Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

İnsanŞünaslıq 
(l^
 ELMİ YANAŞMALARDA "YOXSULLUQ TƏHLÜKƏ" 
ANLAYIŞI, MAHİYYƏTİ VƏ ÖLÇÜLMƏSİ 
E
 
lm mərkəzlərində bəşəriyyətin üzləşdiyi "yoxsulluq" problemi təd- 
qiqat mövzusu kimi geniş mənada təhlillər aparılır. Təsadüfi de- 
yildir ki. Birləşmiş Millətlər Təşkilatının 2000-ci ildə Baş Assambleyası- 
nın (Cenevrə şəhərində) sosial-iqtisadi inkişafa dair sessiyasında qlobal- 
laşmanın iqtisadiyyatın mərkəzi problemi olaraq yoxsulluğun sosial sfe- 
rada sürətlə artması qeyd edilmişdir. 
Hər bir regionun özünəməxsus yoxsulluq səviyyəsi və real qlobal təhlükə 
konturları  mövcuddur.  Yoxsulluğun  iqtisadi  əsasını  onun  iqtisadi  artıma, 
insanların tələbatına uyğun olmaması ilə izah o l u n u r . M ə n t i qi olaraq hər 
hansı bir ölkədə iqtisadiyyatın tənəzzülə uğraması, ümumi iqtisadi tempinin 
azalması,  iş  yerlərinin  itirilməsi,  inflayasiyanm  intensiv  artımı  yoxsulluğun 
meydana gəlməsinə səbəb olur. 
Ümumiyyətlə,  yoxsulluq  nisbi  proses  olub,  sosial-iqtisadi  strukturlann 
yüksəlməsinə uyğun olaraq onun həddi və yaranma səbəb -nəticələri dəyişir. 
Dünyanın ümumi iqtisadi inkişaf mənzərəsi daimi dəyişir, insanın həyat 
tərzində qütbləşmə meyilləri arasında qeyri-bərabərlik yaranır. Bu qütbləşmə 
prosesində qloballaşma tərzi xalqların etnik qruplarına, yaşamaq və qidalanma 
səviyyəsinə müxtəlif müstəvidə təsir etmə mexanizmi meydana gəlmişdir. 
Yoxsulluq  bəşəri  xarakter  aldığı  üçün  BMT,  Dünya  Bankı,  Beynəlxalq 
Valyuta  Fondu  və  s.  institutlar  ölkələrdə,  xüsusən  inkişaf  etməkdə  olan 
ölkələrdə yoxsulluğa qarşı proqramlar həyata keçirilər. 
Proqramların  əsas  iqtisadi  vəzifəsi  ondan  ibarətdir  ki,  hər  bir  ölkənin 
ümumi  daxili  məhsul  və  onun  adambaşına  olan  səviyyəsini  və  əhalinin 
gəlirlərini yüksəltməkdən ibarətdir. 
Hər nəfər düşən ÜDM (ABŞ dol, 2000-ci il) 
Ölkələr 
UDM 
Ölkələr 
UDM 
ABŞ 
24932 
Filippin 
2279 
Yaponiya 
19847 
Hindistan 
1412 
Fransa 
19312 
Somali 
806 
Argentina 
7604 
Nigeriya 
531 
Braziliya 
5627 
Mozambik 
238 
Rusiya 
4452 
 
 
148. Население u глобализация. M., 2004. c.l79. 
■  
129
  =  


Ağazeynal A.Qurbanzadə 
Cədvəldən  göründüyü  kimi,  adambaşına  düşən  ÜDM  səviyyəsinə  görə 
kəskin  fərqli  ölkələrdə  yoxsulluğun  həddi  də  müxtəlifdir.  Nisbi  yoxsulluq 
həmin ölkələrdə daha çox gəlir əldə edən əhali qrupları ilə az gəlirləri olan 
əhali arasında nisbətlə ölçülür.^49 Beləliklə, gəlir səviyyəsi ölkələrdə alıcılıq 
qabiliyyətini  və  əmtəə  xidmət  təklifinin  miqdarı  və  is-  tehlak  dəyərlərinin 
qiyməti ilə ölçülür. 
Yoxsulluq  ölkələr  arasında  iqtisadi  əlaqələrin,  miqrasiyanın  və  kapital 
axınının intensivləşməsi ilə müşahidə olunduqda yoxsul ölkələrin gəlirlərinin 
bir hissəsinin inkişaf etmiş ölkələrə axınına səbəb olur. Ucüz iş qüvvəsi və 
təbii  resursların  istifadəsi  üçün  cəlb  olunan  kapitala  görə  ucuz  məsrəflərlə 
yuxarı mənfəət əldə etməklə maliyyə və pul sahibi daha çox pay mənimsəyir. 
Dünya səviyyəli qlobal təhlükə olaraq yoxsulluğun qarşısını almaq üçün 
BMT  və  digər  beynəlxalq  qurumlar  müxtəlif  miqyasda  proqramlar  həyata 
keçirirlər. 
Yoxsulluq  səviyyəsi  makroiqtisadi  səviyyədir.  Çox  vaxt  bunu  sosial 
müdafiə tədbirlərinin məqsədli təşkili və idarə edilməsi kriteriyası kimi qəbul 
edilir. 
Beynəlxalq təşkilatlar yoxsulluğun azaldılması proqram metodunun bazar 
tipli  iqtisadiyyatla  əlaqələndirirlər.  Yoxsulluğun  təhlükə  konturlarının 
azaldılması mərhələ-mərhələ iqtisadi artımın nəticələri ilə sıx əlaqədə aparılan 
islahatların səmərəli təşkilinin nəticəsi kimi qiymətləndirilir. 
İqtisadi  artımın  tarazlı  inkişafı  və  onun  bölgüsündə  cari  tələbatın 
ödənilməsinin  prioritetliyi  ilə  perspektiv  investisiya  siyasəti  yoxsulluğun 
azaldılmasının 
makroiqtisadi 
nəticələr 
məcmusudur. 
Funksional 
qiymətləndirmə metodikasına uyğun olaraq yoxsulluğun azaldılması iqtisadi 
artım,  bölgü  sistemində  istehlak  və  investisiyanın  bütün  mənbələr  hesabına 
artırılması və istifadəsi yolu ilə mümkündür. 
ÜDM-un artımı ilə yoxsulluq həddi arasında əlaqə və onun səmərəsi, hər 
bir  vahid  artıma  uyğun  olaraq  inteqral  effekt  və  ayrı-ayrı  sahələr  üzrə  təsir 
gücü qiymətləndirilir. 
ÜDM-un  artımının  sosial  müdafiə  fonduna  olan  təsiri  dövlətin  yox- 
sulluğunun azaldılması üçün iqtisadi mexanizmlərin imkanlarını müəy- 
149.
 
Ə.Q.Əlirz.ayer. iqtisadiyyat: иЩйпсэЬг, Ьахцки-. Bakı, 2002. səh.242. 
150.
 
Финансы. Толковый словарь. Англо-русский. M., 2000. с.119. 
151.
 
Социальная статистика. Киев, 2001. с. 224. 
  - - - - -    
130
 
-  . . . . . . . . . . . . . .   -   '   -  
=  


InsanŞünaslıq 
yən  e d i r . * S o s i a l   müdafiə  fonudunun  həcminin  və  onun  maliyyə 
mənbələrinin genişlənməsi, həmçinin işləyən müəssisə və təşkilatların dövlət 
və qeyri-dövlət müəssiəsələrin sosial ödəmə yolu ilə tənzimlənir. 
Azərbaycan  Respublikasında  yoxsulluğun  yaranmasının  özünəməxsus 
reallıqları vardır. Bu ilk növbədə ilkin kapitalın yaradılması, istehsal, ixracat 
və əhalinin natural təsərrüfat hesabına öz ehtiyaclarını ödəmək, yaxud xarici 
ölkələrdən və insan resurslarından iqtisadi dövriyyə borc kapital cəlb etmək 
yolu ilə əlaqələndirilir. 
Yoxsulluğun  ümumi  göstəriciləri  ilə  yanaşı  yoxsul  əhalinin  özünün 
daxilində  differensiallaşma,  onun  ləğvi  üçün  konkret  tədbirlər  proqramı 
həyata keçirilir. Mütləq  yoxsulluq həddinin müəyyənləşdirilməsi proqramın 
əsas  xarakterik  cəhətidir.  Yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  üzrə 
dövlət proqramında minimum istehlak səbətində ərzağın çəkisi 70% həcmində 
götürülmüşdür.  Qısa  müddətli  proqram  üçün  ərzaq  isteh-  lakmm  70% 
götürülməsi  yoxsul  ailələr  üçün  normativ  baza  kimi  qəbul  olunur.  Gəlir 
səviyyəsi yuxarı olan ailələrdə ərzaq istehlakmm aşağı olması xarakterikdir. 
*^3 
Yoxsulluğun  məhz  bu  göstəricisi  də  onun  istehlak  strukturunda  ərzağın 
payının  yüksək  olması  və  xidmətin  aşağı  olmasıdır.  Yoxsulluq  həddinin 
müvafiq  əsaslarla  hesablanması  nəticəsində  proqrama  uyğun  olaraq  onun 
səviyyəsinin 49% təşkil etdiyi müəyyən edilmişdir. 
Azərbaycanda  davam  edən  dayanıqlı  iqtisadi  inkişaf  və  tarazlı  ba- 
lanslaşdırıhmış  iqtisadi  siyasət  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsinə 
şərait  yaratmışdır. Makroiqtisadi sosial-iqtisadi inkişaf  göstəriciləri əhalinin 
həyat  səviyyəsinin  yüksəldilməsi,  qütbləşməyə 
aparan  amillərin 
tənzimlənməsinin yaradılması bazasına səbəb olmuşdur. 
Əhalinin  sayı  ilə  onun  əmək  qabilyyətli  yaş  da  olanların  arasında 
Azərbaycanda  müəyyən  göstərici  mövcuddur.  Əhalinin  sayının  artımına 
uyğun olaraq əmək qabiliyyətli insanlarının sayı da artır. İqtisadi fəal əhalinin 
ümumi  sayının  statistik  göstəriciləri  üzrə  98,7%  məşğul  olanlar  kimi  qəbul 
olunur. 
Strateji inkişaf baxımından əldə olunan gəlirlər və mənfəət  yoxsulluğun 
həlli  üçün əsas mənbə rolunu  oynayır. Variantların seçilməsi, artıq əhalinin 
yaş  tərkibi  və  onların  yaşaması  üçün  lazım  olan  resursların  istifadəsinin 
səviyyəsindən asılıdır. 
152.
 
Социальная защита населения. Уфа, 2002. с. 133. 
153.
 
Yoxsulluğun azaldılması уэ iqtisadi inkiijaf üzrə dövbt Proqramı (2003-2005).Bakı, "Qapp 
Poliqraf' korporasiyası. 2003. səh.288. 
=  
131
 
■ —     . .    . . . . . . . . . . . .   =  


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə