Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

downloaded from KitabYurdu.org
69 
Bayəddin  kəndlərdən  birinə  sərnişin  aparmışdı.  Günortaya 
yaxın rayon mərkəzinə qayıtdı və o saat da nahar üçün evinə
gəldi. 
Nahardan  sonra  ucqar  kəndlərdən  birinə  maşın  sürməli  idi. 
Qonşusu Heybət kişi xahiş etmişdi ki, onu ailəsi ilə birlikdə
həmin  kəndə  aparsın.  Sabah  orada  Heybət  kişinin  qardaşı 
oğlunun  toyu  olmalı  idi.  Bütün  ailə  geyinib-keçinib  kəndə
getməyə hazır dayanmışdı. Bayəddin ona görə də tələsirdi ki, 
nahar  edib,  maşına  bir  az  əl  gəzdirsin.  Necə  olmasa,  uzaq 
kəndə gedirdilər. Özü də xeyir işə... 
Yeganə övladı olan altı yaşlı oğlu Ramal onu qapının ağzında 
qarşıladı. 

Ata, tapança aldın? 
Bayəddin əlini şappıltı ilə dizinə vurdu: 

Vay, lənət şeytana, yenə yadımdan çıxdı! 
Ramal dayanıb acıqlı baxışlarla onu süzdü. Bu vəziyyətdə o, 
çox gülməli görünürdü. 

Yekə  kişisən,  ancaq  yaddaşın  yoxdur!  Bayəddin  gülə-
gülə oğlunu qucağına götürüb 
üzündən öpdü: 

Ay səni!.. Yaxşı, söz verirəm, axşam gələndə mütləq alıb 
gətirəcəm. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
70 

Bax,  almasan,  səndən  küsəcəm.  Həm  də  Ayazmkmdan 
olsun. 
Ayaz  Heybət  kişinin  nəvəsi  idi.  Çox  vaxt  Ramalla  küçədə
birlikdə  oynayardılar.  Bayəddin  uşağı  yerə  qoyub,  üzünü 
mətbəxdə xörək hazırlayan arvadına tutdu: 

Çinarə, yeməyimi tez ver, getməliyəm! 
Stolun arxasında oturan kimi Ramal yenə gəlib onun qucağına 
çıxdı. Çinarə yemək gətirdi. Ata-bala həmişəki kimi yeməyi 
birlikdə yedilər. Nahar qurtaran kimi Bayəddin həyətə düşüb 
maşının  suyuna,  yağma  baxdı.  Təkərləri  yoxladı.  Ramal  da 
onun yanında hərlənirdi. 
Maşını işə salıb həyətdən çıxanda arxadan onun səsini eşitdi: 
- Bax, tapança yadından çıxmasın ha!... Bayəddin gülüb başını 
buladı. Ancaq tez də ciddiləşdi. Yenə Əmirəliyevlə dünənki 
söhbəti  xatırladı.  «Yaxşı  qurtardım»  deyə  düşündü.  Yoxsa... 
Bir daha o uğursuz gecə gözlərinin qarşısına gəldi. Bir daha o 
qorxulu  təhdid  qulaqlarında  səsləndi:  «Oğlunun  başını  cücə
başı kimi üzəcəm!» Bütün vücudunda xoşagəlməz bir gizilti 
gəzdi. Bayəddin oğlunu öz canından da artıq istəyirdi. Onun 
başına bir iş gələrsə, yəqin ki, bu dünyada bircə gün də yaşaya 
bilməzdi. 
Bir  azdan  Heybət  kişinin  ailəsi  hay-küylü  sevinclə  maşına 
doluşdu. Ailə başçısı: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
71 

Ya Allah! Getdik, Bayəddin! - dedi və yola düşdülər. 
Bayəddin  yaxınlıqdakı  oyuncaq  mağazasının  qarşısında 
maşını  saxladı  və  cəld  düşüb  Ramal  üçün  oyuncaq  tapança 
aldı.  Sevinə-sevinə  gətirib  maşına  qoydu.  İndi  daha  uşağın 
üzünə ürəklə baxa biləcəkdi. 

Ramala söz vermişəm, - dedi və yenə maşını işə saldı. 
Yolu istər-istəməz rayon polis şöbəsinin qarşısından keçirdi. 
Elə  buradaca,  iki  polis  çavuşu  onu  saxladı.  Onlardan  biri 
dərhal şöbəyə qaçdı. İkincisi isə Bayəddinə yaxınlaşdı: 

Haraya gedirsən? 

Bunları toya aparıram... - elə bil içində nəyinsə qırıldığını 
hiss edən Bayəddin başı ilə sərnişinləri göstərdi. 
Heybət kişi başını uzadıb çavuşun üzünə baxdı: 

Nə olub, ay oğul? 

Heç nə, dayı, narahat olma, kapitan Vəliyevin Bayəddinlə
söhbəti var. 
Bu vaxt kapitan Vəliyev o biri polislə şöbədən çıxıb maşına 
yaxınlaşdı. O da çavuşun 
verdiyi  sualı  verib,  həmin  cavabı  aldı.  Sonra  maşmdakılara 
nəzər salıb, hökmlə dilləndi: 

Bunları düşürt, maşını da sal içəri! 

Niyə axı? - Bayəddin qorxuqarışıq həyəcanla soruşdu. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
72 

Sual vermə! Nə deyirlər, onu da elə! 
Heybət kişi işə qarışmağa məcbur oldu: 

Ay bala, səni tanımıram, deyəsən rayona təzə gəlmisən. 
Belə  olmaz  axı?!  Biz  qardaşım  oğlunun  toyuna  gedirik. 
Bayəddin nə günahın sahibidir ki, belə edirsiniz?! 
Rafael atası yaşında olan kişini diqqətlə süzdü: 

Ağsaqqal, inciməyin, siz toya başqa maşınla gedərsiniz. 
Düşün! 
Bayəddinin  ona  yazıq-yazıq  və  ümidlə  baxdığını  görən 
Heybət kişi dözmədi: 

Bura  rayon  yeridi,  bala,  hamı  bir-birini  tanıyır.  Yaxşı 
deyil bu hərəkətiniz! 
Rafael  artıq  əsəbiləşməyə  başlamışdı.  Heybət  kişiyə
əhəmiyyət verməyib Bayəddinə üz tutdu: 

Ə, çaqqal, eşitmədin, nə dedim?! 
Bayəddin tez qonşusuna tərəf döndü: 

Sən  Allah,  bağışla  məni,  Heybət  dayı!  Düşün,  başqa 
maşınla gedin. 
Bütün ailə Rafaelin qarasına deyinə-deyinə maşından düşdü. 
Vəliyev  iri  darvazanı  özünü  tamamilə  itirmiş  sürücüyə
göstərdi: 

Sür oraya! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
73 
Darvaza  açıldı.  Bayəddin  maşını  sürüb  həyətə  saldı. 
Mühərriki söndürüb açarı polis işçilərinə verdi. 
Onun qolundan tutub şöbəyə apardılar. Növbətçi otağında üst-
başını  yoxlayıb,  qayışını  açdırdılar.  Sonra  aparıb  müvəqqəti 
saxlama kamerasına saldılar. 
Mahmudun  həyətində  sabahkı  ehsan  mərasiminə  hazırlıq 
gedirdi. Sabah mərhumun dəfninin üçüncü günü olacaqdı. Bu 
mərasimə  qonşu  kəndlərdən  və  rayon  mərkəzindən  çox 
adamın gələcəyi gözlənilirdi. 
Bir  neçə  kişi  küçədə  yasxananı  genişləndirirdi.  Qadınlar  isə
evdə,  kənd  camaatından  yığılmış  qab-qacağı  təmizləyib 
sabaha hazır qoyurdu. 
Əhliman  yarımçıq  qalmış  hamam  tikilisinin  yanında  ehsan 
xörəyi  bişirmək  üçün  ocaq  yeri  hazırlayırdı.  Sabah  beş-altı 
qazanda eyni vaxtda xörək bişiriləcəkdi. Ona görə də qazanlar 
üçün uzun altlıq düzəldilməli idi. 
Ağayar  ondan  bir  qədər  kənarda  iri  bir  samovarın  içini 
təmizləyirdi.  Bu  vaxt  arvadı  Qənirə  həyətə  düşdü.  Əllərini 
belinə  qoyub  bütün  həyətə  göz  gəzdirdi.  O,  artıq  özünü  bu 
mülkün sahibi kimi hiss edirdi. Bu onun qalib baxışlanndan 
açıq-aydın  görünürdü.  Elə  bil  indidən  bu  həyətdə  nə
dəyişikliklər edəcəyini götür-qoy edirdi. 
Qənirə  elə  qız  vaxtından  yüngül  xasiyyətli  idi.  Oturuşunu-
duruşunu bilən deyildi. Bədəninə yaraşmayan ədalı yerişi var 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə