Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

downloaded from KitabYurdu.org
88 
öyrəndim  ki,  evlərindən  saat  təxminən  8-də  çıxıb.  Burada 
küçədə  isə  saat  9-da  görüblər  onu.  Dərəçaydan  buraya  20 
dəqiqəlik piyada yolu var. 
Bəs qalan 40 dəqiqə? Lap olsun yanm saat! Bu yarım saatda o 
harada olub?! 

Bəlkə  Ağayargildə  olub?  -  İcra  nümayəndəsi  öz  fikrini 
bildirdi. 

Yox,  ağsaqqal,  saat  9-da  onu  elə  yerdə  görüblər  ki, 
Mahmudgilin evini artıq arxada qoyub keçibmiş və Ağayargil 
tərəfə gedirmiş. 

Hə... Bu başqa məsələ! Özü nə deyir? 

Özünü  hələ  danışdırmamışam.  Buraya,  idarəyə  gələcək 
özü. Tapşırmışam. Həm də, - Miriyev səsini alçaltdı. -Onun 
boyu-buxunu  da  Əhlimanın  pəncərədə  gördüyü  kölgənin 
əlamətlərinə  uyğun  gəlir.  O  demişdi  axı!.,  kölgə  arıq,  uzun 
adamın kölgəsi olub. 

Nə kölgə? - deyə Mahir maraqlandı və Qasımlıya baxdı. 
Qasımlı  sakitcə  siqaretini  çəkirdi.  Deyəsən  onu  heç  nə
maraqlandırmırdı. 
Ağamurad üzünü Mahirə çevirdi: 

Mahmudun  qonşusu  Əhliman  həmin  axşam,  yəni 
Mahmud  öldürülən  gecə  mərhumun  evinin  küçəyə  baxan 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
89 
pəncərəsində  yad  adamın  kölgəsini  görüb.  Kölgə  anq,  uzun 
adamın kölgəsi imiş. 

Deməli həmin kölgə qatilin kölgəsi imiş. - Mahir fikrini 
qətiləşdirdi. - Buna şübhə ola bilməz! Ancaq siz Bayəddinin 
sərnişini ilə bu kölgə arasında nə əlaqə görürsünüz? Biz həmin 
gün, günorta gəzintidən gələndə Mahmudu gördük. O, hamam 
tikirdi. Bizi evə dəvət etdi. Biz 
razılaşmadıq. Mənim fikrimcə, onda onun heç bir qonağı yox 
idi. 

Bilmirəm, hər halda, hər şey aydın olacaq. - Miriyev içib 
boşaltdığı stəkanı kənara itələdi. - Təhqiqatı Telman müəllim 
apanr.  Söz  yox  ki,  Əmirəliyev  çox  bacarıqlı  əməliyyatçıdır. 
Ancaq mənə elə gəlir ki, bu işi mən özüm açacağam. Qoy hələ
bir Mirsahib gəlsin!.. 

Siz nə üçün əməliyyat-axtarış işinə keçmirsiniz? - Mahir 
soruşdu və gizlicə Qasımlıya baxdı. 

Elə bir fikrim var, əgər alınsa... - Miriyev cavab verdi. - 
Orada bəzən elələri işləyir ki, nə mənim qədər biliyi yoxdur, 
nə də təcrübəsi! Mənim kriminalistikaya xüsusi marağım var. 
Silahlardan  isə  daha  yaxşı  başım  çıxır.  Məsələn,  bu  hadisə
tapança ilə törədilsə idi, şəxsən mən bu barədə daha çox şey 
deyə bilərdim. Elə atmağı da yaxşı atıram. İnanmıram, şöbədə
mənim kimi sərrast atıcı olsun. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
90 
Nemət elə bil Ağamuradın əvəzinə utandı və özünü bir qədər 
naqolay hiss etdi. Necə olmasa, Ağamurad bu evə gəlib-gedən 
adam  olmuşdu  və  qayınatasının  yaxın  adamı  idi.  Dönüb 
Rusiyada  Baş  cinayət-axtarış  idarəsində  işləyərkən  atıcılıq 
üzrə ölkə çempionu olmuş və məhkəmə ballistikasından kitab 
yazmış Qanbay Qasımlıya baxdı. 
Polkovnikin  nə  düşündüyünü  üzündən  bilmək  olmurdu. 
Siqaretini çəkib kötüyü kənara 
tulladı.  Deyəsən,  ayağa  durmağa  hazırlaşırdı.  Birdən  nə
düşündüsə, Ağamuraddan tapançasını istədi. 

Sadəcə,  baxmaq  istəyirəm!  -  dedi.  Ağamurad  həvəslə
tapançasını çıxanb bu 
qaradinməz «Jurnalist»ə uzatdı. Qasımlı silahı bir qədər əlində
tutub sahibinə qaytardı. 

Tapançanızda dörd güllə var! - deyib ayağa qalxdı. 
Ağamurad tapançasını qoburuna qoyub, təəccüblə ona baxdı: 

Hə?..  Düzdür.  İkisini  indi  buraya  gələndə  meşədə
dovşana atmışam. Siz bunu necə bildiniz axı? 
Qasımlı: 

Əlbəttə,  ağırlığından!  -  dedi  və  dönüb  həyətin 
aşağısmdakı heyva ağacına doğru getdi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
91 
Gülməyini  güclə  boğub  saxlayan  Mahir  cəld  ayağa  qalxıb, 
stolun  kənarına  qoyulmuş  şahmat  taxtasını  götürdü  və  onun 
arxasınca yollandı. 

Bu kimdir? - hələ də özünə gələ bilməyən Ağamurad ev 
sahibinə baxdı. 

Demədim  jurnalistdir?  -  Mehdixan  kişi  güldü.  -  Ancaq 
deyəsən, əvvəl hərbçi olub. 
Mahir isə heyva ağacının altında gülməkdən uğunub getmişdi: 

Ancaq sərrast atıcımız dovşanı vura bilməyib ha, Qanbay 
müəllim, vursaydı, hər halda, meşədə qoyub gəlməzdi! 
Qasımlı gülümsəyib başını buladı. Heç nə demədən fiqurları 
şahmat taxtasına düzməyə başladı. 
Ağayar  səhər  evdən  çıxıb,  bugünkü  ehsan  mərasimini  yola 
vermək üçün, Mahmudun həyətinə getmişdi. Qənirə isə hələ
evdə  idi.  Uşaqlann  səhər  yeməyini  verib,  o  da  oraya 
gedəcəkdi.  Yeməyi  qurtaran  kimi  süfrəni  yığışdırdı.  Həyətə
düşüb,  axşamdan  yuyub  məftildən  asdığı  paltarları 
yığışdırmağa başladı. 
O  bu  həyətdə  axırıncı  günlərini  keçirdiyini  duyduqca 
fərəhlənirdi.  Mahmudun  yeddisi  çıxan  kimi  oraya  köçməli 
idilər. Qənirə artıq bu barədə ərinin razılığını almışdı. 
Həyət  darvazasının  cırıltısı  eşidildi.  Qənirə  çevrilib  baxanda 
qonşu Məsmə arvadın həyətə girdiyini gördü. O, Qənirənin ən 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
92 
yaxın qonşusu, həm də ata tərəfdən qohumu idi. Əri İbrahim 
kişi ilə tək yaşayan Məsmənin övladı yox idi. Bütün dərdini-
sərini həmişə Qənirə ilə bölüşürdü. Elə Qənirə özü də Məsmə
arvaddan sirr saxlamırdı. 

Sabahın xeyir, Qənirə! Hələ getməmisən hüzr yerinə? 

Aqibətin xeyir, Məsmə xala! Bu saat gedirəm. Uşaqlara 
yemək verirdim. 
Məsmə  arvad  gəlib  həyətə  qoyulmuş  kobud  taxta  kətilin 
üstündə oturdu. 

Ağayar gedib? 

Hə, oradadı... 

Allah ona səbir versin! Qardaş itkisi yaman şeydi. 

Allah köməyin olsun! - Qənirə axırıncı paltarı da götürüb 
evə keçdi və paltarları çarpayının üstünə atıb, geriyə qayıtdı. 

Ağayar  nə  danışır,  ay  Qənirə?  -  Məsmə  arvad  maraqla 
sual verdi. - Hələ bilinmir ki, o bədbəxti kim öldürüb? 

Yox, bilinmir... 

Yazıq  Mahmud!  -  Məsmə  arvad  ürəkdən  ah  çəkdi.  - 
Xəbərsiz  köçdü  bu  dünyadan.  Tək  tənha!  Deyir  hamam 
tikirmiş  tifil.  Yarımçıq  qalıb.  Görüm  əli  qurusun  ona  əl 
qaldıranın! 

Amin! - Qənirə köksünü ötürdü. 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə