Elmi-texnoloji xəbərlər Quranda günəşlə bağlı



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#36916
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

 

XXI əsrdə dünyada kəşf ediləcək çox az 

təfərrüatın  qaldığını  düşünə  bilərsiniz.  Ancaq 

dənizlərin  dərinlikləri  hələ  də  müəmmasını 

qoruyur. Təqribən, 4 km dərinliyə malik okeanlar 

yerin 70%-ini tutur. Ona görə, dənizlərin dərinliyi 

bütün təbii mühitlər arasında ən geniş və ən çətin 

şəraitli  yerlərdir.  Ancaq  Rəbbimizin  rəhməti 

olaraq  çox  soyuq,  tamamilə  qaranlıq,  əsasən, 

oksigen çatışmazlığı olan və səthdəkindən 1000 

dəfə artıq təzyiqə malik dənizlərin dərinliyi bir 

çox canlı növünün sığınacağıdır. 

 

Okeanların dibi həyat şəraiti baxımından 



ən  əlverişsiz  mühit  olsa  da,  buralarda  yaşayan 

canlılar var. Akulalar, qorxunc görünüşə malik, 

gözlərinin  altındakı  lampalardan  qırmızı 

şüalar  yayılan  əjdaha  balıqları,  parıldayan 

balıqlar,  selakant,  dəniz  zanbaqları,  qırmızı 

mürəkkəb  balığı,  qaranlıqda  parıldayan  qolları 

olan  osminoq,  13  metr  uzunluğunda  nəhəng 

kalmar  (architeuthis),  bakteriyalar,  molyusklar 

və qabıqlı canlılar bu dərinliklərdə Rəbbimizin 

yaratdığı qüsursuz müxtəlifliyə nümunədir.

 

Hələ  tam  kəşf  edilməmiş  bu  dərin 



aləmdə  aparılan  hər  tədqiqat  dəniz  dibindəki 

heyranedici həyatın tanınmasına səbəb olur.

Allah dəniz dibindəki 

canlıların ruzisini verir

 

Dəniz  dibində  tədqiqat  aparan  elm 



adamları  uzun  illər  boyu  600  m-dən  də 

dərin  yerlərdə  canlı  həyat  olmadığını  irəli 

sürmüşdülər.  Çünki  əgər  dərinliklərdəki 

canlılar  yuxarıda  yaşayan  heyvanların  artıq 

qalan  qidalarını  yeyirlərsə,  deməli,  müəyyən 

dərinlik  ölçüsündən  sonra  qidalar  tükənəcək 

və canlılar həyatlarını itirəcəklər. Ancaq növbəti 

illərdə 


aparılan 

tədqiqatlar okeanların 

ən 

dərin 


yerlərində 

belə  canlıların  yaşadığını 

göstərmişdir.  Çünki  okean 

yataqları  nəhəng  sualtı  dağ 

silsilələri  və  bunlar  arasında 

qalan  geniş  bataqlıq  və 

palçıqlı  sahədən  ibarətdir.  Lakin 

bu  torpağın  böyük  hissəsi  suyun 

yuxarı  səthində  yaşayan  planktonların  və 

ya qabıq dəyişdirən qabıqlı dəniz canlılarının, 

təkhüceyrəlilərin  qalıqlarının  okean  yatağında 

toplanmasından əmələ gəlir. Ona görə, okeanın 

dibində  tərkibində  əhəng  və  silisium  oksidi 

olan  bu  palçıq  təbəqəsi  dərinliklərdə  yaşayan 

canlıların  əsas  qida  mənbəyidir.  Okeanların 

minlərlə  metr  dərinliyində  oksigenin  belə 

olmadığı  palçıq  təbəqəsində  yaşayan  bu 

gözlə  görünməyən  və  metanla  qidalanan 

arxebakteriyalar  Yerin  ekoloji  müvazinəti 

üçün  böyük  əhəmiyyətə  malikdirlər.  Əgər  bu 

mikroorqanizmlər  olmasaydı,  açıq  dənizlərin 

dibindəki  böyük  miqdarda  metan  qazı 

atmosferə  qarışar,  istixana  effektinin  təsiri  ilə 

qlobal isinmə baş verər, dünyanın hər yerindəki 

iqlim  tarazlıqları  pozular  və  Yer  həyat  üçün 

əlverişsiz isti planetə çevrilərdi.

 

Ən  dərin  yeri  11.000  m,  orta  dərinliyi 



isə  4000-5000  m  olan  okeanlarda  100  m-dən 

aşağıya günəş işığı çatmır. Ona görə, buralarda 

fotosintez prosesi getmir. Yüksək təzyiq, 2-4ºC 

temperatur  və  qaranlıq  hökm  sürür.  Məhdud 

qida mənbələri ancaq yuxarı təbəqələrdən gələn 

artıq  qida  maddələri  və  üzvi  maddələrdən 

ibarətdir. Qısaca desək, tamamilə fərqli mühitdir. 

Bütün bu çətin şərtlərə baxmayaraq, okeanların 

dərinliyində müxtəlif balıqlar, bir-birindən çox 

30

Düşünən İnsan, 

 Noyabr  2013

www.dusunek.net




fərqli 

onurğasız 

canlılar 

və 


mikroorqanizmlər 

yaşayırlar. 

 

Dənizlərin 



dərinliyində 

bu  bakteriya  növlərindən  başqa 

canlılar  da  yaşayır.  Bu  canlılar 

bakteriyalar  kimi  öz  qidalarını 

hazırlamırlar,  özlərindən  daha  kiçik 

canlıları ovlayırlar. Uca Rəbbimiz bu 

canlıların qidalarını asanlıqla tapması 

üçün  ucunda  qoxu  bilmə  orqanları 

olan çox uzun üzgəclər, iri ağız, iti sivri 

dişlər, tünd boz və ya qara dəri rəngi ilə kamuflyaj 

və yüksək təzyiq olan dərinliklərdə yaşamaları üçün 

xarici təzyiqlə hüceyrədaxili maye təzyiqini tarazlayan 

mükəmməl sistemlər yaratmışdır.

 

Okeanın  dərinliklərində  qida  mənbələri  və 



canlıların  bu  dərinliklərdə  yaşamasını  təmin  edən 

yaradılış  xüsusiyyətləri  Rəbbimizin  sonsuz  yaratma 

gücünün nümunələrindən təkcə biridir. Uca Allah’ın 

hər yeri elmi ilə əhatə etdiyi bir Quran ayəsində belə 

bildirilir: 

 

Qeybin  açarları  Onun  yanındadır,  onları  yalnız 

O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun 

xəbəri  olmadan  yerə  düşən  bir  yarpaq  belə  yoxdur.  Yerin 

qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru 

(şey)  yoxdur  ki,  açıq-aydın  Kitabda  olmasın.  (Ənam 

surəsi, 59)

31

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




Canlılar dənizin dərinliklərindəki 

qaranlıq problemini Allah’ın 

bədənlərində hasil etdiyi işıqla 

aradan qaldırırlar

 

Günəşin  canlılara  böyük  fayda 



verən şüaları dənizlərdə ancaq 200-300 

m dərinliyə qədər çatır. Okean canlıları 

da  bu  səbəbdən  həmin  işıqlı  zolaqda 

yaşamağa  üstünlük  verirlər.  İşıqlı 

zolaqdakı  qida  və  canlı  qalıqlarının 

əksər hissəsi isə zaman ərzində okeanın 

dərinliklərinə  gedir  və  buradakı 

canlıların yaşamasını təmin edir. Müasir 

texnologiya  ilə  aparılan  ölçmələrə 

görə,  günəş  işığının  3-30%-i  dənizin 

səthində  əks  olunur.  Dərinliyə  doğru 

endikcə suyun rəngi əvvəl qızarır, sonra 

bənövşəyiyə  və  daha  sonra  da  narıncı 

rəngə çevrilir. 100 m dərinlikdə isə artıq 

tünd  mavi  rəng  hökm  sürür.  İlk  200 

metrdə  işıq  spektrinin  mavi  işığı  son 

olmaqla 7 rəngin hamısı ardıcıl sorulur. 

1000  m-dən  dərin  ərazilərdə  isə  artıq 

işığa rast gəlinmir. Bu qaranlıq mühitdə 

32

Düşünən İnsan, 

 Noyabr  2013

www.dusunek.net




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə