Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

downloaded from KitabYurdu.org
32 
həmin  gündüzkü  ağac  idi.  Ancaq  qaranlıqda  başqa  cür 
görünürdü... 
Qollarını sinəsində çarpazlayıb fikrə getdi. Nemətin xahişi ilə
kəndə  bir  həftəliyə  dincəlməyə  gələn  polkovnik  Qasımlı 
özünü  dünyadan  ayrı  düşmüş  kimi  hiss  edirdi.  Kəndin 
sakitliyində  və  təmiz  havasında,  uzaqdan  Bakı  ona  daha 
qaynar, daha müdhiş görünürdü. 
Amma  daha  qaynar  və  çətin  günlər  Moskvada  keçmişdi. 
Bakıda doğulan Qanbay Qasımlı hərbi xidmətini orada başa 
vurmuş, elə o zaman da milis işinə qəbul olunmuşdu. 
Ömrünün on beş ilindən çoxu Rusiyanın baş cinayət-axtarış 
idarəsində  çox  çətin  vəzifələrdə  keçmişdi.  Yüksək  məntiqi 
düşüncə qabiliyyəti, sonsuz cəsarəti, inanılmaz dözümlülüyü, 
qeyri-  adi  sərrast  atıcılığı  ilə  şöhrət  qazanmış  Qasımlı 
polkovnik  rütbəsinə  qədər  yüksələndən  sonra  istefaya  çıxıb 
Vətəninə qayıtmışdı. 
Bakıya qayıtmağından bir ildən çox keçməyinə baxmayaraq, 
şəhərin  həyatına  hələ  tam  uyğunlaşa  bilməmişdi.  Bu, 
danışığında  da  hiss  olunurdu.  Danışanda  rus  sözləri 
işlətməmək  üçün,  bəzən,  düşünməli  olurdu.  İkiotaqlı 
mənzilində  tək  yaşayırdı.  Ancaq  qonşusu  Nemətlə  yaxın 
münasibəti var idi. Onun təklifi ilə üç-dörd ay əvvəl Nuranə
adlı  gənc  bir  qadını  ev  qulluqçusu  götürmüşdü.  Qulluqçu 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
33 
deyəndə ki, gündə iki dəfə gəlib xörəyini bişirirdi, vəssalam. 
Qasımlınm, ümumiyyətlə, heç kəsi yox idi. 
Uşaqlıqdan  valideynlərini  itirib  tək  qaldığı  üçün  təkliyə
öyrəşmişdi. 
Moskva xatirələrində çox acınacaqlı və dəhşətli bir səhnə var 
idi.  Qasımlı  həmişə  bu  səhnəyə  baxmaqdan  qaçırdı.  Ancaq 
indi,  özündən  asılı  olmayaraq,  xatirələr  bir  neçə  saniyə  olsa 
da, onu həmin səhnəyə baxmağa məcbur etdi. Cəmi bir-neçə
saniyə  Moskvadakı  mənzilinin  döşəməsində  qan  içində
uzanmış  həyat  yoldaşını  və  körpə  qızını  gördü.  Əsəbləri 
dəmirdən möhkəm olan Qasımlım ancaq bu səhnəyə baxmaq 
sındıra bilərdi və bunu bilən polkovnik yenə də həmin dəhşətli 
görüntünü  xəyalından  uzaqlaşdıra  bildi.  Lakin  istər-istəməz, 
ailəsinin qatili Sergey Babayam ifşa edib güllələməyi yadına 
düşdü. Qulağına sanki dalbadal altı güllə səsi gəldi. 
Özünü  məcbur  etdi  ki,  qara  buludlann  arxasında  gizlənmiş, 
işığı  ancaq  buludun  yanqlanndan  süzülən  Ayın  hərəkətini 
izləsin. O buna asanlıqla nail oldu və tez də düşündü ki, Ayın 
hərəkətini izləmək onun yox, astronomlann işidir. O isə ömrü 
boyu  yolundan  çıxmış  adamlan  izləməklə  məşğul  olmuşdu. 
Ay  öz  yolu  ilə  gedirdi  və  heç  kəsin  həyatına  mane  olmaq 
fikrində deyildi... 
Onu xəyaldan Nemətin səsi ayırdı: 
- Qanbay müəllim, təzə çay dəmləyiblər, gəlin, siz də için! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
34 
Qasımlı  geri  çevrildi.  Stol  arxasında  oturanların  kölgələri 
hasarda və evin divarında oynaşırdı. Evin ikinci mərtəbəsində
də  lampa  yandırmışdılar.  Həyətə  baxan  pəncərələrin  birində
Mehdixan  kişinin  uca  kölgəsi  görünürdü.  Qasımlı  ağır-ağır 
stola tərəf addımladı. 
Səhəri  gün  bütün  kənd  camaatı  kimi,  Mehdixan  kişinin 
qonaqları  üçün  də  bəd  xəbərlə  açıldı.  Təzəcə  oturub  səhər 
yeməyinə  başlamaq  istəyirdilər  ki,  bir  gənc  darvazanı  açıb 
hövlnak  həyətə  girdi.  Bu  Qiyas  müəllim  idi.  Kəndin 
məktəbində  idman  müəllimi  işləyirdi.  Mahmudun  evi  ilə
yanaşı evdə yaşayırdı. Çəpər qonşusu idilər. 
Qiyas  müəllimin  üzünün  rəngi  ağarmışdı.  Qonaqları  görüb 
duruxdu. Mehdixan kişi ayağa qalxdı: 

Nə olub, ay Qiyas? 

Mehdixan  dayı!..  -  Qiyas  müəllim  dodaqlarını  yalayıb 
birtəhər sözünün dalmı gətirdi: - Mahmudu öldürüblər! 

Necə  yəni  öldürüblər,  ay  bala?!  Kim  öldürüb?  - 
Mehdixan kişinin səsi titrəyirdi. 

Bilmirəm... - Qiyas qonaqların üzünə göz gəzdirib yenə
kəndin  rəhbərinə  baxdı.  -  Direktor  məni  göndərdi  ki,  get 
Mahmuda  de,  məktəbə  gəlsin.  İş  tapşıracaqdı  ona...  Həyətə
girib  səslədim,  cavab  vermədi.  Çıxdım  evə...  -  danışa 
bilmədiyi üçün bir-neçə dəfə udqunub davam etdi: - Gördüm 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
35 
ağzı üstə otağın döşəməsinə sərilib. Döşəmədə də laxtalanmış 
qan gölməçəsi!.. Birinci buraya gəldim ki, sizə xəbər verim. 
İcra  nümayəndəsi  deməyə  söz  tapmayıb,  Qiyasın  üzünə
baxırdı. Həyat təcrübəsinin çox olmağına baxmayaraq, qəfil 
xəbərdən özünü itirmişdi. Mahmudu niyə öldürüblər? O kimə
nə pislik etmişdi ki? Bu nə işdir düşdük?.. Kimin işi ola bilər 
bu? Suallar onun beynində sürətlə bir- birini əvəz edirdi. 

Gedək, baxaq! - deyə Mahir təklif etdi. 

Məncə,  ehtiyac  yoxdur.  -  Qasımlı  narazı  halda  başını 
buladı. 

Xahiş edirəm! - kapitan əl çəkmədi. 

Yaxşı... - polkovnik könülsüz razılaşdı. 
Qasımlı,  Nemət,  Mahir  Qiyasla  birlikdə  darvazaya  tərəf 
getdilər. Elməddin də onlara qoşuldu. 
-  Siz  gedin,  mən  də  polisə  zəng  vurub,  gəlirəm!  -  İcra 
nümayəndəsi onlann arxasınca səsləndi. 
Həyətə  bir  neçə  adam  yığışmışdı.  Onların  gözlərində  qorxu, 
həyəcan  və  kədər  var  idi.  Sanki,  evə  girməyə  cəsarət 
etmirdilər.  Gələnləri  görüb  onlara  maraqla  baxmağa 
başladılar. 
Qanbay Qasımlı beş pillədən ibarət pilləkənlə qalxıb evə girdi. 
Dəhlizi  keçib,  qapısı  açıq  olan  otağa  daxil  oldu.  Mahir  və
Nemət  onun  arxasınca  gəlirdilər.  Mahmudun  meyiti  otağın 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə