Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

downloaded from KitabYurdu.org
49 

Mənimlə  niyə  belə  danışırsınız?  -  Əhliman  kəskin 
hərəkətlə qolunu dartıb mayorun əlindən çıxartdı. - Mahmud 
mənim  ən  yaxın  qonşum  olub.  Dərdimiz-sərimiz  bir  olub 
bizim. 
Onun  danışığı  mayor  Əmirəliyevin  xoşuna  gəlmədi.  Nəsə
demək istəyirdi ki, Mehdixan kişi söhbətə qarışdı: 

Ay oğul, sən niyə belə  darqursaq olursan? Rəis səndən 
söz soruşur. Bilirsənsə cavab ver, bilmirsənsə de ki, bilmirəm. 

Mən  heç  kəsin  özünü  görməmişəm.  Ancaq  kölgə
görmüşəm... - Əhliman ağır-ağır dilləndi. 

Kölgə?! - müstəntiq təəccüblə sual verdi. 

Bəli... 

Harada görmüsən o kölgəni? 

Mahmudun  evinin  pəncərəsində,  -  Əhliman  sakitləşib 
səbirlə  danışmağa  başladı:  -  Axşam  saat  ıo  olardı.  Evə
çıxırdım.  Pilləkənlərin  başında  bir  anlıq  dayanıb  buraya 
baxdım. İşıqlar söndüyü üçün təkcə bir otağın pəncərəsindən 
neft  lampasının  işığı  gəlirdi.  Bu  vaxt  pəncərədə  yad  bir 
adamın kölgəsini gördüm... 

Nəyə görə deyirsən ki, o, yad adamın kölgəsi idi? Bəlkə
Mahmudun öz kölgəsi olub? - Zeynalov soruşdu. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
50 

Yox,  o  yad  adamın  kölgəsi  idi!  -  Əhliman  qəti  cavab 
verdi. - Arıq, uzun adamın kölgəsinə oxşayırdı. Sonrası da ki, 
arada bir anlıq Mahmudun da kölgəsini gördüm. 

Onlar nə edirdilər? - yenə müstəntiq sual verdi. 

Deyə  bilmərəm.  Həmin  yad  adam  ayaq  üstə  durub 
danışırdı. Əl-qol hərəkətlərindən başa düşdüm. 

Sonra? 

Sonra... - Əhliman çiynini çəkdi. - Dönüb evə girdim. 

Heç nədən şübhələnmədin? 

Yox, sadəcə fikirləşdim ki, qonağı var. - Əhliman dedi və
sonra isə özü sual verdi: - Onu gecə öldürüblər? 
Müstəntiq başı ilə təsdiq edib növbəti sualını verdi: 

Ümumiyyətlə, bu işdə şübhələndiyin bir adam var? 

Yox!  -  Əhliman  başını  buladı.  -  Mən  onu  bu  kənddə
hamıdan yaxşı tanıyırdım. Heç bir düşməni-zadı yox idi onun. 
Bu vaxt Mehdixan kişi söhbətə qarışdı: 

Bir gün əvvəl, gecə buraya bir maşın gəlibmiş. Əhlimanın 
oğlu danışdı. 
Müstəntiq  və  mayor  Əmirəliyev  sualedici  nəzərlərlə
Əhlimana baxdılar. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
51 

Hə... - Əhliman danışmağa başladı. - Gecə saat 12 olardı. 
Yatağıma  girmişdim.  Amma  hələ  yatmamışdım.  Bir  az 
narahat  idim.  Ona  görə  də  maşın  səsi  eşidən  kimi  geyinib 
pilləkənin  başına  çıxdım.  Maşın  «UAZ»  idi.  Mahmudgilə
gəlmişdi.  Qapı  açılıb  örtüldü.  Kimsə  maşından  düşdü.  Mən 
içəri  girdim.  Az  keçmiş,  maşın  yola  düşüb  getdi.  Maşın 
gələndə Mahmud hələ yatmamışdı, evin işıqları yanırdı. 
-
Maşını tanıdın? Kimin maşını idi? - Bölmə rəisi soruşdu. 
-
Yox, tanımadım! 
-
Sən nə üçün narahat idin? - müstəntiq qəfil sual verdi. 
Əhliman ətrafına boylandı: 

Həyat  yoldaşım  küsüb  şəhərə  -  atasıgilə  getmişdi. 
Qayıtmadığına görə narahat idim. 
Bu zaman icra nümayəndəsi söhbətə qarışmağı lazım bildi: 
- Gəlin, gedək bizim həyətdə həm çay için, həm də söhbətinizi 
davam etdirin. 
Müstəntiq razılaşdı. Elə oldu ki, həmin vaxt xəstəxana maşını 
da gəlib çıxdı. Meyiti maşına qoyub, Ağamuradla şəhərə yola 
saldılar.  Sonra  evin  qapısını  bağlayıb  açarı  İcra 
nümayəndəsinə verdilər. 
Mehdixan kişi qonaqlan öz evinə aparanda Əhlimana tapşırdı 
ki, yarım saat sonra onun yanma gəlsin... 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
52 
Maşını  icra  nümayəndəsinin  evi  qarşısına  sürdülər.  Nuridə
təzə  gələn  qonaqlar  üçün  həyətdəki  stolda  süfrə  açdı.  Çay 
gətirdi.  Qanbay  Qasımlı,  Mahir  və  Nemət  heyva  ağacının 
kölgəsində dincəlirdilər. 

Qonağın  var,  deyəsən,  ağsaqqal?  -  Əmirəliyev  ev 
sahibindən soruşdu. 

Bəli! Qızımın əridir, bir də onun jurnalist dostları. 

Bizim  söhbətimiz  yarımçıq  qaldı.  Nədi  onun  adı?..  Hə, 
Əhlimanla! - mayor çaydan bir qurtum içib sual dolu baxışla 
Mehdixan kişiyə baxdı. 
Ev sahibi Əhlimanın arvadının srağagün səhər tezdən kənddən 
çıxıb  geri  qayıtmadığını  onlara  danışdı.  Əmirəliyev  bir  az 
fikirləşib dilləndi: 

Deməli, aym 18-də səhər evdən çıxıb. Dünən, yəni, 19-u 
axşamı  bu  hadisə  baş  verib.  Bu  hadisələr  arasında  bir  əlaqə
yoxdur,  görəsən?  O  qadın,  yəni  Əhlimanın  arvadı 
ayağısürüşkən deyil ki? 

Yox!  Yox!  Nə  danışırsınız?  -  kəndin  ağsaqqalı  qəti 
şəkildə  əlini  yellədi.  -  Çox  sakit,  mərifətli  bir  qadındır.  Bu 
hadisəyə  də  heç  bir  dəxli  ola  bilməz.  Amma  hər  halda, 
axtarmaq lazımdır. Hər şey ola bilər! 
Müstəntiq Zeynalov söhbətə qarışdı: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
53 

Qadının  axtarışını  Əmirəliyev  kiməsə  tapşırar.  O, 
problem  deyil.  Əsas  məsələ  dünən  axşamkı  cinayətin 
açılmasıdır. Siz bu kənddə, eləcə də qonşu kənddə olan UAZ 
sürücülərinin  siyahısını  bizə  verin.  Həm  də,  sabah  onlar 
şöbəyə gəlsinlər. Əmirəliyevin yanına. - Sonra üzünü mayora 
tutdu:  -  Telman  müəllim,  siz  də  rayon  mərkəzindəki  UAZ-
lann siyahısını tərtib etdirib hamısı ilə söhbət aparın. O gecə
kəndə  gəlmiş  maşının  sürücüsü  təcili  tapılmalıdır.  Həmin 
sürücü o gecə Mahmudgilə nə üçün gəlib, və ya kimi gətirib, 
bu aydınlaşmalıdır! 
- Ondan narahat olma! - mayor əlini sinəsinə qoydu. - Mənə
də Əmirəliyev deyərlər. O sürücünü axşama kimi tapmasam, 
adımı dəyişərəm! 
Müstəntiq  nəsə  demək  istəyirdi  ki,  Əhliman  gəlib  çıxdı.  Ev 
sahibi  onu  süfrəyə  dəvət  etdi.  Çox  dilxor  görünən  Əhliman 
keçib stolun nisbətən kənarında əyləşdi. 
Əmirəliyev  onu  kəskin  baxışlarıyla  süzüb,  güclə  sezilən 
istehza ilə soruşdu: 

Arvadı neyləmisən, ə? 
Sualın deyiliş tərzi Əhlimana toxunsa da, özünü ələ alıb sakit 
cavab verdi: 

Srağagün səhər kənddən çıxıb, şəhərə gedib. Atasıgilə... 
Atası onu danlayıb ki, evinə qayıtsın. O isə oradan çıxıb və
haraya getdiyi məlum deyil... 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə