Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

downloaded from KitabYurdu.org
45 
Mayor Əmirəliyev başı ilə onunla razılaşdığını bildirib üzünə
zəhmli görkəm verən uzun bığlarını dalğın halda sığalladı. Bu 
vəziyyətdə bir müddət meyitə baxıb, nəhayət dilləndi: 

Qulaq as, Zeynalov, bunun bu şəkildə uzanması mənə bir 
az qəribə gəlir. Qapıdan bir metr içəridə, arxası qapıya tərəf, 
özü də zərbə arxadan vurulub... 

Anlamadım...  -  Zeynalov  təəccüblə  əməliyyat  işində
böyük  təcrübəsi  və  nüfuzu  olan  pəhləvan  cüssəli  mayora 
baxdı. 

Qulaq  as!  -  kobudluğu  ilə  də  ad  çıxarmış  Əmirəliyev 
onun sözünü kəsdi. - Belə çıxır ki, bu adam qonağı ilə birlikdə
ilk dəfə otağa girəndə arxadan vurulub. Bu isə şəxsən mənim 
ağlıma batmır. Çünki, adətən, içəri daxil olanda qonağı qabağa 
verirlər. 

Ağlabatan sözdür! - Sahə müvəkkili başını tərpətdi. 
Mayor  Əmirəliyev  Ağamurada  çəpəki  nəzər  salıb  sözünə
davam etdi: 

Hər halda, bunu aydınlaşdırmaq lazımdır ki, Mahmud nə
üçün otağa birinci girib!? 
Müstəntiq Zeynalov stolun üstündəki araq şüşəsinə işarə etdi: 

Telman  müəllim,  xahiş  edirəm,  unutmayın,  qonaq,  çox 
güman  ki,  otaqda  olub.  Mümkündür  ki,  otaqdan  çıxanda 
geriyə çevrilib və Mahmudu vurub. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
46 

Onda  siz  də  mənim  bir  sualıma  cavab  verin!  -  mayor 
istehza ilə dilləndi. - Bəs Mahmud özü niyə geriyə çevrilib? 
Axı, gördüyünüz kimi, zərbə arxadan vurulub!? 

Ola  bilsin,  qaçmaq,  zərbədən  yayınmaq  istəyib...  - 
Zeynalov inamsız halda fikrini bildirdi. 

Yox! - mayor etiraz etdi. - Qatil otaqdan çıxanda əlində
bıçaq,  qəflətən  geriyə  çevrilsəydi,  Mahmud  dalı-dalı  geriyə
çəkilərdi. Ona o saat arxasını çevirməzdi. Bu ağlabatan deyil. 
Ancaq,  belə  bir  variant  da  ola  bilər  ki,  onlar  nəyə  görəsə
dəhlizə  çıxıb,  yenidən  otağa  qayıdıblar.  Bax,  onda  Mahmud 
otağa birinci girə bilərdi. 
-  Etiraz  etmirəm!  -  Zeynalov  yavaş-yavaş  dəhlizə  çıxdı  və
sözünün ardını orada dedi: - Belə də ola bilər ki, onlar dəhlizdə
mübahisə ediblər. Qatil bıçağı çıxaranda Mahmud otağa qaçıb 
və qatil də onun dalınca gedərək, arxadan zərbə endirib. 
Mayor  Əmirəliyev  bığlarını  sığallayıb  heç  nə  demədi.  Sahə
müvəkkili  Ağamurad  Miriyev,  müstəntiqin  tapşırığı  ilə, 
həyətə yığılmış adamlardan iki hal şahidi dəvət etdi. Protokol 
tərtib  olundu.  Stolun  üstündəki  əşyalar  ekspertiza  üçün 
götürüldü. Otaqda qatili ifşa edə bilən, başqa, hansısa bir izə
rast gəlmədilər. Cinayətin əsas aləti olan bıçaq da yox idi... 
Oğlundan  qara  xəbəri  eşidən  Əhliman  özünü  tələsik 
qonşusunun  həyətinə  çatdırmışdı.  Böyük  bir  həyəcan  və
kədərlə  adamların  arasında  dayanıb  gözlərini  evin  açıq 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
47 
qapısına  dikmişdi.  Çox  istəyirdi  ki,  Mahmudun  meyitini 
gözləri  ilə  görsün.  Ancaq  Mehdixan  kişi  heç  kəsi  evə
buraxmırdı. 
Bütün kənd Əhlimanla Mahmudu yaxın qonşu kimi tanıyırdı. 
Xeyirdə-şərdə  həmişə  bir-  birlərinə  əl  tuturdular.  Boş 
vaxtlarını  gah  bunun,  gah  da  onun  evində  nərd  oynamaqla 
keçirirdilər. İndi hamı bilirdi ki, Mahmudun dəfninin də, yas 
mərasiminin  də  bütün  əziyyəti  Əhlimanın  çiyninə  düşəcək. 
Ağayardan isə bunu gözləmək əbəs idi. 
Mehdixan  kişi  Əhlimanı  yanma  çağırıb  həyətə  düşən 
müstəntiq  və  mayor  Əmirəliyevə  təqdim  etdi.  O  bildirdi  ki, 
Mahmud  dünən  günortadan  bir  az  sonra  Əhlimangilə  gedib, 
ondan çəkic istəyib. 

Hə?..  -  müstəntiq  diqqətlə  Əhlimanı  süzdü.  -  Danış 
görüm!.. 
Əhliman da öz növbəsində əvvəlcə müstəntiqi, sonra isə yaxşı 
tanıdığı polis işçilərini baxışlan ilə süzüb danışmağa başladı: 

Dünən 
mən 
şəhərə  getmişdim.  Qaymatamgilə. 
Qayıdandan  sonra  nahar  edib  tövləni  təmizləməyə  düşdüm. 
Səhər  qoyunları  çölə  uşaqlar  buraxmışdılar.  Ancaq  tövləni 
təmizləməmişdilər.  Bu  vaxt  Mahmud  yanıma  gəlib  çəkic 
istədi. Mən çəkici verdim. Dedi, hamam tikirəm, işi qurtaran 
kimi  çəkici  qaytaracam.  Dedim  ki,  nə  vaxt  istəsən, 
qaytararsan. Ondan sonra daha Mahmudu görməmişəm. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
48 

Bu, saat neçədə olub? - Zeynalov sual verdi. 

Üçə on beş-iyirmi dəqiqə işləmiş olardı... 

Bəs  axşama  kimi  küçəyə  çıxmamısan?  -  növbəti  sualı
Əmirəliyev verdi. - O, hamam tikirmiş axı?! Daş da küçəyə
tökülüb. 

Çıxmışam.  -  Əhliman  cavab  verdi.  Ancaq  onu  küçədə
görməmişəm. 

Dünən onun qonağı olubmu? 

Bilmirəm... 
Mayor hiss etdi ki, Əhliman nəsə bilir. Onun qolundan tutub 
yarımçıq tikilinin yanma apardı. Müstəntiq, sahə müvəkkili və
Mehdixan kişi də onların arxasınca getdilər. 

Məni  tanıyırsan?  -  Bölmə  rəisi  Əhlimanın  gözlərinin 
içinə baxıb soruşdu. 

Tanıyıram! - Əhliman ciddi şəkildə cavab verdi. 

Kiməm? 

Telman müəllimsiz də!.. 

Müəllim  məktəbdə  olur!  -  mayor  istehza  ilə  dilləndi.  - 
Mənə  Əmirəliyev  deyirlər.  Məni  aldadan,  hələ  indiyə  kimi, 
anasından olmayıb. 
Sən nəsə bilirsən! De görüm, dünən günortadan sonra buraya 
gələn adam görmüsənmi? 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə