə, 
ət- 
—  - 
 ---------  153
 


Ağazeynal A.Quvbanzadə 
raf mühitin istifadə potensialının artırılmasına, digər tərəfdən isə antropogen 
proseslər  kənd  təsərrüfatı  areallarında  mürəkkəb  və  çoxsahəli  funksiyalar 
yaradır. 
Bu  baxımdan  son  dövrlər  antropogen  qlobal  problemlərin  tədqiqinə  aid 
çoxsaylı ədəbiyyat mənbələri yaranmışdır ki, həmin mənbələrdə aqrar qlobal 
problemlərin  təsnifatına  dair  geniş  tədqiqatlar  mövcuddur.'^®  Azərbaycan 
planetin ən məhsuldar coğrafi mühitə malik olan regionlarından biri sayılır. 
Əlverişli coğrafi mövqeyi, potensial iqlim-torpaq resursları, hündürlük təbii- 
istehsal  qurşaqları  kənd  təsərrüfatı  məhsullarının  optimal  təşkili  və  idarə 
olunması üçün çox iqtisadi effektlik zərurəti yaradır. 
Respublikada real bazar iqtisadiyyatının aktual zəruriyyət olduğunu dərk 
etmək,  elmi-tədqiqat  obyekti  çərçivəsini  yaratmaq  mərhələsinə  qədəm 
qoyulmuşdur.  Ona  görə  ölkədə  ərzaq  strukturlarının  birbaşa  əlaqədər  olan 
sahələri ilə yanaşı nəzəri və praktiki qlobal istiqamətə yönəldilmişdir. 
Ərzaq qlobal problemlərin nəzəri və praktiki aspektdə tədqiqi ilk növbədə 
ətraf 
mühitin 
məhsuldarlığının 
parametrlərini 
müəyyən 
etmək, 
istehsal-texnoloji xətlərini müəyyənləşdirilməsi və bir sistem kimi ərzaq bazar 
iqtisadiyyatında funksiyaları tarazlaşdırılmalıdır. Həm də, ərzaq strukturların 
dünya  miqyasında  və  milli  dayanıqlı  çərçivədə  yaranan  sosial-iqtisadi 
konsepsiyaların  nəzəri-metodoloji  əsasları  müəyyən  edilməklə,  onların  həll 
edilməsində  beynəlxalq  təşkilatların  rolu,  beynəlxalq  əməkdaşlığın 
nailiyyətləri və üstünlüyü müəyyən edilməlidir. 
Deməli, aqrar-coğrafi qlobal problemlərin həm nəzəri və həm də pratkiki 
aspektdə öyrənilməsi aqrar-ərazi sistem-hadisələrinin qarşılıqlı harmoniyasını 
bir daha optimallaşdırır. Aqrar-coğrafi qlobal problemlərin tədqiqinə sistemlə 
yanaşmaqla, bu sistemdə ərazi təşkili komponentləri müəyyən etmək, həmin 
komponentlər arasında tsikillərin vahidliyi aşkar etməklə beynəlxalq iqtisadi 
münasibətlər çərçivəsində üstünlüklər nəzərə alınmalıdır. 
170.
 
Макроэкономика. Г.поба.чьиый подход. M.,2002. с.154-159. 
■ 
■ ■' - ■ 
-■ 
154 ^
 


İnsanŞiinaslıq 
Fikrimizcə,  qlobal  aqrar-coğrafi  problemlər  sistemində  hansı  komponent 
tsikillərin  bazar  iqtisadiyyatında  rol  oynaması  ərazi  və  istehsal  arasında 
potensiallardan istifadə edilmə şəraitində aid edilməlidir, çünki aqrar-sənaye 
sisteminin  formalaşması  həmin  potensialın  istifadə  olunması  həllindən 
asılıdır. 
Müasir  ərzaq  iqtisadiyyatı  və  iqtisadi  sosial  problemlər  mürəkkəb 
qloballaşma  siyasətinin  nəticəsidir:  (1)  ətraf  mühitin  mühafizəsi;  (2)  təbii 
komplekslərdən  istifadə;  (3)  əhali  məskunlaşma,  demoqrafiya  siyasəti;  (4) 
aclıq və yoxsulluq; (5) regional və milli münasibətlərin güclənməsi və s. Artıq 
bu  problemlərin  hər  birinin  həlli  milli  çərçivədən  çıxmışdır.  Buna  görə  də 
dünya ölkələri arasında kompleks proqramların işlənib hazırlanması zərurətə 
çevrilmişdir.  Bu  məqsədlə  FAO  beynəlxalq  miqyasda  ərzaq  və  kənd 
təsərrüfatı layihələri həyata keçirir. 
Müasir dövrdə Azərbaycan elm mərkəzlərində dünya miqyasında və milli 
çərçivədə  ərzaq  təhlükəsizlik  sistemin  sosial-iqtisadi  inkişafının  əsas  qlobal 
istiqamətləri işləyib hazırlayırlar. 
Respublikanın həll etməli olduğu problemlər arasında qlobal problemlər 
dövlət  quruculuğunda  mühüm  iqtisadi-sosial  əhəmiyyət  kəsb  edir;  (1)  kənd 
təsərrüfatı  zonalarında  ekoloji  problemlər;  (2)  ərzaq  milli  iqtisadiyyatın 
formalaşması; (3) ərzaq bazarın qorunması. 
Ölkədə  ekoloji  tarazlığın  pozulması  baxımından*^'  dünyanın  ən  gərgin 
regionlarından  sayılır.  Ərazimizin  40  %-dən  çoxu  su  və  külək  eroziyasına 
məruz qalmış, 1000 hektardan çox torpaqda təkrar şorlaşma getmiş, 17 min 
hektar  əkin  üçün  yaralı  sahələr  tamam  sıradan  çıxmışdır.  Bütün  bunların 
nəticəsində respublikada adambaşına düşən əkin sahələrinin miqdarı 1958-ci 
ildəki 0,38 hektardan 0,18 hektara enmişdir. 
Kür-Araz  çay  sistemi  intensiv  çirklənməyə  məruz  qalmışdır.  Nəticədə 
ərazidə bütün əkin sahələrinin münbitliyi xeyli azalmışdır. Bunu isə bir neçə 
onilliklərə  və  milyard  manatlara  maliyyə  vəsaitləri  hesabına  bərpa  etmək 
mümkündür. 
171.
 
"Faktor- 4" Elini- təcrübi konfrasın materialları. Bakı, 2001. 
 ........ = 155 
 ........  = 


Ağazeynal A.Qurhanzacb 
Azərbaycan ərazisinin 12,9 %-i (1082 kv km) iqtisadiyyat üçün təhlükə 
yaradan ekzogen geoloji proseslərin aktivləşməsinə məruz qalmışdır. Ekzogen 
geoloji proseslərin aktivləşməsi 245-dən çox sahədə - 12 şəhər, 2 qəsəbə, 230 
kənd yaşayış məntəqələrini və onlara yaxın yerləri əhatə edir. 
Qlobal  ərzaq  problemlərinin  həllinə  dair  bir  sıra  konseptual  məsələləri 
göstərə bilərik: 
*
 
bazar  mexanizmi  şəraitində  ərzaq  milli  gəlirin  ekoloji  tən-  zimliyini 
yüksəltmək ölkə iqtisadiyyatına dəyən zərərin minimuma endirilməsinə nail 
olmaq  mümkündür.  İlk  növbədə  ölkənin  ərzaq  sənaye  strukturunu 
təkmilləşdirməli, tullantısız sahələrin təşkilini təmin olunmalıdır; 
*
 
qlobal  ərzaq  problemlərin  tədqiqi  göstərir  ki,  kənd  təsərrüfatı 
areallarının  optimal  idarəetmə  modellərinin  yaradılması  və  praktiki  həlli 
ölkənin xarici bazarlarla münasibətləri yaxşılaşmaqla yanaşı, əhalini, sənaye 
sahələrini intellektual məhsullarla təmin olunmasına şərait yarana bilər; 
*
 
qloballaşma şəraitində ərzaq bazarının optimallığına nail olunmalıdır. 
Fikrimizcə, qloballaşma şəraitində ərzaq bazarın təhlükəsizlik aspektləri 
aşağıdakıları əhatə edir: 
*
 
ərzaq resursların proqnozlaşdırılması, milli ərzaq-sənaye strukturlarının 
optimal ərazi təşkili
*
 
geosiyasi  və  sosial-iqtisadi  situasiya  çərçivəsində  ərzaq  təhlükəsizlik 
indiqatorları baxımından qloballaşma modelinin yaradılması; 
*
 
qlobal investisiya layihələrinin ərzaq sistemlərinin idarə olunması. 
Sosial-iqtisadi  baxımından  müasir  ərzaq-texnologiyalardan  istifadə 
edilməsi,  informasiya  və  maliyyə  potensialının  genişləndirilməsi  vahid 
struktur  sisteminin  tətbiqi  qloballaşma  mexanizminin  tərkibini  xarakterizə 
etməlidir. 
Müasir şəraitdə kənd təsərrüfatı areallarının təbii-potensialla- rının 
intelektual səviyyədə ərazi təşkili ərzaq bazarın fəaliyyət 
-   156 
=========================
 


İıısanŞünashq 
göstərməsindən  əhəmiyyətli  dərəcədə  asılıdır.  Ərzaq  bazar  milli  bazarın 
spesifik  növ  müxtəlifliklərindən  biri  olub,  aqrar  sistemlərinin  formalaşması 
proseslərinin məcmusu kimi dəyərləndirilir. 
Tədqiqatlar  göstərir  ki,  ərzaq  bazarın  formalaşmasının  başlıca  məqsədi 
kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatlarının elmi əsaslarla ərazi 
təşkili və onun reallaşmasından ibarətdir. Dünya praktikasında sivil dövlətlər 
ərzaq  bazarın  qloballaşma  formalaşmasına  maraqlı  olmaqla  onların  inkişaf 
strukturlarına  yardım  göstərirlər.  Qeyd  etmək  lazımdır  ki,  inkişaf  etmiş 
ölkələrdə ərzaq bazarının dayanaqlı inkişafa nail olmuşlar. 
Xiqbinin  ideyası  ilə  desək,  ABŞ-da  ərzaq  kompleksinin  yüksək 
mərhələsinə  çatmasının  nəticələrindən  biri  də,  ölkənin  təbii-coğrafi 
resurslarından 
intellektual 
səviyyədə 
istifadə 
edilməsi 
və 
xə- 
ritələşdirilməsinin  nəticəsi  kimi  qəbul  edir.  Buna  görə  də  dövlət  dünya 
bazarında  ərzaq  və  kənd  təsərrüfatı  məhsullarının  ən  iri  istehsalçısı  və 
ixracçısı kimi fəaliyyət göstərir. 
Ərzaq-  sənaye  kompleksi  ABŞ  iqtisadiyyatından  dövlətin  milli  iqtisadi 
təhlükəsizliyinin təmin edilməsi baxımından ən öncül yerlərdən birini tutur. 
ABŞ il ərzində 200 mlrd.dollar məbləğində ərzaq məhsulları ixrac edir ki, bu 
da ümumi ixracın tərkibində 10%-ə bərabərdir. 
Ekspertlərin fikrincə, ABŞ-ın ərzaq sənaye kompleksi bilavasitə dövlətin 
strateji  maraqlarına  xidmət  edən  strateji  resurslara  -  atom  xammalı  və 
müdafiyə  texnologiyaları  ilə  müqayisə  etmək  olar.  Kanada  da  hər  nəfərinə 
görə taxıl istehsalı ABŞ ilə müqayisədə 3,8 dəfə artıq, Braziliya, Meksika və 
Çili dövlətlərilə müqayisədə uyğun olaraq 57 ; 25 və 8,5 dəfə artıqdır. 
Məlumdur  ki,  ərzaq  bazarın  formalaşmasında  mülkiyyət  və  iqtisadi 
azadlıq  kimi  komponentlər  mühüm  rol  oynayır.  Mülkiyyət  bazarın 
formalaşmasının zəruri elementlərindən biri sayılsa da bazarın fəaliyyəti üçün 
elə də həlledici amil sayılmır. İqtisadi 
172.
 
Э.Хигби. География сельского хозяйства США. М., 1961. 
173.
 
Gold В. Foundations of Productivity Analysis! New York. 1999. 
157 


Ağazeynal A.Qwhanzadə 
azadlıq subyektlərə mübadilə prosesi hansı məhsulları, hansı həcmdə istehsal 
etmək  imkanı  yaradır.  Qloballaşma  şəraitində  ərzaq  milli  iqtisadiyyatın 
davamlılığının  və  səmərəli  fəaliyyət  imkanlarının  artırılması,  ərzaq  bazarın 
qorunması  daha  çox  keyfiyyətli  məhsul  bolluğunun  yaradılması  ilə 
şərtləndirilir. 
Daxili  və xarici  bazaralarda milli  ərzaq sistemin  təşkili  Türkiyə modeli 
bazarda  özünün  tənzimlənməsi  mexanizminin  elmi  cəhətdən  idarə  edir.'^^ 
Qloballaşma,  dünya  regionlarının  milli  iqtisadiyyatın  çərçivəsindən  kənara 
çıxan  ərazi-istehsal  sahələrinin  transformasiyası  ilə  şərtlənir.  Beynəlxalq 
Valyuta  Fondu  (BVF)  və  Dünya  Bankı  "Vaşinqton  konsepsusu"-nun 
neoliberal prinsiplərinə uyğun olaraq inkişaf edən ölkələrə müəyyən şərtlərlə 
investisiya yardımı göstərirlər. 
Müasir  dövrdə  obyektiv  proseslərlə  şərtlənən  üç  meyl  mövcuddur;  (1) 
dünya  bazarı  əsasında  kapitalın  qloballaşması;  (2)  internet  informasiya 
şəbəkəsi;  (3)  regional  (ərazi)  qloballaşma.  Azərbaycan  Respublikasının 
gələcək inkişafı bu proseslərlə nə dərəcədə optimal qovuşmasından çox asılı 
olacaqdır. 
174.
 
Ba^ol K. Türkye ekononıisi. İzmir, 1999. 
175.
 
Курбапзаде A.A. Ко
1
щептуалышя революция в географии сельского хозяйства, 
киев, 1998. 
- ■ —  
158
 
■   =  


 
İnsanŞiinaslıq 
AĞAZEYNAL ALI OĞLU QURBANZADƏ 
İ
NSAN
Ş
ÜNASLIQ
 
Nəşriyyatın 
müdiri: 
Kompüter 
tərtibatı 

Rəssamı: 
Korrektor: 
ƏhtuiHl ZİYƏDDİNOĞLU 
Naiımı VƏLİOĞLU 
Ceyhun QURBANZADƏ 
Anara ƏLİYEVA 
Yığılmağa verilib: 15.12.2008 
Çapa imzalanmış: 10.02.2009 
Kağız formatı: 70x100, 1/8 
Fiziki çap vərəqi: 
Tirajı: 300 
Kitab ofset üsulu ilo çap olunmuşdur. 
Ünvan: Bakı şəhəri, Nəcəf Nərimanov küç. 8 
159 

Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə