Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   41   42   43   44   45   46   47   48   49

Ağazeynal A.Qurbanzadə 
islahatlar nəticəsində bütövlükdə iqtisadiyyatın real sektoru bütövlükdə bazar 
təsərrüfatçılıq  sisteminin  qanunauyğunluqlarına  tabe  etdirilmişdir.  Dövlət 
Statistika Komitəsinin məlumatına görə 2005-ci ildə ÜDM- da özəl bölmənin 
payı  1995-ci  ildəki  30%-lə  xüsusi  çəkidən  hal-hazırda  artaraq  73%-ə 
çatmışdır.  Bu  göstərici  sənayedə  müqayisə  olunan  dövrdəki  5,5%-dən 
54%-dək yüksəlmişdir. Bütövlükdə kənd təsərrüafa- tı özəl bölməyə verilmiş 
əhaliyə  göstərilən pulu  xidmətlərin 74%-i  sərnişin  daşınmasının 85%-i,  yük 
daşımalarının 57%-i , xarici ticarət dövriyyəsinin 59%-i, o cümlədən ixracın 
53%-i, idxalın 70%-i özəl sektorun payına düşür. Hazırda iqtisadiyyatın özəl 
bölməsində  iki  milyondan  çox  əmək  qabiliyyətli  əhali  məşğul  olur.  Məhz 
bütün  bunların  nəticəsidir  ki,  90-cı  illərin  əvvələrindən  başlanan  məhsul 
istehsalının  ilbəil  azalması  meylləri  dayandırılmış  və  bütövlükdə  aqrar 
sektorda  davamlı  iqtisadi  inkişafa  nail  olmuşdur.Araşdırmalar  göstərir  ki, 
aqrar islahatlar nəticəsində mülkiyyətin strukturunu dəyişməsi, eləcə də bazar 
konyukturundakı  dəyişikliklər  kənd  təsərrüfatı  məhsullarının  istehsalının 
strukturunda da nəzərəçarpacaq dəyişdiklərə səbəb olmuşdur. 
İnkişaf  etmiş  sənaye  dövlətlərinin  təcrübəsi  göstərir  ki,  daxili  və  xarici 
bazarlarda  ölkənin  milli  maraqlarının  qorunmasına  yönəlik  fəaliyyətin 
məcmusu kimi dəyərləndirilən iqtisadi, o cümlədən aqrar ərzaq təhlükəsizliyi 
yerli  əmtəə  istehsalçılarının  davamı  olaraq  subsidiyalşdırılmasın-  dan 
əhəmiyyətli  dərəcədə  asılıdır.  MDB  məkanı  ölkələrində  90-cı  illər  sonrası 
həyata  keçirilən  transformasiya  kursunun  müasir  reallıqlarının  təhlili  belə 
qənaətə  gəlməyə  imkan  verir  ki,  ilk  dövrlərdə  dövlətin  sosial-  iqtisadi 
proseslərin  idarə  edilməsi  və  tənzimlənməsi  prosesindən  sözün  həqiqi 
mənasında  oyundan  kənar  vəziyyətdə  qalması  ölkənin  aqrar  ərzaq 
kompleksində fəaliyyət göstərən yerli əmtəə istehsalçılarının bir vaxtlar malik 
olduqları  subsidiyalaşdırma  mexanizmindən  məhrum  olmalarına  gətirib 
çıxarmışdır. Ərzaq kompleksinin bazar hegemonluğu bərpa edilmiş və aqrar 
iqtisadiyyat ümumilikdə kommersiyalaşdırılmışdır. 
Araşdırmalardan  belə  qənatə  gəlmək  olar  ki,  aqrar  sferaya  o  ölkələrdə 
dövlət  dəstəyi  verilir  ki,  həmin  ölkələrin  dövlət  büdcəsinə  sənaye 
məhsullarının ixracından iri həcmdə valyuta gəliri daxil olar. Məsələn, ABŞ, 
Kanada,  Avropa  Birliyi  ölkələri  və  Yaponiya  dünya  bazarından  sənaye 
məhsullarının səmərəli ixracçıları kimi tanınmışlar. 2000-2002-ci illərdə kənd 
təsərrüfatına yaralı hər hektar sahəyə görə istehsalçılara dövlət dəstəyi ABŞ-da 
106  $,  Avropa  Birliyi  ölkələrində  145  $,  Kanadada  47$,  Türkiyədə  295  $, 
Meksikada 11$ təşkil etmişdir. ABŞ dünya bazarında kənd 
- -   =  
144
 
=  


InsanŞünaslıq 
təsərrüfatı məhsullarmm ixracı sahəsində liderlik etməklə 18,8, Avrova Birliyi 
ölkələri 17,7, Kanada 5, Türkiyə 1,6, Yaponiya 0,5% xüsusi çəki təşkil edir. 
Azərbaycan Respublikasında aparılan strateji yönümlü ərzaq təhlükəsizlik 
siyasəti nəticəsində son üç ildə taxıl, kartof, tərəvəz, bostan məhsulları, meyvə 
və giləmeyvə istehsalında ölkənin tarixində demək olar ki, rekord göstəricilər 
əldə  edilmişdir.  Ət  və  süd  istehsalı  da  yeni  texnoloji  əsaslarla  idarə  edilir. 
Nəticədə  hazırda  əhalinin  əsas  növ  kənd  təsərrüfatı  məhsulları  ilə  təmin 
edilməsində demək olar heç bir problem qalmamışdır. Ərzaq sahədə həyata 
keçirilən  dəyişikliklərə  və  konkret  sahələrdə  artım  meyllərinin  əldə 
edilməsinə baxmayaraq bir sıra məhsul qruplar üzrə ölkənin daxili tələbatının 
ödənilməsi mümkün olmamışdır. Ölkənin iqtisadi təhlükəsizliyinin, eləcə də 
milli  aqrar  -ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  daxili  bazarın 
doldurulmasına  və  eləcə  də  xarici  bazarlara  ərzaq  məhsullarmm  ixrac 
edilməsinə diqqət artırılmalıdır. Qeyd etmək lazımdır ki, aqrar sektorda artıq 
belə bir tendensiya müşahidə edilməkdədir. 
Təhlil  göstərir  ki,  aqrar  sahədə  bəzi  təşkilati-texniki  problemlərin  həll 
edilməsi  bu  sahədə  nəzərəçarpacaq  irəliləyişlərin  əldə  edilməsinə  imkan 
verərdir.  Belə  ki,  ölkənin  kənd  rayonlarmlannda  bazar  infrastrukturların 
formalaşması, topdan satın kənd təsərrüfatı birjaların yaradılması bu sahədə 
müsbət  dönüşün  əldə  edilməsinə  əlverişli  şərait  yaradardı.  Yuxarıda  qeyd 
etdiyimiz kimi aqrar sahədə həyata kençirilən tədbirlər- kənd təsərrüfatı əmtəə 
istehsalçılarının vergilərdən azad edilməsi, aqrar sahənin texnika və xammala 
olan  tələbatının  ödənilməsi  məqsədilə  xaricdən  gətirilən  maşın  və 
avadanlıqlara  stimullaşdırıcı  gömrük  rüsumların  təbi-  qi  nəzərəçarpacaq 
irəliləyişlərə gətirib çıxarmışdır. Lakin bu da məlum həqiqətdir ki, adı çəkilən 
yardım təbirləri aqrar sahədə səmərəli inkişafa nail olmağa yetərli olmamışdır. 
Doğrudur, belə bir fakt istisna olunur ki, hazırda qeyri maddi yardım tədbirləri 
daxil  olmaqla  aqrar  sahəyə  maliyyə  ekvivalentində  30-35  ABŞ  dol. 
məbləğində  hər  hektara  dövlət  vəsaiti  ödənilir.  Eyni  zamanda  beynəlxalq 
təşkilatalrm texniki yardımını mikro kreditləşdirmə layihələrinin də bu sahədə 
özünə məxsus rol oynadığını inkar etmək mümkün deyildir. 
İstər  siyasi-iqtisadi,  istərsə  də  elmi  dairələrdə  daha  çox  belə  bir 
mülahizəyə rast gəlinir ki, dünya təsərrüfatçılıq sisteminin qloballaşdırma və 
respublikamızın  beynəlxalq  iqtisadi  münasibətlər  sisteminin  subyekti  kimi 
Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması aqrar sahənin 
  - - - - - - - - - - - - - -  =  
145
 
—    . . . . . . . .   . . . . . . . . . . . . . . . .    =  


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə