Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

Ağazeynal A.Quvbanza(h 
Təbii  fəlakət  və  geopolitik  faktorların  mövcudluğu  ilə  əlaqədar  ərzaq 
məhsullarının  bölüşdürülməsində  qeyri-bərabərliyinin  yaranması  "üçüncü 
dünya"  ölkələrində  təxminən  900  milyon  insanın,  o  cümlədən  200  milyon 
uşaq  və  yeniyetmənin  tam  qidalanmasına  imkan  verməmişdir.'^®  XX  əsrin 
sonu  XXI  əsrin  əvvələrində  qloballaşmış  dünya  iqtisadiyyatın  bütün 
sahələrində o cümlədən, aqrar ərzaq kompleksində və beynəlxalq  miqyasda 
ərzaq təhlükəsizliyinin təmin edilməsində inkişaf etmiş dövlətlər, o cümlədən 
ABŞ özünün strateji maraqlarını diktə etməkdədir. Praktika göstərir ki, ABŞ 
aqrar  sahədə  özünün  milli  maraqlarını  yüksək  səviyyədə  müdafiə  etmək 
iqtidarında  olan  və  dünyanın  aparıcı  ərzaq  və  kənd  təsərrüfatı  məhsulları 
ixracçısı olan dövlətdir. ABŞ-nm ərzaq təhlükəsizliyi doktrinasının detalları 
ilə şərh etməzdən əvvəl bu ölkənin kənd təsərrüfatında və bütövlükdə ASK-də 
XX  əsrin  üçüncü  onilliyinə  qısa  ekskurs  edək,  böhranın  yaranması  və 
kəskinləşməsi  səbəblərini  araşdıraq.  Keçən  əsrin  20-ci  illərinin  sonu  üçün 
ABŞ  iqtisadiyyatını  şərtləndirən  arqumentlər  təkcə  daxili  bazarda  kənd 
təsərrüatı məhsullarının iri həcmdə artıqlığının  yaranması ilə bağlı deyildir. 
Həmin dövrdə ABŞ- nm kənd rayonlarında yaşayan əhali arasında kasıblıq və 
yoxsulluq,  əhali  kütlələrinin  kəskin  təbəqələşməsi  meylləri  müşahidə 
edilirdi.'^’ 
Bu  dövrdə  dövlətin  daxili  bazara  yönəldilmiş  siyasəti  kənd  təsərrüfatı 
xammalı və ərzaq məhsulları istehsalının mədudlaşdırılmasma xidmət etsə də 
xarici  bazarda  hökumətin  həyata  keçirdiyi  tədbirlər  artıq  qalmış  ərzaq 
məhsullarının  bölüşdürülməsinə  və  onun  güzəştli  şərtlərlə  ixrac  edilməsinə 
istiqamətləndirilir.Beləliklə,Marşall planının fəaliyyəti dövründə və ABŞ-da 
məşhur  olan  "480-cı  qanunun"  reallaşdırılması  nəticəsində  istehsal  edilən 
ərzaq  məhsullarının  idxalında  inkişaf  etmiş  Avropa  dövlətləri  və  Yaponiya 
əhəmiyyətli  rol  oynamışdır.  Bu  illərdə  ABŞ  hökuməti  tərəfindən  xüsusilə 
populyarlıq  kəsb  edən  "Dünya  naminə"  proqramı  geniş  yayılmağa 
başlamışdır.  Bu  proqramın  başlıca  məqsədi  "üçüncü  dünya  ölkələrinin" 
müxtəlif regionlarına ərzaq ixracının artırılmasından ibarət olmuşdur. Məlum 
olduğu kimi inkişaf etməkdə olan ölkələrə artıq kənd təsərrüfatı məhsullarının 
təxminən  60%-ə  qədəri  ixrac  edilmişdir.  "Ərzaq  köməyi"  adlandırılan 
Amerika  proqramı  ilk  növbədə  ölkənin  milli  maraqlarının  müdafiəsinə  və 
ABŞ- nm xarici siyasi 
-160. /İpoo.teMM z.ıoöojihiıoiı öcsoncııocnm. M.,1995. c. 89-90. 
161.
 
Yenə ovada. Səh. 110-115. 
138 


İnsanŞiinaslıq 
məqsədlərinə nail olunmasına xidmət edir. 
Artıq  kənd  təsərrüfatı  məhsullarının  dövlət  tərəfindən  ixrac  edilməsi 
inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında kapitalın yeıiəşdirilməsi- nin 
ən mühüm vasitələrindən biri hesab edilir. Ərzaq məhsullarının nisbətən az 
mənfəətli şərtlərlə ixrac edilməsi üçüncü dünya ölkələrinə ABŞ- nm iqtisadi 
təsirlərinin  genişlənməsinə  və  bu  dövlətlərin  ABŞ-dan  siyasi  və  iqtisadi 
asılılığının gücləndirilməsinə gətirib çıxarır. 
XIX  əsrin  sonu  XX  əsrin  əvvələrindən  etibarən  milli  təhlükəsizlik 
sistemində ərzaq təhlükəsizliyi getdikcə daha geniş yer almaqdadır. 
Qlobal  iqtisadi  inkişaf  hər  şeydən  əvvəl  müxtəlif  iqtisadi  sistemlərinin 
inteqrasiyası və rəqabəti ilə müəyyən olunur. 
Qeyd etmək lazımdır ki, beynəlxalq təhlükəsizlik şəraitində qloballaşma 
sosial-iqtisadi dayanıqlı inkişaf modelini tənzimləyir və strateji istiqamətlərini 
müəyyənləşdirir. 
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Yoxannesburq (CAR) şəhərində 
keçirilən  (2002-ci  il)  Ümumdünya  Zirvə  Toplantısında  ölkələrara-  sı  xarici 
ticarət  fəaliyyətinin  iqtisadi  inkişafın  dayanıqlı  təmin  edilməsində  və 
yoxsulluğun  səviyyəsinin  azaldılmasında  mühüm  rol  oynamışdır. 
Ümumiyyətlə,  ÜTT-na  üzv  olan  ölkələrin  təxminən  70%-ni  keçid 
iqtisadiyyatlı ölkələr təşkil edir. 
Araşıdırmalar  göstərir  ki,  XX  əsrin  son  onilliyində  beynəlxalq  iqtisadi 
münasibətlər  sistemi  köklü  və  nəhəng  transformasiya  proseslərilə  sə- 
viyyələnmişdir.  Belə  ki,  siyasi  sferada  sosialist  düşərgəsinin  dağılması 
fonunda  müstəqil  dövlətlərin  yaranması,  kapital  axınlarının  güclənməsi  və 
modern  texnologiyaların  inkişafı  dünya  təsərrüfat  əlaqələrinin  sürətlə 
qloballaşmasına təkan verdi. Əslində qloballaşma prosesi əmtəə, xidmətlərin 
və  istehsal  faktorlarının  sərbəst  hərəkətinin  təmin  edilməsinə,  postsovet  və 
postsosiolist  ölkələri  bazarlarında  ticarət  məhdudiyyətlərinin  aradan 
qaldırılmasına  və  fövqəl  iqtisadi  güclərin  daha  geniş  coğrafi  ərazilər  əhatə 
etməsinə yönəlik fəaliyyətin məcmusu kimi dəyərləndirilməlidir. 
Hazırda  beynəlxalq  təsərrüfat  əlaqələrinin  qloballaşması  müasir 
iqtisadiyyatın  ən  mühüm  və  spesifik  xüsusiyyətlərindən  biri  kimi  şərtlənir. 
Qloballaşma prosesi mahiyyət etibarilə dövlətlərarası mübadilə və sər- 
162.
 
Fnnmen O.H. Economic faktors as objects of sécurité. 2000 New York. R.77-78. 
163.
 
Xappod K.P. Теории зкоио.мическоИ дишсчики. M.1992. с.213. 
164.
 
 Əhmədov M.А. Qloballaşma və milli iqtisdiyyatın formalaşması. Bakı, 2003.s.350. 
  . . . . . .    
139
 - - - - - -   —  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .   . . . . . . . . . . . .    . .   


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə