Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

Ağazeynal A.Quvhanzadə 
iqtisadi-  sosial  strateji  problemlərinin  həlli  istiqamətlərinin  nəticəsi  kimi 
ölkəmizdə insan inkişaf indeksi Ümumi Daxili Məhsul indeksinin artmasına 
və onun dinamik inkişafının yüksəlməsinə səbəb olur. 
Təhlillər  göstərir  ki,  adambaşına  düşən  ÜDM  və  insan  inkişaf  indeksi 
arasında əlaqə yoxsulluğun azalması tələbləri üçün Azərbaycanda əlavə milli 
potensialın olduğunu göstərir. 
Azərbaycan  Rsepublikasında  insanın  inkişafı  haqqında  hesabatın 
(2004-cü il) materiallarının təhlili göstərir ki, ölkədə insanın inkişaf indeksi və 
onun tərkib hissələri üzrə dəyişmələr son illərdə yüksəlmişdir. 
Azərbaycanda  insan  inkişafı  indeksinin  qeyri-bərabərlik,  hər  şeydən 
əvvəl,  demoqrafiyanın  və  insan  resurslarının  dinamikasının,  həyat 
fəaliyyətinin  bütün  sahələrinə bazar mexanizmlərinin işlənməsi ilə bağlıdır. 
Bundan əlavə demoqrafik proseslər, o cümlədən məşğul əhalinin və işsizlərin 
faktiki sayı daxil olmaqla, əmək bazarı barədə kifayət qədər tam informasiya 
yoxdur.  Həm  də  nəzərə  almaq  lazımdır  ki,  müxtəlif  informasiya 
mənbələrindən  alınmış  rəsmi  və  qeyri-rəsmi  məlumatlar,  ekspert 
qiymətləndirilmələri  kombinə  edilərkən  faktiki  məlumatlarda  qeyri- 
müəyyənlik yaranır. 
 
Bununla əlaqədar olaraq informasiyanın natamam və qeyri-dəqiq olması 
şəraitində  insanın  inkişafı  indeksinin  təhlili  məsələsi  xüsusi  aktuallıq  təşkil 
edir. 
100.
 
Muvadov Ş.M. GöstavUən əsəri səh. 215. 
 -------  

96
 
- ...... ^ 


InsanŞünaslıq 
Azərbaycan  Respublikasının  müasir  və  gələcək  iqtisadi  strategiyasına 
uyğun olaraq beynəlxalq miqyasda da öz mövqeyini saxlamaqdadır. Bir sıra 
ölkələr  ilə  müqayisədə  (eyni  təbii  şəraiti,  əhali,  adambaşına  düşən  enerji 
istehsalı və s.) ölkəmiz müəyyən səviyyədə potensiala maklikdir. Beynəlxalq 
və yerli ekspertlərin rəyinə görə Azərbaycan əgər yüksək tex- noloji-istehsal 
proseslərə  tamlıqla  nail  ola  bilsə,  bu  onun  insan  inkişafı  indeksinin  ardıcıl 
olaraq artırılmasına nail ola bilər. 
 
Perspektiv  inkişafın  tələbləri  baxımından  Azərbaycanın  insan 
potensialının  inkişafı  çərçivəsində  insan  inkişafı  indeksinin  göstəriciləri  ilə 
yanaşı,  insan  potensialının  resurs  parametrini,  intellektual  səviyyəsini  də 
müəyyənləşdirmək imkanına malik olmaq lazımdır. Məntiqi olaraq ölkəmiz 
iqtisadi təkamülə nail olmaq üçün demoqrafik inkişaf potensialına, əhalinin 
təbii  təkrar  istehsal  prosesinə  (təbii  artıma)  kifayyət  qədər  imkanlar 
mövcuddur. 
97 


Ağazeynal A.Oıırhanzada 
ALTINCI BOLMƏ 
İNSAN RESURSLARI: STRATEGİYASI, İDARƏ 
EDİLMƏSİ MODELİ 
İNSAN RESURSLARI: DAYANIQLI İNKİŞAF 
STRUKTUR MODELİ 
B
 
əşəriyyətin ümumi tərəqqisi ictimai quruluş ilə birlikdə insan re- 
surslarının dayanıqlı kompleks istifadə edilməsi çərçivəsindən ası- 
lı olmuşdur. Məntiqi olaraq cəmiyyətin təkamülü onun fiziki və intellek- 
tual səviyyəsinin yaradılması, idarə edilməsi modelinin nə dərəcədə fəa- 
liyyəti ilə nəticələnir: 
* Onun tərkibinə intellektual əmək qabiliyyətli əhali düşür
* Ölkənin fiziki və zehni cəhətdən inkişaf etmiş insan resursları daha aktiv 
fəaliyyət kəsb edir
* İntelletual əhali- ölkənin potensial insan resursları hesab edilir
* Hər bir ölkənin insan resursları strateji məqsəd daşıyır. 
İnsan resursları qlobal xarakterli olub, insan potensialının idarə edilməsi 
sosial-iqtisadi strukturları optimallaşdırır və nəticədə isə beynəlxalq sistemin 
(siyasi, iqtisadi, sosial və s.) formalaşmasına imkan yaradır. Digər bir tərəfdən 
isə  insan  resursları  kapital  tutumlu  olduğu  üçün  ondan  optimal  qaydada 
istifadə edilməsi mühüm şərtlərdən sayılır.  Elmi mərkəzlərə istinad edərək, 
belə  bir  nəticəyə  gəlmək  mümkündür  ki,  dünyanın  qlobal  inkişafı  və  idarə 
edilməsi  modelində  intellektual  insan  amili  durur.  Bu  baxımdan  göstərə 
bilərik ki, inkişaf etmiş ölkələrin potensial strukturların sistemli elmi-texniki 
tərəqqisi- insan resurslarından keyfiyyətli, optimal dərəcədə istifadə edilməsi 
qanunlarından irəli gəlir. Əhatə etdiyi təsir çərçivəsinə görə insan potensialı 
elmi dialektikanın tərkib hissəsidir: 
 


İnsanŞünaslıq 
Buna  görə  də  insan  potensialın  dialektikası  (yunan  sözü  "dialoqo"- 
mübahisə  etmək,  müşahidə  aparmaq)  təbiət,  cəmiyyət,  təfəkkür  və  idrakın 
ümumi qanunlarına əsasən idarə edilir. 
İnsan  resurslarının  idarə  edilməsi  dialektik  qanunları  mühitinin  bütün 
aspektlərini və özünə inteqrasiya edilməsi baxımından formalaşmasını tələb 
edir. 
Cəmiyyətin ümumi inkişafı əsasən üç komponent üzərində qurulmuşdur: 
insan resursu, enerji resursu və maddi resurs: 
 
 
 
1
 
Cəmiyyətin ümumi inkişafı
 
'
 1 
iqtisadi inkişaf 
Resurs 
İdarə edilmə 
prosesi 
>• Texnoloji prosesi 
İnsan resursların inteqrasiya modeli 
İnsan  resurslarının  idarə  edilməsi  istehsal  sahələrinin  optimalhğını  elmi 
tədqiqatlarının insan amilində öz təzahürünü əks etdirir. Bu cəhətdən insan 
amilinə kapital qoyuluşu nəticəsində cəmiyyətin dayanıqlı inkişafı optimalhq 
dərəcəsinə çatır, başqa sözlə, iqtisadi təşkilatlar öz əməkdaşlarının intellektual 
səviyyəsini artırmaq məqsədi ilə kapital qoymağa cəhd göstərir. Nəticədə isə 
iqtisadi  qurum  kadrların  intellektuallığının  "məhsuldarhğı''nı  nəzərə  alaraq 
idarəetmə strategiyasım təşkil edir. 
İnsan resursların idarə edilməsi strateji bir sistemdir. O , cəmiyyəti idarə 
edir,  istehsal  sistemini  yaradır  və  tənzimləyir,  "resurs-məhsul"  modelinin 
texnoloji əsasını tutur. 
99 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə