Elmi-texnoloji xəbərlər Quranda günəşlə bağlı



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#36916
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

Onun elçisisən. Allah şahiddir ki, münafiqlər 

əsl yalançıdırlar. Onlar andlarını sipər edib 

(insanları)  Allah  yolundan  döndərdilər. 

Həqiqətən, onların törətdikləri əməllər necə 

də  pisdir!  Bu,  ona  görədir  ki,  onlar  iman 

gətirdikdən  sonra  kafir  oldular.  Sonra  da 

onların qəlbinə möhür vuruldu. Artıq onlar 

anlamırlar. (Munafiqun surəsi, 1-3)

 

Ayələrdə  də  bildirildiyi  kimi, 



ikiüzlülər 

andlarını 

yalanlarına, 

saxtakarlıqlarına sipər edirlər. Allah bir başqa 

ayədə də münafiqlərin bu xüsusiyyətini belə 

bildirir:

 

(Münafiqlər) sizdən olmaya-olmaya 

mütləq sizdən olduqları barədə Allah`a and 

içərlər.  Lakin  onlar  qorxaq  bir  zümrədir. 

(Tövbə surəsi, 56)

 

Allah bir başqa ayədə isə daim and 



içən şəxslərlə əlaqədar belə buyurur:

İtaət  etmə  hər  tez-tez  and  içənə,  alçağa 

(Qələm surəsi, 10)

Allah`ı şahid gətirərək özünü təmizə 

çıxarmağa çalışır

 

Yalançıların  and  içməkdən  başqa 



üslubları da var. Onlar danışıqlarında tez-tez 

dindar  olduqlarını  vurğulayırlar.  Məsələn, 

yalanına  inanılmadığı  və  ya  şübhə  edildiyi 

zaman:  «Allah  mənim  qəlbimdəkini  bilir», 

«Allah  şahiddir»,  «Əgər  doğru  deyilsə,  Allah

buradan  çıxmağımı  nəsib  etməsin»,  -  deyərlər. 

Halbuki,  bu  cür  ifadələr  belə  insanların 

səmimiyyətsizliklərini 

gizlətmək 

üçün 

istifadə etdikləri üsuldur.



 

Allah  qəlblərində  səmimiyyətsizlik 

olmasına  baxmayaraq,  Onu  şahid  göstərən 

şəxslər haqqında Quranda belə bildirir:

 

İnsanların  eləsi  də  var  ki,  onun 

bu  dünya  həyatında  danışdığı  sözlər  səni 

heyran edər. O, qəlbində olana Allah`ı şahid 

göstərər.  Əslində,  o,  ən  qatı  mübahisəçidir. 

(Bəqərə surəsi, 204)

 

Səmimi  insanın  halı  və  rəftarı  isə 



onun  səmimi  və  dürüst  olduğunu  göstərir. 

Həyatının hər anında daim səmimi davranan 

bir  insanın  səmimi  və  dürüst  olduğunu 

35

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




sübut  etməsinə  ehtiyac  olmaz,  çünki 

onun  səmimi  olduğu  ətrafındakı  insanlar 

tərəfindən  asanlıqla  görünür.  Ancaq 

səmimi olmayan insanlar bunu daim sözlə 

sübut  etməyə  çalışırlar  və  qarşılarındakı 

insanları inandırmağa çalışırlar.

Yalana zəmin hazırlayan giriş 

cümlələrindən istifadə

 

And  içmək  və  dini  məna  verən 



cümlələrdən  istifadə  etməklə  yanaşı, 

yalançının  yalanlarına  zəmin  hazırlayan, 

yalanına  əvvəldən  inandırmağa  çalışan 

ifadələri  olur.  «Çox  səmimi  deyirəm», 

«mənə 

inana 


bilərsən», 

«bütün 


səmimiyyətimlə  söyləyirəm»,  «həqiqətən, 

doğru  söyləyirəm»  kimi  sözlər  də  bu 

məqsədlə deyilər.

 

Yuxarıda  qeyd  etdiyimiz  kimi, 



münafiqlər Peyğəmbərimizə (s.ə.v) Allah’ın 

elçisi  olduğunu  dediklərində  sözlərinə: 

«Şahidlik  edirik  ki»,  -  deyə  başlayırlar. 

Sözlərində  səmimi  olmadıqları  üçün 

giriş  cümlələri  ilə  insanları  inandırmağa 

çalışırlar. Halbuki, Peyğəmbərimizin (s.ə.v) 

Allah’ın elçisi olduğu məlumdur və bunun 

üçün  birisinin    şahidlik  etdiyini,  səmimi 

söylədiyini  deməyə  ehtiyac  yoxdur. 

Səmimi  olaraq  iman  gətirən  insan  bu  cür 

ifadələrə  ehtiyac  duymaz.  Bir  müsəlman 

«bunu  bütün  səmimiyyətimlə  deyirəm, 

inana  bilərsən»  kimi  bir  cümləni  lüzum 

bilməz,  çünki  müsəlman  hər  zaman 

səmimidir, Allah`ın onu hər an gördüyünü 

və eşitdiyini bildiyi üçün səmimiyyətsizlik, 

ikiüzlülük etməz.

 

Ancaq  bu,  o  demək  deyil  ki, 



bu  cümlələri  deyən  hər  adam  yalan 

Yalançının fiziki 

görünüşü və bəzi 

davranışları



36

Düşünən İnsan, 

 Noyabr  2013

www.sosialdarvinizm.com




söyləyir. Səmimi insan da lazım olanda bu 

ifadələrdən  istifadə  edə  bilər.  Ancaq  yalan 

söyləyən insanlar bu cür giriş cümlələri və 

ya yalanlarını dəstəkləyən cümlələrdən tez-

tez istifadə edirlər. 

 

Yalançı,  ikiüzlü  və  səmimiyyətsiz 



insanın  davranışları,  üzü,  səsi  və  üslubu 

dürüst  və  səmimi  insandan  fərqlənir  və 

o,  bu  xüsusiyyətləri  ilə  də  özünü  ələ  verir. 

Allah  Quranda  ikiüzlü  insanların  danışıq 

tərzlərindən  və  üzlərindən  tanınacaqlarını 

belə bildirir:

 

Əgər  Biz  istəsəydik,  onları  sənə 

göstərərdik,  sən  də  onları  üzlərindəki 

əlamətlərdən tanıyardın. Sən onları danışıq 

tərzlərindən  mütləq  tanıyacaqsan.  Allah 

sizin əməllərinizi bilir. (Muhəmməd surəsi, 

30)

 

Əgər insan yalan söyləyirsə, deməli, 



o,  ətrafındakılara  güvənmir,  onları  dostları 

və  yaxınları  kimi  görmür.  Həm  yaxınlıq 

duymadığı  insanlarla  birlikdə  olmaqdan, 

həm  də  yalanının  üstünün  açılmasından 

qorxduğu  üçün  onun  rəftarları  da  təbii 

olmaz.  Səsi  zəif  çıxar,  gözləri  kiçilər. 

Qarşısındakı  insanlara  qorxaraq  və  ya 

çəkinərək 

baxar. 

Səmimiyyətsizliyi, 



etibarsızlığı və narahatlığı gözlərindən bəlli 

olar.


 

Yalan  danışmağa  adət  etmiş 

şəxslər  bəzən  yalan  danışanda  həddindən 

artıq  sakit  olur,  bir  çox  insan  isə  yalan 

danışanda  həyəcanlanır,  əlləri  tərləyir  və 

narahat  olur.  Onlarda  sakit,  dinc  ruhlu 

bir  insanın  halı  olmaz.  Yalan  söyləyərkən 

daim gözlərini qaçırar, qarşısındakı insanın 

gözlərinə  baxa  bilməzlər.  Ancaq  ani  baxar 

və  ya  izdihamlı  yerdə  özünü  başqalarının 

arxasında  gizlətməyə  çalışarlar.  Yalanın 

ortaya  çıxmasından,  gözlərinin  onları  ələ 

verməsindən çəkinərlər.

 

Allah  “Hud”  surəsindəki  bir 



ayəsində  səmimiyyətsiz  insanların  bu 

şəkildə  özlərini  gizlətməyə  çalışdıqlarını 

belə bildirir:

 

Baxın,  onlar  ürəklərini  qısırlar    ki, 



Allah`dan  gizlənsinlər.  Doğrusu,  onlar 

libaslarına  büründükdə  belə,  (Allah) 

onların  gizli  saxladıqlarını  da,  aşkara 

çıxartdıqlarını  da  bilir.  Həqiqətən  də,  O, 

kökslərdə olanları bilir. (Hud surəsi, 5)

Yalan  söyləyən  adam  axirəti  deyil,  yalnız 

həmin anı düşünür

 

İnsanın  yalan  söyləməsinə  mane 



olan əhəmiyyətli həqiqət ölümündən sonrakı 

sonsuz  həyatını,  cənnəti  və  cəhənnəmi 

düşünməsidir. Bir insana yalan danışmaq və 

vəziyyətdən xilas olmaq o an üçün çox asan 

və  faydalı  çıxış  yolu  kimi  görünür.  Ancaq 

bir  insan  dünya  həyatında  nə  qədər  ağır 

vəziyyətdə olsa da, bu, axirətdə yaşayacağı 

əzabla müqayisə edilə bilməz. Elə isə ağıllı 

və  vicdanlı  bir  insan  belə  bir  vəziyyətlə 

qarşılaşdığında dərhal axirətdə ala biləcəyi 

qarşılığı  düşünməlidir.  Bir  anlıq  rahatlıq 

və ya mənfəət üçün həm dünyada, həm də 

axirətdə hörmətdən düşməyi və əzab içində 

yaşamağı  qəbul  etməməlidir.  Allah  bir 

ayəsində  dünya  həyatları  üçün  axirətlərini 

verən insanlar haqqında belə buyurur:



 

Onlar  axirəti  verib  dünya  həyatını 

satın aldılar. Ona görə də onların nə əzabı 

yüngülləşdiriləcək,  nə  də  onlara  kömək 

göstəriləcəkdir. (Bəqərə surəsi, 86)

 

Dürüst  insan  isə  bəzən  çətinlikləri 



gözə  almaq  vəziyyətində  qala  bilər. Ancaq 

dürüst və səmimi olduğu üçün daim qazanar. 

Allah  onun  gözəl  əxlaqına  görə  dünyada 

və  axirətdə  ona  nemətini,  rəhmətini, 

sevgisini, razılığını bildirər və onu cənnətlə 

mükafatlandırar.  Uca  Allah  dürüst  olan 

səmimi  möminlərin  qarşılaşacağı  gözəl 

nəticəsini Quranda belə bildirmişdir:

 

 

Allah dedi: “Bu, doğru danışanlara 



doğruluqlarının  fayda  verəcəyi  gündür! 

Onlar üçün (ağacları) altından çaylar axan 

və  içində  əbədi  qalacaqları  cənnət  bağları 

hazırlanmışdır”.  Allah  onlardan  razıdır, 

onlar  da  Ondan  razıdırlar.  Bu,  böyük 

uğurdur. (Maidə surəsi, 119)

37

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə